Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7348/2023 31.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs 2 saylı Gəncə regional ASAN Xidmət mərkəzi olmaqla, “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X1 18 fevral 2010-cu il tarixində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək izahatında bildirdi ki, ərizəçinin qızı, xx.xx.1991-ci il təvəllüdlü, şəxsiyyət vəsiqəsinin seriya nömrəsi AZE №06031504 olan, X5 17 iyun 2010-cu il tarixdə Bakı şəhərində yerləşən ali təhsil müəssisəsi – Bakı Dövlət Universitetində təhsil aldığı müddətdə qəflətən zəhərlənmiş və yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsindən X14 maşını ilə çox ağır vəziyyətdə 20 saylı Şəhər Klinik Xəstəxanasının Toksikologiya şöbəsinə aparılmışdır. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq komaya düşmüş və komadan ayılmamışdır. X6 toksikologiya şöbəsindən xx.xx.2010-cu il tarixində saat 20:00-da bioloji ölüm baş verərək A.Şirinli dünyasını dəyişmişdir. Şəhər Klinik Xəstəxanasının Toksikologiya şöbəsinin mərhum barəsində sonuncu klinik diaqnozu belə olmuşdur: “Kəskin peroral polidərman ilə zəhərlənmə, çox ağır dərəcə. Ekzotoksiki şok. Kəskin ürəkdamar və tənəffüs çatışmamazlığı”. Mərhumun valideynləri ağır itkidən kədərləndiyi üçün ölüm kağızını almaq üçün vaxtında müvafiq dövlət qurumuna müraciət etməmişlər. Daha sonra isə belə bir zərurət olmadığından bu günə qədər mərhuma aid ölüm kağızı alınmamışdır. Bununla bağlı 1 saylı Gəncə regional Maraqlı şəxsndə Ədliyyə Nazirliyinə ərizə ilə müraciət edilmişdir. Müraciətə əsasən, Ədliyyə Nazirli qeydiyyat şöbəsi xx.xx.2023-cü il tarixli ərizəyə cavab olaraq bildirmişdir ki, “Təqdim etdiyiniz ərizə tərəfimizdən araşdırılmış, Azərbaycan Respublikası avtomatlaşdırılmış informasiya sistemində xx.xx.1991-ci il təvəllüdlü X1 ölüm haqqında akt qeydi aşkar edilməmiş, ərizənizə ölüm faktını təsdiq edən tibbi şəhadətnamə əlavə edilmədiyindən (təqdim edilmədiyindən), ərizənizi təmin etmək imkanımız xaricindədir”. 1 saylı Gəncə regional Maraqlı şəxsn tövsiyəsinə əsasən Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X15 “X7” X13 müraciət edərək tibbi şəhadətnaməni təqdim etməsini tələb etdik. Lakin “X7” X8 06 sentyabr 2023-cü il tarixli, 18-1-2/2-Ş-682-42-400/2023 nömrəli məktubla cavab verərək ölüm faktını təsdiq etsə də, tibbi şəhadətnaməni verməkdən imtina etmişdir. Göründüyü kimi, A.Şirinlinin ölüm haqqında şəhadətnaməsini digər yolla almaq mümkün olmamışdır. Aysel Şirinlinin ölüm faktını təsdiq etmək üçün məzarının şəkilləri ilə yanaşı X2 və X3 şahid qismində məhkəmədə ifadə verəcəkdir. Sonda Vəkil ərizəsinin təmin edilərək ölüm faktının müəyyən edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs 2 saylı Gəncə regional ASAN Xidmət mərkəzinə məlumat verilmiş, lakin maraqlı şəxs nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Belə ki, məhkəmə iclasında xx.xx.1957-ci il təvəllüdlü X4 şahid qismində ifadə verərək bildirmişdir ki, mərhum X1 atası ilə həmkəndli olmuşdur, qızı Bakıda tələbə idi, Bakıya gələndə xəstəliyi yox idi, qəfil vəfat etdi, mərhumu kənddə dəfn ediblər. Məhkəmə iclasında xx.xx.1965-ci il təvəllüdlü X2 şahid qismində iştirak edərək bildirdi ki, Bakıda qalır, Ərizəçi yeznəsidir, mərhum X5 tələbə olub, onlarda qalırdı, X5 həmin gün zəhərlənib, həkimə zəng etməyə ehtiyac olmadığını deyib, 1 saata təcili yardım gəlib, mərhum xəstəxanaya çatanda halı pisləşərək vəfat edib, Gəncədə dəft olunub. İş materiallarında olan AZE seriyalı 06031504 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1991-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan 449687 №-li Doğum haqqında şəhadətnamənin surətindən görünür ki X5 14 fevral 1991-ci il tarixdə anadan olmuş, atası Ərizəçidur. İş materiallarında olan 1 saylı Gəncə regional ASAN Xidmət mərkəzində Qeydiyyat şöbəsinin 3-16-5/8-15-2769/2023 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası avtomatlaşdırılmış informasiya sistemində xx.xx.1991-ci il təvəllüdlü X1 ölüm haqqında akt qeydi aşkar edilməmiş, ərizəyə ölüm faktını təsdiq edən tibbi şəhadətnamə əlavə edilmədiyindən (təqdim edilmədiyindən), ərizənizi təmin etmək qeydiyyat şöbəsinin imkanı xaricindədir İş materiallarında olan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X15 “X7” X8 xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, 1991-ci il təvəllüdlü X5 xx.xx.2010cu il tarixdə saat 15.30-da 20 saylı X14 stansiyasının müşayətilə çox ağır vəziyyətdə X6 toksikologiya şöbəsinə qəbul olunmuşdur. Aparılan reanimasion tədbirlərə baxmayaraq xx.xx.2010-cu il tarixdə saat 20.00-da bioloji ölüm baş vermişdir. Ölüm hadisəsi barədə Qaradağ RPİ-nə leytenant Əmrəliyevə məlumat verilmişdir. Son klinik diaqnoz kəskin peroral polidərman ilə zəhərlənmə (çox ağır dərəcə), ekzotoksiki şok, kəskin ürəkdamar və tənəffüs çatmamazlığı olmuşdur. Ölüm hadisəsi barədə polis bölməsinə məlumat verildiyinə görə X7 ölüm haqqında tibbi şəhadətnamə təqdim edə bilmir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Qəbzdən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları ilə müəyyən olunmuşdur ki, xx.xx.1991-ci il təvəllüdlü X5 xx.xx.2010-cu il tarixdə Bakı şəhərində ev şəraitində vəfat etmiş, Gəncədə dəfn olunmuşdur, ərizəçi mərhumun atasıdır, o ölüm faktını təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri aşqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, xx.xx.1991-ci il təvəllüdlü X5 xx.xx.2010-cu il tarixdə Bakı şəhərində ölüm faktı müəyyən edilməlidir. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1991-ci il təvəllüdlü X1 xx.xx.2010-cu il tarixdə Bakı şəhərində ölüm faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-7348/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7348/2023
31.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver