Məhkəmə qərarları › İş №e-2(011)-7622/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7622/2022

02.12.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7622/2022 02.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və Bakı 5 saylı Mediasiya Təşkilatına qarşı “Barışıq sazişinin təsdiq edilməsi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və Bakı 5 saylı Mediasiya Təşkilatına qarşı “Barışıq sazişinin təsdiq edilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs1 ilə aralarında Bakı 5 saylı Mediasiya Təşkilatı tərəfindən keçirilmiş mediasiya prosesinin nəticəsində imzalanmış MŞB/5-02624 nömrəli, xx.xx.2022-ci il tarixli Barışıq sazişinin “birgə nikah dövründə dünyaya gəlmiş övladı xx.xx.2020-ci il təvəllüdlü X3 ikinci tərəfin (Ərizəçi) himayəsində qalacaq; - birinci tərəf birgə nikah dövründə dünyaya gəlmiş övladı xx.xx.2020-ci il təvəllüdlü X3 üçün yetkinlik yaşına (18 yaş) çatana kimi 2022-ci ilin avqust ayından etibarən ikinci tərəfə (ikinci tərəfin açacağı bank hesabına) həray aylıq qazancının və (və ya) başqa gəlirlərinin 1/4 hissəsi həcmində aliment ödəyəcəkdir.” hissəsinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Maraqlı şəxs1 ilə aralarında yaranmış ailə münasibətlərindən irəli gələn mübahisənin məhkəmədən kənar həll edilməsi üçün Bakı 5 saylı Mediasiya Təşkilatına müraciətləri əsasında MŞB/5-02624 nömrəli mediasiya işi açılmış və baxılması üçün mediatora həvalə edilmişdir. Mediatorun iştirakı ilə mübahisənin müzakirəsi zamanı aralarında müəyyən razılaşma olmuş və Barışıq sazişi imzalanmışdır. Barışıq Sazişinin şərtlərinə əsasən: - birgə nikah dövründə dünyaya gəlmiş övladı xx.xx.2020-ci il təvəllüdlü X3 ikinci tərəfin (Ərizəçi) himayəsində qalacaq; - birinci tərəf birgə nikah dövründə dünyaya gəlmiş övladı xx.xx.2020-ci il təvəllüdlü X3 üçün yetkinlik yaşına (18 yaş) çatana kimi 2022-ci ilin avqust ayından etibarən ikinci tərəfə (ikinci tərəfin açacağı bank hesabına) həray aylıq qazancının və (və ya) başqa gəlirlərinin 1/4 hissəsi həcmində aliment ödəyəcəkdir. Barışıq sazişi tərəflərin və mediatorun imzası ilə təsdiq olunmuş və Təşkilatın möhürü ilə möhürlənmişdir. Lakin Maraqlı şəxs1 tərəfindən sazişin şərtləri icra olunmamışdır. Belə ki, o, üzərinə götürdüyü aliment öhdəliyini sazişdə nəzərdə tutulduğu vaxtdan və nəzərdə tutulduğu qaydada ödəməmişdir. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmişdir. Ərizəçinin nümayəndəsi və vəkili Vəkil məhkəmə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məkkəmə işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxslər Maraqlı şəxs1 və Bakı 5 saylı Mediasiya Təşkilatının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxslərin (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş "Birinci tərəf" Maraqlı şəxs1 və “İkinci tərəf” Ərizəçi arasında, Bakı 5 saylı Mediasiya Təşkilatı tərəfindən təyin edilmiş, medlasiya reyestrində M-00141 nömrəsi ilə qeydiyyatdan keçmiş "Mediator"X2 iştirakı ilə imzalanmış MŞB/5-02624 nömrəli, xx.xx.2022-ci il tarixli Barışıq sazişinin surətindən görünür ki, tərəflər aralarında olan fikir ayrılığı və mübahisəni qarşılıqlı razılıqla həll etmək üçün aşağıdakı məzmunda saziş imzalamışdır: “Maddə 1. Mübahisənin qısa təsviri Tərəflər nikahın pozulması, uşağın ananın himayəsində qalması, uşaqla ünsiyyət və aliment məsələsi ilə bağlı razılığa gəldilər. Maddə 2. Barışığın şərtləri 2.1. Saziş ilə Tərəflərin üzərinə götürdüyü öhdəliklər 2.1.1 Birinci tərəf: 2.1.1.1. Nikahın pozulmasına razıdır və etiraz etməyəcək. 2.1.1.2. Birgə nikah dövründə dünyaya gəlmiş övladları xx.xx.2020-ci il təvəllüdlü X3 ikinci tərəfin (Ərizəçi) himayəsində qalacaq. 2.1.1.3. Birgə nikah dövründə dünyaya gəlmiş övladları xx.xx.2020-ci il təvəllüdlü X3 üçün yetkinlik yaşına (18 yaş) çatana kimi 2022-ci ilin avqust ayından etibarən ikinci tərəfə (ikinci tərəfin açdığı bank hesabına) hər ay aylıq qazancının və (və ya) başqa gəlirlərinin 1/4 hissəsi həcmində aliment ödəyəcəkdir. 2.1.1.4. Birgə nikah dövründə dünyaya gəlmiş övladları xx.xx.2020-ci il təvəllüdlü X3 ilə hər həftənin 6-cı (şənbə) günü görüşə biləcək. 2.1.2 İkinci tərəf: 2.1.2.1. Nikahın pozulmasına razıdır və etiraz etməyəcək. 2.1.2.2. Birgə nikah dövründə dünyaya gəlmiş övladları xx.xx.2020-ci il təvəllüdlü X3 ikinci tərəfin (Ərizəçi) himayəsində qalacaq. 2.1.2.3. Birgə nikah dövründə dünyaya gəlmiş qızı üçün yetkinlik yaşına (18 yaş) çatana kimi 2022-ci ilin avqust ayından etibarən birinci tərəfdən (ikinci tərəfin açdığı bank hesabına) hər ay birinci tərəfin aylıq qazancının və (və ya) başqa gəlirlərinin 1/4 hissəsi həcmində aliment qəbul edəcək. 2 1,2 4 Birgə nikah dövründə dünyaya gəlmiş övladları xx.xx.2020-ci il təvəllüdlü X3 ilə hər həftənin 6-cı (şənbə) günü birinci tərəfin görüşünə etiraz etməyəcək.” Barışıq sazişi tərəflərin və mediatorun imzası ilə təsdiq olunmuş və Təşkilatın möhürü ilə möhürlənmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli mediasiya prosesinə xitam verilməsi barədə protokolun surətindən görünür ki, Maraqlı şəxs1 və X1 iştirakı ilə nikahın pozulması, uşağın ananın yanında qalması, uşaqla ünsiyyət və alıment mübahisəsi ilə əlaqədar mediasıya prosesi həyata keçirilmiş, tərəflər mübahisə ilə bağlı razılığa gəlib barışıq sazişi imzalamışdırlar. Nikahın pozulması məhkəmənin səlahiyyətində olduğu üçün mediasıya prosesinə xitam verilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 305.1.7.-ci maddəsinə əsasən məhkəmə, xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə görə, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Beləliklə, məhkəmə iş üzrə müəyyən edilən hallara qiymət verərək hesab edir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsindən imtina olunması üçün MPM-nin 355-26-cı maddəsində sadalanmış hallar olmadığına görə ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs1 arasında Bakı 5 saylı Mediasiya Təşkilatı tərəfindən keçirilmiş mediasiya prosesinin nəticəsində imzalanmış MŞB/5-02624 nömrəli, xx.xx.2022-ci il tarixli Barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 216-220, 307-311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs1 arasında Bakı 5 saylı Mediasiya Təşkilatı tərəfindən keçirilmiş mediasiya prosesinin nəticəsində imzalanmış aşağıdakı məzmunda MŞB/5-02624 nömrəli, xx.xx.2022-ci il tarixli Barışıq sazişinin “Birgə nikah dövründə dünyaya gəlmiş övladları xx.xx.2020-ci il təvəllüdlü X3 ikinci tərəfin (Ərizəçi) himayəsində qalacaq. - Birgə nikah dövründə dünyaya gəlmiş övladları xx.xx.2020-ci il təvəllüdlü X3 üçün yetkinlik yaşına (18 yaş) çatana kimi 2022-ci ilin avqust ayından etibarən ikinci tərəfə (ikinci tərəfin açdığı bank hesabına) hər ay aylıq qazancının və (və ya) başqa gəlirlərinin 1/4 hissəsi həcmində aliment ödəyəcəkdir.” hissəsi təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Xətai rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar