Məhkəmə qərarları › İş №e-2(011)-77/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-77/2024

09.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-77/2024 09.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “ümumi birgə əmlakın bölgüsü” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “ümumi birgə əmlakın bölgüsü” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1874/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ünvan 1, 361 saylı mənzildə və Quba rayonu, Digah kəndində yerləşən 0.07 ha torpaq sahəsi üzərində ½ hissədə Cavabdeh və ½ hissədə İddiaçı payları müəyyən edilmiş, həmin məhkəmə qətnaməsi qanuni qüvvəyə minmişdir. Lakin İddiaçı müvafiq hissədə olan payından cavabdehin yaratdığı maneələrə görə istifadə və sahiblik hüquqlarını həyata keçirə bilmir. Qeyd edilən səbəbdən iddiaçı cavabdehə 26.112022-ci il tarixli yazılı məktubla müraciət edərək 15 (on beş) gün ərzində ünvan 1, 361 saylı mənzildəki payının naturada ayrılması, bu mümkün olmadıqda isə ona məxsus hissəyə dair pul əvəzinin (kompensasiyanın) verilməsi ilə mülkiyyət hüququna xitam verilməsini xahiş etmişdir. Həmin məktub xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən qəbul edilsə də, bu zamana kimi heç bir tədbir həyata keçirilməmişdir. Tərəflər arasında mediasiya prosesi nəticəsində barışıq sazişinin bağlanması, kompensasiyanın ödənilməsi məxrəcinə gəlinməsi də mümkün olmamışdır. Keçirilən mediasiya prosesinin yekuna dair Bakı şəhəri 4 saylı mediasiya Təşkilatının xx.xx.2022-ci il tarixli arayışına əsasən cavabdeh mediasiya sessiyasında iştirak etmədiyi üçün icraata xitam verilmişdir. Hazırkı halda iddiaçının hüquqlarının müdafiəsinin yeganə yolu məhkəmə müdafiəsi hüququndan istifadə etməklə payın naturada ayrılması, bu mümkün olmadıqda isə əmlakın naturada bölgüsü mümkün olmadığından açıq hərracda satılmaqla paylara uyğun pul vəsaitinin bölgüsüdür. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, ünvan 1, 361 saylı mənzildə iddiaçının ½ hissədə payının natura formasında ayrılması, bu mümkün olmadıqda isə həmin əmlakın açıq hərracda satılmaqla paylara uyğun pul vəsaitinin mütənasib bölgüsü barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçıiddia tələbini müdafiə etməklə yanaşı, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin çıxışını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1874/2021 saylı, 20 avqust 2021-ci il tarixli qətnaməsindən görünür ki, ünvan 1, 361 saylı mənzildə və Quba rayonu, Digah kəndində yerləşən 0.07 ha torpaq sahəsində ½ hissədə Cavabdeh və ½ hissədə İddiaçı payları müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh göndərilmiş 26 noyabr 2022-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı məktub alındığı tarixdə 15 gün ərzində ünvan 1, 361 saylı mənzildə onun ½ hissədə payının naturada ayrılması mümkün olmadığından və həmin əmlakdan istifadəsi qeyri-mümkün olduğundan ona məxsus hissəyə dair pul əvəzinin (kompensasiyanın) verilməsi ilə mülkiyyət hüququna xitam verilməsini xahiş etmiş, əks halda tərəfindən əmlakın açıq hərracdan satılması və pulun aralarında paylara mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməsi məqsədilə məhkəməyə müraciət edəcəyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 avqust 2023-cü il tarixli, 10/4695 nömrəli rəyindən məlum olur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən 36 saylı evin, 361 nömrəli mənzilinin mülkiyyətçilərinin paylarına uyğun şəkildə naturada ayrılmasının "İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4 və 2.9 bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. İş materiallarında olan Ekspertiza Xərclərinə dair bildirişindən görünür ki, məhkəmə-tikintitexniki ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC Hüquq və Qiymətləndirmə Şirkəti tərəfindən verilmiş 20 dekabr 2023-cü il tarixli, LFN 17 nömrəli mütəxəssis rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 361 nömrəli mənzilin bazar dəyəri 191000 manat, likvid dəyəri 185000 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC Hüquq və Qiymətləndirmə Şirkəti tərəfindən 20 dekabr 2023-cü il tarixli, LFN 17 nömrəli hesab fakturadan görünür ki, ünvan 2 ünvanında yerləşən 361 mənzilin qiymətləndirilməsi üzrə ödəniş məbləği 300 manatdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Mülki işdə olan sübutlarla təsdiq edilir ki, tərəflərin birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanında yerləşən 361 saylı mənzil üzərində İddiaçı 1/2 hissədə və Cavabdeh 1/2 hissədə mülkiyyət hüquqları müəyyən edilmişdir. "xxxx" MMC Hüquq və Qiymətləndirmə Şirkəti tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 361 nömrəli mənzilin bazar dəyəri 191000 manat, likvid dəyəri 185000 manat təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ümumi paylı əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirə bilmir və tərəflər arasında iddia tələbində göstərilən mənzilin məhkəmədən kənar satılması barədə razılıq əldə olunmamışdır. Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 avqust 2023-cü il tarixli, 10/4695 nömrəli rəyindən məlum olur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən 36 saylı evin, 361 nömrəli mənzilinin mülkiyyətçilərinin paylarına uyğun şəkildə naturada ayrılmasının "İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4 və 2.9 bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Məhkəmə yuxarıda qeyd edilmiş mülki qanunvericilik normalarına əsaslanaraq, belə qənaətə gəlir ki, tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlak üzərində İddiaçı 1/2 hissədə və Cavabdeh 1/2 hissədə payları müəyyən edildiyindən və həmin mənzilin dəyəri mütəxəssis rəyinə əsasən müəyyən edildiyindən, həmçinin tərəflər arasında əmlakın məhkəmədənkənar satılması ilə bağlı razılıq olmadığından, həmçinin həmin əmlakın naturada bölgüsü mümkün olmadığından ünvan 1 ünvanında yerləşən 361 nömrəli mənzilin ilkin satış qiyməti 191000 manat müəyyən edilməklə həmin əmlak açıq hərracda satılaraq əldə edilmiş pul məbləğinin ½ hissəsi İddiaçı, 1/2 hissəsi Cavabdeh ödənilməlidir. MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən 361 nömrəli mənzilin ilkin satış qiyməti 191000 manat müəyyən edilməklə açıq hərracda satılaraq əldə edilmiş pul məbləğinin ½ hissəsi İddiaçı, 1/2 hissəsi Cavabdeh ödənilsin. İş üzrə aparılmış mənzilin qiymətləndirilməsinə görə qiymətləndiriciyə ödənilməli olan 300 (üç yüz) manat pul vəsaiti Cavabdeh tutularaq "xxxx" MMC-nin VÖEN **********, S.W.İ.F.T:PAHAAZ22, AZ82NABZ******************** hesablaşma hesabına ödənilsin. Eyni zamanda iddia təmin edildiyindən, 50 manat ekspertiza xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin X1 hesabına ödənilsin Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin MİÜK-na apellyasiya şikayəti verilə bilər. Hakim: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar