Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7892/2024 26.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi ilə, Ərizəçi “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdı: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya prosesi nəticəsində Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/18/2024-00364 nömrəli barışıq sazişinin Maraqlı şəxs birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X2 üçün uşaqlar yetkinlik yaşına çatana qədər hər ayın 10-dan 15-ə kimi hər uşağa görə 235 manat, ümumilikdə 470 manat məbləğində alimenti Ərizəçi məxsus bank kartına ödəməyi öhdəsinə götürməsi hissəsində təsdiq edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun maraqlı şəxsdən tutulub ərizəçiyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, Cəlilabad Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(073)-289/2021 saylı qətnaməsi ilə Maraqlı şəxs ilə aralarında bağlanmış olan xx.xx.2011-ci il tarixli, 1007 saylı nikahın pozulması, birgə nikahdan anadan olmuş xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 ərizəçinin yanında qalmaları və uşaqlar yetkinlik yaşına çatanadək hər uşağa görə 130 manat olmaqla cəmi 260 manat alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Aliment məbləğinin bu qədər az müəyyən edilməsinə baxmayaraq təəssüflər olsun ki, Maraqlı şəxs tərəfindən aliment məbləği ödənilməmiş və külli miqdarda borc yığılmışdır. Alimentin az olması və il keçdikcə xərclərin artması səbəbi ilə alimentin artırılması tələbi ilə qarşı tərəfə mediasiya təklifi göndərmiş, Bakı 18 saylı Mediasiya təşkilatının mediatoru X5 təsdiq etdiyi xx.xx.2024-cü il tarixli, MŞB/18/2024-00364 nömrəli barşıq sazişinə əsasən, Maraqlı şəxs birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X2 üçün uşaqlar yetkinlik yaşına çatana qədər hər ayın 10-dan 15-ə kimi hər uşağa görə 235 (iki yüz otuz beş) manat, ümumilikdə 470 (dörd yüz yetmiş) manat məbləğində alimenti ərizəçiyə məxsus bank kartına ödəməyi öhdəsinə götürmüşdür. Təəssüflər olsun ki, bu günə kimi həmin sazişə əsasən heç bir aliment ödənilməmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş lakin tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli olan barışıq sazişinin 2-ci bəndinə əsasən saziş ilə ikinci tərəf - Maraqlı şəxs onların birgə nikahından doğulmuş xx.xx.2012ci il təvəllüdlü X3 və xx.xx.2013-ci il təvəllüdlü X1 üçün uşaqlar yetkinlik yaşına çatana qədər hər ayın 10-dan 15-ə kimi hər uşağa görə 235 (iki yüz otuz beş) manat, ümumilikdə 470 (dörd yüz yetmiş) manat məbləğində alimenti birinci tərəfə,yəni Ərizəçi məxsus bank kartına ödəməyi öz öhdəsinə götürür. İlkin mediasiya xərcini (60 manat) və tam mediasiya xərcini (140 manat) tərəflər bərabər şəkildə ödəyir. İş materiallarında olan, xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, ərizəçi məhkəmə ərizə ilə müraciət edərkən tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi olə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixində barışıq sazişı imzalanmışdır. Lakin, Maraqlı şəxs saziş üzrə öhdəliklərini yerinə yetirməmiş, sazişdə qeyd olunan 470 manat məbləğində alimenti ərizəçiyə ödəməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmə xüsusi icraat qaydasında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasmdan imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Qeyd edilən Məcəllənin 355-26-cı maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3 və 34.4-cü maddələrinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Göründüyü kimi, uşağın saxlanması üçün valideynlərin birindən digərinin xeyrinə aliment tutulması barədə onlar arasında barışıq sazişi bağlana bilər, barışıq sazişi könüllü icra edilmədikdə isə, həmin barışıq sazişinin təsdiq edilməsi barədə maraqlı tərəf məhkəməyə müraciət edə bilər. Həmçinin, Azərbaycan Respublikası AM-nin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarını nəzərə alaraq və işdə iştirak edən şəxslər tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin müddəalarını təhlil edərək belə qənaətə gəlir ki, barışıq sazişinin təsdiq edilməsindən imtina üçün Mülki-Prosessual Məcəllənin 355-26.1-ci maddəsində göstərilən hallar mövcud deyil. Belə olan halda, Maraqlı şəxs barışıq sazişi üzrə Maraqlı şəxs birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X2 üçün uşaqlar yetkinlik yaşına çatana qədər hər ayın 10-dan 15-ə kimi hər uşağa görə 235 manat, ümumilikdə 470 manat məbləğində alimenti Ərizəçi məxsus bank kartına ödəməsinə dair öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə könüllü olaraq icra etmədiyinə görə və hazırda mübahisə yalnız həmin hissədə olduğundan barışıq sazişinin məcburi icrasının təmin edilməsi məqsədilə saziş məhkəmə tərəfindən təsdiq edilməlidir. Habelə ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Maraqlı şəxs alınaraq, Ərizəçi ödənilməldir. Azərbaycan Respublikasının MPM-nin 216-220, 339-341, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixli, MŞB/18/2024-00364 nömrəli mediator X5 iştirakı ilə bağlanmış Barışıq sazişi yalnız aşağıdakı məzmunda təsdiq edilsin:
1. İkinci tərəf - Maraqlı şəxs onların birgə nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2013-ci il təvəllüdlü X1 üçün uşaqlar yetkinlik yaşına çatana qədər hər ayın 10-dan 15-ə kimi hər uşağa görə 235 (iki yüz otuz beş) manat, ümumilikdə 470 (dörd yüz yetmiş) manat məbləğində alimenti birinci tərəfə,yəni Ərizəçi məxsus bank kartına ödəməyi öz öhdəsinə götürür. Ərizəçi tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Maraqlı şəxs alınaraq Ərizəçi ödənilsin. Qətnamə alimentə dair hissədə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Sahibə Hacıyeva