Məhkəmə qərarları › İş №e-2(011)-7965/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7965/2024

04.10.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7965/2024 04.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil, Maraqlı şəxs iştirakı ilə Ərizəçi Maraqlı şəxs olmaqla barışıq sazişinin təsdiq edilməsi tələbi barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, MŞB/16-00162 saylı xx.xx.2024-cü il tarixli Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək izahatında bildirdi ki, Maraqlı şəxs ilə ərizəçi arasında 03 noyavbr 2011-ci il tarixində nikahın bağlanması haqqında akt qeydləri kitabında 28 nömrəli qeyd ilə rəsmiləşdirmiş nikahdan 02 iyun 2012-ci il təvəllüdlü X4 və 22 dekabr 2014-cü il təvəllüdlü X2 dünyaya gəlmişdir. Mediasiya prosesi nəticəsində aralarında olan məsələlərin, o cümlədən nikahın pozulması, uşaqların ananın yanında qalması, aliment, əmlak bölgüsü və s. qarşılıqlı həlli barədə razılığa gəlmələri barədə MŞB/16-00162 saylı xx.xx.2024-cü il tarixli Barışıq sazişi imzalanmışdır. Barışıq sazişinə əsasən: (Birinci tərəf: Ərizəçi; İkinci tərəf: Maraqlı şəxs) 1. Tərəflər (Ərizəçi və Maraqlı şəxs) xx.xx.2011-ci il tarixində Qobustan rayonu İKB-nın Sündü kəndi üzrə nümayəndəliyi 28 nömrəli nikah akt qeydinin pozulması barədə razılığa gəldilər. 2. 2-ci tərəf (Maraqlı şəxs) tərəflərin birgə nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X1 1-ci tərəfin, yəni ananın (Ərizəçi) yanında qalmasına etiraz etmir. 3. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 2-ci tərəf (Maraqlı şəxs) 1-ci tərəfə (Ərizəçi), hər uşağa görə, hər ay 235 (iki yüz otuz beş), ümumilikdə 470 (dörd yüz yetmiş) manat alimenti ödəməyi öz öhdəsinə götürür. 4. Tərəflərin birgə nikahından doğulmuş övladları X4 və X1 2-ci tərəf (Maraqlı şəxs) ilə ünsiyyəti ağlabatan məkanda və saatda uşaqların maraqlarına toxunmamaq şərti ilə istənilən zaman baş tutacaqdır. 5. Tərəflər (Ərizəçi və Maraqlı şəxs) birgə nikah dövründə əldə olunmuş əmlakların aşağıdakı qaydada bölünməsi barədə razılığa gəldilər. 6. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 136/943 saylı bağ sahəsində yerləşən torpaq sahəsi 1-ci tərəfin (Ərizəçi) mülkiyyətinə veriləcək. 7. Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 1A-da yerləşən 57 nömrəli mənzilin 1-ci tərəfin (Ərizəçi) mülkiyyətinə verilməsini öhdəlik götürür. 8. 2-ci tərəfə (Maraqlı şəxs) məxsus, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi Pioner küçəsi ev 6A yerləşən (ümumi sahə 157 m²) fərdi yaşayış evi, 2-ci tərəfin (Maraqlı şəxs) mülkiyyətində qalır. 9. 2-ci tərəfə (Maraqlı şəxs) məxsus, Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi ev 3/20 yerləşən (ümumi sahə 76 m²) qeyri yaşayış sahəsi, 2-ci tərəfin (Maraqlı şəxs) mülkiyyətində qalır. 10. 2-ci tərəfə (Maraqlı şəxs) məxsus, Quba rayonu, Ərməki kəndində yerləşən 0.12 ha sahəsi olan torpaq sahəsi 2-ci tərəfin (Maraqlı şəxs) mülkiyyətində qalır. 11. 2-ci tərəfə (Maraqlı şəxs) məxsus, Quba rayonu, Ərməki kəndində yerləşən 0.07 ha sahəsi olan torpaq sahəsi 2-ci tərəfin (Maraqlı şəxs) mülkiyyətində qalır. 12. 2-ci tərəfə (Maraqlı şəxs) məxsus, Quba rayonu, Ərməki kəndində yerləşən 1 ha sahəsi olan torpaq sahəsi 2-ci tərəfin (Maraqlı şəxs) mülkiyyətində qalır. 13. 2-ci tərəfə (Maraqlı şəxs) məxsus, Quba rayonu, Ərməki kəndində yerləşən 0.76 ha sahəsi olan torpaq sahəsi 2-ci tərəfin (Maraqlı şəxs) mülkiyyətində qalır. 14. 2-ci tərəfə (Maraqlı şəxs) məxsus digər daşınan və daşınmaz əmlakların hər biri 2-ci tərəfin (Maraqlı şəxs) mülkiyyətində qalır. Qeyd etmək lazımdır ki, tərəflər aralarında qeyd olunan məzmunda barışıq sazişi olmasına baxmayaraq Maraqlı şəxs barışıq sazişindən irəli gələn öhdəliyini yerinə yetirməmiş, nəticədə barışıq sazişinin könüllü icrası üçün “Mediasıya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddəti keçmişdir. Ona görə də, hazırda mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin daşınmaz əmlakların ərizəçinin mülkiyyətinə verilməsi hissəsində məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi haqqında ərizə vermək məcburiyyətində qalmışdır, beləliklə, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 136/943 saylı bağ sahəsində yerləşən torpaq sahəsinin, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 1A-da yerləşən 57 nömrəli mənzilin Ərizəçi mülkiyyətinə verilməsi hissəsində məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi haqqında qətnamə qəbul edilməlidir. Sonda ərizəçinin nümayəndəsi və vəkili ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs izahat verərək bildirdi ki, barışıq sazişində müəyyən edilmiş qaydada alimenti və digər öhdəlikləri ödəyir, bununla belə sazişin təsdiq edilməsinə etiraz etmir. Sonda maraqlı Maraqlı şəxs qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, tərəflər Ərizəçi və Maraqlı şəxs arasında MŞB/16-00162 saylı xx.xx.2024-cü il tarixli Barışıq sazişi bağlanmışdır. Sazişin bəndlərindən görünür ki, Tərəflər Ərizəçi (bundan sonra Birinci Tərəf) və Maraqlı şəxs (bundan sonra İkinci Tərəf) aşağıda göstərilən şərtlər əsasında razılaşdılar: Tərəflər (Ərizəçi və Maraqlı şəxs) xx.xx.2011-ci il tarixində Qobustan rayonu İKB-nın Sündü kəndi üzrə nümayəndəliyi 28 nömrəli nikah akt qeydinin pozulması barədə razılığa gəldilər. 2-ci tərəf (Maraqlı şəxs) tərəflərin birgə nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X1 1-ci tərəfin, yəni ananın (Ərizəçi) yanında qalmasına etiraz etmir. 3. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2014cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 2-ci tərəf (Maraqlı şəxs) 1ci tərəfə (Ərizəçi), hər uşağa görə, hər ay 235 (iki yüz otuz beş), ümumilikdə 470 (dörd yüz yetmiş) manat alimenti ödəməyi öz öhdəsinə götürür. Tərəflərin birgə nikahından doğulmuş övladları X4 və X1 2-ci tərəf (Maraqlı şəxs) ilə ünsiyyəti ağlabatan məkanda və saatda uşaqların maraqlarına toxunmamaq şərti ilə istənilən zaman baş tutacaqdır. Tərəflər (Ərizəçi və Maraqlı şəxs) birgə nikah dövründə əldə olunmuş əmlakların aşağıdakı qaydada bölünməsi barədə razılığa gəldilər. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 136/943 saylı bağ sahəsində yerləşən torpaq sahəsi 1-ci tərəfin (Ərizəçi) mülkiyyətinə veriləcək. Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 1A-da yerləşən 57 nömrəli mənzilin 1-ci tərəfin (Ərizəçi) mülkiyyətinə verilməsini öhdəlik götürür. 2-ci tərəfə (Maraqlı şəxs) məxsus, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi Pioner küçəsi ev 6A yerləşən (ümumi sahə 157 m²) fərdi yaşayış evi, 2-ci tərəfin (Maraqlı şəxs) mülkiyyətində qalır. 2-ci tərəfə (Maraqlı şəxs) məxsus, Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi ev 3/20 yerləşən (ümumi sahə 76 m²) qeyri yaşayış sahəsi, 2-ci tərəfin (Maraqlı şəxs) mülkiyyətində qalır. 2-ci tərəfə (Maraqlı şəxs) məxsus, Quba rayonu, Ərməki kəndində yerləşən 0.12 ha sahəsi olan torpaq sahəsi 2-ci tərəfin (Maraqlı şəxs) mülkiyyətində qalır. 2-ci tərəfə (Maraqlı şəxs) məxsus, Quba rayonu, Ərməki kəndində yerləşən 0.07 ha sahəsi olan torpaq sahəsi 2-ci tərəfin (Maraqlı şəxs) mülkiyyətində qalır. 2-ci tərəfə (Maraqlı şəxs) məxsus, Quba rayonu, Ərməki kəndində yerləşən 1 ha sahəsi olan torpaq sahəsi 2-ci tərəfin (Maraqlı şəxs) mülkiyyətində qalır. 2-ci tərəfə (Maraqlı şəxs) məxsus, Quba rayonu, Ərməki kəndində yerləşən 0.76 ha sahəsi olan torpaq sahəsi 2-ci tərəfin (Maraqlı şəxs) mülkiyyətində qalır. 2-ci tərəfə (Maraqlı şəxs) məxsus digər daşınan və daşınmaz əmlakların hər biri 2-ci tərəfin (Maraqlı şəxs) mülkiyyətində qalır. Barışıq sazişi imzalandığı gündən Tərəflər üçün məcburi xarakter daşıyır. Bu Saziş tam nmzalandığı gündən 10 (on) təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişi bu gündən etibarən qüvvəyə minir. Həmçinin, sazişin imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti ilə əlaqədar Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur, sazişin imzalanması sadəcə bu Sazişlə əhatə olunan məsələlərə aiddir və Tərəflər arasında digər irad və tələblərə aid edilmir, bu Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə azad edirlər, saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən Tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə Tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır, Tərəflər Sazişdən irəli gələn öhdəliklərinin pozulmasına görə, o cümlədən, Sazişin könüllü icrasından boyun qaçırmaya görə əldən çıxmış fayda istisna olmaqla qarşı Tərəfə vurulmuş real zərəri ödəməyə borcludurlar, Sazişin könüllü icrasındanimtina olunarsa, Tərəflər Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər, Sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edən Tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər Tərəf ona ödəməlidir, Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir, Tərəflər razılığa gəlirlər ki, Tərəflərin birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə Tərəflər razılığa gəlirlər ki, digər müddəalar hüquqi qüvvəsini saxlayacaqdır, Tərəflər bununla təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla, habelə digər mütəxəssislərlə məsləhətləşmək hüququ vardır, Tərəflər razılaşırlar ki, hazırkı Sazişdəki heç bir müddəa hər hansı Tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz, əgər Tərəflər arasında ayrı şərt müəyyən edilməyibsə, həmçinin barışıq sazişinin təsdiqi və icrası məqsədilə tələb olunan hallar istisna olmaqla, Tərəflərdən hər biri mediasiya zamanı əldə olunan bütün məlumatların (o cümlədən, tərəflərdən birinin mediasiyanın həyata keçirilməsi barədə təşəbbüsü, mediasiyaya və mübahisənin mümkün həll variantına razılıq verməsi, Tərəflərdən birinin və ya mediatorun mübahisənin mümkün həllinə dair rəy və ya təklifləri, mediasiya zamanı Tərəflərdən birinin verdiyi bəyanatları və ya etdiyi etirafları, mediasiyanın həyata keçirilməsi məqsədi ilə tərtib olunmuş sənədlər və s.) konfidensiallığını qorumaq öhdəliyini öz üzərlərinə götürürlər. Tərəflərin bu qaydaları pozması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur, Tərəflərin onlara mediasiya zamanı məlum olan məlumatları məhkəmə və arbitraj (münsiflər məhkəməsi) proseslərində, başqa mediasiya zamanı və ya hər hansı digər hallarda açıqlamaq və ya onlara istinad etmək hüququ yoxdur (həmin məlumatı verən tərəfin yazılı razılığı olduğu hallar istisna olmaqla) və belə məlumatlarla bağlı Tərəflər şahid qismində iştirak edə bilməzlər, Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: bu məlumatı bilmələri vacib olan rəhbərlərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; bu məlumatların açıqlanması qanunvericiliklə tələb edilən şəxslərə: Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrinin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; yaxın qohumlara (qarşı tərəfin yazılı icazəsi ilə). Tərəflər arasında digər razılaşma yoxdursa, "iş tərəflərin qarşılıqlı razılığı ilə həll edildi" və ya Oxşar bir şərh vermək və ya ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcəkdir, Tərəflər bu Sazişlə üzərlərinə götürdükləri öhdəliklərin tam və ya qismən icra edilməməsinə görə məsuliyyətdən o vaxt azad olunurlar ki, bu icra etməmə Sazişin bağlanmasından sonra yaranmış, Tərəflərin iradəsindən asılı olmayan, əvvəlcədən görə və təsirinə mane ola bilmədikləri qarşısıalınmaz qüvvənin təsirindən əmələ gəlmiş olsun. Bu cür hallara daşqın, zəlzələ, yanğın, yer sürüşməsi və digər təbii fəlakətlər, epidemiya ve pandemiyalar, müharibə və hərbi əməliyyatlar, kütləvi iğtişaşlar, Tərəflərin münasibətlərini bilavasitə dəyişdirən qanunvericilikdə dəyişikliklər, dövlət və yerli özünüidarəetmə orqanlarının bu Sazişin icrasının mümkünsüzlüyünə səbəb olan hərəkətləri və ya qəbul etdikləri aktları aiddir, Sazişin 18-ci bəndində göstərilən səbəblərdən Sazişin icrası mümkün olmadıqda, onun icrası həmin halın mövcud olduğu müddət ərzində dayandırılır, fors-major hallarının təsirinə məruz qalan Tərəf digər Tərəfi belə halların baş verdiyi gündən 3 (üç) təqvim günündən gec olmayaraq yazılı surətdə xəbərdar etməlidir, fors-major hallarının baş verməsi barədə xəbərdar etməyən və ya vaxtında xəbərdar etməyən Tərəf Saziş üzrə öhdəliklərini icra edə bilmədikdə fors-major hallarına istinad etmək hüququnu itirir, fors-major hallarının baş verməsinə istinad etmək hüququnu itirmiş Tərəf tətbiq edilən qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır, forsmajor hallarının mövcudluğu və təsir müddəti səlahiyyətli dövlət orqanları və ya digər səlahiyyətli təşkilatlar tərəfindən verilən sənədlərlə təsdiq olunmalıdır, Saziş tam imzalandığı tarixdən qüvvəyə minir və Tərəflər öhdəliklərini tam icra edənədək qüvvədədir, bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik 3 (rəqəmlə və sözlə) nüsxədə tərtib edilmişdir. Saziş hər birində 1 (bir) nüsxə olmaqla mediatorda və Tərəflərdə saxlanılır (Tərəflərin tələbi ilə müvafiq orqanlara təqdim etmək üçün əlavə nüsxələrdə hazırlana bilər). İş materiallarından görünür ki, Ərizəçi tərəfindən xx.xx.2024-cü il tarixdə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, mediasiya prosesi nəticəsində tərəflər Ərizəçi və Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixli Barışıq sazişi bağlanmışdır, saziş hər iki tərəf və mediator tərəfindən imzalanmışdır, Sazişin bəndlərindən görünür ki, Tərəflər Ərizəçi (Bundan sonra Birinci Tərəf) və Maraqlı şəxs (Bundan sonra İkinci Tərəf) aşağıda göstərilən şərtlər əsasında razılaşdılar: Tərəflər (Ərizəçi və Maraqlı şəxs) xx.xx.2011-ci il tarixində Qobustan rayonu İKB-nın Sündü kəndi üzrə nümayəndəliyi 28 nömrəli nikah akt qeydinin pozulması barədə razılığa gəldilər. 2-ci tərəf (Maraqlı şəxs) tərəflərin birgə nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X1 1-ci tərəfin, yəni ananın (Ərizəçi) yanında qalmasına etiraz etmir. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 2-ci tərəf (Maraqlı şəxs) 1-ci tərəfə (Ərizəçi), hər uşağa görə, hər ay 235 (iki yüz otuz beş), ümumilikdə 470 (dörd yüz yetmiş) manat alimenti ödəməyi öz öhdəsinə götürür. Tərəflərin birgə nikahından doğulmuş övladları X4 və X1 2-ci tərəf (Maraqlı şəxs) ilə ünsiyyəti ağlabatan məkanda və saatda uşaqların maraqlarına toxunmamaq şərti ilə istənilən zaman baş tutacaqdır. Tərəflər (Ərizəçi və Maraqlı şəxs) birgə nikah dövründə əldə olunmuş əmlakların aşağıdakı qaydada bölünməsi barədə razılığa gəldilər. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 136/943 saylı bağ sahəsində yerləşən torpaq sahəsi 1-ci tərəfin (Ərizəçi) mülkiyyətinə veriləcək. Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 1A-da yerləşən 57 nömrəli mənzilin 1-ci tərəfin (Ərizəçi) mülkiyyətinə verilməsini öhdəlik götürür. 2-ci tərəfə (Maraqlı şəxs) məxsus, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi Pioner küçəsi ev 6A yerləşən (ümumi sahə 157 m²) fərdi yaşayış evi, 2-ci tərəfin (Maraqlı şəxs) mülkiyyətində qalır. 2-ci tərəfə (Maraqlı şəxs) məxsus, Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi ev 3/20 yerləşən (ümumi sahə 76 m²) qeyri yaşayış sahəsi, 2-ci tərəfin (Maraqlı şəxs) mülkiyyətində qalır. 2-ci tərəfə (Maraqlı şəxs) məxsus, Quba rayonu, Ərməki kəndində yerləşən 0.12 ha sahəsi olan torpaq sahəsi 2-ci tərəfin (Maraqlı şəxs) mülkiyyətində qalır. 2-ci tərəfə (Maraqlı şəxs) məxsus, Quba rayonu, Ərməki kəndində yerləşən 0.07 ha sahəsi olan torpaq sahəsi 2-ci tərəfin (Maraqlı şəxs) mülkiyyətində qalır. 2-ci tərəfə (Maraqlı şəxs) məxsus, Quba rayonu, Ərməki kəndində yerləşən 1 ha sahəsi olan torpaq sahəsi 2-ci tərəfin (Maraqlı şəxs) mülkiyyətində qalır. 2-ci tərəfə (Maraqlı şəxs) məxsus, Quba rayonu, Ərməki kəndində yerləşən 0.76 ha sahəsi olan torpaq sahəsi 2-ci tərəfin (Maraqlı şəxs) mülkiyyətində qalır. 2-ci tərəfə (Maraqlı şəxs) məxsus digər daşınan və daşınmaz əmlakların hər biri 2-ci tərəfin (Maraqlı şəxs) mülkiyyətində qalır. Tərəflər birgə nikah dövründə əldə olunmuş Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 136/943 saylı bağ sahəsində yerləşən torpaq sahəsinin və Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 1A-da yerləşən 57 nömrəli mənzilin bundan sonra 1-ci tərəfin -Ərizəçi istifadəsinə və sahibliyində qalmasına etiraz etməyəcəyi və digər ümumi şərtlər barədə razılığa gəlmişdirlər, Maraqlı şəxs barışıq sazişinin şərtlərini könüllü qaydada icra etməkdən yayınır, ərizəçi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 136/943 saylı bağ sahəsində yerləşən torpaq sahəsinin və Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 1A-da yerləşən 57 nömrəli mənzilə dair barışıq sazişindən irəli gələn öhdəliklərin icra edilməsi məqsədilə Barışıq Sazişinin təsdiq edilməsini xahiş edir, maraqlı şəxs Barışıq Sazişinin təsdiq edilməsinə etiraz etmir. Bununla belə, tərəflər arasında bağlanmış barışıq sazişinin qanuna zidd olmasına, onun mediasiyada iştirak etməyən üçüncü şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanılmasına dair hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Belə olan halda, məhkəmə hesab edir ki, ərizəçi Barışıq Sazişinin Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 136/943 saylı bağ sahəsində yerləşən torpaq sahəsinin və Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 1A-da yerləşən 57 nömrəli mənzilin Ərizəçi mülkiyyətinə verilməsi hissəsində təsdiq edilməsini xahiş etdiyindən və maraqlı şəxs də buna etiraz etmədiyindən Barışıq Sazişi həmin hissədə təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 881.1-ci maddəsinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmə xüsusi icraat qaydasında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda və ya barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişindən və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən, barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Beləliklə, məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesində bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə qismən təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixində mediasiya prosesi nəticəsində bağlanmış aşağıdakı məzmunlu “Barışıq sazişi” təsdiq edilsin: - Tərəflərin birgə nikah dövründə əldə olunmuş Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 136/943 saylı bağ sahəsində yerləşən torpaq sahəsini 2-ci tərəf (Maraqlı şəxs) 1-ci tərəfin (Ərizəçi) mülkiyyətinə verilməsini öz öhdəsinə götürür. - Tərəflərin birgə nikah dövründə əldə olunmuş Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 1A-da yerləşən 57 nömrəli mənzili 2-ci tərəf (Maraqlı şəxs) 1-ci tərəfin (Ərizəçi) mülkiyyətinə verilməsini öz öhdəsinə götürür. - Sazişin imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti ilə əlaqədar Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. - Sazişin imzalanması sadəcə bu Sazişlə əhatə olunan məsələlərə aiddir və Tərəflər arasında digər irad və tələblərə aid edilmir. - Bu Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə azad edirlər. - Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən Tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə Tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır. - Tərəflər Sazişdən irəli gələn öhdəliklərinin pozulmasına görə, o cümlədən, Sazişin könüllü icrasından boyun qaçırmaya görə əldən çıxmış fayda istisna olmaqla qarşı Tərəfə vurulmuş real zərəri ödəməyə borcludurlar. - Sazişin könüllü icrasından imtina olunarsa, Tərəflər Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. - Sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edən Tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər Tərəf ona ödəməlidir. - Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. - Tərəflər razılığa gəlirlər ki, Tərəflərin birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə Tərəflər razılığa gəlirlər ki, digər müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. - Tərəflər bununla təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla, habelə digər mütəxəssislərlə məsləhətləşmək hüququ vardır. - Tərəflər razılaşırlar ki, hazırkı Sazişdəki heç bir müddəa hər hansı Tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz. - Əgər Tərəflər arasında ayrı şərt müəyyən edilməyibsə, həmçinin barışıq sazişinin təsdiqi və icrası məqsədilə tələb olunan hallar istisna olmaqla, Tərəflərdən hər biri mediasiya zamanı əldə olunan bütün məlumatların (o cümlədən, tərəflərdən birinin mediasiyanın həyata keçirilməsi barədə təşəbbüsü, mediasiyaya və mübahisənin mümkün həll variantına razılıq verməsi, Tərəflərdən birinin və ya mediatorun mübahisənin mümkün həllinə dair rəy və ya təklifləri, mediasiya zamanı Tərəflərdən birinin verdiyi bəyanatları və ya etdiyi etirafları, mediasiyanın həyata keçirilməsi məqsədi ilə tərtib olunmuş sənədlər və s.) konfidensiallığını qorumaq öhdəliyini öz üzərlərinə götürürlər. Tərəflərin bu qaydaları pozması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. - Tərəflərin onlara mediasiya zamanı məlum olan məlumatları məhkəmə və arbitraj (münsiflər məhkəməsi) proseslərində, başqa mediasiya zamanı və ya hər hansı digər hallarda açıqlamaq və ya onlara istinad etmək hüququ yoxdur (həmin məlumatı verən tərəfin yazılı razılığı olduğu hallar istisna olmaqla) və belə məlumatlarla bağlı Tərəflər şahid qismində iştirak edə bilməzlər. - Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: bu məlumatı bilmələri vacib olan rəhbərlərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; bu məlumatların açıqlanması qanunvericiliklə tələb edilən şəxslərə; Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrinin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; yaxın qohumlara (qarşı tərəfin yazılı icazəsi ilə); - Tərəflər arasında digər razılaşma yoxdursa, "iş tərəflərin qarşılıqlı razılığı ilə həll edildi" və ya Oxşar bir şərh vermək və ya ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcəkdir. - Tərəflər bu Sazişlə üzərlərinə götürdükləri öhdəliklərin tam və ya qismən icra edilməməsinə görə məsuliyyətdən o vaxt azad olunurlar ki, bu icra etməmə Sazişin bağlanmasından sonra yaranmış, Tərəflərin iradəsindən asılı olmayan, əvvəlcədən görə və təsirinə mane ola bilmədikləri qarşısıalınmaz qüvvənin təsirindən əmələ gəlmiş olsun. Bu cür hallara daşqın, zəlzələ, yanğın, yer sürüşməsi və digər təbii fəlakətlər, epidemiya ve pandemiyalar, müharibə və hərbi əməliyyatlar, kütləvi iğtişaşlar, Tərəflərin münasibətlərini bilavasitə dəyişdirən qanunvericilikdə dəyişikliklər, dövlət və yerli özünüidarəetmə orqanlarının bu Sazişin icrasının mümkünsüzlüyünə səbəb olan hərəkətləri və ya qəbul etdikləri aktları aiddir. - Sazişin 18-ci bəndində göstərilən səbəblərdən Sazişin icrası mümkün olmadıqda, onun icrası həmin halın mövcud olduğu müddət ərzində dayandırılır. - Fors-major hallarının təsirinə məruz qalan Tərəf digər Tərəfi belə halların baş verdiyi gündən 3 (üç) təqvim günündən gec olmayaraq yazılı surətdə xəbərdar etməlidir. - Fors-major hallarının baş verməsi barədə xəbərdar etməyən və ya vaxtında xəbərdar etməyən Tərəf Saziş üzrə öhdəliklərini icra edə bilmədikdə fors-major hallarına istinad etmək hüququnu itirir. - Fors-major hallarının baş verməsinə istinad etmək hüququnu itirmiş Tərəf tətbiq edilən qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır. - Fors-major hallarının mövcudluğu və təsir müddəti səlahiyyətli dövlət orqanları və ya digər səlahiyyətli təşkilatlar tərəfindən verilən sənədlərlə təsdiq olunmalıdır. - Saziş tam imzalandığı tarixdən qüvvəyə minir və Tərəflər öhdəliklərini tam icra edənədək qüvvədədir. - Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədə tərtib edilmişdir. Saziş hər birində 1 (bir) nüsxə olmaqla mediatorda və Tərəflərdə saxlanılır (Tərəflərin tələbi ilə müvafiq orqanlara təqdim etmək üçün əlavə nüsxələrdə hazırlana bilər). Dövlət rüsumu qismində ödənilmiş 100 (yüz) manat ərizəçinin özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar