Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-8339/2024 05.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/11/2023 nömrəli barışıq sazişini təsdiq edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Xətai Rayon Məhkəməsinin 2(011)-3314/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən Maraqlı şəxs arasında bağlanmış xx.xx.2012-ci il tarixli 935 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahları pozulmuş, xx.xx.2018-ci il təvəllüdlü X3 Ərizəçi yanında qalması müəyyən edilmiş və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay 154 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi və xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X3 3 yaşına çatanadək, yəni xx.xx.2021-ci ilədək Maraqlı şəxs hər ay 50 manat məbləğində sabit pul şəklində aliment tutularaq ona veriməsi qət edilmişdir. Bundan sonra yəni 2021-ci ildə Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xətai Rayon Məhkəməsinin 2(011)-3314/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş 154 manat alimentin miqdarının artırılmasını xahiş etmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-2247/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək Xətai Rayon Məhkəməsinin 2(011)-3314/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Maraqlı şəxs Ərizəçi xeyrinə tutulmuş alimentin miqdarı artırılaraq Maraqlı şəxs qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 175 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Daha sonra yəni 2023-cü ildə ərizəçi Xətai Rayon Məhkəməsinin 2(011)-2247/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artılması məqsədi ilə maraqlı şəxsə mediasiya prosesinin tətbiqi barədə təkliflə müraciət etmişdir. Maraqlı şəxs mediasiya prosesinin tətbiqinə dair təkliflə razılaşmış və biz mübahisənin mediasiya yolu ilə həllinə nail olaraq keçirilən mediasiya sessiyası zamanı xx.xx.2023-cü il tarixdə MŞB/11/2023 nömrəli barışıq sazişi bağlamışdır. Aralarında bağlanmış barışıq sazişinin 1-ci bəndinə görə Maraqlı şəxs xx.xx.2023-cü ildən başlayaraq övladı xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək hər ayın 07-dək 220 manat olmaqla, sabit pul məbləğində alimenti ödəməyi öz öhdəsinə götürmüşdür. Maraqlı şəxs tərəfindən barışıq sazişi üzrə razılaşdırılan aliment məbləği bir müddət mənə ödənilsə də, sonradan o bu məbləği ödəməkdən yayınmışdır. Belə ki, aralarında bağlanmış Sazişin 6-cı bəndinə əsasən Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Adıçəkilən Sazişin 8-ci bəndinə əsasən sazişin könüllü icrasından imtina olunsa, tərəf Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Hazırda ərizə üzrə maraqlı şəxs sazişin könüllü icrasından boyun qaçırır və sazişdə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Bu səbəbdən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam. Ərizəçi hesab edir ki, bağlanmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməsi zərurət təşkil edir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etməklə ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə Maraqlı şəxs lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, hazırki məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3314/2018 saylı 05 iyul 2018-ci il tarixli qətnaməsindən görünür ki, Babayeva (Mirzoyeva) Aleksandra Valeryevna ilə Maraqlı şəxs arasında 19 noyabr 2012-ci il tarixdə Sumqayıt Nikah evində bağlanmış və 935 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, 18 yanvar 2018-ci il təvəllüdlü X3 anası X1 yanında qalması, 18 yanvar 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs 26 fevral 2018-ci il tarixdən başlayaraq, hər ay 154 manat məbləğində sabit pul şəklində alimentin tutularaq X2 ödənilməsi, 26 fevral 2018-ci il tarixdən başlayaraq 18 yanvar 2018-ci il təvəllüdlü X3 3 yaşına çatanadək, yəni 18 yanvar 2021-ci il tarixədək Maraqlı şəxs hər ay 50 manat məbləğində alimentin tutularaq X2 verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2247/2021 saylı 09 mart 2021-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3314/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Maraqlı şəxs Ərizəçi xeyrinə tutulmuş alimentin miqdarı artırılmış, Maraqlı şəxs qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay 18 yanvar 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 175 manat sabit pul məbləğində alimentin tutularaq Ərizəçi ödənilməsi qət edilmişdir. İş materiallarında olan 11 fevral 2023-cü il tarixli, MŞB/11/2023-00169 nömrəli Barışıq sazişindən görünür ki, birinci tərəf Ərizəçi, ikinci tərəf Maraqlı şəxs və mediator X4 arasında mediasiya prosesi nəticəsində barışıq sazişi bağlanmış və sazişin şərtlərinə görə ikinci tərəf birinci tərəfə xx.xx.2023-cü il tarixdən başlayaraq övladları 18 yanvar 2018-ci il doğum tarixli X3 yetkinlik yaşına çatanadək, hər ayın 07-dək 220 manat olmaqla, sabit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürür. Gələcək illərdə alimentin minimum məbləği dəyişərsə, bu saziş alimentin artırılması üçün məhdudiyyət yaratmır. Göründüyü kimi Ərizəçi, Maraqlı şəxs və mediator X4 arasında mediasiya prosesi nəticəsində 11 fevral 2023-cü il tarixli, MŞB/11/2023-00169 nömrəli Barışıq sazişi bağlanmış və sazişin şərtlərinə görə xx.xx.2023-cü il tarixdən başlayaraq övladları 18 yanvar 2018-ci il doğum tarixli X3 yetkinlik yaşına çatanadək, hər ayın 07-dək 220 manat olmaqla, sabit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin Maraqlı şəxs öz üzərinə götürdüyü öhdəliyi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində könüllü qaydada icra etməmişdir. Bununla bağlı olaraq Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, birinci tərəf Ərizəçi, ikinci tərəf Maraqlı şəxs və mediator X4 arasında mediasiya prosesi nəticəsində 11 fevral 2023-cü il tarixli, MŞB/11/2023-00169 nömrəli Barışıq sazişi təsdiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Birinci tərəf Ərizəçi, ikinci tərəf Maraqlı şəxs və mediator X4 arasında mediasiya prosesi nəticəsində 11 fevral 2023-cü il tarixli, MŞB/11/2023-00169 nömrəli Barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: 1 İkinci tərəf birinci tərəfə xx.xx.2023-cü il tarixdən başlayaraq övladları 18 yanvar 2018-ci il doğum tarixli X3 yetkinlik yaşına çatanadək, hər ayın 07-dək 220 manat olmaqla, sabit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürür. Gələcək illərdə alimentin minimum məbləği dəyişərsə, bu saziş alimentin artırılması üçün məhdudiyyət yaratmır. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-8339/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-8339/2024
05.11.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver