Məhkəmə qərarları › İş №e-2(011)-8362/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-8362/2025

23.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-8362/2025 23.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı - İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul tələbi” barədə iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı «Atəşgah” Sığorta Şirkəti ASC Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul tələbi” barədə kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “Kia Rio” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 140 (bir yüz qırx) manat məbləğində sığorta ödənişi, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat xidmət haqqının İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən xx.xx.2022-ci il tarixdə Cavabdeh2 məxsus, Cavabdeh1 tərəfindən idarə olunan “Daewoo Gentra” markalı, **- VJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Kia Rio” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarında olan TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərara və İXP ******* seriyalı inzibati xəta haqqında protokola əsasən hadisənin baş verməsində “Daewoo Gentra” markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh1 İXM-nin 332.1, 327.1-ci maddələri ilə təqsirli bilinmişdir. Həmçinin tərəflərin polis orqanlarına verdikləri izahatlarda da bu fakt təsdiq olunur. İş materiallarına əlavə edilmiş İcbari Sığorta Bürosunun (İSB) çıxarışından, həmçinin xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından və digər sığorta tələbinə aid sənədlərdən görünür ki, cavabdehin idarə etdiyi “Daewoo Gentra” markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə zamanı İddiaçı SŞ-də avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmışdır. Cavabdehin idarə etdiyi “Daewoo Gentra” markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığorta növü üzrə məsuliyyətini sığortalamış sığortaçısı olan "xxxx" ASC öz növbəsində dəymiş zərəri aradan qaldıraraq zərər dəymiş avtonəqliyyat vasitələrinin qiymətləndirmə aktına uyğun olaraq zərərlə bağlı yaranmış 140 (bir yüz qırx) manat sığorta ödənişini iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli saylı ödəniş tapşırığına əsasən zərərçəkən "xxxx" MMC-nə ödəmişdir. Belə ki, iş materiallarında olan zərər dəymiş avtonəqliyyat vasitələrinin qiymətləndirilməsinə dair hesabatdan da göründüyü kimi “Kia Rio” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 140 (bir yüz qırx) manat məbləğində zərər dəymişdir. İş materiallarına əlavə edilmiş İcbari Sığorta Bürosunun çıxarışından və sığorta tələbinə aid sənədlərdən görünür ki, yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh1 tərəfindən idarə olunan “Daewoo Gentra” markalı, **-VJ- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari avtoməsuliyyət sığortası İddiaçı Sığorta Şirkəti ASC-də sığortalanmışdır. Cavabdeh1 tərəfindən idarə olunan “Daewoo Gentra” markalı, **-VJ-*** qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin icbari sığorta növü üzrə məsuliyyətini sığortalamış sığortaçısı olan İddiaçı Sığorta Şirkəti ASC “Yolnəqliyyat hadisəsində zərərçəkənlərin idarə etdiyi avtonəqliyyat vasitələrinə dəymiş zərər”lə bağlı 140 (bir yüz qırx) manat məbləğində sığorta ödənişini müvafiq qaydada "xxxx" MMC-nə ödəmişdir. xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh1 müvafiq etibarnamə olmadan nəqliyyat vasitəsini idarə etdiyinə görə ona və avtomobilin mülkiyyətçisi Cavabdeh2 qarşı iddiaçının subroqasiya hüququ yaranmışdır. Cavabdehlərlə yazılı (pretenziya) müraciət olunsa və əlaqə yaradılsa da ödəniş edilməmişdir. Hesab edirlər ki, qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 140 (bir yüz qırx) manat məbləğində sığorta ödənişi subroqasiya qaydasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehlərdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məlum olan ünvan üzrə lazımi qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri onlara göndərilmişdir və iddiaçı «Atəşgah” Sığorta Şirkəti ASC-nin tələbinə dair etirazlarının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim olunması təklif edilmişdir, lakin cavabdehlər iddiaya dair etirazlarını məhkəməyə bildirməmişlər. Məhkəmə iddia ərizəsini və işin materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 102866 saylı İddiaçı Sığorta Şirkət ASC tərəfindən tərtib edilmiş sığorta aktından görünür ki, sığortalanmış “Daewoo Gentra” markalı, **- VJ-*** dövlət qeydiyyat nişanlı avtomobil “Kia Rio” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və dəymiş zərər 140 manat təşkil etmişdir. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, xx.xx.2022-ci il tarixində, saat 19:40-da “Daewoo Gentra” markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Kia Rio” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşmasında “Daewoo Gentra” markalı avtomobilin sürücüsü Cavabdeh1 təqsiri vardır. “Daewoo Gentra” markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh2, hadisə zamanı həmin avtomobili idarə edən şəxs - Cavabdeh1 olmuşdur. Hadisənin baş verdiyi anda o etibarnaməsiz olmuşdur. Hadisə nəticəsində “Kia Rio” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Həmin avtomobilin mülkiyyətçidi "xxxx" MMC olmuşdur. Hadisə zamanı həmin avtomobili X1 idarə etmişdir. İş materiallarında olan İddiaçı Sığorta Şirkəti ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli pretenziya məktublarının surətlərindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 140 manat məbləğində sığorta ödənişini subroqasiya qaydasında İddiaçı Sığorta Şirkəti ASC-nin bank hesabına 10 iş günü ərzində könüllü ödəmək təklif olunmuşdur. TP ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh1 barəsində Azərbaycan Respublikası İXM-nin 332.1 və 327.1-ci maddələri ilə qərar qəbul edilərək 40 manat məbləğində cərimələnmişdir. İş materiallarında olan inzibati xəta haqqında İXP4427845 saylı, xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixində, saat 19:40-da “Daewoo Gentra” markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh1 AR İXM-nin 332.1 və 327.1-ci maddələrində qeyd edilmiş inzibati xətalara yol vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd edilən Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə görə sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır:

1. sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda;

2. bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması;

3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.

4. sığorta hadisəsi icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onun texniki təyinatına uyğun olmayan məqsədlərlə istifadə edilməsi zamanı baş verdikdə;

5. sığortalı (sığorta olunan) və ya onun nümayəndəsi sığorta hadisəsi zamanı əmlaka daha çox zərərin dəyməsinin qarşısının alınması və (və ya) onun azaldılması istiqamətində, həmçinin zərər çəkmiş və ya zərər çəkmə ehtimalı olan şəxslərin həyatını xilas etmək üçün mümkün olan tədbirləri qəsdən görmədikdə; bu zaman subroqasiya hüququ o həcmdə yaranır ki, qeyd olunan tədbirlər görülmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı.

6. sığorta hadisəsi sığortalının və ya zərərçəkən olmayan sığorta olunanın bu və ya digər fəaliyyət növü ilə məşğul olarkən, belə fəaliyyət növünü tənzimləyən qanunun tələblərini pozmaqla qəsdən törədilən əməli ilə müşayiət olunduqda;

7. sığortalı və ya sığorta olunan sığorta müqaviləsi bağlanarkən, sığorta müqaviləsinin məzmununa daxil edilməli olan, həmçinin özünə məlum olan , habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən, habelə müqavilə bağlandıqdan sonra sığorta riskinin dəyişməsi ilə bağlı bütün hallar barədə sığortaçıya qəsdən məlumat vermədikdə, yaxud qəsdən yanlış məlumat verdikdə; 8. bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda. Belə ki, iş materialları ilə subroqasiya hüququnun yaranmasına gətirib çıxaran işin faktiki halları mövcud olmadığından, subroqasiya barədə iddia tələbi təmin edilməməlidir. Belə ki, işdən göründüyü kimi Cavabdeh1 hadisə zamanı “Daewoo Gentra” markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etsə də, sonuncu sürücülük hüququ olmayan şəxs olmamışdır. O, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə görə “hüququ olmayan şəxs” kimi qəbul edilə bilməz. İşdən də görünür ki, onun barəsində tərtib edilmiş inzibati xətaya dair protokol və müvafiq qərar İXM-nin 332.1-ci maddəsi (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi) ilə nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə qəbul edilmişdir. O, sürücülük hüququ olmayan şəxs olsaydı buna dair inzibati tənbeh tədbiri İXM-nin 332.2-ci maddəsi (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi) ilə əsaslandırılmış olardı. Bununla da subroqasiya hüququnun yaranması əsasları olmadığından hadisə zamanı “Daewoo Gentra” markalı avtomobilin sürücü olan Cavabdeh1 qarşı iddia tələbləri təmin edilməməlidir. Qeyd olunan əsaslarla həmçinin, “Daewoo Gentra” markalı avtomobilin mülkiyyətçisi olan Cavabdeh2 qarşı iddia tələbləri də təmin edilməməlidir. Buna görə də subroqasiya tələbi üçün hüquqi əsaslar mövcud olmadığından iddia tələbləri təmin edilə bilməz. Odur ki, İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya hüququ əsasında pul tələbi barədə iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilən Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qeyd olunanlara əsasən dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi:

İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında 140 (bir yüz qırx) manat məbləğində pulun cavabdehlərdən tutulması barədə iddia ərizəsi təmin edilməsin. Dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar