Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-8372/2025 18.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Musayeva Aytəkin Bulud qızının katibliyi, Ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı “mediasiya sazişinin təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçinin tələbi: Ərizəçi İddiaçı “mediasiya sazişinin təsdiq edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçi İddiaçı ilə maraqlı şəxs Cavabdeh arasında Bakı 20 saylı Mediasiya təşkilatının mediatoru X4 tərəfindən təsdiq edilmiş xx.xx.2025-ci il tarixli MŞB/20/2025-00854 saylı barışıq sazişinin 3-cü bəndinin (Cavabdeh öhdəlik götürür ki, xx.xx.2025-ci il tarixdən hesablanmaqla xx.xx.2017-ci ildə anadan olan X1 və xx.xx.2022-ci ildə anadan olan X2 18 yaşlarına çatanadək hər ay gəlirlərinin 1/3 hissəsini alment kimi İddiaçı məxsus bank hesabına ödəyəcəkdir. Həmin alimentin qanunla müəyyən edilmiş qaydada ödənilməsini təmin etmək üçün mediasiya sazişi məhkəmə tərəfindən təsdiq edildikdən sonra Cavabdeh iş yerinə (Dövlət Sərhəd Xidmətinə) göndərilməsinə Cavabdeh etiraz etmir) təsdiq edilməsini xahiş etmişdir. Tələbinin dəlilləri: Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi İddiaçı ilə maraqlı şəxs Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə rəsmi nikaha qeydə alınmışdır. Nikah 5 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 3527 saylı nikah akt qeydi ilə rəsmiləşdirilmişdir. Bu barədə xx.xx.2016-cı il tarixdə AZ-İİ № 132166 saylı nikah haqqında şəhadətnamə verilmişdir. Tərəflərin birgə nikahından nikahlarından xx.xx.2017-ci ildə anadan olan X1 və xx.xx.2022-ci ildə anadan olan X2 dünyaya gəlmişdir. Tərəflər arasında olan anlaşılmazlıqlar münasibətlərin ciddi şəkildə pozulmasına və nikahın davam etdirməsini mümkünsüz etmişdir. Bu hal uşaqların psixoloji inkişafına da çox ciddi mənfi təsir göstərmişdir. Ona görə də ailənin saxlanması qeyri mümkün olmuşdur. Tərəflər nikaha xitam verilməsi və uşaqların himayəsi ilə bağlı xx.xx.2025ci il tarixdə barışıq sazişi imzalamışdırlar. Barışıq sazişində tərəflər nikaha xitam verilməsi ilə bərabər uşağların kimin yanında qalması,aliment məsələləri və sair ilə bağlı da razılığa gəlmişdirlər. Tərəflərin məhkəmənin baxış iclasında iştirakı və izahatları: Məhkəmə iclasında ərizəçi İddiaçı ərizəsini müdafiə etməklə yanaşı, mediasiya sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış maraqlı şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: İş materiallarında olan İddiaçı, Cavabdeh və mediator X4 arasında mediasiya prosesi nəticəsində bağlanmış 24 sentyabr 2025-ci il tarixli, MŞB/20/2025-00854 nömrəli barışıq sazişindən görünür ki, tərəflər arasında barışıq sazişi Bakı 20 saylı Mediasiya Təşkilatında bağlanmış və aşağıdakıları əhatə edir: Cavabdeh və İddiaçı (bundan sonra Tərəflər adlanacaq) razılaşırlar ki, xx.xx.2016 tarixdə 3527 nömrə ilə qeydiyyata aldıqları nikahlarına xitam verilməsinə razıdırlar; Tərəflər razılaşırlar ki, birgə nikahlarından xx.xx.2017-ci ildə anadan olan X1 və xx.xx.2022-ci ildə anadan olan X2 anası İddiaçı himayəsində qalacaqlar, lakin hər həftənin bir günü Cavabdeh övladları ilə görüşünə İddiaçı şərait yaradacaqdır, lakin gecə qalmamaq şərti ilə; Cavabdeh öhdəlik götürür ki, xx.xx.2025-ci il tarixdən hesablanmaqla xx.xx.2017-ci ildə anadan olan X3 və xx.xx.2022-ci ildə anadan olan X2 18 yaşlarına çatanadək hər ay gəlirlərinin 1/3 hissəsini aliment kimi İddiaçı məxsus bank hesabına ödəyəcəkdir. Həmin alimentin qanunla müəyyən edilmiş qaydada ödənilməsini təmin etmək üçün mediasiya sazişi məhkəmə tərəfindən təstiq edildikdən sonra Cavabdeh iş yerinə (Dövlət Sərhəd Xidmətinə) göndərilməsinə Cavabdeh etiraz etmir. Tərəflər razılaşırlar ki, hazırda yaşadıqları və qeydiyyatda olduqları Bakı şəhəri Xətai rayonu, Sadıqcan küçəsi, ev 97 m1-də yerləşən, Cavabdeh adına qeydiyyatdan keçmiş (xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli, **********71-05301- 093003) əmlak satılarkən satışın məbləğindən aslı olmayaraq Cavabdeh tərəfindən İddiaçı nağd şəkildə 65000,0 (altmış beş min) manat ödəniləcəkdir. İddiaçı öhdəlik götürür ki, aldığı 65000 (altmış beş min) manat vəsaiti övladlarına ev almaq üçün qəbul edir. Həmin 65000,0 (altmış beş min) manat İddiaçı ödənildikdən sonra İddiaçı evin alqı satqısının həyata keçirilməsi üçün lazımı bütün sənədlərə imza edəcəyini öhdəsinə götürür; Cavabdeh öhdəlik götürür ki,Bakı şəhəri Xətai rayonu, Sadıqcan küçəsi ev 97 m 1-də yerləşən, Cavabdeh adına qeydiyyatdan keçmiş (xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli, **********71-05301-093003) evin alqı-satqı prosesinin rəsmiləşdirilməsi zamanı İddiaçı iştirakı notariat qurumunda təmin ediləcəkdir. Əgər alqı-satqı zamanı İddiaçı iştirakı təmin edilməzsə həmin əmlak ilə bağlı bağlanmış bütün müqavilələr etibarsızdır. Əgər nikaha xitam verilənədək Bakı şəhəri Xətai rayonu, Sadıqcan küçəsi ev 97 m 1-də yerləşən ev satılmazsa X5 tərəfindən İddiaçı 65000,0 (altmış beş min) manat pulu ödədikdən sonra İddiaçı evin satılması üçün lazımı sənədləri imzalayacaqdır. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Məhkəmənin mövqeyi: İş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalı, İddiaçı, Cavabdeh və mediator X4 arasında mediasiya prosesi nəticəsində bağlanmış 24 sentyabr 2025-ci il tarixli, MŞB/20/2025-00854 nömrəli Barışıq sazişinin 3-cü bəndi təsdiq edilməlidir. Məhkəmə xərcləri: Mülki iş üzrə məhkəmə xərcləri aşağıdakılardan ibarətdir: dövlət rüsumunun əvəzi olaraq 100 manat; Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş rüsum ərizəçinin özünə aid edilməlidir. Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində qeyd edilmiş maddi və prosessual hüquq normalarına əsaslanaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. İddiaçı, Cavabdeh və mediator X4 arasında mediasiya prosesi nəticəsində bağlanmış 24 sentyabr 2025-ci il tarixli, MŞB/20/2025-00854 nömrəli Barışıq sazişinin 3-cü bəndi aşağıdakı şərtlərlə təsdiq edilsin: Cavabdeh öhdəlik götürür ki, xx.xx.2025-ci il tarixdən hesablanmaqla xx.xx.2017-ci ildə anadan olan X1 və xx.xx.2022-ci ildə anadan olan X2 18 yaşlarına çatanadək hər ay gəlirlərinin 1/3 hissəsini aliment kimi İddiaçı məxsus bank hesabına ödəyəcəkdir. Həmin alimentin qanunla müəyyən edilmiş qaydada ödənilməsini təmin etmək üçün mediasiya sazişi məhkəmə tərəfindən təstiq edildikdən sonra Cavabdeh iş yerinə (Dövlət Sərhəd Xidmətinə) göndərilməsinə Cavabdeh etiraz etmir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-8372/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-8372/2025
18.11.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver