Məhkəmə qərarları › İş №e-2(011)-8675/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-8675/2024

24.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-8675/2024 24.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı – iddiaçı X1 iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i: İddiaçı X3 cavabdeh Bakı şəhəri 18 saylı Dövlət Notariat Kontoruna qarşı “icra qeydinin aparılması öhdəliyinin qoyulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi icraata götürülənədək iddiaçı X3 ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası MPM-nin 152.1.9-cu maddəsinə əsasən, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.9-cu maddəsinə əsasən, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, iddia ərizəsi icraata qəbul edilənədək iddiaçı tərəfindən iddia ərizəsinin geri qaytarılması barədə ərizə daxil olduğundan, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarıldığından, iş üzrə ödənilmiş dövlət rüsumu da iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq qəraraaldı: İddiaçı X1 cavabdeh Bakı şəhəri 18 saylı Dövlət Notariat Kontoruna qarşı “icra qeydinin aparılması öhdəliyinin qoyulması” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hökumət ödəniş portalı vasitəsilə (**********) ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu X2 geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) şikayət verilə bilər. Hakim: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar