Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-8863/2024 07.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi qarşı barışıq sazişinin təsdiq edilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçinin tələb və dəlilləri: Ərizəçi mediasiya prosesi nəticəsində Maraqlı şəxs ilə arasında bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/13/2023-01715 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etdi. Ərizəçinin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək üzrlü səbəbdən iştirak edə bilməyəcəyini, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclasın ərizəçinin və nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etdi. Maraqlı şəxsin ərizəyə dair münasibəti: Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən iclasın maraqlı şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etdi. İşin faktiki halları: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli MŞB/13/2023-01715 saylı barışıq sazişi bağlanılmış, həmin sazişdə tərəflər aşağıda göstərilən şərtlər barəsində razılaşmışdırlar:
1. Tərəflər razılaşır ki, 08 Sentyabr 2020-ci il tarixində aralarında bağlanmış (nikah şəhadətnaməsi AZ- İİ № 407524, 1378 №-si ilə qeydiyyata alınmış) nikaha xitam verilsin.
2. Tərəflər razılaşır ki, birgə nikahlarından xx.xx.2021-ci il tarixində anadan olmuş X2 anası X1 himayəsində saxlanılır.
3. Tərəflər razılaşır ki, 2-ci tərəf Ərizəçi Şamiloviç birgə nikahlarından xx.xx.2021- ci il tarixində anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 200 (iki yüz) manat məbləğində alimenti 1-ci tərəf X1 şəxsi kart hesabına ödəyir. Alimentin ödənilməsinə 2024-cü ilin yanvar ayından etibarən başlanılır.
4. Tərəflər razılaşır ki, Ərizəçi Şamiloviç birgə nikahlarından xx.xx.2021-ci il tarixində anadan olmuş X2 ilə bazar günləri 11:30-19:00 aralığında ünsiyyətdə olacaq. Bayramlarda qarşılıqlı razılıq əsasında məhdudiyyət olmadan 11:30-19:00 aralığında, ad günlərində isə 11:30-15:00-a qədər görüşəcək. Həmçinin 1-ci tərəf X1 razılığı əsasında 2-ci tərəf Ərizəçi Şamiloviç övladını səhərlər uşaq baxçasına aparıb,axşamlar baxçadan geri gətirəcək.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 355-23. Ərizənin verilməsi 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.
Maddə 355-26. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina olunması 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda.
Maddə 34. Barışıq sazişinin icrası 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.
Məhkəmənin mövqeyi: Məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarını nəzərə alaraq və işdə iştirak edən şəxslər tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli MŞB/13/2023-01715 saylı barışıq sazişinin müddəalarını təhlil edərək belə qənaətə gəlir ki, Barışıq Sazişinin təsdiq edilməsindən imtina üçün Mülki-Prosessual Məcəllənin 355-26.1-ci maddəsində göstərilən hallar mövcud deyil. Belə olan halda, maraqlı X4 ooğlu Barışıq Sazişi üzrə öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə könüllü olaraq icra etmədiyinə görə, sazişin məcburi icrasının təmin edilməsi məqsədilə Barışıq Sazişi məhkəmə tərəfindən təsdiq edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci, 234.2-ci maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/13/2023-01715 saylı barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:
1. Tərəflər razılaşır ki, 08 Sentyabr 2020-ci il tarixində aralarında bağlanmış (nikah şəhadətnaməsi AZ- İİ № 407524, 1378 №-si ilə qeydiyyata alınmış) nikaha xitam verilsin.
2. Tərəflər razılaşır ki, birgə nikahlarından xx.xx.2021-ci il tarixində anadan olmuş X2 anası X1 himayəsində saxlanılır.
3. Tərəflər razılaşır ki, 2-ci tərəf Ərizəçi Şamiloviç birgə nikahlarından xx.xx.2021- ci il tarixində anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 200 (iki yüz) manat məbləğində alimenti 1-ci tərəf X1 şəxsi kart hesabına ödəyir. Alimentin ödənilməsinə 2024-cü ilin yanvar ayından etibarən başlanılır.
4. Tərəflər razılaşır ki, Ərizəçi Şamiloviç birgə nikahlarından xx.xx.2021-ci il tarixində anadan olmuş X2 ilə bazar günləri 11:30-19:00 aralığında ünsiyyətdə olacaq. Bayramlarda qarşılıqlı razılıq əsasında məhdudiyyət olmadan 11:30-19:00 aralığında, ad günlərində isə 11:30-15:00-a qədər görüşəcək. Həmçinin 1-ci tərəf X1 razılığıəsasında 2-ci tərəf Ərizəçi Şamiloviç övladını səhərlər uşaq baxçasına aparıb, axşamlar baxçadan geri gətirəcək. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Əminə Abbasova