Məhkəmə qərarları › İş №e-2(011)-9510/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-9510/2025

26.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-9510/2025 26.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Hacıyeva Sahibə Cavid qızı – İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyənetdi: İddiaçı elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ləğvetmə prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankı və Əmanətlərin Sığortalanması Fondundan ödənilmiş 8776,25 manatın indeksasiyası olaraq 9000 manat, hüquqi yardım ücün ödənilmiş 700 azn xidmət haqqı alınaraq ona ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməlidir. Elektron qaydada məhkəməyə təqdim edilmiş iddia ərizəsinin məzmunundan görünür ki, mübahiəsi Bakı Şəhər Xətai rayon məhkəməsinin 2(011)-477/2009 saylı, 26 yanvar 2009-cu il tarixli qətnaməsinə əsasən ödənilməli olan pulun indeksasiyası edilməsi ilə bağlıdır. Azərbaycan Respublikası MPM-nin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələri baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2025-ci il tarixli qərarında qeyd edilmişdir ki, indeksasiya ilə bağlı ərizənin hansı andan etibarən verilməsinin mümkünlüyü məsələsinə gəldikdə isə göstərilməlidir ki, qanunverici Mülki Prosessual Məcəllənin 232-ci maddəsində indeksasiyanın həyata keçirilməsini qətnamənin icrası mərhələsi ilə əlaqələndirmişdir. Mülki Prosessual Məcəllənin 233.1-ci maddəsi ilə həmin Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin məhz qanuni qüvvəyə mindikdən sonra icra edildiyi təsbit edilmişdir. Göstərilənlərə əsasən belə qənaətə gəlinir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı icraya yönəldikdən sonra tərəflər həmin məhkəmə aktı üzrə tutulmalı olan pul məbləğinin indeksasiyası ilə bağlı müraciət edə bilərlər. Məhkəmə qeyd edir ki, iddiaçı qətnamə ilə tutulan pulun indeksasiyasına iddia icraatında deyil, məhkəmə qərarlarının icrası qaydasında ərizə ilə müraciət edilməlidir. Hər nə qədər iddiaçı ərizəsində tətbiq edilməli normanı və hətta ərizənin formasını düzgün tərtib etsə də, iddiaçı elektron qaydada müraciət edərkən işin növünü mülki iş, icraatın növünü iddia icraatı seçdiyindən hazırkı ərizə mülki iş kimi saçılmışdır Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməli və iddiaçıya qətnamə ilə tutulan pulun indeksasiya edilməsi ilə bağlı məhkəməyə qətnamənin icrası məsələləri üzrə ərizə vermək hüququ izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 267-ci maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı Bakı Şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-477/2009 saylı, 26 yanvar 2009-cu il tarixli qətnaməsinə əsasən ödənilməli olan pulun indeksasiyası barədə iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah olunsun ki, ərizəni qəbul etməkdən imtina edilməsi həmin predmet barəsində və həmin əsaslarla yenidən ərizə ilə məhkəməyə müraciət etməsinə mane olur. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva İş № 2(011)-9510/2025 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə PROTOKOL xx.xx.2025-ci il Bakı şəhəri Bakı şəhəri Xətai rayon Məhkəməsinin hakimi Hacıyeva Sahibə Cavid qızı, İddiaçı Bakı Şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-477/2009 saylı, 26 yanvar 2009-cu il tarixli qətnaməsinə əsasən ödənilməli olan pulun indeksasiyası barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Prosessual hərəkət saat 12:35-də başlandı. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qərardad qəbul etdi. Prosessual hərəkət saat 12:45-də qurtardı. Protokol xx.xx.2025-ci il tarixdə tərtib edilmişdir. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar