Məhkəmə qərarları › İş №e-2(012)-1195/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1195/2021

27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1195/2021 27.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2, Cavabdeh və onun vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması və tələbin ipoteka ilə yüklü edilmiş avtomobilə yönəldilməsi” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı "Bank of Baku” ASC-nin xeyrinə 2720,47 ABŞ dolları məbləğində əsas borcun, 6281,93 ABŞ dolları məbləğində faiz borcunun, cəmi 9002,40 ABŞ dolları borcun tutulması, tələbin Cavabdeh məxsus ** XC *** dövlət nömrə nişanı olan “KİA Sportage” markalı avtomobilə yönəldilməsi, avtomobil açıq hərracdan satılaraq satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X3 iddianı müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh ilə "Bank of Baku” ASC arasında bağlanmış 19.02.2015-ci il tarixli, AK/78029/49/24 saylı kredit sazişinə əsasən bank cavabdehə 60 ay müddətinə, illik 17 % olmaqla 16262 ABŞ dolları məbləğində kredit vermişdir. Kredit müqaviləsinin təminatı kimi cavabdeh aldığı dövlət nömrə nişanı ** XC *** olan “KİA Sportage” avtomobili bankın xeyrinə girov(ipoteka) qoymuşdur. Girov (ipoteka) qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçmiş və bu barədə müvafiq şəhadətnamə verilmişdir. Hazırda Cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Cavabdehin banka olan borcunun ödənilməsi barədə ona dəfələrlə xəbərdarlıq ediməsinə və bildiriş göndərilməsinə baxmayaraq hazırki vaxtadək onun banka olan borcu ödənilməmiş qalır. Hazırda cavabdehin banka olan əsas kredit borcu 2720,47 ABŞ dolları, faiz borcu 6281,93 ABŞ dolları təşkil edir. “Kredit müqaviləsi”nə əsasən “ödəniş cədvəli” ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən gecikdirildikdə, habelə icra edilmədikdə və ya lazımınca icra edilmədikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Bunlara əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmədə izahatında bildirdi ki, o, iddianı qismən qəbul edir. Əsas borcu ödəməyə razı olsa da, faiz borcu həddən artıq şişirdilmişdir. Cavabdeh vəkili-nümayəndəsi Vəkil məhkəmədə cavabdehin izahatına uyğun izahat verdi. İş materiallarında olan 19.02.2015-ci il tarixli, AK/78029/49/24 saylı kredit sazişindən görünür ki, bank Cavabdeh 60 ay müddətinə, illik 17 % olmaqla 16262 ABŞ dolları məbləğində kredit vermişdir. Kredit müqaviləsinin təminatı kimi cavabdeh aldığı dövlət nömrə nişanı ** XC *** olan “KİA Sportage” avtomobili bankın xeyrinə girov(ipoteka) qoymuşdur. Dövlət nömrə nişanı ** XC *** olan “KİA Sportage” avtomobilin qiyməti 32525 manat müəyyən edilmişdir. İş materiallarında olan 25.11.2020-ci il tarixli maliyyə arayışından görünür ki, 19.02.2015-ci il tarixli, AK/78029/49/24 saylı kredit sazişinə əsasən Cavabdeh 2720,47 ABŞ dolları məbləğində əsas borcu, 6281,93 ABŞ dolları məbləğində faiz borcu vardır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb,bütün sübutları məcmu halında qiymətlndirib hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki,sübutların tədqiqatından görünür ki, tərəflər arasında 19.02.2015-ci il tarixli, AK/78029/49/24 saylı kredit sazişi imzalanmışdır. Bu müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanıb və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. İddiaçı təşkilatın nümayəndəsi öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmədə qismən sübuta yetirə bilib və iddia tələbinin qanuni əsasları vardır. Məhkəmə tərəfindən obyektiv həqiqətə nail olmaqdan ötrü məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 sentyabr 2021-ci il tarixli, 9/5402 saylı ekspert rəyindən görünür ki, 19.02.2015-ci il tarixli, AK/78029/49/24 saylı kredit sazişi üzrə Cavabdeh İddiaçı ASCyə olan əsas borcu 2692,54 ABŞ dolları, faiz borcu üzrə 5898,74 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. 19.02.2015-ci il tarixli, AK/78029/49/24 saylı kredit sazişi üzrə cavabdeh (borcalan) Cavabdeh üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə uyğun olaraq tam ödəməmiş və öhdəliklərini pozmuşdur. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı geçikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və geçikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı geçikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Yenə həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, borclu Cavabdeh bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 24 sentyabr 2021-ci il tarixli, 9/5402 saylı ekspert rəyini də nəzərə alaraq hesab edir ki, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 19.02.2015-ci il tarixli, AK/78029/49/24 saylı kredit saziş üzrə əsas borcu 2692,54 ABŞ dolları, faiz borcu üzrə 5898,74 ABŞ dolları məbləğində pul tutulmalıdır. Kredit müqaviləsindən irəli gələn öhdəlik lazımınca yerinə yetirilmədiyi üçün iddiaçının tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmeti olan avtomaşının açıq hərracdan satılmasını tələb etmək hüququ da vardır. Belə ki, Mülki Məcəllənin 319.1-ci maddəsinə görə borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş əşyanı açıq hərracda satmaq hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbin ödənilməsi üçün ipoteka predmetinə tutuma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsində də əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı hesab edilir. Ona görə də məhkəmə işin faktiki hallarından və qeyd olunan qanunvericilik normalarından çıxış edərək belə nəticəyə gəlir ki, İddiaçı ASC-nin ipoteka ilə yüklü edilmiş ** XC *** dövlət nömrə nişanı olan “KİA Sportage” markalı avtomobilə tutmanın yönəldilməsi tələbinin də qanuni əsasları vardır və buna görə də həmin tələblər təmin olunmalıdır. Bundan əlavə AR Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 24 sentyabr 2021-ci il tarixli, 9/5402 saylı mühasibatlıq ekspertizasına görə 50 manat ekspertiza xərcinin iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 47 manat Cavabdeh, 3 manat isə ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı-X1, kod-210005; VÖEN- **********; müxbir hesab-AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh əsas borcu 2692,54 ABŞ dolları, faiz borcu üzrə 5898,74 ABŞ dolları olmaqla, ümumilkdə 8591,28 ABŞ dolları borc və ya ödəniş gününə Mərkəzi bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borc tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Tələb Cavabdeh məxsus ** XC *** dövlət nömrə nişanı olan “KİA Sportage” markalı avtomobilə yönəldilsin. Cavabdeh mülkiyyətində olan ** XC *** dövlət nömrə nişanı olan “KİA Sportage” markalı avtomobil açıq hərracda satılsın və satışdan əldə edilən vəsaiti İddiaçı ASC-nin hesabına ödənilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 24 sentyabr 2021-ci il tarixli, 9/5402 saylı mühasibatlıq ekspertizasına görə 50 manat ekspertiza xərcinin iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 47 manat Cavabdeh, 3 manat isə İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı-X1, kod-210005; VÖEN- **********; müxbir hesab-AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar