Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-120/2023 26.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı «kredit müqaviləsinin ləğv edilməsi, borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi və mənzilin boşaldılması» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı LPO İddiaçı ASC-nin Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləsinin ləğv olunması, xx.xx.2019-ci il tarixli, 016NFFK saylı kredit müqaviləsi üzrə 4405,30 manat əsas borcun, 1270,69 manat faiz borcun, 118,50 manat cərimə borcun, cəmi 5794,49 manat pulun, xx.xx.2018-ci il tarixli, 5392NF saylı kredit müqaviləsi üzrə 7194,89 manat əsas, 1603,42 manat faiz, 242,57 manat cərimə borcu, cəmi 9040,88 manat pulun, ipoteka predmetinə tutma yönəldilməsi sarədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun (xidmət haqqı) və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 136 manat dövlət rüsumunun Cavabdeh Ləğv Prossesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın xx.xx.2018-ci il tarixli, 5392NF saylı kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus, Abşeron rayon, Xırdalan şəhəri, Mehdi Hüseyinzadə küçəsi, 31-cı məhəllə ev 59, mənzil 140 nömrəli mənzilə yönəlməsi, yuxarıdakı əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh Ləğv Prossesində olan xeyrinə tutulması, ipoteka predmeti olan əmlaklara tutma yönəldikdə və əmlaklar satıldıqdan sonra həmin mənzilin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı LPO İddiaçı ASC-nin Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 016NFFK saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 5300 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 5392NF saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 11000 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş xx.xx.2018-ci il tarixli, 5392NF saylı kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ Cavabdehna məxsus, Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseyinzadə küçəsi, 31-ci məhəllə, ev 59, mənzil 140 nömrəli mənzili ipotekaya qoyulmuşdur. Mənzilin ipotekaya qoyulması barədə Bank ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə Abşeron rayonu 1 saylı notariat ofisinin xüsusi natariusu tərəfindən təsdiq edildikdən sonra mənzilin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2018-ci il tarixli, RX saylı ******* nömrəli Çıxarış verilmişdir. Kredit müqaviləsinin 2-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 3-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********460 saylı xx.xx.2021-ci il tarixli, **********459 saylı, xx.xx.2021-ci il tarixli bildirişlərin göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. Qeyd olunanlara əsasən nümayəndə, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, o, İddiaçı ASC-dən evin təmiri üçün kredit götmüşdür. 2020-ci ilin əvvəlində pandemiya ilə əlaqədar işdən çıxmışdır. Bu səbəbdən 2 ildir ki, ödəniş edə bilməmişdir. İddiaçı bank tərəfindən faiz borcları qəsdən şişirilmiş və 2 il sonra məhkəməyə müraciət edilmişdir. O, əsas borcu qəbul edir, lakin faizlərlə razı deyildir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, 5392NF saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında kredit müqaviləsi bağlanılmış və bu müqaviləyə əsasən Cavabdeh 36 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 11000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, ipoteka saxlayan İddiaçı ASC ilə borcalan Cavabdeh arasında ipoteka müqaviləsi bağlanılmış və bu müqaviləyə əsasən xx.xx.2018-ci il tarixli, 5392NF saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq Abşeron rayon, Xırdalan şəhəri, Mehdi Hüseyinzadə küçəsi, 31-cı məhəllə ev 59, mənzil 140 nömrəli mənzil ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka predmeti 30000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 016NFFK saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında kredit müqaviləsi bağlanılmış və bu müqaviləyə əsasən Cavabdeh 36 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 5300 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsindən görünür ki, ipoteka saxlayan İddiaçı ASC ilə borcalan Cavabdeh arasında ipoteka müqaviləsi bağlanılmış və bu müqaviləyə əsasən xx.xx.2019cu il tarixli, 016NFFK saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq Abşeron rayon, Xırdalan şəhəri, Mehdi Hüseyinzadə küçəsi, 31-cı məhəllə ev 59, mənzil 140 nömrəli mənzil ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka predmeti 30000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin 12 iyul 2021-ci il tarixli arayışından görünür ki, xx.xx.2018-ci il tarixli, 5392NF saylı kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2021-ci il tarixinə 7194,89 manat əsas, 1603,42 manat faiz, 242,57 manat cərimə borcu, cəmi 9040,88 manat borcu vardır. İş materiallarında olan İddiaçı ASC-nin 12 iyul 2021-ci il tarixli arayışından görünür ki, xx.xx.2019-cu il tarixli, 016NFFK saylı kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2021-ci il tarixinə 4405,30 manat əsas borcun, 1270,69 manat faiz borcun, 118,50 manat cərimə borcun, cəmi 5794,49 manat borcu vardır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı şirkətin nümayəndəsi öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmədə sübuta yetirə bilib və onun iddia tələbinin qanuni əsasları vardır. Belə ki, tərəflər arasında xx.xx.2018-ci il tarixli, 5392NF saylı kredit müqaviləsi, xx.xx.2019-cu il tarixli, 016NFFK saylı kredit müqaviləsi və həmin müqavilədən irəli gələn öhdəliklərin təmini üsulu kimi xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsi imzalanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmışdır və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Məhkəmə prosesinin gedişatında hazırki işin hərtərəfli və obyektiv araşdırılması üçün Abşeron Rayon Məhkəməsinin 2(012)-1305/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadları ilə mülki iş üzrə məhkəməmühasibatlıq və əmtəəşünaslıq ekspertizaları təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 noyabr 2022-ci il tarixli, 9/5306 saylı rəyinə əsasən, xx.xx.2018-ci il tarixli, 5392NF saylı kredit müqaviləsi üzrə borcalan Cavabdeh tərəfindən İddiaçı ASC-dən alınmış kredit vəsaiti üzrə banka ödənilməli olan borcu xx.xx.2021-ci il tarixə əsas borc üzrə 7194,37 manat faiz borcu üzrə 2264,03 manat; xx.xx.2019-cu il tarixli, 016NFFK saylı kredit müqaviləsi üzrə borcalan Cavabdeh tərəfindən İddiaçı ASC-dən alınmış kredit vəsaiti üzrə banka ödənilməli olan xx.xx.2021-ci il tarixə əsas borc üzrə 4405,80 manat, faiz borcu üzrə 1268,14 manat müəyyən edilmişdir. “X2 Mərkəzi” MMC tərəfindən verilmiş 10 avqust 2022-ci il tarixli, YDQM № 012-066/2022 saylı ekspert rəyinə əsasən, Abşeron rayon, Xırdalan şəhəri, Mehdi Hüseyinzadə küçəsi, 31-cı məhəllə ev 59, mənzil 140 nömrəli mənzilin dəyəri 65900 manat, likvid dəyəri isə 60000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.1, 445.2, 445.2.1 və 445.2.2-ci maddələrinin ümumi məzmununa əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, borclu Cavabdeh bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 421.1 və 421.2-ci maddələrinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqavilənin pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1 və 421.2-ci maddələrinə görə tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 016NFFK saylı kredit müqaviləsi ləğv edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı təşkilatın cavabdehlərdən öhdəliyi lazımınca icra etmədikləri üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulu hissəsində də iddia tələbi təmin edilməlidir. Lakin məhkəmə cərimə pulunun yüksək hesablandığı qənaətinə gəlir. Belə ki, cərimə pulunun azaldılması cavabdehin maddi durumunu yüngülləşdirə bilər. Ona görə də məhkəmə hesab edir ki, xx.xx.2018-ci il tarixli, 5392NF saylı kredit müqaviləsi üzrə hesablanmış 242,57 manat məbləğində cərimə borcu 20 manat, xx.xx.2019-ci il tarixli, 016NFFK saylı kredit müqaviləsi üzrə hesablanmış 118,50 manat cərimə borcu isə 10 manat məbləğində olmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı LPO İddiaçı ASC-nin Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsində xx.xx.2018-ci il tarixli, 5392NF saylı kredit müqaviləsi üzrə 1603,42 manat faiz borcu, xx.xx.2019-ci il tarixli, 016NFFK saylı kredit müqaviləsi üzrə 4405,30 manat əsas borc tələb etmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 noyabr 2022-ci il tarixli, 9/5306 saylı rəyinə əsasən isə xx.xx.2018-ci il tarixli, 5392NF saylı kredit müqaviləsi üzrə faiz borcu 2264,03 manat, xx.xx.2019-ci il tarixli, 016NFFK saylı kredit müqaviləsi üzrə əsas borc 4405,80 manat müəyyən edilmişdir. Lakin iddiaçı LPO İddiaçı ASC-nin Əmanətlərin Sığortalanması Fondu tərəfindən iddia tələbinin artırılmasına dair ərizə təqdim edilmədiyindən, Cavabdeh xx.xx.2018-ci il tarixli, 5392NF saylı kredit müqaviləsi üzrə 7194,37 manat əsas, 1603,42 manat faiz, 20 manat cərimə borcu olmaqla, cəmi 8817,79 manat borc, xx.xx.2019-ci il tarixli, 016NFFK saylı kredit müqaviləsi üzrə 4405,30 manat əsas borc, 1268,14 manat faiz borc, 10 manat cərimə borcu olmaqla, cəmi 5683,44 manat borc tutularaq LPO İddiaçı ASC-nin Əmanətlərin Sığortalanması Fonduna ödənilməlidir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün iddiaçının tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmeti olan mənzilin açıq hərracdan satılmasını tələb etmək hüququ da vardır. Belə ki, Mülki Məcəllənin 319.1-ci maddəsinə görə borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş əşyanı açıq hərracda satmaq hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbin ödənilməsi üçün ipoteka predmetinə tutuma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsində də əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı hesab edilir. Ona görə də məhkəmə işin faktiki hallarından və qeyd olunan qanunvericilik normalarından çıxış edərək belə nəticəyə gəlir ki, "xxxx" ASC-nin Cavabdeh məxsus ipoteka ilə yüklü edilmiş Abşeron rayon, Xırdalan şəhəri, Mehdi Hüseyinzadə küçəsi, 31-cı məhəllə ev 59, mənzil 140 nömrəli mənzilin açıq hərracda satılması və satışdan əldə olunacaq vəsaitin borc tələbinə yönəldilməsinin qanuni əsasları vardır və buna görə də həmin tələblər təmin olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinin tələblərinə əsasən, Cavabdeh məxsus Abşeron rayon, Xırdalan şəhəri, Mehdi Hüseyinzadə küçəsi, 31-cı məhəllə ev 59, mənzil 140 nömrəli mənzilə tutma yönəldikdə və o satıldıqdan sonra həmin mənzil boşaldılmalıdır. “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Bundan başqa iş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh mülkiyyətində olan Abşeron rayon, Xırdalan şəhəri, Mehdi Hüseyinzadə küçəsi, 31-cı məhəllə ev 59, mənzil 140 nömrəli mənzil 30000 manat qiymətləndirilmişdir. Lakin məhkəmə “X2 Mərkəzi” MMC tərəfindən verilmiş 10 avqust 2022-ci il tarixli, YDQM № 012-066/2022 saylı ekspert rəyi ilə razılaşaraq hesab edir ki, ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın ilkin satış qiyməti 60000 manat müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh tutularaq LPO İddiaçı ASC-nin Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, tələb həmin hissədə mücərrəd olduğundan, həmçinin ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın ilkin satış qiyməti tələb olunan pul məbləğindən bir neçə dəfə çox olduğundan həmin hissədə rədd edilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı şirkətin məhkəməyə müraciət etmək üçün ödədiyi 136 manat dövlət rüsumu və ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 40 manat dövlət rüsumu da cavabdehdən alınmalı və iddiaçı şirkətə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 noyabr 2022-ci il tarixli, 9/5306 saylı mühasibatlıq ekspertizasına görə 145 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı-X1, kod-210005; VÖEN-**********; müxbir hesab-AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 016NFFK saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli, 5392NF saylı kredit müqaviləsi üzrə 7194,37 manat əsas, 1603,42 manat faiz, 20 manat cərimə borcu olmaqla, cəmi 8817,79 manat borc, xx.xx.2019-ci il tarixli, 016NFFK saylı kredit müqaviləsi üzrə 4405,30 manat əsas borc, 1268,14 manat faiz borc, 10 manat cərimə borcu olmaqla, cəmi 5683,44 manat borc, 136 manat dövlət rüsumu və ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 40 manat dövlət rüsumu tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilsin. Tutma xx.xx.2018-ci il tarixli, 5392NF saylı kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus, Abşeron rayon, Xırdalan şəhəri, Mehdi Hüseyinzadə küçəsi, 31-cı məhəllə ev 59, mənzil 140 nömrəli mənzilə yönəldilsin, həmin mənzil hərracda satılsın və ipoteka predmetinin ilkin satış qiyməti 60000 (altmış min) manat müəyyən edilsin. İddia tələbi ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh tutularaq LPO İddiaçı ASC-nin xeyrinə ödənilməsi hissəsində rədd edilsin. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 noyabr 2022-ci il tarixli, 9/5306 saylı mühasibatlıq ekspertizasına görə 145 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı-X1, kod-210005; VÖEN-**********; müxbir hesab-AZ41NABZ********************; SWİFT BİK- CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM:ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №e-2(012)-120/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-120/2023
26.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver