Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-122/2025 17.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndələri X7 və X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «özbaşına tikilinin sökülməsi və həmin torpaq sahəsinin boşaldılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, Nəbi Xəzri küçəsində yerləşən 0,0309 ha torpaq sahəsində Cavabdeh1 tərəfindən inşa olunmuş özbaşına tikintinin onun vəsaiti hesabına sökülməsi, həmin torpaq sahəsinin boşaldılması və dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X4 iddia tələbinə əlavə cavabdehlərin cəlb edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında 0,0309 ha torpaq sahəsində cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən inşa olunmuş özbaşına tikinti olan 3 mərtəbəli, mansardalı, çoxmənzilli fərdi yaşayış evinin cavabdehlərin vəsaiti hesabına sökülməsi və həmin torpaq sahəsinin boşaldılması, həmçinin dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun cavabdehlərdən tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X7 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, Cavabdeh1 ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Nəbi Xəzri küçəsində 0,0309 ha torpaq sahəsində yerləşən 4 saylı fərdi yaşayış evini iddiaçı "xxxx" KB ASC-yə girov qoymuş, iddiaçı "xxxx" KB ASC isə hərrac vasitəsi ilə Abşeron rayonu, Xırdalan şəhəri, Nəbi Xəzri küçəsində 0,0309 ha torpaq sahəsində yerləşən 4 saylı fərdi yaşayış evini almışdır. Bu barədə AR ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmış, ********** qeydiyyat nömrəli, **********41-10301 reyestr nömrəli Çıxarışla iddiaçı "xxxx" KB ASC-nin mülkiyyət hüququ təsdiq edilmişdir. "xxxx" ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,0309 ha torpaq sahəsinin üzərində qanunsuz olaraq tikilmiş 3 mərtəbəli, mansardlı, çoxmənzilli fərdi yaşayış evi Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən tikilmişdir. İş materiallarından da göründüyü kimi Cavabdeh2 ilə yanaşı Cavabdeh3 qeyri-qanuni olaraq inşa edilmiş fərdi yaşayış evinin sifarişçiləridir. Həmin tikilinin əsas hissəsi "xxxx" ASC-nin mülkiyyətində olan torpaq sahəsinin üzərində inşa olunmuşdur. Qeyd olunanları məhkəmə prosesində iştirak etmiş Cavabdeh1 etibarnamə üzrə səlahiyyətli nümayəndələri Cavabdeh2 və X9 da təsdiq etmişdir. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının da rəyindən aydın olur ki, çıxarışla torpaq sahəsinin üst-üstə düşən hissəsi 0,0245 ha təşkil edir. Halbuki torpaq sahəsinin ümumi sahəsi 0,0309 ha-dır. Qeyd olunanlardan bu nəticəyə gəlmək olur ki, "xxxx" ASC-nin mülkiyyətində olan 0,0309 ha torpaq sahəsinin 0,0245 ha hissəsi cavabdehlər tərəfindən zəbt olunmuş və üzərində çoxmənzilli fərdi yaşayış evi tikilmişdir. Sözügedən torpaq sahəsi ipotekaya qoyulduqdan sonra həmin ərazidə beşmərtəbəli bina tikilmişdir. Torpaq sahəsi hazırda onların istifadəsindədir və ərazidə inşa edilmiş tikilinin sahəsi 202,2 kv.m-dir. Onlar şirkət olaraq mülkiyyətçi kimi torpaq sahəsini adlarına keçirə bilmirlər və güman edirlər ki, torpaq sahəsində özbaşına tikili mövcud olduğundan torpaq sahəsinə çıxarış verilməmişdir. Odur ki, qeyd edilənlərə əsasən o, iddianın təmin edilməsini xahiş etdi. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X4 məhkəmə iclasında iddia ərizəsində qeyd edilənlərə əlavə olaraq bildirdi ki, mübahisə predmeti olan torpaq sahəsindən istifadə hüququ "xxxx" ASC-yə, torpaq sahəsi üzərində mülkiyyət hüququ isə bələdiyyəyə məxsusdur. Onlar ünvan 1 ünvanında yerləşən 0,0309 ha torpaq sahəsinin üzərində inşa edilmiş və Cavabdeh1 tərəfindən ipotekaya qoyulmuş fərdi yaşayış evinin deyil, qeyd edilən torpaq sahəsində yerləşən digər tikilinin sökülməsini istəyirlər. Göstərilənlər əsasında o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş və izahatında Abşeron rayonu, Xırdalan şəhəri, Nəbi Xəzri küçəsində yerləşən 0,0309 ha torpaq sahəsinin bələdiyyəyə məxsus torpaq sahəsi olduğunu, torpaq sahəsinin 2,2 sotluq hissəsində fərdi yaşayış evi tikdiklərini, bunun üçün bankdan 360000 ABŞ dolları məbləğində pul götürdüyünü və həmin pul məbləğinin 200000 ABŞ dolları hissəsini qaytardığını bildirmiş, daha sonra növbəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Cavabdeh1 vəkili-nümayəndəsi X9 xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixlərdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş və izahatında inşa etdikləri tikilinin yerləşdiyi torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olduğunu, 2014-cü ildə iddiaçı şirkətdən pul götürdüklərini, torpaq sahəsini girov qoymadıqlarını, onlara məxsus 4 mərtəbəli yaşayış binasını sataraq banka olan borcu ödəyə biləcəklərini, belə ki, binanı almaq istəyənlərin olduğunu, hazırda tikdikləri binada yaşayış olduğunu, həmin binada yerləşən mənzilləri notarial qaydada müqavilələr bağlamaqla satdıqlarını bildirmiş, daha sonra növbəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Cavabdeh2 xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş, daha sonra növbəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisi X6 xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş və izahatında mübahisə predmeti olan tikilinin inşa edildiyi torpaq sahəsinin iddiaçı "xxxx" ASC-nin istifadəsində olmaqla bələdiyyənin mülkiyyətində olduğunu bildirmiş, ekspert və mütəxəssis rəyi natamam olduğundan hazırkı mülki iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsini xahiş etmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Nəbi Xəzri küçəsində yerləşən 0,0309 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş ümumi sahəsi 202,20 kv.metr olan 4 saylı fərdi yaşayış evi dövlət reyestr xidmətində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə mülkiyyət hüququ üzrə "xxxx" ASC-nin adına dövlət qeydiyyatına alınmış, torpaq sahəsi üzərində hüququn növü istifadə, torpaq sahəsinin mülkiyyət növü isə bələdiyyə mülkiyyətidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 oktyabr 2024-cü il tarixli, 3-16-16/2-10/3532 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin mühəndisi S.Soltanovun mütəxəssis rəyində qeyd edilir ki, Elektron məlumat bazasına əsasən mübahisə predmeti olan tikili Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş **********41-12301 reyestr nömrəli çıxarışla Cavabdeh1 sənəd üzrə mülkiyyətində olmuş torpaq sahəsi ilə üst-üstə düşən hissəsi 0,0245 ha təşkil edir, sonradan "xxxx" ASC-nin mülkiyyət hüquqlarına dair Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən yalnız sənəd üzrə **********41- 12301 nömrəli tək çıxarış verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən ünvanlanmış 16 yanvar 2026-cı il tarixli, 3-21-3-32/2- 1057/2026 nömrəli məktubun qoşması olan mütəxəssis rəyindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Nəbi Xəzri küçəsində yerləşən xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında daşınmaz əmlakın ümumi sahəsi 202,20 kvadratmetr olan iddiaçı "xxxx" ASC-yə mülkiyyət hüququ ilə məxsus olan, bələdiyyə mülkiyyətində olan torpaq sahəsi üzərində "xxxx" ASC-nin hüququn növü istifadə olan 0,0309 ha torpaq sahəsinin 0,0234 ha hissəsində çoxmərtəbəli yaşayış tipli Apartman mövcuddur. Cavabdehlərin iştirakının təmin edilməməsi səbəbindən sözügedən tikiliyə daxil ola bilməmiş və həmin tikilinin kim tərəfindən tikildiyini tərəflərindən müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iddiaçı şirkətin nümayəndələrinin izahatını dinləyib, iş materiallarını araşdırıb mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Məhkəmədə sübutların tədqiqatı zamanı işin mübahisə edilməyən halları ilə müəyyən edilir ki, Cavabdeh1 istifadəsində olan Abşeron rayonu, Xırdalan şəhəri, Nəbi Xəzri küçəsində yerlışən 0,0309 ha torpaq sahəsi və mülkiyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Nəbi Xəzri küçəsində yerləşən 4 nömrəli fərdi yaşayış evi "xxxx" KB ASC-in xeyrinə ipoteka ilə yüklü edilmiş,ipoteka üzrə əsas öhdəlik icra edilmədiyi üçün, iddiaçı "xxxx" KB ASC isə hərrac vasitəsi ilə 4 saylı fərdi yaşayış evini almış, bu barədə AR ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmış, ********** qeydiyyat nömrəli, **********41-10301 reyestr nömrəli çıxarışla bələdiyyə mülkiyyətində olan 0,0309 ha torpaq sahəsinin üzərində daşınmaz əmlakın ümumi sahəsi 202,20 kvadratmetr olan 4 saylı fərdi yaşayış evinə dair iddiaçı "xxxx" KB ASC-nin mülkiyyət hüququ təsdiq edilmişdir. Həmçinin məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, "xxxx" ASC-yə mülkiyyət hüququ ilə məxsus olan, ümumi sahəsi 202,20 kvadratmetr olan 4 saylı fərdi yaşayış evindən başqa, bələdiyyə mülkiyyətində olan torpaq sahəsi üzərində "xxxx" ASC-nin hüququn növü istifadə olan 0,0309 ha torpaq sahəsinin 0,0234 ha hissəsində çoxmərtəbəli yaşayış tipli Apartman mövcuddur və çoxmərtəbəli yaşayış tipli Apartmanın mövcuddur olması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 16 yanvar 2026-cı il tarixli, 3-21-3-32/2-1057/2026 nömrəli mütəxəssis rəyi ilə təstiq olunur və həmin çoxmərtəbəli yaşayış tipli Apartmana dair məhkəmədə hər hansı bir hüquqmüəyyənedici sənəd müəyyən edilməmiş və bu barədə də cavabdehlər tərəfindən hər hansı bir rəsmi sənəd məhkəməyə təqdim edilməmişdir. Beləliklə işin fakiki hallarından göründüyü kimi Abşeron rayonu, Xırdalan şəhəri, Nəbi Xəzri küçəsində yerlışən 0,0309 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ olmasada "xxxx" ASC-nin istifadə hüququ,yəni AR MM-in 158-ci maddəsinə əsasən əmlak hüququ vardır. Baxılan iş üzrə iddia tələbi torpaq sahəsindən çıxarılma və tikilinin sökülməsi barədədir və iddia tələbinin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci, 158.1-ci, 158.1.2-ci, 158.2-ci, 158.4-cü, 11.1-ci, 172.3-cü, 172.4-cü və 173.3-cü maddələri təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinin dizpozisiya şərtlərinə əsasən iddianın təmin olunması üçün iddiaçıl ilk növbədə mübahisəli torpaq sahəsinin onun mülkiyyətində, yaxud qanuni istifadəsində olduğunu sübut etməli, yaxud bu işin mübahisəsiz halı kimi müəyyən olunmalıdır. Yuxarıda qeyd olunduğu kimi iddiaçının istifadəsində 0,0309 ha torpaq sahəsinin olduğu, həmin torpaq sahəsinin 0,0234 ha hissəsinin cavabdehlərin sahibliyində olması və bu sahibliyin qanunsuz olması işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1-ci və 158.1.2-ci maddələrinə əsasən əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Lakin, Azərbaycan Respublikası Mülki Məcəllənin 172.3-cü maddəsində göstərilmişdir ki,“Əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir” Göründüyü kimi, bu normada qonşu torpaq sahəsinin sərhədlərinin qərəzsiz şəkildə pozulması ilə tikinti aparıldıqda buna dərhal etiraz etməyən torpaq mülkiyyətçinin həmin pozuntuya dözmək, pozuntuya yol vermiş mülkiyyətçinin isə müvafiq pul kompensasiyası ödəmək öhdəlikləri nəzərdə tutulmuşdur. Məhkəmə işin faktiki hallarına istinad edərək hesab edir ki, iddiaçıya istifadə hüququ ilə məxsus torpaq səhəsi üzərində çoxmərtəbəli yaşayış tipli Apartmanın mövcud olması "xxxx" ASCyə əvvəldən məlum olduğundan,torpaq istifadəçisi isə buna dözməyə məcbur olduğundan inşaat aparılmış həmin torpaq sahəsi üzərində cavabdehlərə hüququn verilməsi, əvəzində isə ərazinin mülkiyyətçisinə kompensasiya ödənilməsini yolu ilə hazırki mübahisənin ədalətli həllinə nail olmaq olar və bu halda torpaq istifadəçisinin ədalətli əvəz almaq imkanından məhrum edilməsinin heç bir ağlabatan səbəbi və qanuni əsası olmur. Məhkəmə qeyd edir ki, qonşuluq hüququnun göstərişlərini pozan binalara çıxıntılı binalar haqqında qaydaların tətbiq edilməsi Mülki Məcəllənin 172.4-cü maddəsində açıqca göstərildiyi üçün eyni şərtlər daxilində başqasının ərazisində inşa edilmiş binanın və ya onun yerləşdiyi torpaq sahəsinin hüquqi vəziyyəti ilə bağlı mübahisəli münasibətlərə də qanunun analogiyası qaydasında həmin normaya uyğun olaraq, çıxıntılı binalar haqqında qaydalar tətbiq edilə bilər. Belə ki, Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Mülki Məcəllənin 173.1-ci maddəsinə əsasən başqa daşınmaz əmlaka keçən çıxıntıları olan binalar və digər qurğular yerləşdikləri daşınmaz əmlakın tərkib hissəsi kimi qalırlar, bu şərtlə ki, həmin əmlakın mülkiyyətçisi onlara əşya hüququna malik olsun. Qonşu ya üst tikiliyə qarşı etirazını bildirə bilər, ya da bununla barışaraq ağlabatan əvəz ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 173.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, üst tikiliyə hüquq daşınmaz əmlakın dövlət reyestrində servitut kimi qeydə alına bilər. Mülki Məcəllənin 173.3-cü maddəsinə görə əgər üst tikili əsassızdırsa və hüququna toxunulmuş şəxs, bunu bilsə də, vaxtında etiraz etməzsə, üst tikilini ucaldan şəxsə, şəraitin haqq qazandırdığı hallarda, ağlabatan əvəz ödənilməklə, üst tikiliyə əşya hüququ və ya torpağa mülkiyyət hüququ verilə bilər. Mülki Məcəllənin 152.5-ci maddəsi mülkiyyətçinin qanunda müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərlə, habelə qonşuların və ya üçüncü şəxslərin hüquqlarınının pozulmaması, yaxud hüquqdan sui-istifadə olmaması nəzərə alınmaqla öz əşyasına sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququnu tanımışdır. İkincisi, mülkiyyət hüququ zəruri olduqda, qanunda nəzərdə tutulan əsaslarla, qanuni məqsədlərlə (o cümlədən başqa şəxslərin hüquq və mənafelərinin qorunması üçün) mütənasib şəkildə məhdudlaşdırıla bilər. Bu imkan Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin V və Vİ hissələrində, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.1, 3.4, 3.5-ci maddələrində, habelə İnsan Hüquqlarının və X5 X2 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ağır məsrəflər hesabına başa gələn, tikilib istifadəyə verilən fərdi yaşayış evinin sökülərək, cavabdehlərin həmin ərazidən çıxarılması barədə iddia tələbi təmin edilə bilməz və mübahisənin ədalətli həlli üçün iddiaçı torpaq sahəsinin kompensasiyasının ödənilməsi haqqında iddia qaldırmaqla qarşılaşdığı zərəri bərpa edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-yə aid edilməli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilən 16 oktyabr 2024-cü il tarixli, 3-16-16/2-10/3532 saylı məhkəmə tikinti-texniki ekspertizasına görə 100 manat ekspertiza xərci iddiaçı "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı-X3, kod-210005; VÖEN**********; müxbir hesab AZ41NABZ********************; SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab AZ34CTRE********************. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ünvan 1 ünvanında 0,0309 ha torpaq sahəsində cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən inşa olunmuş özbaşına tikinti olan 3 mərtəbəli, mansardalı, çoxmənzilli fərdi yaşayış evinin cavabdehlərin vəsaiti hesabına sökülməsi və həmin torpaq sahəsinin boşaldılması, həmçinin dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun cavabdehlərdən tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi barədə iddia ərizəsi rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-yə aid edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilən məhkəmə tikinti-texniki ekspertizasına görə 100 manat ekspertiza xərci iddiaçı "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı-X3, kod-210005; VÖEN**********; müxbir hesab AZ41NABZ********************; SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab AZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-122/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-122/2025
17.02.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver