Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-1224/2024 05.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 (eyni zamanda ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X3 etibarnamə üzrə nümayəndəsi) iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və X5 qarşı “əmlak” tələbi barədə ilkin iddiasına, iddiaçılar Cavabdeh2 və X3 cavabdeh İddiaçı qarşı kommunal xərclərinin və vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh2 və X5 qarşı “əmlak” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus torpağı və üzərində olan evi əşyasız satdıqdan sonra evdə qalan və cavabdehlərin qanunsuz sahiblənməsi nəticəsində istifadələrində olan aşağıda göstərilən: 1. Stol - 1 ədəd, 400 manat dəyərində, 2. Stul - 8 ədəd, cəmi 440 manat dəyərində, 3. Mətbəx mebeli - 1 dəst, 3200 manat dəyərində, 4. Televizor “samsunq” markalı, 145 sm ekran, “Led” - 1 ədəd 1450 manat dəyərində, 5. Otaqda olan Pərdələr - 5 ədəd, cəmi 450 manat dəyərində, 6. Soyuducu “Beko” markalı - 1 ədəd, 700 manat dəyərində, 7. Mətbəx divanı - 1 ədəd, 350 manat dəyərində, 8. Kombi qurğusu “Baymak” markalı - 1 ədəd, 2800 manat dəyərində, 9. Jalüz - 3 ədəd, cəmi 430 manat dəyərində, 10. Domofon - 1 ədəd, 250 manat dəyərində, 11. “TV peyk qurğusu (krosna) - 1 ədəd, 130 manat dəyərində, 12. Kondisioner “Evoly” - 1 ədəd, 1200 manat dəyərində, cəmi 11800 manat dəyərində olan əşyaların cavabdehin sahibliyindən və istifadəsindən alınaraq ona qaytarılması, yaxud cavabdehlər tərəfindən siyahıda göstərilmiş əşyaları qaytarmadıqları təqdirdə ona vurduqları maddi ziyana görə (həmin əşyaların dəyəri həcmində) - 11800 manat məbləğində pulun cavabdehlərdən tutularaq ona ödənilməsi; cavabdeh olan Cavabdeh2 1600 manat müqabilində kreditlə satdığı əmlaka (yataq mebel dəstinə) görə ona borclu qaldığı 1200 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi; məhkəmədə iddia qaldırılması üçün tərəfindən ödənilmiş 129 manat məbləğində dövlət rüsumunun və məhkəmədə hüquqlarının müdafiə edilməsi məqsədilə “hüquqi yardımın göstərilməsi” haqqında 21 noyabr 2023-cü il tarixli, 481 nömrəli müqaviləyə əsasən “Kəngərli və partnyorları” Vəkil bürosuna ödənilmiş 120 (yüz iyirmi) manat məbləğində pulun cavabdehlərdən tutularaq, ona (iddiaçıya) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar Cavabdeh2 və X7 cavabdeh İddiaçı qarşı kommunal xərclərinin və vurulmuş maddi ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 X7 və Cavabdeh2 qarşı cəmisi 11800 manat təşkil edən 11 adda əşyanın, vəkilə çəkilmiş 120 manat xərc, ödənilmiş 129 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə iddiasının rədd edilməsi; Ayxan X1 qarşı onun sahiblik etdiyi zamanı Abşeron rayonu, Nasazır kəndi, Əİyağa Vahid küçəsi, 822 saylı fərdi yaşayış evinddə yığılmış kommunmal xərclərinin (1040 manat su, 667 manat qaz, 59 manat elektrik sərfiyyatına görə=cəmi 1766 manat borc) onun tərəfindən ödənilməsi, həmin borcdan Cavabdeh2 aldığı yataq mebeli, 1 ədəd stol və 8 ədəd stula görə Hüseyin Teymurova ödəməli olduğu 1200 manat çıxılmaqla, yerdə qalan 566 manat, vəkil xidmətinə görə ödənilmiş 100 manat və 38 manat dövlət rüsumunun X2 tutularaq Cavabdeh2 veriməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbi üzrə 1200 manat ödəniş olunduğuna görə heç bir iddia tələbinin olmadığını bildirdi. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 (eyni zamanda ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X3 etibarnamə üzrə nümayəndəsi) məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbi üzrə İddiaçı 1200 manat ödəniş olunduğunu bildirərək qarşılıqlı iddia tələbindən imtina etdiyini və iş üzrə icraata xitam veriməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı və qarşılıqlı iddia üzrə iddiaçılar iddiadan imtina etdiyindən, iddiadan imtina qəbul edilərək, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə iddiaçının və qarşılıqlı iddaçıların iddiadan imtina etmə əsaslarını araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtina etməsi özünün subyektiv hüququ olub, onun iddiadan imtina etməsi hər hansı fiziki və ya hüquqi şəxsin hüququ ilə bağlı deyildir və bu imtina hər hansı şəxsin hüququnu və ya qanunla qorunan mənafeyini pozmur. Buna görə də iddiadan imtina qəbul edilərək, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, məhkəmə iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə icraata xitam verildiyindən, ödənilmiş dövlət rüsumu da geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrəicraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 191, 261-262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdehlər Cavabdeh2 və X5 qarşı “əmlak” tələbi barədə ilkin iddiasına, iddiaçılar Cavabdeh2 və X3 cavabdeh İddiaçı qarşı kommunal xərclərinin və vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə iddiaçının və qarşılıqlı iddia üzrə iddiaçıların iddiadan imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. xx.xx.2023-cü il tarixdə dövlət büdcəsinə (Abşeron Rayon Məhkəməsinin hesabına, ********** qəbz nömrəsi ilə) ödənilmiş 129 manat məbləğində dövlət rüsumu İddiaçı; xx.xx.2024-cü il tarixdə dövlət büdcəsinə (Abşeron Rayon Məhkəməsinin hesabına, **********42 qəbz nömrəsi ilə) ödənilmiş 38 manat məbləğində dövlət rüsumu Cavabdeh2 qaytarılsın. Qərardaddan 10 gün müddətində Abşeron Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №e-2(012)-1224/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-1224/2024
05.04.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver