Məhkəmə qərarları › İş №e-2(012)-1283/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-1283/2024

09.04.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-1283/2024 09.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Əliyev Fərid Ələmşah oğlunun katibliyi, Cavabdeh vəkili-nümayəndəsi Vəkil ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət və şəxsi əşyaların qanunsuz sahiblikdən geri qaytarılması və ya əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “qızıl-zinət və şəxsi əşyaların qanunsuz sahiblikdən geri qaytarılması və ya əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, iddiaçıya məxsus iddia ərizəsində sadalanan qızıl-zinət əşyaları və digər şəxsi əşyaların Cavabdeh qanunsuz sahibliyindən alınaraq İddiaçı verilməsi, həmin əmlakın naturada verilməsi mümkün olmadıqda onların dəyərini təşkil edən 4880 (dörd min səkiz yüz səksən) manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq iddia tələbinin müvəqqəti olaraq baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh vəkili-nümayəndəsi Vəkil iddia tələbinin baxılmamış saxlanılmasına etiraz etmədi. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsi baxılmamış saxlanılmasını xahiş etdiyindən, cavabdeh isə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzdən görünür ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə Abşeron Rayon Məhkəməsinin hesabına 60 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanıldığından, ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “qızıl-zinət və şəxsi əşyaların qanunsuz sahiblikdən geri qaytarılması və ya əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən xx.xx.2023-ci il tarixdə dövlət büdcəsinə (Abşeron Rayon Məhkəməsinin hesabına, qəbz nömrəsi: **********) ödənilmiş 60 manat məbləğində dövlət rüsumu ona qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar