Məhkəmə qərarları › İş №e-2(012)-1307/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1307/2024

24.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1307/2024 24.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı İbrahimova (Rzayeva) Gülnarə Nasir qızının nümayəndəsi-vəkili Nümayəndə Cavabdeh və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qızıl-ziynət əşyalarının verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı qızıl-ziynət əşyalarının verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, ona və uşaqlarına hədiyyə şəklində verilmiş komplekt (üzük, sep, sırqa)-10 qram, 750 əyyar; üzük-3,60 qram, 750 əyyar; üzük brilyant qaşlı-5 qram, 83 əyyar; G hərfli klon-2,2 qram, 83 əyyar; sep sıx toxunmuş-4,60 qram, 83 əyyar; qolbaq-2 qram, 585 əyyar; qarnitur(üzük, sırqa, qolbaq, sep)-35 qram, 750 əyyar, komplekt(üzük, sırqa)-8 qram, 83 əyyar; tək qaş üzük-3 qram, 83 əyyar; sırqa- 14 qram, 83 əyyar, tək qaş sırqa-2,56 qram, 83 əyyar; sep sıx toxunma uzun-3,60 qram, 83 əyyar; uzun sep-4,10 qram, 83 əyyar; fil şəkilli klon-2,50 qram, 83 əyyar; ceyran şəkilli üstü qaşlı klon-4,80 qram, 750 əyyar; qolbaq-1,50 qram, 83 əyyar; qolbaq ad yazılmış- 1,60 qram; 83 əyyar; üzük halqa şəklində-2 ədəd, hərəsi- 1,50qram, 83 əyyar; gözmuncuğu sancaqla birlikdə-1,20 qram, 83 əyyar; nal-1,10 qram, 83 əyyar qızılların ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 5 aprel 2010-cu ildə Cavabdeh (bundan sonra cavabdeh adlanacaq) ilə onun arasında nikah qeydə alınıb. Nikah Abşeron rayonu İHB-nın Saray qəsəbəsi üzrə İcra nümayəndəliyində 15 nömrə ilə qeydə alınıb. Birgə nikah dövründə xx.xx.2010-cu il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2018ci il təvəllüdlü X9 adlı övladları dünyaya gəlib. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(060)-2701/2021 saylı qətnaməsi ilə cavabdehlə aralarındakı nikah pozulub, birgə nikahdan anadan olmuş uşaqlar yetkinlik yaşına çatana qədər onun himayəsinə verilib, uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay, hər uşaq üçün sabit pul məbləğində 130 manat olmaqla, cəmi 390 manat və xx.xx.2018-ci il təvəllüdlü X9 3 yaşınadək saxlanması üçün 50 manat aliment cavabdehdən tutulması qət edilib. Cavabdehlə nikahları məhkəmə qaydasında pozulduqdan sonra öz əvvəlki qızlıq soyadına-İbrahimova soyadına qayıtmış və 2023-cü ilin iyul ayında ona verilmiş yeni şəxsiyyət vəsiqəsində də soyadı İbrahimova kimi qeyd olunub. Cavabdehlə ailə həyatı qurarkən və birgə nikah dövründə hədiyyə kimi ona və uşaqlarına aşağıdakı qızıl-ziynət əşyaları alınıb. Ona nikahdan əvvəl nişan dövründə hədiyyə kimi alınan qızıl-ziynət əşyaları: a) Komplekt (üzük, sep, sırqa)-10 qram, 750 əyyar; b) Üzük-3,60 qram, 750 əyyar; c) Üzük brilyant qaşlı-5 qram, 83 əyyar; d) G hərfli klon-2,2 qram, 83 əyyar; e) Sep sıx toxunmuş-4,60 qram, 83 əyyar; f) Qolbaq-2 qram, 585 əyyar g) Qarnitur (üzük, sırqa, qolbaq, sep)-35 qram, 750 əyyar. Birgə nikah dövründə alınan qızıl-ziynət əşyaları: a) Komplekt (üzük, sırqa)-8 qram, 83 əyyar; b)Tək qaş üzük-3 qram, 83 əyyar; c) Sırqa-14 qram, 83 əyyar. Uşaqlara hədiyyə kimi alınmış qızıl-ziynət əşyaları: a) Tək qaş sırqa-2,56 qram, 83 əyyar; b) Sep sıx toxunma uzun-3,60 qram, 83 əyyar; c) Uzun sep-4,10 qram, 83 əyyar; d) Fil şəkilli klon-2,50 qram, 83 əyyar; e) Ceyran şəkilli üstü qaşlı klon-4,80 qram, 750 əyyar; f) Qolbaq-1,50 qram, 83 əyyar; g) Qolbaq ad yazılmış-1,60 qram; 83 əyyar; h) Üzük halqa şəklində-2 ədəd, hərəsi-1,50qram, 83 əyyar; i) Gözmuncuğu sancaqla birlikdə- 1,20 qram, 83 əyyar; j) Nal-1,10 qram, 83 əyyar. Sözügedən qızıl-zinət əşyaları ayrılarkən ona geri qaytarılmayıb. Aralarındakı mübahisənin məhkəmədən kənar həlli ilə bağlı təşəbbüsləri hər hansı bir nəticə verməyib, o cümlədən mübahisənin mediasiya vasitəsi ilə tənzimlənməsi də uğurla nəticələnməyib. Bakı 11 saylı Mediasiya Təşkilatının mediatoru X10 xx.xx.2023-cü il tarixli MŞB/11/2023-01205 saylı ilkin mediasiya sessiyasından (İMS) sonra prossesin davam etdirilə bilməməsi barədə arayış verib. Səbəb kimi hər iki tərəfin mediasiya prosesini davam etdirmək istəməməsi olub. Daha sonra, iddiaçı İbrahimova (Rzayeva) Gülnarə Nasir qızının nümayəndəsi-vəkili Nümayəndə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində qeyd olunmuş uşaqlara hədiyyə kimi alınmış qızıl-ziynət əşyalarının iddia tələbindən çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı İbrahimova (Rzayeva) Gülnarə Nasir qızının nümayəndəsi-vəkili Nümayəndə iddia ərizəsini müdafiə etmiş və iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, İddiaçı iddia ərizəsində tələb etdiyi qızıl-zinət əşyalarından yalnız üzük- 3,60 qram, 750 əyyar; qolbaq-2 qram, 585 əyyar; qarnitur (üzük, sırqa, qolbaq, sep)-35 qram, 750 əyyar; komplekt (üzük, sırqa)-8 qram, 83 əyyar və tək qaş üzük-3 qram, 83 əyyar qızıl-ziynət əşyaları iddiaçıya alınmışdır. Lakin qızıl-ziynət əşyalarının bir hissəsi satılmışdır. Komplekt (üzük, sep, sırqa)-10 qram, 750 əyyar olan qızıl-ziynət əşyası toy günü kirayəyə götürülərək istifadə olunmuşdur. Bəzi qızıl-ziynət əşyalarının fotoşəkilləri isə internet saytından götürülmüş şəkillərdir. Uşaqlara məxsus qızıl-ziynət əşyalarını məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili Nümayəndə təqdim etmişdir. Məhkəmə iclasında Cavabdeh vəkili Vəkil Cavabdeh izahatına uyğun izahat verərək məhkəmədən qeyd edilənlərin nəzərə alınıb, iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(060)-2701/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, ilkin və qarşılıqlı iddia qismən təmin edilmiş, xx.xx.2021-ci ildən etibarən xx.xx.2010-cu il təvəllüdlü X7, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 130 manat olmaqla, cəmi 390 manat və xx.xx.2018-ci il təvəllüdlü X9 üç yaşına çatanadək saxlanması üçün 50 manat aliment Cavabdeh tutularaq X4 verilməsi, Cavabdeh ilə X8 arasında Abşeron rayonu İHB-nin Saray qəsəbəsi üzrə İcra Nümayəndəliyində xx.xx.2010-cu il tarixdə bağlanmış, 15 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X7, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana qədər anası X2 yanında saxlanılması qət edilmişdir. -İddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillərdən görünür ki, iddia ərizəsində qeyd edilmiş qızıl-ziynət əşyaları həmin fotoşəkillərdə əks olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olmuş, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Hazırkı halda iddiaçı birgə nikah dövründən əvvəl nişan dövründə hədiyyə kimi alınan və birgə nikah dövründə alınan qızılziynət əşyalarının cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlandırılacaq): 34.1. maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.2-ci maddəsinə əsasən ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Məhkəmə göstərilənlərlə bağlı qeyd edir ki, iddiaçı iddia ərizəsində komplekt (üzük, sep, sırqa)-10 qram, 750 əyyar; üzük-3,60 qram, 750 əyyar; üzük brilyant qaşlı-5 qram, 83 əyyar; G hərfli klon-2,2 qram, 83 əyyar; sep sıx toxunmuş-4,60 qram, 83 əyyar; qolbaq-2 qram, 585 əyyar; qarnitur (üzük, sırqa, qolbaq, sep)-35 qram, 750 əyyar, komplekt (üzük, sırqa)-8 qram, 83 əyyar; tək qaş üzük-3 qram, 83 əyyar; sırqa-14 qram, 83 əyyar qızıl ziynət əşyalarının cavabdehdə olduğunu iddia etsə də, yalnız üzük-3,60 qram, 750 əyyar; qolbaq-2 qram, 585 əyyar; qarnitur (üzük, sırqa, qolbaq, sep)-35 qram, 750 əyyar; komplekt (üzük, sırqa)-8 qram, 83 əyyar və tək qaş üzük-3 qram, 83 əyyar qızıl-ziynət əşyalarının olması cavabdehin izahatı ilə öz təsdiqini tapmışdır. Cavabdehin izahatına əsasən digər qızıl-zinət əşyalarının isə bəzilərinin kirayə götürülərək toy günü istifadə olunduğunu, qalanlarının isə internet səhifələrindən götürülən bir şəkil olduğunu bildirmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin, təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında X1 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 №li Qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində göstərdiyi qızıl-zinət əşyalarını göstərsə də, cavabdeh tərəfindən etiraf olunmuş qızıl-zinət əşyalardan başqa digər əşyaların cavabdehdə olmasını sübut edə bilməmişdir. Ona görə də məhkəmə cavabdehin etiraf etdiyi qızıl-zinət əşyalarını əsas götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 52.2. maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3. maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 106.3. maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Beləliklə, məhkəmə işin müəyyən olunmuş faktiki hallarını, istinad edilən maddi hüquq normalarının tələblərini rəhbər tutaraq, hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçıya məxsus qızıl-ziynət əşyalarından üzük-3,60 qram 750 əyyar; qolbaq-2 qram 585 əyyar; qarnitur (üzük, sırqa, qolbaq, sep)-35 qram 750 əyyar; komplekt (üzük, sırqa)-8 qram 83 əyyar və tək qaş üzük-3 qram 83 əyyar qızıl-ziynət əşyaları cavabdehdən alınıb, iddiaçıya verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində onun tərəfindən ödənilmiş 50 manat dövlət rüsumunu tələb etmədiyindən dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia ərizəsi qismən təmin edilsin. İbrahimova (Rzayeva) Gülnarə Nasir qızına məxsus qızıl-ziynət əşyalarından üzük- 3,60 qram 750 əyyar; qolbaq-2 qram 585 əyyar; qarnitur (üzük, sırqa, qolbaq, sep)-35 qram 750 əyyar; komplekt (üzük, sırqa)-8 qram 83 əyyar və tək qaş üzük-3 qram 83 əyyar qızıl-ziynət əşyaları Cavabdeh alınıb, İddiaçı verilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar