Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1309/2024 19.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, Ərizəçi İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Maraqlı şəxs Cavabdeh iştirakları ilə, Ərizəçi İddiaçı mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 6 saylı Mediasiya Təşkilatında xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün hər uşağa görə 350 manat, cəmi 700 manat məbləğində alimentin maraqlı şəxs Cavabdeh tutulub ona ödənilməsi üçün bağlanmış barışıq sazişinin təsdiq edilməsi, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün hər uşağa görə 350 manat, cəmi 700 manat məbləğində alimentin hər ay maraqlı şəxs Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə bununla əsaslandırılmışdır ki, ərizəçi İddiaçı ilə maraqlı şəxs Cavabdeh oğlu X6 12 iyul 2017-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşlar. Onların birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X7 doğulmuşlar. Ərizəçinin əri X6 uşaqların saxlanılması üçün ona heç bir yardım etmir. Ümumiyyətlə onun uşaqları saxlamağa maddi imkanı yoxdur. X4 atası, uşaqların babası Cavabdeh isə buna maddi imkanı yüksəkdir. Aylıq qazancı 1300 manat təşkil edir. İlkin mediasiya sessiyası zamanı maraqlı şəxslə imzalanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən, Cavabdeh nəvələri xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X3 hər birinə 350 manat, cəmi 700 manat məbləğində alimentin hər ayın 1-dən 10-na kimi ödəməyi öhdəsinə götürməsi barədə razılıq əldə olunmuş və aralarında barışıq sazişi imzalanmışdır. Barışıq sazişi könüllü şəkildə icra olunmalıdır. Lakin buna baxmayaraq Cavabdeh sazişi könüllü icra etməkdən boyun qaçırmışdır. Ərizəçi qeyd olunan barışı sazişinin icra olunması ilə bağlı maraqlı şəxsə müraciət edərək, sazişin icra olunmasını tələb etmiş, lakin maraqlı şəxs qərəzli olaraq sazişin icra edilməsindən imtina etdiyi üçün həmin barışıq sazişinin məhkəmə qətnaməsi ilə təsdiq olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Məhkəmə gedişatında ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələblərinə uyğun olaraq ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçi İddiaçı ilə maraqlı şəxs Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 6 saylı Mediasiya Təşkilatında bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi İddiaçı nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Cavabdeh ərizəni qəbul edərək, onun təmin edilməsinə etiraz etmədi və əlavə olaraq izahatında bildirdi ki, barışıq sazişinə əsasən tələb olunan aliment məbləği üzrə ödəniş etmək üçün maddi imkanı olmayıb. Məhkəmə proses iştirakçılarını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı 6 saylı Mediasiya Təşkilatında təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, MSB/6-0999 saylı barışıq sazişindən görünür ki, Cavabdeh nəvələri xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X3 hər birinə 350 manat olmaqla, cəmi 700 manat məbləğində alimenti hər ayın 1-dən 10-u aralığında ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmələr xüsusi icraat qaydasında baxırlar. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. İşdən görünür ki, tərəflər ərizəçi ilə maraqlı şəxsin oğlunun birgə nikahından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün alimentin məbləğinin tutulması barədə mediasiya prosesində razılaşmış və barışıq sazişi bağlamışlar. Lakin Cavabdeh bu sazişlə üzərinə götürdüyü öhdəlikləri sazişdə göstərilən qaydada yerinə yetirmədiyindən İddiaçı hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi qanuna zidd deyildir və digər şəxslərin hüquqlarını pozmur. Belə olan halda məhkəmə hesab edir ki, həmin barışıq sazişi məhkəmə qaydasında təsdiq edilməlidir. Belə ki, MPM-nin 355-25.3-cü maddəsinə görə məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmçinin Birləşmiş Millətlər Təşkilatının "Uşaq hüquqları haqqında" 22 noyabr 1989cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir. İştirakçı dövlətlər uşaqların valideynlərinin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun üçün zəruri olan müdafıə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023cü il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: “Cavabdeh nəvələri xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X3 hər birinə 350 manat olmaqla, cəmi 700 manat məbləğində alimenti hər ayın 1-dən 10-u aralığında ödəməyi öhdəsinə götürür.”. Alimentin tutulması hazırki ərizə məhkəməyə daxil olduğu tarixdən - xx.xx.2024-cü il tarixindən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-1309/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1309/2024
19.01.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver