Məhkəmə qərarları › İş №e-2(012)-1527/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-1527/2023

01.02.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-1527/2023 01.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi X1 Səfiyeva Ərizəçi (Maraqlı şəxs) barışıq sazişinin təsdiq edilməsinə dair iddia ərizəsinə 01 fevral 2023-cü il tarixdə, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəçi (Maraqlı şəxs) barışıq sazişinin təsdiq edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, imzalandığı andan 10 gündən artıq vaxt keçməsinə və öhdəlik götürmüş tərəfin sazişin müddəalarından boyun qaçırdığını nəzərə alaraq mediator X2 (M-00077) tərəfindən maraqlı şəxsin və onun etibarnamə üzrə nümayəndəsinin iştirakı ilə Mediasiya haqqında Qanunun 33-cü maddəsinə əsasən hazırlanmış MŞB/6-7404 saylı 14 dekabr 2022-ci il barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, iddia ərizəsi qanunla müəyyən edilən forma və məzmunda tərtib edilmədiyindən, geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 305.1.17. mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 355-23.1. maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. maddəsinə görə Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Qanunun tələbindən göründüyü kimi Ərizəçi barışıq sazişinin təsdiq edilməsinə dair işə xüsusi icraat qaydasında baxılmalı olduğu halda, ərizənin giriş hissəsində icraatın növü iddia icraatı qeyd edilmişdir. Bununla da iddia ərizəsinin qanunla müəyyən edilmiş forma və məzmununa ərizəçi tərəfindən əməl olunmadığından iddia ərizəsi MPM-nin 152.1.1 maddəsinə əsasən geri qaytarılmalıdır. MPM-nin 152.1.1 maddəsinə görə iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət olunmadıqda geri qaytarılır. Ona görə də, məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etməsi ona izah olunmalıdır. Göstərilənlərə əsasən və MPM-nin 263,264 və 268-ci maddəsinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Ərizəçi (Maraqlı şəxs) barışıq sazişinin təsdiq edilməsinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək olar . Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: C.İ.Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar