Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-1618/2024 14.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh1 Yadulla oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Yadulla oğluna və Cavabdeh2 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Yadulla oğluna və Cavabdeh2 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 nəqliyyat vasitəsinin bərpası üçün tələb edilən maddi ziyanın əvəzi olaraq 11247 manat, nəqliyyat vasitəsinin istifadəsindən məhrum olduğu dövr üçün vurulmuş ziyanın əvəzi olaraq 18827 manat, mənəvi zərərin əvəzi olaraq 500 manat pulun, hesablanmış 160 manat inzibati cərimənin, ödənilmiş 205.64 manat dövlət rüsumunun, vəkilə etdiyi kömək üçün ödənilən xərclərin əvəzi olaraq 1000 manat məbləğində pulun-ümumilikdə 31939 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, Cavabdeh2 mənəvi zərərin əvəzi olaraq 500 manat pulun tutularaq İddiaçı ödənilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, e-2(012)-1618/2024 saylı qərardadı ilə mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməsi qərara alınmış, mülki iş üzrə icraat Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki-Prosessual Məcəllə adlanacaq) 255.0.5-ci maddəsinə əsasən, dayandırılmışdır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 9/3468/2024 saylı rəyi xx.xx.2024-cü il tarixdə Abşeron rayon Məhkəməsinə daxil olmuşdur. Ekspertiza xərci 50 manat müəyyən edilmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə ünvanlayaraq, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiasından imtinasının qəbul edilərək iş üzrə icraata xitam verilməsi və məhkəmə xərclərinin cavabdehə aid edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 ərizəsini onunla əsaslandırmışdır ki, işin məhkəmə baxışı mərhələsində Cavabdeh1 iddianın təmin edilmə prespektivini qəbul edərək, məsələnin məhkəmədən kənar qaydada həllini təklif etmişlər. Təklifə əsasən Cavabdeh1 iddianı etiraf etdiyini, lakin tam ödəniş etmək gücündə olmadığını bildirmişdir. Belə ki, zərərin qismən, yəni 4000 AZN ödənilməsi, eyni zamanda nəqliyyat vasitəsi üçün olan cərimələrin və sığorta xərclərinin ödənilməsi qarşılığında iddiadan imtina edilməsini xahiş etmişdir. Qeyd edilən təklif onun vəkili Vəkil2 tərəfindən də dəstəklənərək, hazırkı iş üzrə məsələnin onlar üçün hüquqi prespektivinin olmamasını qəbul edərək, eyni zamanda cavabdehin maddi vəziyyətini nəzərə alınaraq ona bu şərtlərlə güzəşt edilməsini xahiş etmişdir. İddiaçı qeyd edilənləri, o cümlədən cavabdehin maddi vəziyyətini nəzərə alaraq, məsələnin sülh yolu ilə həlli üçün cavabdehə güzəştə getməyi və iddia tələbindən imtina etməyi qərara almışdır. Bununla əlaqədar Cavabdeh1 tərəfindən 4000 manat İddiaçı (nümayəndəsi və həyat yoldaşı Nümayəndə2 vasitəsi ilə) ödənilmiş, eyni zamanda cərimə və sığorta xərclərinin də məhkəmə iclasına qədər ödənilməsinə dair öhdəlik götürülmüşdür. Bu səbəbdən də İddiaçı iddia tələbindən imtina etməyi məqsədəuyğun hesab edir. Məhkəmə iclasında Cavabdeh1 Yadulla oğlu ərizənin təmin olunmasına etiraz etməmişdir. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iddiaçının iddia tələbindən imtina barədə ərizəsini və mülki işin materiallarını nəzərdən keçirib belə hesab edir ki, iddiaçının iddia tələbindən imtina barədə ərizəsi qanuni və əsaslı olduğundan, başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından və qanunamüvafiq hesab edildiyindən qəbul edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Beləliklə də, mülki iş materiallarından göründüyü kimi, iddiaçı iddiadan imtina etdiyindən bu imtina qanunazidd olmamaqla, başqa şəxslərin hüquqlarını pozmadığından həmin imtina qəbul edilərək mülki iş üzrə icraata xitam verilməlidir. Məhkəmə eyni zamanda, qeyd edir ki, Mülki Prosessual Məcəllənin 114.1.4. maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.3-cü maddəsinə əsasən, məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Məhkəmə qeyd edir ki, mülki iş üzrə iddia ərizəsinə xitam verildiyindən ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddiaçı iddiadan imtina etdiyindən ödənilmiş 186,97 manat dövlət rüsumu iddiaçının özünə aid edilməli, 50 manat ekspertiza xərci isə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 191, 261-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı cavabdehlər Cavabdeh1 Yadulla oğluna və Cavabdeh2 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. 50 manat ekspertiza xərci İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Habil Əhmədov