Məhkəmə qərarları › İş №e-2(012)-1640/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-1640/2023

28.02.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-1640/2023 28.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Kazımlı Cənnət Mahir qızının katibliyi ilə, Ərizəçi barışıq sazişinin təsdiqi və məcburi icrası barədə ərizəsi üzrə mülki işə Xırdalan şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi barışıq sazişinin təsdiqi və məcburi icrası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəsini nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 259.0.12 maddəsinə görə, bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1—150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. Ərizədən göründüyü kimi ərizə iddia ərizəsi adlanıb, iddiaçı və cavabdehin adı qeyd edilsə də, ərizə kimi tərtib edilmiş, xahiş etdi hissədə isə xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi və tərəflər arasında bağlanan nikah qeydinin ləğv edilməsi xahiş edilmiş, bu səbəbdən elektron sistemdə ərizə xüsusi icraatda qeydə alınmışdır,Halbi ki, nikahın ləğvinə yalnız iddia icraatı qaydaısında baxılır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı halda iddia icraatına keçmək mümkün olmadığından ərizə baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq,məhkəmə QƏRARAALDİ: Ərizəçi barışıq sazişinin təsdiqi və məcburi icrası barədə ərizəsi baxılmamış saxlanılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar