Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1664/2025 15.12.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi X4, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1, Cavabdeh «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» publik hüquqi şəxsin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» publik hüquqi şəxsə qarşı «torpaq sahəsinə qanunsuz müdaxiləyə və həmin torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz istifadəsinə son qoyulması, ərazidən su boru xəttinin cavabdehin hesabına çıxarılması və kənarlaşdırılması, torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Məmmədli kəndində yerləşən və ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli, **********51 reyestr nömrəli çıxarışa əsasən ona məxsus olan torpaq sahəsinə cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi tərəfindən su boru xətti çəkilməklə edilmiş qanunsuz müdaxiləyə və həmin torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz istifadəsinə son qoyulması, həmin ərazidən cavabdehə məxsus su boru xəttinin cavabdehin hesabına çıxarılması, ona məxsus ərazidən kənarlaşdırılması və torpaq sahəsinin əvvəlki vəziyyətinin cavabdehin hesabına bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1 iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Məmmədli kəndində yerləşən və ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli, **********51 reyestr nömrəli çıxarışa əsasən İddiaçı məxsus olan torpaq sahəsinə cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi tərəfindən su boru xətti çəkilməklə edilmiş qanunsuz müdaxiləyə və həmin torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz istifadəsinə son qoyulması, həmin ərazidən cavabdehə məxsus su boru xəttinin cavabdehin hesabına çıxarılması, iddiaçıya məxsus ərazidən kənarlaşdırılması və torpaq sahəsinin əvvəlki vəziyyətinin cavabdehin hesabına bərpa edilməsi, hüquqi xidmətə görə 1000 manat və dövlət rüsumuna görə 100 manat olmaqla, cəmi 1100 manat məbləğində məhkəmə xərclərinin cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsdən tutulub İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, İddiaçı xüsusi mülkiyyətində Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti vaxtilə iddiaçı ilə hər hansı razılıq əldə etmədən onun mülkiyyətində olan torpaq sahəsinin bir hissəsini özbaşına zəbt etmiş və oradan su kəməri çəkmişdir. Su xəttinin qanunvericilikdə nəzərdə tutulan mühafizə zolağı da nəzərə alınmaqla cavabdehin özbaşına zəbt edib istifadə etdiyi iddiaçıya məxsus torpaq sahəsinin ümumi sahəsi 0,10 ha-dan çoxdur. İddiaçı və onun oğlu X7 tərəfindən xüsusi mülkiyyətdə olan həmin torpaq sahəsindən qanunsuz istifadəyə son qoyulması, su boru xəttinin həmin torpaq sahəsindən çıxarılıb kənarlaşdırılması ilə bağlı cavabdehə dəfələrlə rəsmi qaydada müraciət olunsa da cavabdeh müxtəlif vaxtlarda olmaqla 4 dəfə rəsmi cavab yazaraq, gah torpaq sahəsinin qiymətinin müəyyən olunması ilə bağlı qiymətləndirmə işlərinin aparıldığını, gah da dövlət tərəfindən vəsait ayrıldıqdan sonra həmin torpaq sahəsinin satın alınacağını və kompensasiya ödəniləcəyini bildirmişdir. Bu yazışma, artıq 4 ildir ki, davam edir. Bu müddət ərzində iddiaçı mülkiyyətində olan torpaq sahəsinin qeyd edilən su kəmərinin keçdiyi hissəsindən və onun ətrafında olan hissələrindən istifadə edə bilmir. Belə ki, həmin ərazidə ağır kənd təsərrüfatı texnikasından istifadə olunması su xəttinin zədələnməsinə səbəb ola bilər. Cavabdeh təşkilat tərəfindən 27 may 2021-ci il tarixdə verilmiş cavabda müstəqil qiymətləndirici təyin olunacağı bildirilmişdir. Onlara 2022-ci ildə verilmiş cavabda layihənin icrası ilə bağlı vəsaitin ayrılması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə müraciət olunduğu və kompensasiya ödəniləcəyi bildirilmişdir. 2023-cü ildə olan cavabda yenidən onların kompensasiya alacağı, 2024-cü ildə olan cavabda isə alqı-satqı müqaviləsi icra olunmaqla kompensasiya ödəniləcəyi qeyd edilmişdir. Qeyd edir ki, cavabdeh təşkilat tərəfindən onlara İddiaçı məxsus torpaq sahəsindən 4 sot götürüldüyü və həmin torpaq sahəsinin layihəyə düşdüyü bildirilmişdir. Məhkəmə tərəfindən təyin edilmiş ekspert rəyi əsasında iddiaçının mülkiyyətində olan torpaq sahəsindən su kəmərlərinin keçməsi faktı öz təsdiqini tapmış, həmçinin bu fakt cavabdeh təşkilat tərəfindən də etiraf edilmişdir. Onlarda başqa hüquqi şəxsin balansında olan su boru kəmərinin keçməsi barədə məlumat yoxdur. Qeyd edilənlərə əsasən o, iddianın təmin edilməsini xahiş etdi. İddiaçı nümayəndəsi X7 məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi Nümayəndə1 izahatında qeyd edilənləri təsdiq edərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» publik hüquqi şəxsin nümayəndəsi X10 iddia ərizəsinə etirazında və məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, İddiaçı tərəfindən iddia verilərkən məhkəmə aidiyyəti və iş üzrə əsl cavabdeh düzgün seçilməmişdir. Hesab edirlər ki, hazırkı işə məhkəmə aidiyyəti üzrə inzibati məhkəmə tərəfindən baxılmalı və eləcə də iş üzrə cavabdeh ADSEA-nın “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxs əsl cavabdeh Azərbaycan Dövlət X1 Obyektlərin Müdiriyyəti publik hüquqi şəxs ilə əvəz edilməlidir. Belə ki, “Su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 30 mart tarixli, 2074 nömrəli Fərmanı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yaradılmış və fərmanın icrası ilə əlaqədar ADSEA-nın əsasnaməsi və strukturu təsdiq edilmiş, agentliyin tabeliyində bir sıra publik hüquqi şəxslər, o cümlədən "xxxx" ASC çevrilmə yolu ilə yenidən təşkil edilərək ADSEA-nın "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxs və “X8 Müdiriyyəti” yaradılmışdır. Fərmanın 6.3-ci bəndinə əsasən “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxs Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərlərində istehlakçıların məişət (təsərrüfat) — içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən publik hüquqi şəxsdir. Fərmanın 6.5-ci bəndinə əsasən X8 Müdiriyyəti tikinti işlərinin təsdiq edilmiş layihə smeta sənədlərinə uyğun həyata keçirilməsini və əsaslı vəsait qoyuluşu üzrə dövlət büdcəsindən və digər mənbələrdən ayrılmış vəsaitin idarə edilməsinin səmərəliliyini təmin edən, habelə su təsərrüfatı və meliorasiya obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin inşası, yenidən qurulması, bərpası ilə bağlı satınalmaları təşkil edən publik hüquqi şəxsdir. Bir daha qeyd edir ki, keçmiş "xxxx" ASC su kəmərinin çəkilməsi ilə bağlı fəaliyyətini müvafiq qanunvericilik aktlarına əsasən həyata keçirmişdir. Başqa sözlə, onun bu sahədə fəaliyyəti hər hansı hüquq normasına zidd olmamışdır. Müvafiq olaraq bu fəaliyyətdə hər hansı təqsirlilik elementi mövcud deyildir. Bu amili iddaçının məhkəməyə təqdim etdiyi sənədlərdən də görmək mümkündür. Belə ki, iddiaçının kəmərin keçdiyi mübahisəli torpaq sahəsinə mülkiyyət hüquqları uzun müddət dövlət qeydiyyatından keçməmiş və yalnız 2022-ci ildə buna dair mülkiyyət hüquqları DƏDRX-də qeydiyyata alınmışdır. Bu səbəbdən də kəmərin layihələndirilməsi və icrası zamanı, yəni 2016-2019-cu illər aralığında DƏDRX-nin ərazi üzrə xəritə və çizgilərində boş torpaq sahəsi kimi göstərilmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 6-cı maddəsində göstərilir ki, dövlət həmin məcəllədə və digər qanunvericilik aktlarında göstərilən qaydada torpaq sahələrinin dövlət ehtiyaclarının təmin edilməsi məqsədi ilə geri alınması səlahiyyətinə malikdir. Həmin məcəllənin 70-ci maddəsinin 1-ci bəndinin tələblərinə əsasən mülkiyyətdə, istifadədə və icarədə olan torpaq sahələri dövlət ehtiyacları üçün geri alına bilər. Həmin maddənin 3-cü bəndinə əsasən mülkiyyətdə və icarədə olan torpaqların dövlət ehtiyacları üçün özgəninkiləşdirilməsi müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həyata keçirilir. Həmin məcəllənin 70-ci maddəsinin 4-cü bəndinə əsasən isə xüsusi mülkiyyətdə olan torpaqların dövlət ehtiyacları üçün özgəninkiləşdirilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda və şərtlərlə yol verilir. Göründüyü kimi hazırkı məsələ torpaqların dövlət ehtiyacları üçün alınmasına dair qanunvericiliyin normaları ilə tənzimlənməlidir. Əlavə olaraq bildirir ki, həqiqətən də, iddiaçının ərazisindən boru kəməri keçmişdir və həmin ərazidə layihə məhz "xxxx" ASC tərəfindən həyata keçirilmişdir. Sözügedən layihə 2016-cı ildən icra olunmağa başlamış, ərazidən su kəməri çəkildiyi vaxt iddiaçıda həmin torpaq sahəsi üzərində hüququnu təsdiq edən Dövlət aktı olmuşdur. Bu səbəbdən Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX tərəfindən ərazi boş torpaq sahəsi kimi görülmüşdür. Hesab edir ki, hazırkı mübahisəyə inzibati məhkəmədə baxılmalıdır. Odur ki, göstərilənlərə əsasən o, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Mülki iş materiallarında olan, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,50 ha torpaq sahəsi dövlət reyestr xidmətində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə mülkiyyət hüququ üzrə İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 sentyabr 2025-ci il tarixli, 10/5359 №-li ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-32/2-10846/2025 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Necas elektron məlumat bazasına əsasən **********51 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş (xx.xx.2020-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən) torpaq sahəsinin Azərsu 2023-ə əsasən 0,03 ha hissəsi su kəmərinin, Azərsu 2021-ə əsasən isə 0,0647 ha hissəsi su kəmərinin mühafizə zolağında yerləşir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,50 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Sözügedən torpaq sahəsinə dair iddiaçının xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəsi çıxarışla, xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Hazırda iddiaçı xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan torpaq sahəsindən “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi tərəfindən su boru xətti çəkilməklə edilmiş qanunsuz müdaxiləyə və həmin torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz istifadəsinə son qoyulması, həmin ərazidən cavabdehə məxsus su boru xəttinin cavabdehin hesabına çıxarılması, ona məxsus ərazidən kənarlaşdırılması və torpaq sahəsinin əvvəlki vəziyyətinin cavabdehin hesabına bərpa edilməsi məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının: Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29, İ hissə. Hər kəsin mülkiyyət hüququ vardır. Maddə 29, V hissə. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Maddə 29, Vİ. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Maddə 60, İ hissə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu: Maddə 3.1. Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər. Maddə 3.4. İnsan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Maddə 3.5. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİİ hissəsində göstərilən əsaslarla yanaşı, insan hüquqları və azadlıqları digər insanların hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə təminat verilməsi və onların müdafiə edilməsi məqsədi ilə məhdudlaşdırıla bilər. “İnsan Hüquqlarının və X9 Haqqında” Avropa Konvensiyası (1 saylı Protokol): Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Maddə 135.9. Əgər müxtəlif növlü əşyalar ümumi təyinat üzrə istifadə edilməsini nəzərdə tutan vahid tam yaradırlarsa, bir əmlak (mürəkkəb əmlak) sayılırlar. Mürəkkəb əmlak barəsində bağlanmış əqdin qüvvəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, onun bütün tərkib hissələrinə şamil edilir. Maddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 172.3. Əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir. Maddə 172.4. Qonşuluq hüququnun göstərişlərini pozan binalara çıxıntılı binalar haqqında qaydalar tətbiq edilir. Maddə 173.1. Başqa daşınmaz əmlaka keçən çıxıntıları olan binalar və digər qurğular yerləşdikləri daşınmaz əmlakın tərkib hissəsi kimi qalırlar, bu şərtlə ki, həmin əmlakın mülkiyyətçisi onlara əşya hüququna malik olsun. Qonşu ya üst tikiliyə qarşı etirazını bildirə bilər, ya da bununla barışaraq ağlabatan əvəz ödənilməsini tələb edə bilər. Maddə 173.2. Üst tikiliyə hüquq daşınmaz əmlakın dövlət reyestrində servitut kimi qeydə alına bilər. Maddə 173.3. Əgər üst tikili əsassızdırsa və hüququna toxunulmuş şəxs, bunu bilsə də, vaxtında etiraz etməzsə, üst tikilini ucaldan şəxsə, şəraitin haqq qazandırdığı hallarda, ağlabatan əvəz ödənilməklə, üst tikiliyə əşya hüququ və ya torpağa mülkiyyət hüququ verilə bilər. Maddə 173.4. Əgər qonşu sahədən binanın uçub torpaq sahəsinə tökülməsi təhlükəsi varsa, mülkiyyətçi qonşudan həmin təhlükənin qarşısının alınması üçün lazımi tədbirlər görməyi tələb edə bilər. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 188.1. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, şəxsin özünə mənsub olmayan materialların emalı yolu ilə hazırladığı yeni daşınar əmlaka mülkiyyət hüququnu materialların mülkiyyətçisi əldə edir. Emalın dəyəri materialların dəyərindən əhəmiyyətli dərəcədə yüksək olduqda, yeni əmlaka mülkiyyət hüququnu vicdanla hərəkət edərək, materialları özü üçün emal etmiş şəxs əldə edir. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Maddə 238.3. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir. Maddə 250.1. Torpaq sahəsi elə yüklü ola bilər ki, onun üstündə və ya altındakı binaya malik olmaq hüququ - özgəninkiləşdirilən və vərəsəlik üzrə keçən hüquq xeyrinə yükləmə aparılan şəxsə mənsub olar. Tikintiyə vərəsəlik hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınır. Qanunun qeyd olunan normalarından görünür ki, torpaq sahəsinin mülkiyyətçisi olan İddiaçı ona məxsus torpaq sahəsi üzərində su boru xətti çəkilərkən pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirməmiş, nə də pozuntu ilə əlaqədar aidiyyəti orqanlara müraciət etməsi ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə olduğu halda, məhkəmə qanunuverciliyin tələblərinə uyğun olaraq hesab edir ki, iddiaçı həmin pozuntuya dözməli olduğundan, sərhədi pozmuş qonşuya qarşı pul kompensasiyası ödəməsi ilə əlaqədar tələb irəli sürməlidir. Bundan əlavə, məhkəmə qeyd edir ki, cavabdehlər tərəfindən iddiaçının torpaq sahəsində inşa edilmiş su boru xətti dövlət mənafeləri üçün strateji əhəmiyyətli hesab olunduğundan, həmin su boru xəttinin kənarlaşdırılması, dövlət büdcəsinə külli miqdarda ziyan dəyməsi ilə nəticələnə bilər. Bundan əlavə cavabdeh tərəfindən iddiaçının torpaq sahəsində çəkilmiş su boru xəttinin söküləcəyi təqdirdə dövlət büdcəsinə külli miqdarda dəyə biləcək zərərin məbləği, mülkiyyət hüquqlarının pozulması nəticəsində iddiaçıya dəyəcək zərərdən daha ağır nəticələrə səbəb olacağı zəmin yaradır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdehin kompensasiya verilməsi yolu ilə qarşılıqlı razılıq əsasında mühafizə zonasına düşən torpaq sahəsini mülkiyyətçidən almaq hüququ vardır və o, bu hüquqdan istifadə edə bilər. Bundan başqa mülki işin məhkəmə gedişatı zamanı ADSEA-nın “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxs əsl cavabdeh Azərbaycan Dövlət X1 Obyektlərin Müdiriyyəti publik hüquqi şəxs ilə əvəz edilməsi müəyəyn edilmiş,bununla bağlı məhkəmə tərəfindən cavabdehin əsl cavabdehlə əvəz edilməsi iddiaçı tərəfə təkklif olunmuş,lakin iddiaçı tərəf bununla razılaşmamışdır.Hal-hazırda tələb əsl cavabdehə qarşı irəli sürülmədiyindən, bu hal da məhkəməyə iddianın rədd edilməsinə əsas verir. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu, iddiaçı tərəfindən hüquqi xidmətə görə 1000 manat xərc iddiaçının özünə aid edilməli, ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaiti isə iddiaçıdan alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdeh «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» publik hüquqi şəxsə qarşı Abşeron rayonu, Məmmədli kəndində yerləşən və ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli, **********51 reyestr nömrəli çıxarışa əsasən İddiaçı məxsus olan torpaq sahəsinə cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi tərəfindən su boru xətti çəkilməklə edilmiş qanunsuz müdaxiləyə və həmin torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz istifadəsinə son qoyulması, həmin ərazidən cavabdehə məxsus su boru xəttinin cavabdehin hesabına çıxarılması, iddiaçıya məxsus ərazidən kənarlaşdırılması və torpaq sahəsinin əvvəlki vəziyyətinin cavabdehin hesabına bərpa edilməsi, hüquqi xidmətə görə 1000 manat və dövlət rüsumuna görə 100 manat olmaqla, cəmi 1100 manat məbləğində məhkəmə xərclərinin cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsdən tutulub İddiaçı ödənilməsi barədə iddia tələbi rədd edilsin. İddiaçı tərəfindən hüquqi xidmətə görə 1000 manat xərc və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilən 23 sentyabr 2025-ci il tarixli, 10/5359 saylı məhkəmə tikinti-texniki ekspertizasına görə 100 manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı-X5, kod-210005; VÖEN-**********; müxbir hesab-AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-1664/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1664/2025
15.12.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver