Məhkəmə qərarları › İş №e-2(012)-1703/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1703/2023

06.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1703/2023 06.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə, cavabdeh "xxxx" MMC-nin vəkilinümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı nəqliyyat vasitəsinin qanunsuz sahiblikdən alınmaqla ona təhvil verilməsi tələbinə dair mülki işə 06 iyun 2023-cü il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı nəqliyyat vasitəsinin qanunsuz sahiblikdən alınmaqla ona təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan Avtoqreyder Volvo G940 markalı ban nömrəsi VCE0G940K00041367, buraxılış ili 2007-ci il, AZ034571 saylı qeydiyyat şəhadətnaməsi olan sarı rəngli ilkin qeydiyyat nömrəsi 10E-358, yeni 01BA138 qeydiyyat nişanlı nəqliyyat vasitəsi, Avtoqreyder Volvo G930 markalı ban nömrəsi VCE0G930E00041011, buraxılış ili 2007-ci il, AZ 034572 saylı qeydiyyat şəhadətnaməsi olan sarı rəngli ilkin qeydiyyat nömrəsi 10F-879, yeni 01BA139 qeydiyyat nişanlı nəqliyyat vasitəsi, X1 SD 122 D markalı ban nömrəsi 198437, buraxılış ili 2008-ci il, AZ 034573 saylı qeydiyyat şəhadətnaməsi olan sarı rəngli ilkin qeydiyyat nömrəsi ilkin qeydiyyat nömrəsi 10A-294, yeni 01BA143 qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" MMC-nin qanunsuz sahibliyindən alınmaqla ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, Salyan rayonu Marışlı kənd sakini İddiaçı 1 saylı DAİM tərəfindən xx.xx.2023-cü ildə mülkiyyətində olan Avtoqreyder Volvo G940 markalı ban nömrəsi VCE0G940K00041367, buraxılış ili 2007-ci il, AZ034571 saylı qeydiyyat şəhadətnaməsi olan sarı rəngli ilkin qeydiyyat nömrəsi 10E-358, yeni 01BA138 qeydiyyat nişanlı nəqliyyat vasitəsi, Avtoqreyder Volvo G930 markalı ban nömrəsi VCE0G930E00041011, buraxılış ili 2007-ci il, AZ 034572 saylı qeydiyyat şəhadətnaməsi olan sarı rəngli ilkin qeydiyyat nömrəsi 10F-879, yeni 01BA139 qeydiyyat nişanlı nəqliyyat vasitəsi, X1 SD 122 D markalı ban nömrəsi 198437,buraxılış ili 2008-ci il, AZ 034573 saylı qeydiyyat şəhadətnaməsi olan sarı rəngli ilkin qeydiyyat nömrəsi ilkin qeydiyyat nömrəsi 10A-294, yeni 01-BA143 qeydiyyat nişanlı nəqliyyat vasitəsi hazırda "xxxx" MMC-nin qanunsuz sahibliyindədir. Həmin nəqliyyat vasitələrinin fotoları, qeydiyyat şəhadətnamələri, şəxsiyyət vəsiqəsi və nümayəndənin etibarnaməsi pretenziya məktubuna əlavə edilməklə nəqliyyat vasitələrinin mülkiyyətçisinə və ya nümayəndəsinə təhvil verilməsi üçün xx.xx.2023-cü il tarixdə saat 12-25-də cavabdehə verilməsinə baxmayaraq nəqliyyat vasitələri geri qaytarılmır və dövlət qeydiyyat nişanlarının üzərinə bağlanılmasına imkan yaradılmır. Həmin xüsusi mülkiyyətdə olan nəqliyyat vasitələri "xxxx" MMC-nin qanunsuz sahibliyindən alınmaqla iddiaçıya təhvil verilməlidir. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh "xxxx" MMC-nin vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, avtomobillərin hazırda nömrələri yoxdur. Bu da "xxxx" MMC tərəfindən saxlanılan avtomobillərin iddiaçıya məxsus avtomobillər olduğunu sübut etmir. Tərəflər arasında alqı-satqı olarkən avtomobillərə baxış keçirilməli olduğu halda, qaydalara əməl edilməmişdir. Alqı-satqı Mülki Məcəllədə göstərilən şərtlərə uyğun həyata keçirilməmişdir. İddiaçıya müqavilə predmeti olan avtomobillər təhvil verilmədiyindən iddiaçının hazırda cavabdehə qarşı iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Bundan başqa, mübahisəli avtomobillər odur ki, iddia tələbinin rədd edilməsini xahiş etdi. İş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən İİİ şəxs kimi cəlb edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Mülki iş materiallarından olan nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrinin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, Avtoqreyder Volvo G940 markalı ban nömrəsi VCE0G940K00041367, buraxılış ili 2007-ci il, AZ034571 saylı qeydiyyat şəhadətnaməsi olan sarı rəngli ilkin qeydiyyat nömrəsi 10E-358, yeni 01BA138 qeydiyyat nişanlı nəqliyyat vasitəsi, Avtoqreyder Volvo G930 markalı ban nömrəsi VCE0G930E00041011, buraxılış ili 2007-ci il, AZ 034572 saylı qeydiyyat şəhadətnaməsi olan sarı rəngli ilkin qeydiyyat nömrəsi 10F-879, yeni 01BA139 qeydiyyat nişanlı nəqliyyat vasitəsi, X1 SD 122 D markalı ban nömrəsi 198437, buraxılış ili 2008-ci il, AZ 034573 saylı qeydiyyat şəhadətnaməsi olan sarı rəngli ilkin qeydiyyat nömrəsi ilkin qeydiyyat nömrəsi 10A-294, yeni 01BA143 qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı adına qeydə alınmışdır. Mülki iş materiallarından olan İddiaçı tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 04 fevral 2020-ci il tarixli pretenziya məktubundan görünür ki, qeyd olunan nəqliyyat vasitələrinin mülkiyyətçisinə və ya nümayəndəsinə təhvil verilməsi xahiş olunmuşdur. Mülki iş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-2(103)-326/2019 saylı qətnaməsinə əsasən iddiaçı “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81/18 saylı, 12 mart 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - 43614,56 (qırx üç min altı yüz on dörd manat əlli altı qəpik) manat məbləğinin qarşılıqlı iddia üzrə cavabdeh"xxxx" MMC- dən tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamənin mətnindən müəyyən edilir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 mart 2018-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilmiş, AZ 10 A 294 nömrəli, AZ 10 F 879 nömrəli və AZ 10 E 358 nömrəli nəqliyyat vasitələrinin cavabdehdən alınaraq iddiaçıya qaytarılması qət edilmiş, ilkin iddia tələbi qalan hissədə təmin edilməmiş, qarşılıqlı iddia tələbi təmin edilmiş, iddiaçıya məxsus nəqliyyat vasitələrinin təmirinin ümumi dəyərindən qalıq qalaq ödənilməyən 110.050,28 manatın və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manatın iddiaçıdan tutularaq cavabdehə ödənilməsi qət edilmiş, qətnamənin icrası qaydası müəyyən edilmiş, qarşılıqlı iddia tələbi üzrə ödənilməli pul məbləği ödənildikdən sonra ilkin iddia tələbi üzrə qaytarılması nəzərdə tutulan nəqliyyat vasitələrinin geri qaytarılması qət edilmişdir. Buradan da görünür ki, iddia tələbində qeyd olunan Avtoqreyder Volvo G940 markalı ban nömrəsi VCE0G940K00041367, buraxılış ili 2007-ci il, AZ034571 saylı qeydiyyat şəhadətnaməsi olan sarı rəngli ilkin qeydiyyat nömrəsi 10E-358, yeni 01BA138 qeydiyyat nişanlı nəqliyyat vasitəsi, Avtoqreyder Volvo G930 markalı ban nömrəsi VCE0G930E00041011, buraxılış ili 2007-ci il, AZ 034572 saylı qeydiyyat şəhadətnaməsi olan sarı rəngli ilkin qeydiyyat nömrəsi 10F-879, yeni 01BA139 qeydiyyat nişanlı nəqliyyat vasitəsi, X1 SD 122 D markalı ban nömrəsi 198437, buraxılış ili 2008-ci il, AZ 034573 saylı qeydiyyat şəhadətnaməsi olan sarı rəngli ilkin qeydiyyat nömrəsi ilkin qeydiyyat nömrəsi 10A-294, yeni 01BA143 qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeyd olunan qətnamədəki nəqliyyat vasitələridir. Həmin nəqliyyat vasitələrinin "xxxx" MMC-dən alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qaytarılması qarşılıqlı iddia tələbi üzrə ödənilməli pul məbləği ödənildikdən sonra ilkin iddia tələbi üzrə qaytarılması nəzərdə tutulan nəqliyyat vasitələrinin geri qaytarılması qət edilmişdir. Tərəflərin izahatlarından və iş materiallarından göründüyü kimi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-2(103)-326/2019 saylı qətnaməsi hələ də icra olunmayıb.Həmin qətnamə icra edilmədiyi halda, "xxxx" Açıq Səhmdar Cəmiyyəti, qətnamənin icrasından yayınmaq üçün qanunsuz olaraq həmin nəqliyyat vasitələrini iddiaçıya satmış, iddiaçı isə həmin nəqliyyat vasitələrinin mövcudluğunu belə yoxlamadan,alqı-satqı müqaviləsi üzrə ona satılması nəzərdə tutulan qeyd edilən nəqliyyat vasitələrini qəbul etmədiyi halda, alqı-satqı müqaviləsini bağlamışdır.Hazırda iddianın təmin edilməsi qüvvədə olan məhkəmə qətnaməsinin icrasını mümkünsüz edir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qanununvericiliyin tələblərinin pozulması ilə bağlandığından əsassızdır və təmin edilməməlidir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görəməhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Mülki Məcəllənin 668.1. maddəsinə görə satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 568.2. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. 569.1. Satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 569.2. Əgər alğı-satqı müqaviləsinin icrası müddətinin pozulduğu halda alıcının ona marağının itməsi müqavilədən aydın şəkildə irəli gəlirsə, belə müqavilə qəti müəyyənləşdirilmiş müddətədək icra edilmək şərti ilə bağlanmış sayılır. Satıcı müqavilədə müəyyənləşdirilmiş müddət çatanadək və ya müddət keçdikdən sonra həmin müqaviləni yalnız alıcının razılığı ilə icra edə bilər. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 maddəsinə əsasən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı nəqliyyat vasitəsinin qanunsuz sahiblikdən alınmaqla ona təhvil verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar