Məhkəmə qərarları › İş №e-2(012)-171/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-171/2023

15.03.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-171/2023 15.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evdən çıxarılma və evə köçürülmə tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evdən çıxarılma və evə köçürülmə tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 2 uşaqları ilə (İddiaçı İlham qızı və X2) birlikdə mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Əbdüləli Mürsəlov küçəsində yerləşən 35 saylı evdən çıxarılmaları və onun həmin evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə istinadən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Əbdüləli Mürsəlov küçəsində yerləşən 35 saylı evdən istifadə hüququna 5000 manat məbləğində kompensasiya ödənilməklə xitam verilməsi və onun həmin evdən çıxarılması, Cavabdeh2 2 uşağı ilə (İddiaçı İlham qızı və X2 ilə) birlikdə həmin evdən çıxarılması və İddiaçı həmin evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə istinadən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Əbdüləli Mürsəlov küçəsində yerləşən 35 saylı evdən istifadə hüququna 10000 manat məbləğində kompensasiya ödənilməklə xitam verilməsi, onun həmin evdən qeydiyyatdan çıxarılması və onun həmin evdən çıxarılması, Cavabdeh2 2 uşağı ilə (İddiaçı İlham qızı və X2 ilə) birlikdə həmin evdən çıxarılması və İddiaçı həmin evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəməyə ərizə ilə müraciət edərək tərəflərin öz aralarında mübahisəni həll etdiklərini bildirmiş, buna görə də iddia ərizəsinin baxılmamış saxlanmasını və sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Mülki-Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Bundan başqa, işdən görünür ki, İddiaçı hazırki iddia ərizəsini verərkən müvafiq ödəniş sistemi vasitəsilə **********96 saylı qəbzlə Abşeron Rayon Məhkəməsinə 50 manat məbləğində dövlət rüsumunu xx.xx.2022-ci ildə saat 15:31-də ödəmişdir. Mülki-Prosessual Məcəllənin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, dövlət rüsumu geri qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən, İddiaçı vəkili-nümayəndəsi Vəkil ərizəsi təmin edilməli, həmin ərizə əsasında iddia ərizəsi baxılmamış saxlanılmalı və ona əlavə edilmiş sənədlərlə birlikdə iddia ərizəsi, habelə iş üzrə ödəmiş olduğu 50 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı vəkili-nümayəndəsi Vəkil iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizəsi təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evdən çıxarılma və evə köçürülmə tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilən sənədlərlə birlikdə İddiaçı qaytarılsın. Aparılmış mütəxəssis tədqiqatının dəyəri kimi 350 manat pul İddiaçı tutulub “X1 Mərkəzi” MMC-nin hesabına ödənilsin. İddiaçı hazırki mülki iş (e-2(012)-171/2023 saylı mülki iş) üzrə ödəmiş olduğu 50 manat məbləğində dövlət rüsumu (**********96 saylı qəbz) dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar