Məhkəmə qərarları › İş №e-2(012)-1739/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1739/2025

28.01.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1739/2025 28.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Teymurov Ayaz Yunus oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs uşaqları 10 mart 2014-cü il təvəllüdlü oğlu X2 və 10 mart 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün onun sürücü vəzifəsində işlədiyi Azərbaycan Respublikası FHN-nin Səbail rayon X6 hissəsində aldığı aylıq əmək haqqı və gəlirlərinin 80 faizi hissəsinin hər ayın 30-dan gec olmayaraq aliment olaraq ona ödənilməsi barədə Sumqayıt Mediasiya Təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli MŞS/MT030/2024-01994 saylı mediasiya işi üzrə barışıq sazişinin 2-ci bəndinin təsdiq edilməsi və dövlət rüsumu kimi köçürdüyü 100 manat vəsaitin Maraqlı şəxs onun nəfinə tutulması barədə qətnamə qəbul edilməsini xəhiş etmişdir. Ərizə bununla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə xx.xx.2011-ci ildə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə həyatı qurmuş və birgə nikahdan 2 övladı vardır, 10 mart 2014-cü il təvəllüdlü oğlu X4 və 10 mart 2014-cü il təvəllüdlü X5. Sumqayıt Mediasiya Təşkilatında keçirilən mediasiya prosesi zamanı xx.xx.2024-cü il tarixdə MŞS/MT030/2024-01994 saylı mediasiya işi üzrə aramızda barışıq sazişi bağlanmış və həmin sazişin 2-ci bəndində maraqlı şəxs uşaqlarımın yetkinlik yaşına çatanadək işlədiyi Azərbaycan Respublikası FHN-nin Səbail rayon X6 hissəsində daxili xidmətdə sürücü vəzifəsi üzrə aldığı aylıq əmək haqqı və gəlirlərinin 80 faizi hissəsinin hər ayın 30-dan gec olmayaraq aliment olaraq ona ödəməsi barədə öhdəliik götürmüşdür. Həmin öhdəlikdən 2 ay keçməsinə baxmayaraq o bu öhdəliyə əməl etməmiş və bu səbəbdən də həmin sazişin icraya yönəldilməsi üçün məhkəmə qaydasında təsdiq olunması barədə qətnamə qəbul olunmalıdır. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Məhkəmə iclasında Ərizəçi tələbini müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. O, bildirdi ki, cavabdeh alimenti icra etmir. Maraqlı tərəf Maraqlı şəxs ərizəni qəbul edərək, bildirdi ki, alimentin əmək haqqına yönəldilməsinə etiraz etmir. Məhkəmə tərələri dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt 1 saylı Mediasiya Təşkilatında təsdiq edilmiş MŞB/MT030/2024-01994 saylı, xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, 1. Maraqlı şəxs Azərbaycan Respublikası FHN-nin Səbail rayon- X6 hissəsində daxili xidmətdə baş çavuş sürücü vəzifəsində işlədiyini və 793 manat əmək haqqı aldığını hər iki tərəfin təsdiq etməsi, 2. Maraqlı şəxs övladları xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanş kimi saxlanması üçün əmək müqaviləsi üzrə işlədiyi Azərbaycan Respublikası FHN-nin Səbai rayon X6 hissəsində daxili xidmətdə sürücü vəzifəsi üzrə aldığı əmək haqqının və başqa gəlirinin 80 % hissəsini hər ayın 30-dan gec olmayaraq aliment olaraq Ərizəçi ödəmək barədə öhdəlik götürməsi barədə razılığa gəlməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmələr xüsusi icraat qaydasında baxırlar. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1 -ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. İşdən görünür ki, tərəflər birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün alimentin ödənilməsi barədə mediasiya prosesində razılaşmış və müqavilə bağlamışlar. Lakin Maraqlı şəxs bu sazişlə üzərinə götürdüyü öhdəlikləri orada göstərilən qaydada yerinə yetirmədiyindən Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi qanuna zidd deyildir və digər şəxslərin hüquqlarını pozmur. Həmçinin ərizəçi qeyd edilən barışıq sazişinin 2-ci bəndinin “ Maraqlı şəxs övladları xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanş kimi saxlanması üçün əmək müqaviləsi üzrə işlədiyi Azərbaycan Respublikası FHN-nin Səbai rayon X6 hissəsində daxili xidmətdə sürücü vəzifəsi üzrə aldığı əmək haqqının və başqa gəlirinin 80 % hissəsini hər ayın 30-dan gec olmayaraq aliment olaraq Ərizəçi ödəmək barədə öhdəlik götürür.” hissəsinin təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, həmin barışıq sazişinin 2-ci bəndi məhkəmə qaydasında təsdiq edilməlidir. Belə ki, MPM-nin 355-25.3-cü maddəsinə görə məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmçinin Birləşmiş Millətlər Təşkilatının "Uşaq hüquqları haqqında" 22 noyabr 1989cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir. İştirakçı dövlətlər uşaqların valideynlərinin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun üçün zəruri olan müdafıə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. İşdən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən ərizə təmin edildiyinən dövlət rüsumu kimi ödənilmiş 100 manat pul Maraqlı şəxs tutularaq Ərizəçi qaytarılmalıdır. Bundan başqa tərəflərə izah edilməlidir ki, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş əsasların olduğu halda, alimentin miqdarının dəyişdirilməsinə dair yeni iddia tələbi ilə məhkəməyə müraciət etmək hüquqları var. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024-cü il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: “Maraqlı şəxs övladları xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanş kimi saxlanması üçün əmək müqaviləsi üzrə işlədiyi Azərbaycan Respublikası FHN-nin Səbail rayon X6 hissəsində daxili xidmətdə sürücü vəzifəsi üzrə aldığı əmək haqqının və başqa gəlirinin 80 % hissəsini hər ayın 30-dan gec olmayaraq aliment olaraq Ərizəçi ödəmək barədə öhdəlik götürür.” Alimentin tutulması barışıq sazişinin bağlandığı xx.xx.2024-cü il tarixindən hesablansın. Dövlət rüsumu kimi ödənilmiş 100 manat pul Maraqlı şəxs tutularaq Ərizəçi verilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar