Məhkəmə qərarları › İş №e-2(012)-1754/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1754/2024

18.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1754/2024 18.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Əliyev Elmir Habil oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin Cavabdeh qarşı «kredit müqaviləsinin ləğv edilməsi, borcun qaytarılması və tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tariхli, 2023/00042-01 №-li kredit müqaviləsinin ləğv edilməsi; Cavabdeh kreditin əsas borcu üzrə 15114,51 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 1877,74 ABŞ dolları məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1000.00 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla, cəmi 17992,25 ABŞ dolları (ödənilən günə Azərbaycan manatı məzənnəsi ilə) borcun və dövlət rüsumu kimi ödənilmiş 182 manat məbləğində pulun İddiaçı BOKT ASC-nin xeyrinə tutulması və tələbin Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində mülkiyyətində olan 0,035 ha torpaq sahəsi və üzərində yerləşən 108,9 kv.m ümumi, 76,0 kv.m yardımçı sahədən ibarət, 32,9 kv.m yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 38.000 AZN məbləğində müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti kreditin əsas borcu üzrə 15114,51 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 1877,74 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1000.00 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla, cəmi 17992,25 ABŞ dolları (ödənilən günə Azərbaycan manatı məzənnəsi ilə) borcun və dövlət rüsumu kimi ödənilmiş 182 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin nümayəndəsi X2 ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini, mülki işə təqdim edilmiş sübutlar əsasında baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC iddia ərizəsində göstərmişdir ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tariхli, 2023/00042-01 №-li krеdit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə illik 22 faiz hesablanmaq şərti ilə 19150 ABŞ Dolları məbləğində krеdit vеrilmişdir. Qeyd olunan kredit xx.xx.2015-ci il tarixli, 2015/00195-01 №-li və xx.xx.2019-cu il tariхli, 2019/00107-01 №-li Krеditin restrukturizasiyası üçün verilmişdir. Kredit məbləğinin borcalanın hesabına köçürülməsinə dair köçürmə sifarişinin surətindən də göründüyü kimi, müqavilə ilə müəyyən edilən məbləğ cavabdehin bank hesabına köçürülmüşdür. Krеdit müqaviləsinin təminatı оlaraq Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində mülkiyyətində olan 0,035 ha torpaq sahəsi və üzərində yerləşən 108,9 kv.m ümumi, 76.0 kv.m yardımçı sahədən ibarət, 32,9 kv.m yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evini (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış: RX № 0284665, xx.xx.2013-cü il tarixli, Qeydiyyat № **********, Daşınmaz əmlakın reyestr №**********72-10301) ipoteka predmeti kimi İddiaçı BOKT ASC-yə təqdim etmiş və bu barədə xx.xx.2023-cü il tariхli, 2023/00042-01İP №-li ipoteka müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi xx.xx.2023-cü il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış, Qeydiyyat № **********, Daşınmaz əmlakın reyestr № **********72-10301). İpoteka ilə yüklü edilmiş əmlakın dəyəri tərəflərin razılığına əsasən 55.000 AZN məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli, hesabdan çıxarış və borc haqqında arayışdan da göründüyü kimi, cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulmuşdur. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan etibarən onun tərəfindən Kredit Müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. İddiaçı BOKT ASC cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişdir. Bu səbəbdən İddiaçı BOKT ASC tərəfindən cavabdehə poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə “borcun qaytarılması” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Məktubun çatdırılmasına dair qaimələrdən də göründüyü kimi, cavabdeh sözügedən məktubu qəbul etmişdir. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. İddianın qiyməti xx.xx.2023-cü il tarixinə kreditin əsas borcu üzrə 15114,51 ABŞ Dolları məbləğində qalıq, ona hesablanmış 1877,74 ABŞ Dolları məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1000.00 ABŞ Dolları məbləğində dəbbə pulu, cəmi 17992,25 ABŞ Dolları məbləğində borc yaranmışdır. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh etirazında və izahatında bildirdi ki, o, iddia tələbi ilə razı deyildir. Çünki iddiaçı şirkət ilə bağladığı müqaviləyə əsasən o, hər ay ödəniş etməklə bankın hesabına Azərbaycan manatı ilə ümumiyyətlə 103000 manat ödəmişdir və ödənişləri ilə bağlı bankın ona vermiş olduğu qəbzlər vardır. Onun İddiaçı BOKT ASC-yə öz ödənişi hesablamaqla borcu yoxdur, gecikdirməyə görə dəbbə pulun ödəməsi iqtidarında deyildir, ona görə ki, o, 2015-ci il tarixdən bu vaxta kimi bankın hesabına göstərmiş olduğu məbləği ödəmişdir. O, borcuna görə banka pul ödəyə-ödəyə iddiaçı tərəf onu məhkəməyə vermişdir, halbuki iddiaçı tərəf iddia ərizəsində onun tərəfindən edilmiş ödənişlər barədə qeyd etmişdir. İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin tələb etdiyi borc məbləği 2015-ci ildən yaranmış kredit borcudur, kredit müqaviləsi iki dəfə restrukturizasiya edilmişdir və o, bankdan 35000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Bildirir ki, o, öhdəliyindən heç bir vaxt yayınmamışdır, belə ki, onda 2015-ci ildən başlayaraq borca görə banka pul ödədiyini təsdiq edən çeklər vardır. Qeyd edir ki, onun səhhətində problem vardır və borcunu tamamilə ödəməyə imkanı yoxdur. Onun ipotekada olan evinin 170000 manat dəyəri vardır, lakin o, evini satmaq istəsə də bunu edə bilmir və hesab edir ki, evin satılması üçün ona vaxt lazımdır. Bu səbəbdən o, iddia tələbinin rədd edilməsini, həmçinin evin satılması üçün ona möhlət verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,035 ha torpaq sahəsi dövlət reyestr xidmətində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2013-cü il tarixdə mülkiyyət hüququ üzrə Cavabdeh adına dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tariхli, 2023/00042-01 №-li krеdit müqaviləsindən görünür ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış və iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə illik 22 faiz hesablanmaq şərti ilə 19150 ABŞ dolları məbləğində krеdit vеrilmişdir. Həmçinin həmin müqavilədə qeyd olunan kreditin xx.xx.2019-cu il tariхli, 2019/00107-01 №-li krеditin restrukturizasiyası üçün verildiyi qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tariхli, 2023/00042-01İP №-li ipoteka müqaviləsindən görünür ki, xx.xx.2023-cü il tariхli, 2023/00042-01 №-li kredit müqaviləsi üzrə kredit öhdəliklərinin təmin edilməsi məqsədilə Cavabdeh (ipoteka qoyan-borc alan) ilə İddiaçı BOKT ASC (ipoteka saxlayan) arasında ipoteka müqaviləsi bağlanmış və Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində 0,035 ha torpaq sahəsi və üzərində yerləşən 108,9 kv.m ümumi, 76,0 kv.m yaşayış, 32,9 kv.m yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evi İddiaçı BOKT ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, ipoteka predmetinin dəyəri tərəflərin razılığına əsasən 55000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1725/23 nömrəli borc haqqında arayışdan görünür ki, Cavabdeh 15 fevral 2023-cü il tariхli, 2023/00042-01 №-li krеdit müqaviləsi üzrə 19 dekabr 2023-cü il tarixə 15114,51 ABŞ dolları məbləğində əsas borc, 1877,74 ABŞ dolları məbləğində faiz borcu, 1000 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla, cəmi 17992,25 manat borcu vardır. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, göründüyü kimi iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci, 385.1-ci, 421.1-ci, 421.2-ci, 442-ci, 443.1-ci, 445.1-ci, 445.2-ci, 445.2.1-ci, 445.2.2-ci, 448.1-ci, 448.2-ci maddələri, həmçinin «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsi təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçı şirkət öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmiş və onun iddia tələbinin qanuni əsasları vardır. Belə ki, tərəflər arasında xx.xx.2023-cü il tariхli, 2023/00042-01 saylı kredit müqaviləsi və həmin müqavilədən irəli gələn öhdəliklərin təmini üsulu kimi xx.xx.2023-cü il tariхli, 2023/00042-01İP saylı ipoteka müqaviləsi imzalanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmışdır və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir,cavabdehin etirazıın əsasları ilə bağlı sübutlar müəyyən edilməmişdir. Məhkəmə prosesinin gedişatında hazırki işin hərtərəfli və obyektiv araşdırılması üçün Abşeron Rayon Məhkəməsinin 2(012)-1754/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 sentyabr 2024-cü il tarixli, 9/35xx-xx/3380 saylı ekspert rəyinə əsasən Abşeron rayonu, Masazır kəndində yerləşən 0,035 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 108,90 m2 olan orta təmirli fərdi yaşayış evinin mövcud orta bazar dəyəri təqribən 81.240,00 (108,90 x 746,00 man) manat, likvid dəyəri təqribən (81.240,00- 10%) 73.110,00 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1, 445.2, 445.2.1 və 445.2.2-ci maddələrinin ümumi məzmununa əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 və 448.2-ci maddələrinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, borclu Cavabdeh qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1 və 421.2-ci maddələrinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqavilənin pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1 və 421.2-ci maddələrinə görə tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tariхli, 2023/00042-01 saylı kredit müqaviləsi ləğv edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı təşkilatın cavabdehdən öhdəliyi lazımınca icra etmədiyi üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulu hissəsində də iddia tələbi təmin edilməlidir. Lakin məhkəmə cərimə pulunun yüksək hesablandığı qənaətinə gəlir. Belə ki, cərimə pulunun azaldılması cavabdehin maddi durumunu yüngülləşdirə bilər. Ona görə də məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tariхli, 2023/00042-01 saylı kredit müqaviləsi üzrə hesablanmış 1000 ABŞ dolları məbləğində cərimə borcu 50 ABŞ dolları məbləğində olmalıdır. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün iddiaçının tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmeti olan torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evinin açıq hərracdan satılmasını tələb etmək hüququ da vardır. Belə ki, Mülki Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsində də əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hal hesab edilir. Ona görə də məhkəmə işin faktiki hallarından və qeyd olunan qanunvericilik normalarından çıxış edərək belə nəticəyə gəlir ki, İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin Cavabdeh məxsus ipoteka ilə yüklü edilmiş Abşeron rayonu, Masazır kəndində yerləşən 0,035 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 108,9 kv.m ümumi, 76,0 kv.m yaşayış, 32,9 kv.m yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evinin açıq hərracda satılması və satışdan əldə olunacaq vəsaitin borc tələbinə yönəldilməsinin qanuni əsasları vardır və buna görə də həmin tələblər təmin olunmalıdır. Bundan başqa iş materiallarında olan İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tariхli, 2023/00042-01İP saylı ipoteka müqaviləsindən görünür ki, ipoteka predmeti olan və Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,035 ha torpaq sahəsi və üzərində inşa edilmiş 108,9 kv.m ümumi, 76,0 kv.m yaşayış, 32,9 kv.m yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evi 55000 manat qiymətləndirilmişdir. Lakin məhkəmə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 sentyabr 2024-cü il tarixli, 9/35xx-xx/3380 saylı ekspert rəyi ilə razılaşaraq hesab edir ki, ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın ilkin satış qiyməti 73110 manat müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin ipoteka predmetinin satışından əldə olunmuş pul vəsaitindən Cavabdeh kredit borcunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin xeyrinə ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, tələb bu hissədə də əsaslı olduğundan təmin edilməli, ipoteka predmetinin satışından əldə olunmuş pul vəsaiti tələbin ödənilməsinə yönəldilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı şirkətin məhkəməyə müraciət etmək üçün ödədiyi 182 manat dövlət rüsumu da cavabdehdən alınmalı və iddiaçı şirkətə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, 10 sentyabr 2024-cü il tarixli, 9/35xx-xx/3380 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasına görə 100 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı-X1, kod- 210005; VÖEN-**********; müxbir hesab-AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tariхli, 2023/00042-01 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh xx.xx.2023-cü il tariхli, 2023/00042-01 saylı kredit müqaviləsi üzrə 15114,51 ABŞ dolları əsas borc, 1877,74 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 17042,25 ABŞ dolları borc və ya ödəniş gününə Mərkəzi bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borc və 182 manat dövlət rüsumu tutularaq İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-yə ödənilsin. Tutma xx.xx.2023-cü il tariхli, 2023/00042-01 saylı kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,035 ha torpaq sahəsi və üzərində inşa edilmiş 108,9 kv.m ümumi, 76,0 kv.m yaşayış, 32,9 kv.m yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evinə yönəldilsin, həmin ev hərracda satılsın və ipoteka predmetinin likvid dəyəri,yəni ilkin satış qiyməti 73110 (yetmiş üç min yüz on) manat müəyyən edilsin. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 sentyabr 2024-cü il tarixli, 9/35xx-xx/3380 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasına görə 100 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı-X1, kod-210005; VÖEN- **********; müxbir hesab-AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar