Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-1755/2025 01.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, Cavabdeh Rəhı̇ mov Təyyar Cəlal oğlunun iştirakı ilə, İddiaçılar Namazov Emı̇ n Tapdıq oğlu və Cəlı̇ lova Qənı̇ fə Feı̇ z qızının cavabdehlər Cavabdeh1 Əbı̇ l qızı, Rəhı̇ mov Təyyar Cəlal oğlu və Ocaqverdı̇ yev Maqsud Ağalar oğluna qarşı (Maraqlı şəxs) müqavilənin etibarsız hesab edilməsi və alqı-satqı müqaviləsinin bağlanması tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçılar Namazov Emı̇ n Tapdıq oğlu və Cəlı̇ lova Qənı̇ fə Feı̇ z qızının cavabdehlər Cavabdeh1 Əbı̇ l qızı, Rəhı̇ mov Təyyar Cəlal oğlu və Ocaqverdı̇ yev Maqsud Ağalar oğluna qarşı (Maraqlı şəxs) müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, İddiaçı2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ******* saylı alqı-satqı müqaviləsi ilə ünvan 1 ünvanda yerləşən 309.3 kv.m olan fərdi yaşayış evi və 0.7 ha torpaq sahəsinin iddiaçıya təhvil verilməsi, Cavabdeh1 və Cavabdeh3 arasında bağlanılmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. xx.xx.2025-ci il tarixdə iddiaçılar Namazov Emı̇ n Tapdıq oğlu və Cəlı̇ lova Qənı̇ fə Feı̇ z qızının vəkili-nümayəndəsi Nümayəndə elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli beh müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə 155000 manat pul məbləğinin ödənilməsi şərti ilə ünvan 1 ünvanda yerləşən, sahəsi 0.619 ha olan torpaq sahəsinin iddiaçıya satılması üzrə iddiaçı və cavabdeh arasında alqı-satqı müqaviləsinin bağlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra xx.xx.2025-ci il tarixdə iddiaçılar Namazov Emı̇ n Tapdıq oğlu və Cəlı̇ lova Qənı̇ fə Feı̇ z qızının vəkili-nümayəndəsi Nümayəndə elektron kabinet vasitəsilə Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinə əlavə və tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 arasında ünvan 1 ünvanda yerləşən 309.3 kv.m olan fərdi yaşayış evi və 0.7 ha torpaq sahəsinə bitişik olan ümumi 0.619 ha olan torpaq sahəsi barəsində bağlanılmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı2 və cavabdeh X2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli beh müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə 155000 manat pul məbləğinin ödənilməsi və ünvan 1 ünvanda yerləşən 309.3 kv.m olan fərdi yaşayış evi və 0.7 ha torpaq sahəsinə bitişik olan 0.619 ha olan torpaq sahəsinin cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi şərti ilə alqı-satqı müqaviləsinin bağlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, İddiaçı2 ilə Cavabdeh1 arasında cavabdehə məxsus ünvan 1 ünvanda yerləşən bir-birinə bitişik iki torpaq sahəsi barəsində bağlanmış xx.xx.2023-cü il tarixli, ******* saylı alqı-satqı müqaviləsi Bakı şəhəri, 44 saylı Notariat Ofisində rəsmiləşdirilmiş, lakin birinci torpaq sahəsinə birləşdirilmiş 2-ci torpaq sahəsinə dair çıxarışda həmin torpaq sahəsinin ünvanı ilə bağlı natamam məlumat qeyd edilmişdir. Bu barədə vasitəçi Quliyev Kənan vasitəsi ilə satıcıya qüsurlu məlumatların tamamlanması və həmin torpaq sahəsinin dəqiq olaraq Xırdalan şəhərində hansı ünvanda yerləşdiyi ilə bağlı çıxarışda dəqiqləşmənin aparılması barədə müraciət olunmuşdur. Sözügedən 2-ci torpaq sahəsi aldıqları 1-ci torpaq sahəsinə avtomobil yolu girişini əhatə edir. 2-ci torpaq sahəsinə dair çıxarışda həmin ünvana dair dəqiq məlumatlar qeyd olunmadığı təqdirdə 1-ci torpaq sahəsi və üzərində tikilmiş fərdi ev avtomobil yolundan təcrid olacaq, qiyməti isə 3 qat aşağı düşəcəkdi. Beləliklə, birinci torpaq sahəsinin əsl qiyməti ikinci torpaq sahəsinin görünməz qiymətinə yüklənmiş və vahid əqdin ayrılmaz tərkib hissəsi idi. Hesab edirlər ki, bu iddianı qaldırmaqda haqlıdırlar. Dələduzluq tərkibi və qüsurlu, əlverişsiz, yanıb külə dönmüş fərdi evi satmaq üçün alıcıya əlverişli yola dair ünvansız torpaq sahəsi təklif edilir və nəticə etibarilə sonda aldadılır. İkinci torpaq sahəsinin alınmasına qədər Maraqlı şəxs ilə fərdi evin təmir-tikinti işlərini aparmaq və çəkdiyi məsrəfləri icarə haqqından silmək barədə müqavilə də mövcuddur. Alqı-satqı müqaviləsi üzrə bir-birinə bitişik 2 torpaq sahəsinin iddiaçının adına rəsmiləşdiriləcəyi barədə iddiaçının oğlu İddiaçı1 cavabdehin oğlu Cavabdeh2 vasitəçi Kənan Quliyevin vasitəsi ilə danışıqlar aparmışlar və 2-ci torpaq sahəsinə dair sənədlərdə qüsurlar aradan qaldırılanadək xx.xx.2023-cü il tarixli beh müqaviləsi bağlanılmışdır. Alıcı və satıcı razılaşır ki, iki torpaq sahəsini iddiaçılar alır (biri - ünvan 1 ünvanda yerləşən 0.7 ha torpaq və üzərində 309.2 kv metr fərdi ev, digəri isə - ona bitişik 0.619 ha olan torpaq sahəsinin sənədlərlə bağlı qüsuru aradan qaldırılana qədər beh müqaviləsi barədə razılaşırlar). Bundan əlavə onlar razılaşırlar ki, ikinci torpaq sahəsinə dair sənədlərin əldə edilməsi prosesi zamanı cavabdehin təqsiri ilə hər hansı bir maneə olarsa, bu zaman əqd mövcud olmamış sayılır, yəni cavabdeh iddiaçıya zərər vurmuş hesab edilir. Belə ki, dərədə yerləşən servitut hüquqlu, maşın yolu olmayan fərdi ev iddiaçının almaq üçün məqsədlərinə uyğun olmayacaqdır. Lakin cavabdeh iddiaçıdan 10000 manat aldıqdan sonra sözügedən torpaq sahəsini iddiaçının mülkiyyətinə verməmiş və onu digər Cavabdeh3 satmış, iddiaçıdan beh kimi aldığı 10000 manat pulu isə geri qaytarmamışdır. Belə olan halda iddiaçıya xeyli ziyan vurulmuşdur. 2-ci torpaq sahəsi ona bitişik olan 1-ci torpaq sahəsinə girişi əhatə edir. Həmin torpaq sahəsi başqa şəxsin mülkiyyətinə verilməsi iddiaçının mülkiyyətindən istifadəsini qeyri-mümkün edir və onu istifadəyə yararsız hala gətirib çıxarır. Cavabdeh iddiaçıya bağladığı beh müqaviləsinə xitam vermədən barəsində beh müqaviləsi bağlanmış əmlakı başqa şəxsə satmışdır. Bu cavabdehin təqsiri üzündən olduğu halda iddiaçının ödəmiş olduğu beh məbləğini geri qaytarmamışdır. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Sözügedən torpaq sahəsi hal-hazırda Cavabdeh3 mülkiyyətindədir. Bundan əlavə Cavabdeh3 ikinci torpaq sahəsini alarkən vicdanlı alıcı olmamışdır. Belə ki, alqı-satqı zamanı ona Notariatın Elektron Sistemində adı qeyd olunan torpaq sahəsinin 10000 manat behlə yüklü olduğu bildirilmiş, lakin o buna əhəmiyyət verməmiş, qanunvericiliyin tələblərini bilərək pozaraq həmin torpaq sahəsini almışdır. Bundan əlavə qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixli, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında ünvan 1 ünvanda yerləşən 309.3 kv.m olan fərdi yaşayış evi və 0.7 ha torpaq sahəsi İddiaçı2 tərəfindən əldə edilmişdir. xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanda yerləşən 309.3 kv.m olan fərdi yaşayış evi və 0.7 ha torpaq sahəsinə bitişik, sahəsi 0.619 ha olan torpaq sahəsi barəsində isə tərəflər arasında beh müqaviləsi bağlanmışdır. Beh müqaviləsinin bağlanmasında səbəb o olmuşdur ki, ünvan 1 ünvanda yerləşən 309.3 kv.m olan fərdi yaşayış evi və 0.7 ha torpaq sahəsi bitişik olan ümumi 0.619 ha olan torpaq sahəsinin çıxarışda ünvanı yalnız Abşeron rayonu göstərilmişdir, yəni ünvan natamam olmuşdur. İddiaçı və cavabdeh arasında həmin torpaq sahəsi barədə alqısatqı müqaviləsi bağlanması üçün tərəflər beh müqaviləsi bağlamış və iddiaçı cavabdehin çıxarışda torpaq sahəsinin ünvanını tam dəqiq qeyd edilməsini gözləmişdir. Lakin, cavabdeh iddiaçıdan 10000 manat məbləğində beh aldıqdan sonra cavabdeh sözügedən torpaq sahəsinin iddiaçıya satılması ilə bağlı alqı-satqı müqaviləsi bağlamamış və torpaq sahəsini digər Cavabdeh3 satmışdır, burada cavabdehin marağı o olmuşdur ki, torpaq sahəsini 4000 manat bahasına satmışdır. Cavabdeh iddiaçıya qarşı vicdansızlıq edərək və müqavilə üzrə öhdəliklərini pozaraq iddiaçıyla bağladığı beh müqaviləsinə xitam vermədən barəsində beh müqaviləsi bağlanmış əmlakı başqa şəxsə satmışdır. Sözügedən torpaq sahələri bir-birinə bitişikdir və ayrılıqda istifadəsi mümkün deyildir. Ümumi sahəsi 0.619 ha olan torpaq sahəsi olmadan iddiaçının mülkiyyətində olan 0.7 ha torpaq sahəsi istifadəyə yararsız olacaqdır. Belə ki, 2-ci torpaq sahəsi ona bitişik olan 1-ci torpaq sahəsinə girişi əhatə edir. Həmin torpaq sahəsinin istifadə oluna bilməsi ona bitişik olan 2-ci torpaq sahəsinə bağlı olduğu üçün həmin torpaq sahəsi iddiaçının mülkiyyətinə verilməlidir. Əks halda iddiaçı həmin torpaq sahəsindən istifadə edə bilməyəcək və bu onun mülkiyyət hüquqlarını pozmuş olacaqdır. Odur ki, göstərilənlərə əsasən, iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçılar Namazov Emı̇ n Tapdıq oğlu və Cəlı̇ lova Qənı̇ fə Feı̇ z qızı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmiş, lakin onların vəkili-nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə ərizə ilə müraciət edərək, ailə vəziyyəti ilə əlaqədar hazırki iş üzrə məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Rəhı̇ mov Təyyar Cəlal oğlu iddia tələbini qəbul etməyərək təmin edilməməsini və ya iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 Əbı̇ l qızı və Ocaqverdı̇ yev Maqsud Ağalar oğlu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Belə olan halda Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə mülki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyərək aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin: 149.2.3-cü maddəsinə görə iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. 259.0.12-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, ərizə baxılmamış saxlanılır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsində cavabdeh qismində Cavabdeh1 Əbı̇ l qızı, Rəhı̇ mov Təyyar Cəlal oğlu və Ocaqverdı̇ yev Maqsud Ağalar oğlu qeyd olunsa da, cavabdeh Rəhı̇ mov Təyyar Cəlal oğluna qarşı hər hansı tələb irəli sürülmədiyindən, habelə məhkəmə araşdırması zamanı iddiaçı tərəfə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə və sübut təqdim edilməsi təklif edilməsinə baxmayaraq, bu barədə ərizə və ya sübut təqdim edilmədiyindən hazırki iddia ərizəsi baxılmamış saxlanılmalı və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçılara geri qaytarılmalıdır. Həmçinin iş materiallarından və “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı Cəlı̇ lova Qənı̇ fə Feı̇ z qızı tərəfindən xx.xx.2024-cü il tarixdə ********** saylı qəbz əsasında 100 manat dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, dövlət rüsumu geri qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən, hazırki ərizə baxılmamış saxlanıldığından iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçı Cəlı̇ lova Qənı̇ fə Feı̇ z qızına geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçılar Namazov Emı̇ n Tapdıq oğlu və Cəlı̇ lova Qənı̇ fə Feı̇ z qızının cavabdehlər Cavabdeh1 Əbı̇ l qızı, Rəhı̇ mov Təyyar Cəlal oğlu və Ocaqverdı̇ yev Maqsud Ağalar oğluna qarşı (Maraqlı şəxs) müqavilənin etibarsız hesab edilməsi və alqı-satqı müqaviləsinin bağlanması tələbinə dair mülki iş baxılmamış saxlanılsın. İddiaçı Cəlı̇ lova Qənı̇ fə Feı̇ z qızının hazırkı mülki iş (e-2(012)-1755/2025 saylı mülki iş) üzrə ödəmiş olduğu 100 (yüz) manat məbləğində dövlət rüsumu (********** saylı qəbz əsasında) dövlət büdcəsinin vəsaiti hesabından iddiaçı X1 qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №e-2(012)-1755/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-1755/2025
01.07.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver