Məhkəmə qərarları › İş №e-2(012)-1833/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1833/2024

19.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1833/2024 19.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Mayılova (Həsənova) Vüsalə Həsən qızı, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 MTK-ya qarşı - kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər X5, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 MTK-ya qarşı qarşı - kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 2-xx-xx-2016-RO-X3 saylı, xx.xx.2016-cı il tarixli Kredit müqaviləsinə əsasən əsas borc üzrə 94327.63 manat, faiz borcu üzrə 30847.69 manat olmaqla, cəmi 125175.32 manat kredit məbləğində kredit borcunun, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 46.45 manat məbləğində rüsumun və xidmət haqqının, eyni zamanda 415.18 manat dövlət rüsumu və 1.42 manat xidmət haqqının tutulması; Tutmanın ipoteka müqaviləsinə əsasən: Cavabdeh3 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, ev 9, 218 saylı mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin borca ödənilməsi; İpoteka qoyulmuş yaşayış evi satıldıqda, ipoteka Cavabdeh3 və Cavabdeh1 istifadə hüquqlarına xitam verilməsi, yaşayış sahəsini ən geci bir ay ərzində əmlakları ilə birlikdə tərk etməsi, cavabdeh ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxs evdən məcburi qaydada çıxarılsın, mənzil boşaldılaraq təhvil verilməsi; İpoteka predmetinin satışından əldə olunacaq vəsait tələbləri ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan "xxxx" ASC MPM-nin 53-cü maddəsinə istinad edərək dəqiqləşmə barədə ərizə ilə müracət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 2-xx-xx-2016- RO-X3 saylı, xx.xx.2016-cı il tarixli Kredit müqaviləsinə əsasən əsas borc üzrə 94327.63 manat, faiz borcu üzrə 30847.69 manat olmaqla, cəmi 125175.32 manat kredit məbləğində kredit borcunun, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 46.45 manat məbləğində rüsumun və xidmət haqqının, eyni zamanda 415.18 manat dövlət rüsumu və 1.42 manat xidmət haqqının tutulması; Tutmanın ipoteka müqaviləsinə əsasən cavabdehlər ½ hissədə Cavabdeh3 və ½ hissədə Cavabdeh1 məxsus Abşeron rayonu. Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, ev 9, 218 saylı mənzlə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin borca ödənilməsi; İpoteka qoyulmuş yaşayış evi satıldıqda, ipoteka Cavabdeh3 və Cavabdeh1 istifadə hüquqlarına xitam verilməsi, yaşayış sahəsini ən geci bir ay ərzində əmlakları ilə birlikdə tərk etməsi, cavabdeh ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxs evdən məcburi qaydada çıxarılması, mənzil boşaldılaraq təhvil verilməsi; İpoteka predmetinin satışından əldə olunacaq vəsait tələbləri ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra "xxxx" ASC MPM-nin 53-cü maddəsinə istinad edərək dəqiqləşmə barədə ərizə ilə müracət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 2-xx-xx-2016- RO-X3 saylı, xx.xx.2016cı il tarixli Kredit müqaviləsinə əsasən əsas borc üzrə 94327.63 AZN, faiz borcu üzrə 37157.09 AZN olmaqla, cəmi 131484.72 AZN kredit məbləğində kredit borcunun, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 46.45 manat məbləğində rüsumun və xidmət haqqının, eyni zamanda 422 AZN dövlət rüsumu və 1.82 AZN xidmət haqqının tutulması; Tutmanın ipoteka müqaviləsinə əsasən: cavabdehlər ½ hissədə Cavabdeh3 və ½ hissədə Cavabdeh1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti. 30-cu məhəllə, ev 9, 218 saylı mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin borca ödənilməsi: ipoteka qoyulmuş yaşayış evi satıldıqda, ipoteka Cavabdeh3 və Cavabdeh1 istifadə hüquqlarına xitam verilməsi, yaşayış sahəsini ən geci bir ay ərzində əmlakları ilə birlikdə tərk etməsi, cavabdeh ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxs evdən məcburi qaydada çıxarılsın, mənzil boşaldılaraq təhvil verilməsi; ipoteka predmetinin satışından əldə olunacaq vəsait tələbləri ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Səbail filialı ilə X6 arasında bağlanmış 2-xx-xx-2016-RO-X3 saylı, xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən X3 illik 08 faiz olmaqla, 240 ay müddətinə 108315 (yüz səkkiz min üç yüz on beş) manat məbləğində kredit verilmişdir. 2-xx-xx-2016-RO-X3 saylı, xx.xx.2016-cı il tarixli Kredit müqaviləsinin təminatı kimi X6 ilə Bank arasında bağlanan xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsinə əsasən, X3 məxsus ünvan 1 ünvanında yerləşən (ümumi sahəsi 76.8 kv/m, yaşayış sahəsi 51.9 kv/m, yardımçı sahəsi 24.9 kv/m olan 3 otaqlı mənzil (Seriya RX, № 0887646, qeydiyyat nömrəsi: ********** qeydiyyat tarixi: xx.xx.2016-cı il, yüklü edilən əmlakın reyestr nömrəsi: **********54-05309-093207) ipoteka ilə yüklü edilmişdir. 2-xx-xx- 2016-RO-X3 saylı, xx.xx.2016-cı il tarixli Kredit müqaviləsinin təminatı kimi eyni zamanda, "xxxx" ASC ilə Cavabdeh2 arasında xx.xx.2016-cı il tarixində 2-xx-xx-2016-RO-X3 saylı zaminlik müqaviləsi imzalanmışdır. 2-xx-xx-2016-RO-X3 saylı, xx.xx.2016-cı il tarixli Kredit müqaviləsinin təminatı kimi eyni zamanda, "xxxx" ASC ilə Cavabdeh4 arasında xx.xx.2016-cı il tarixli, 2-xx-xx-2016-RO-X3 saylı zaminlik müqaviləsi imzalanmışdır. Daha sonradan, X6 ilə Cavabdeh3 arasında imzalanmış xx.xx.2018-ci il tarixli, 001 saylı öhdəliklərin verilməsi haqqında müqaviləyə əsasən, yuxarıda qeyd edilən kredit və ipoteka müqavilələri üzrə borc alana məxsus bütün hüquq və vəzifələr Cavabdeh3 keçmişdir. Müqavilədə müəyyən edilmişdir ki, yaşayış sahəsinin 22650 manat məbləğində olan hissəsi yeni borc alan tərəfindən birdəfəlik olaraq, 97700 manat məbləğində olan hissəsi isə kredit müqaviləsi üzrə borcalanın hüquq və vəzifələrinin yeni borc alana verilməsi yolu ilə ödənəcəkdir. Eyni zamanda, X6 və Cavabdeh3 arasında imzalanmış xx.xx.2018-ci il tarixli ipoteka ilə yüklü edilmiş yaşayış sahəsinin alqı-satqı müqaviləsinə əsasən, yuxarıda qeyd edilmiş ipoteka ilə yüklü edilmiş əmlak ipotekada saxlanılmaq şərti ilə Cavabdeh3 mülkiyyətinə keçmişdir. Lakin borcalan müqavilədə nəzərdə tutulmuş qaydada krediti və ona hesablanmış faizləri Banka qaytarmayaraq müqavilə şərtlərini pozmuşdur. Kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyindən borcalana ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş göndərilmiş və həmin bildiriş xx.xx.2023-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bildirişin qeydə alınması üçün tərəfimizdən ümumilikdə 46.45 manat məbləğində rüsum və xidmət haqqı ödənilmişdir. Yuxarıda adı çəkilən Kredit müqaviləsinə əsasən cavabdehlərin əsas borc üzrə 94327.63 AZN, faiz borcu üzrə 30847.69 AZN olmaqla, cəmi 125175.32 AZN borcu mövcuddur. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə cavabdehlər Cavabdeh3, “Kristal Abşeron“ MTK, Cavabdeh2 və Cavabdeh1 xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdehlər tərəfindən öhdəliklər yerinə yetirilməmişdir. Eyni zamanda tərəfimizdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 415.18 AZN dövlət rüsumu və 1.42 AZN bank xidmət haqqı ödənilmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İştirak etdiyi məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Vəlizadə (Mirzəzadə) Şəbnəm Çingiz qızı iddianı müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında cavabdeh Mayılova (Həsənova) Vüsalə Həsən qızı iddia tələbini qəbul etmədi və rədd edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil iddia tələbini qəbul etmədi. O, ekspert rəyi ilə razılaşmayaraq, bildirdi ki, ekspert evə daxil olmadan səthi olaraq qiymətləndirmişdir. Həmçinin tərəflərin VÖEN-i olduğundan mübahisə kommersiya məhkəməsinə aiddir. O, iddianın rədd edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh4 MTK-nın nümayəndəsi Nümayəndə3 iddia tələbi qəbul edərək, təmin edilməsinə etiraz etmədi. Digər Cavabdeh2 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2016-cı il tarixli 2-04- 04-2016-RO-X3 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC-nin Səbail filialı – “Bank”, X6 – “borcalan” olmaqla, bağlanmış həmin müqaviləyə əsasən sonuncuya 240 ay müddətinə, illik 08 % dərəcəsi ilə 108315 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli, 2-xx-xx-2016-RO-X3 saylı zaminlik müqavilələrindən müəyyən edilir ki, X2 "xxxx" ASC ilə bağladığı xx.xx.2016-cı il tarixli, 2- 04- 04-2016-RO-X3 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2 və Cavabdeh4 Mənzil-Tikinti Kooperativi bank qarşısında öz üzərinə öhdəlik götürmüşlər. İş materiallarında olan xx.xx.2016-ci il tarixli ipoteka müqaviləsindən müəyyən edilir ki, ipoteka saxlayan "xxxx" ASC və ipoteka qoyan X6 arasında bağlanmış həmin müqaviləyə əsasən ipoteka qoyan X3 məxsus ünvan 1 ünvanında yerləşən (ümumi sahəsi 76.8 kv/m, yaşayış sahəsi 51.9 kv/m, yardımçı sahəsi 24.9 kv/m olan 3 otaqlı mənzil (Seriya RX, № 0887646, qeydiyyat nömrəsi: ********** qeydiyyat tarixi: xx.xx.2016-cı il, yüklü edilən əmlakın reyestr nömrəsi: **********54-05309-093207) ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 120350 manat olaraq müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli ipoteka ilə yüklü edilmiş yaşayış sahəsinin alqı-satqı müqaviləsindən görünür ki, Satıcı - X6 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 Saylı Ərazi idarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş Reyestr nömrəsi **********54-05309-093207, RX-0853231, Qeydiyyat nömrəsi ********** saylı, Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən mülkiyyətində olan, ünvan 2, mənzil 218 ipoteka ilə yüklü olan mənzili Alıcının - Cavabdeh3 mülkiyyətinə verməyi, alıcı isə öz növbəsində mənzilin satış qiyməti olan 120 350 (bir yüz iyirmi min üç yüz əlli) manatın 22 650 (iyirmi iki min altı yüz əlli) manatını birdəfəlik olaraq satıcıya, 97 700 (doxsan yeddi min yeddi yüz) manatı isə Kredit müqaviləsi üzrə Satıcının hüquq və vəzifələrinin Alıcıya verilməsi yolu ilə ödəməyi öz üzərinə götürmüşlər. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, 001 saylı öhdəliklərin verilməsi müqaviləsindən müəyyən edilir ki, X1 Vüsalə Həsən qızı ilə razılığa gəlirlər ki, müqavilənin imzalandığı tarixdən Borc alan ilə Kreditor-ipoteka saxlayan arasında bağlanmış 04 Aprel 2016-ci il tarixli, 2-xx-xx-2016-RO-X3 Kredit müqaviləsi üzrə Borc alanın hüquq və vəzifələri Yeni borc alana verilir və o, qüvvədə olan qanunvericiliyə müvafıq olaraq Borc alanı əvəz edir. Yeni borc alan Kredit müqaviləsi üzrə öhdəliklərin tam icra olunmasına qədər Kredit müqaviləsi ilə Borc alana münasibətdə nəzərdə tutulmuş hüquq və vəzifələri həyata keçirir və müvafiq məsuliyyəti daşıyır. Borc alan bu müqavilənin imzalandığı tarixdən 3 (üç) iş günü ərzində Kredit müqaviləsi əsasən ayrılmış pul vəsaiti hesabına alınmış ünvan 2, mənzil 218 (bundan sonra - yaşayış sahəsi) ünvanında yerləşən yaşayış sahəsini Yeni borc alana satmağı öz öhdəsinə götürür. Yaşayış sahəsinin satış qiyməti 120 350 (bir yüz iyirmi min üç yüz əlli ) manatdır, yaşayış sahəsinin dəyərinin 22 650 (iyirmi iki min altı yüz əlli) manat məbləğində olan hissəsi Yeni borc alan tərəfindən birdəfəlik olaraq, 97 700 (doxsan yeddi min yeddi yüz) manat məbləğində olan hissəsi isə Kredit müqaviləsi üzrə Borc alanın hüquq və vəzifələrinin Yeni borc alana verilməsi yolu ilə ödəniləcəkdir. Yaşayış sahəsi üzrə mülkiyyət hüquqlarının Yeni borc alana keçməsi Kredit müqaviləsi üzrə kredit öhdəliklərinə və Borc alanın Kreditor-ipoteka saxlayan qarşısında öhdəliklərinin təmin edilməsi üçün xx.xx.2016-cı il tarixli İpoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsinə səbəb olmur. İpoteka predmeti üzərində mülkiyyət hüquqları ilə birlikdə Borc alan Kredit, İpoteka müqaviləsi üzrə bütün hüquq və vəzifələri, eləcə də məsuliyyəti Yeni borc alana keçir. Kreditor-ipoteka saxlayanın Kredit müqaviləsi, İpoteka müqaviləsi üzrə bütün hüquq və vəzifələri saxlanılır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-2602/2021 saylı icra vərəqəsindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli qətnaməsi qismən mənzildə payın müəyyən edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iddia tələbinin təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı Cavabdeh1 Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr, məhəllə 30, ev 9, 218 saylı mənzilinin /2 hissəsinə payı müəyyən edilməsi, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan **********54-05309-093207 reystr nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 76,8 kv.metr olan 218 saylı mənzil ½ hissə Cavabdeh1, ½ hissədə Cavabdeh3 adına qeydə alınmışdır. İş materiallarında olan "xxxx" ASC-nin 19 yanvar 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 94327,63 manat əsas borc, 30847,69 manat faiz borcu – cəmi 125175,32 manat məbləğində borcu vardır. İş materiallarında olan "xxxx" ASC-nin 20 noyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 94327,63 manat əsas borc, 37157,09 manat faiz borcu – cəmi 131484,72 manat məbləğində borcu vardır. İş materiallarında olan ipoteka predmetinə tutma yönəldilməsi barədə xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, cavabdehlər borcun ödənilməsi ilə bağlı xəbərdar edilmişdir. İş materiallarında olan mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması barədə xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, bank cavabdehləri kredit müqaviləsi üzrə götürülmüş öhdəlikləri 3 gün müddətində yerinə yetirilməyəcəyi təqdirdə kredit müqaviləsi üzrə borcun tutulması, eyni zamanda tutmanın ipoteka predmetinə yönəldilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar etmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/4313 saylı rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları, "xxxx" ASC ilə X7 arasında bağlanmış 2-xx-xx-2016-RO-X3 saylı, xx.xx.2016-cı il tarixli kredit müqaviləsi və X7 ilə Cavabdeh3 arasında imzalanmış xx.xx.2018-ci il tarixli, 001 saylı öhdəliklərin verilməsi haqqında müqavilədə qeyd olunan şərtlər nəzərə alınmaqla Cavabdeh3 iddiaçı "xxxx" ASC-yə olan borcu xx.xx.2024-cü il (sualda göstərilən tarixə) borcu 125.281,01 manat - əsas borc üzrə 94.597,49 manat, faiz borcu üzrə 30.683,52 manat, xx.xx.2024-cü il (sualda göstərilən tarixə) borcu 125.344,07 manat - əsas borc üzrə 94.597,49 manat, faiz borcu üzrə 30.746,58 manat, xx.xx.2024- cü il (sualda göstərilən tarixə) borcu 125.617,36 manat - əsas borc üzrə 94.597,49 manat, faiz borcu üzrə 31.019,87 manat, xx.xx.2024-cü il (sualda göstərilən tarixə) borcu 127.551,36 manat -- əsas borc üzrə 94.597,49 manat, faiz borcu üzrə 32.953,86 manat müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Xırdalan şəhəri, ünvan 3 ünvanında yerləşən 76, 8 kv.m ümumi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinin xx.xx.2024-cü il vəziyyətinə bazar dəyəri 133.110.0 (yüz otuz üç min yüz on) manat, likvid dəyəri isə 113.144.0 (yüz on üç min yüz qırx dörd) manat məbləğində müəyyən olunmuşdur. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmədə sübuta yetirə bilib və onun iddia tələbinin qanuni əsasları vardır. Çünki tərəflər arasında kredit müqaviləsi, həmin müqavilənin icrasını təmin etmək məqsədilə ilə zaminlik müqavilələri və həmin müqavilədən irəli gələn öhdəliklərin təmini üsulu kimi ipoteka müqaviləsi imzalanıb. Bu müqavilələr Mülki Məcəllə ilə müəyyən edilmiş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanıb və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (mülki məcəllənin hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq norması) Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. (mülki məcəllənin hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq norması) Təsvir olunanlarla müəyyən edilir ki, cavabdeh Həsənova (Mayılova) Vüsalə Həsən qızı götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək "xxxx" ASC-yə ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da, iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. İş materiallarından görünür ki, cavabdehə Banka olan borcu ödəməsi ilə əlaqədar müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə iddia tələbini cavabdeh zaminlərə münasibətdə də qanuni və əsaslı hesab edir. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Borc məbləğinin dəqiq müəyyən edilməsi ilə bağlı məhkəmənin 07 may 2024-cü il tarixli, 2(012)-1833/2024 saylı qərardadına əsasən, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 oktyabr 2024-cü il tarixli, 9/4313 saylı müvafiq rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, "xxxx" ASC ilə X7 arasında bağlanmış 2-xx-xx-2016-RO-X3 saylı, xx.xx.2016-cı il tarixli kredit müqaviləsi və X7 ilə Cavabdeh3 arasında imzalanmış xx.xx.2018-ci il tarixli, 001 saylı öhdəliklərin verilməsi haqqında müqavilədə qeyd olunan şərtlər nəzərə alınmaqla Cavabdeh3 iddiaçı "xxxx" ASC-yə olan borcu xx.xx.2024-cü il (sualda göstərilən tarixə) borcu 125.281,01 manat - əsas borc üzrə 94.597,49 manat, faiz borcu üzrə 30.683,52 manat, xx.xx.2024-cü il (sualda göstərilən tarixə) borcu 125.344,07 manat - əsas borc üzrə 94.597,49 manat, faiz borcu üzrə 30.746,58 manat, xx.xx.2024- cü il (sualda göstərilən tarixə) borcu 125.617,36 manat - əsas borc üzrə 94.597,49 manat, faiz borcu üzrə 31.019,87 manat, xx.xx.2024-cü il (sualda göstərilən tarixə) borcu 127.551,36 manat -- əsas borc üzrə 94.597,49 manat, faiz borcu üzrə 32.953,86 manat müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, Həsənova (Mayılova) Vüsalə Həsən qızı "xxxx" ASC qarşısında kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etmədiyinə görə iddianın ona münasibətdə təmin edilməsi üçün əsaslar mövcud olduğundan və hazırki iş üzrə iddiaçı tərəfindən cavabdehə hesablanmış əsas borc məbləği ekspert rəyinə əsasən müəyyən edilmiş borc məbləği ilə uyğunluq təşkil etdiyindən iddia əsas borcun qaytarılması hissəsində təmin edilməlidir. Məhkəmə iddianın kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun tutulması hisssəsini qismən əsaslı hesab edərək, aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Qeyd edilən Məcəllənin 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Göründüyü kimi, iddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərmişdir. Belə olan halda, iddiaçının xx.xx.2024-cü il tarixdən sonrakı dövr ərzində hesablanmış faizləri tələb etməsi əsassızdır. Göründüyü kimi ekspert rəyinə görə kredit müqaviləsi üzrə cavabdeh Vüsalə Həsənovanın xx.xx.2024-cü il tarixə faiz borcu 30746,58 manat təşkil edir. Buna görə də məhkəmə ekspert rəyinə əsaslanaraq belə nəticəyə gəlir ki, cavabdehlərdən faiz borcuna görə 30746,58 manat tutulmalıdır. Məhkəmə hesab edir ki, öhdəliyin təminatı kimi çıxış etmiş cavabdeh zaminlər Cavabdeh2 və Cavabdeh4 Mənzil Təmir-Tikinti Kooperativi cavabdeh Həsənova (Mayılova) Vüsalə Həsən qızı ilə birlikdə iddiaçı "xxxx" ASC qarşısında eyni həcmdə məsuliyyət daşıdığından, Həsənova (Mayılova) Vüsalə Həsən qızından, Cavabdeh2 və Cavabdeh4 Mənzil-Tikinti Kooperativindən müştərək qaydada xx.xx.2016-cı il tarixli 2-xxxx-2016-RO-X3 saylı kredit müqaviləsi üzrə 94327,63 manat məbləğində əsas borc, 30746,58 manat faiz borcu olmaqla ümumilikdə, 125074,21 manat pul alınaraq iddiaçı "xxxx" ASC-yə verilməlidir. Eyni zamanda məhkəmə iddianın "tələbin ipoteka predmetinə yönəldilməsinə dair" hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbinin bu hissəsi də əsaslıdır və iddia həmin hissədə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, 2-xx-xx-2016-RO-X3 saylı, xx.xx.2016-cı il tarixli Kredit müqaviləsinin təminatı kimi X6 ilə Bank arasında bağlanan xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsinə əsasən, X3 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 76.8 kv.metr, yaşayış sahəsi 51.9 kv.metr, yardımçı sahəsi 24.9 kv.metr olan 3 otaqlı mənzil ipoteka ilə yüklü edilmişdir. Bundan sonra X6 ilə Cavabdeh3 arasında imzalanmış xx.xx.2018-ci il tarixli, 001 saylı öhdəliklərin verilməsi haqqında müqaviləyə əsasən, yuxarıda qeyd edilən kredit və ipoteka müqavilələri üzrə borc alana məxsus bütün hüquq və vəzifələr Cavabdeh3 keçmiş və eyni tarixli ipoteka ilə yüklü edilmiş yaşayış sahəsinin alqı-satqı müqaviləsinə əsasən, ipoteka ilə yüklü edilmiş əmlak ipotekada saxlanılmaq şərti ilə Cavabdeh3 mülkiyyətinə keçmişdir. Həmin ipoteka müqaviləsinin şərtlərinə əsasən borclu üzərinə götürdüyü öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə borcverən öhdəliklərin icrasını təminat üsuluna yönəltmək hüququna malikdir. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Eyni zamanda “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 59.3-cü və 59.4-cü maddələrində ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli olduğu, yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılması nəzərdə tutulmuşdur. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Mülki iş üzrə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması məqsədilə Abşeron Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli qərardadına əsasən qiymətləndirmə ekspertizası təyin edilmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində ipoteka predmeti olan əmlakın likvid dəyərinin 113144 manat olduğu göstərilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli, 01 saylı qərarında göstərilmişdir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin Qanunun 1.0.9-cu maddəsindən göründüyü kimi, sözügedən normada ipoteka predmetinin ilkin satış qiymətinin anlayışı aydın şəkildə həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi kimi verilmişdir. Belə ki, iş materiallarında olan ipoteka müqaviləsindən görünür ki, tərəflər ipoteka predmetini 2016-cı ildə ilkin, habelə 2018-ci ildə sonrakı müqavilələr bağlanarkən 120350 manat qiymətləndirmiş, ipoteka predmetinin ilkin satış qiyməti ekspert rəyinə əsasən 113144 manat müəyyən edilmişdir ki, məhkəmə bununla razılaşmayaraq qeyd edir ki, tərəflər arasında 2016-cı ildə müqavilə bağlanarkən mənzilin dəyərinin 120350 manat olduğu halda, 2024-cü ildə həmin əmlakın 113144 manat müəyyən edilməsi ağlabatan hesab edilə bilməz. Buna görə də məhkəmə belə nəticəyə gəlir ki, ipoteka predmetinin likvid dəyəri tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə uyğun 120350 manat müəyyən edilməlidir. İş materiallarından görünür ki, cavabdehlər Həsənova (Mayılova) Vüsalə Həsən qızına və Cavabdeh1 hər birinə ½ hissə ilə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, ev 9, 218 saylı mənzil xx.xx.2016-ci il tarixli İpoteka Müqaviləsinə əsasən iddiaçı "xxxx" ASC qarşısında ipoteka ilə yüklü edilməsi müvafiq qaydada rəsmi dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, ipoteka müqaviləsi üzrə tutmanın yönəldilməsi haqqında bildiriş müvafiq qaydada rəsmi dövlət reyestrində qeydiyyata alınmışdır. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən, girov qoyanla girov saxlayan arasında girova tutmanın məhkəmədən kənar qaydada yönəldilməsinə dair razılaşma olmadıqda, girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verir. Həmin Qanunun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan həmin Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Həmin Qanunun 36.3cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeyd olunan iş materiallarından da görünür ki, iddiaçı ipoteka predmeti olan evə tutma yönəldilməsi barədə ipoteka qoyana bildiriş vermiş və həmin bildiriş dövlət qeydiyyatına alınmışdır. Bununla da iddiaçı ipoteka predmetinə tutma yönəldilməsi barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydalara əməl etmişdir. Ona görə də məhkəmə işin faktiki hallarından, ipoteka müqaviləsindən və qeyd olunan qanunvericilik normalarından çıxış edərək belə nəticəyə gəlir ki, iddiaçının cavabdehlər Həsənova (Mayılova) Vüsalə Həsən qızına və Cavabdeh1 hər birinə ½ hissə ilə məxsus ipoteka ilə yüklü edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, ev 9, 218 saylı mənzilin açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına banka olan borcun qaytarılması tələbinin qanuni əsasları vardır və buna görə də həmin tələb də təmin olunmalı, ipoteka predmetinin ilkin satış qiyməti 120350 manat müəyyən edilməlidir. Bundan əlavə məhkəmə ipoteka predmetinin açıq hərracda satıldıqdan sonra əmlakın iddiaçı təşkilata təhvil verilməsi barədə tələblə razılaşmır və bu hissədə iddianın təmin edilməməsi qənaətinə gəlir. “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 59.3 və 59.4-cü maddələrində ipotekaya qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onun birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli olduğu, yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılması nəzərdə tutulmuşdur. Lakin “İpoteka haqqında” Qanunla hərracdan satılmış ipoteka predmetinin məhz ipoteka saxlayana təhvil verilməsi nəzərdə tutulmamışdır. Belə ki, ipoteka predmetinin satılmasına dair hərrac “İpoteka haqqında” Qanunun və Mülki Məcəllənin tələblərinə uyğun olaraq təşkil edilərək keçirilməli və həmin hərracda istənilən şəxsin iştirak etmək hüququ vardır. O cümlədən hərracın qalibi kimi yalnız ipoteka saxlayan deyil, hərracda iştirak etmiş başqa şəxs də ola bilər. Bu səbəbdən də məhkəmə hesab edir ki, fərdi yaşayış evinin iddiaçı təşkilata təhvil verilməsi hissəsi təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki işin materiallarında olan ödəniş qəbzlərindən müəyyən edilir ki, iddiaçı "xxxx" ASC tərəfindən iddia ərizəsinin verilməsinə görə ümumilikdə 422 manat, rüsumun ödənilməsi üçün 1.82 manat xidmət haqqı və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildirişin dövlət qeydyyatına alınmasına görə 46,45 manat ödənilmişdir. Həmçinin iş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsinə 500 manat (250 manat iddiaçı tərəfindən ödənilmişdir), məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə 100 manat vəsait sərf edilmişdir. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun 415.07 manatı, həmçinin 0,62 manat xidmət haqqı və və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildirişin dövlət qeydyyatına alınmasına görə 46,45 manat cavandehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Ödənilmiş dövlət rüsumunun 6,93 manatı və xidmət haqqının 1,20 manatı iddiaçının özünə aid edilməlidir. Ekspertiza xərci də cavabdehlərə aid edilməlidir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Həsənova (Mayılova) Vüsalə Həsən qızı, Cavabdeh2 və Cavabdeh4 Mənzil- Tikinti Kooperativindən müştərək qaydada 94327,63 manat məbləğində əsas, 30746,58 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 125074,21 manat, dövlət rüsumu üçün ödənilmiş 415,07 manat, xidmət haqqı 0,62 manat və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş 46,45 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" ASC-yə ödənilməli, tutma ½ hissə Həsənova (Mayılova) Vüsalə Həsən qızına və ½ Cavabdeh1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, ev 9, 218 saylı mənzilə yönəldilməli, həmin əmlak ilkin satış qiyməti 120350 manat müəyyən edilməklə açıq hərracdan satılmalı və satışdan əldə edilən pul borcun ödənilməsinə yönəldilməli, hərracdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Həsənova (Mayılova) Vüsalə Həsən qızı, Cavabdeh2 və Cavabdeh4 Mənzil-Tikinti Kooperativindən müştərək qaydada tutulmalı, əmlaka tutma yönəldikdən və o, açıq hərracdan satıldıqdan bir ay sonra Həsənova (Mayılova) Vüsalə Həsən qızı və Cavabdeh1 həmin fərdi yaşayış evindən istifadə hüquqları itirilməklə onlar əmlakları ilə birgə həmin evdən çıxarılmalı, məhkəmə qiymətləndirmə ekspertizasının keçirilməsi üçün sərf edilmiş 250 manat məbləğində pul vəsaiti Həsənova (Mayılova) Vüsalə Həsən qızı, Cavabdeh2 və Cavabdeh4 Mənzil-Tikinti Kooperativindən müştərək qaydada tutularaq "xxxx" MMC -nin hesabına və məhkəməmühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manat məbləğində pul vəsaiti Həsənova (Mayılova) Vüsalə Həsən qızı, Cavabdeh2 və Cavabdeh4 Mənzil-Tikinti Kooperativindən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli, iddia qalan hissədə təmin edilməmədlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Həsənova (Mayılova) Vüsalə Həsən qızı, Cavabdeh2 və Cavabdeh4 Mənzil-Tikinti Kooperativindən müştərək qaydada 94327,63 manat məbləğində əsas, 30746,58 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 125074,21 manat, ödənilmiş dövlət rüsumu üçün 415,07 manat, xidmət haqqı 0,62 manat və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş 46,45 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" ASC-yə ödənilsin. Tutma ½ hissədə Həsənova (Mayılova) Vüsalə Həsən qızına və ½ hissədə Cavabdeh1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, ev 9, 218 saylı mənzilə yönəldilsin, həmin əmlak ilkin satış qiyməti 120350 manat müəyyən edilməklə açıq hərracdan satılsın və satışdan əldə edilən pul borcun ödənilməsinə yönəldilsin. Hərracdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Həsənova (Mayılova) Vüsalə Həsən qızı, Cavabdeh2 və Cavabdeh4 Mənzil-Tikinti Kooperativindən müştərək qaydada tutulsun. Əmlaka tutma yönəldikdən və o, açıq hərracdan satıldıqdan bir ay sonra Həsənova (Mayılova) Vüsalə Həsən qızı və Cavabdeh1 həmin fərdi yaşayış evindən istifadə hüquqları itirilməklə onlar əmlakları ilə birgə həmin evdən çıxarılsınlar. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qiymətləndirmə ekspertizasının keçirilməsi üçün sərf edilmiş 250 manat məbləğində pul vəsaiti Həsənova (Mayılova) Vüsalə Həsən qızı, Cavabdeh2 və Cavabdeh4 Mənzil-Tikinti Kooperativindən müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Hesab nömrəsi: AZ85ACAB********************, Müxbir hesab: AZ10NABZ**********000005644, bankın kodu-505000) köçürülsün. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manat məbləğində pul vəsaiti Həsənova (Mayılova) Vüsalə Həsən qızı, Cavabdeh2 və Cavabdeh4 Mənzil-Tikinti Kooperativindən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar