Məhkəmə qərarları › İş №e-2(012)-1871/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1871/2023

02.03.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1871/2023 02.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Bakı 5 saylı Mediasiya Təşkilatının iştirakı ilə onun və Maraqlı şəxs arasında bağlanılmış 29 noyabr 2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının ərizəçinin iştirakı olmadan keçirilməsini xahiş etmiş, Maraqlı şəxs isə məhkəməyə teleqram ünvanlayaraq, ərizə ilə razı olduğunu bildirmiş və ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəməyə teleqram ünvanlayaraq, ərizə ilə razı olduğunu bildirmiş və ərizənin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 355-25.2-ci maddəsinə əsasən məhkəmə işə ərizəçinin və maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçi ərizəsində göstərmişdir ki, o, Maraqlı şəxs ilə 20 oktyabr 1995-ci il tarixdə nikah münasibətinə daxil olaraq ailə həyatı qurmuşdur. Onların birgə nikahlarından 05 fevral 1997-ci il təvəllüdlü X2 və 18 noyabr 1998-ci il təvəllüdlü X1 dünyaya gəlmişdir. Hazırda övladlarının ikisi də yetkinlik yaşına çatmışdır. Maraqlı şəxs ilə ailə münasibəti pozulmuşdur, uzun müddətdir ki, ayrı yaşayırlar, ona görə də aralarında olan nikahın hüquqi cəhətdən də pozulması qaçılmazdır. Bununla bağlı mediasiya xidmətinə müraciət edilmiş və aralarında Bakı 5 saylı Mediasiya Təşkilatının iştirakı ilə 29 noyabr 2022-ci il tarixli barışıq sazişi bağlanılmışdır. Barışığın şərtlərinə əsasən, hər iki tərəf nikahın pozulmasına razıdır. Saziş, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərərflər arasında ayrı müddət müəyyən edilməyibsə, tam imzalandığı gündən 10 təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır. (Sazişin 6-cı bəndi); Barışıq sazişinin 8-ci bəndinə əsasən, sazişin könüllü icrasından imtina olunarsa, tərəf sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Qeyd edilənlərə əsasən, o, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Abşeron Rayon VVADQ Şöbəsi tərəfindən verilmiş Vİ-ЖГ № 432021 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında 20 oktyabr 1995-ci il tarixli, 165 saylı rəsmi nikah bağlanmışdır. İş materiallarında olan Bakı 5 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış 29 noyabr 2022-ci il tarixli barışıq sazişindən görünür ki, 1. Bu Barışıq sazişi (bundan sonra “Saziş” adlandırılacaq) mediasiya prosesi nəticəsində mübahisə tərəfləri arasında mübahisənin həlli şərtlərinə dair əldə edilən razılaşmadır. 2. Mübahisə tərəfləri bundan sonra ayrılıqda “Tərəf” və birlikdə “Tərəflər” adlandırılacaqdır. 3. Sazişin imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti ilə əlaqədar Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 4. Sazişin imzalanması sadəcə bu Sazişlə əhatə olunan məsələlərə aiddir və Tərəflər arasında digər irad və tələblərə aid edilmir. 5. Bu Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırki mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə azad edirlər. 6. Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən Tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə Tərəflər arasənda ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 təqvim günü müddətində könüllü şəkildə icra olunmalıdır. 7. Tərəflər Sazişdən irəli gələn öhdəliklərinin pozulmasına görə o cümlədən, Sazişin könüllü icrasından boyun qaçırmaya görə əldən çıxmış fayda istisna olmaqla qarşı Tərəfə vurulmuş real ödəməyə borcludurlar. 8. Sazişin könüllü icrasından imtina olunsa, Tərəf Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 9. Sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edən Tərəfin qeyd olunan tədbirləri görmək üçün müvafiq hüquqi xərcləri və məsrəfləri digər Tərəf ona ödəməlidir. 11. Tərəflər razılığa gəlirlər ki, Tərəflərin birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə Tərəflər razılığa gəlirlər ki, digər müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 12. Tərəflər bununla təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla, habelə digər mütəxəssislərlə məsləhətləşmək hüququ vardır. 13. Tərəflər razılaşırlar ki, hazırki Sazişdəki heç bir müddəa hər hansı Tərəfin təqsirini və ya qanunazidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz. 14. Əgər Tərəflər arasında ayrı şərt müəyyən olunmayıbsa, həmçinin barışıq sazişinin təsdiqi və icrası məqsədilə tələb olunan hallar istisna olmaqla Tərəflərdən hər biri mediasiya zamanı əldə olunan bütün məlumatların (o cümlədən, tərəflərdən birinin mediasiyanın həyata keçirilməsi barədə təşəbbüsü, mediasiyaya və mübahisənin mümkün həll variantına razılıq verməsi, Tərəflərdən birinin və ya mediatorun mübahisənin mümkün həllinə dair rəy və ya təklifləri mediasiya zamanı Tərəflərdən birinin verdiyi bəyanatları və ya etdiyi etirafları, mediasiyanın həyata keçirilməsi məqsədi ilə tərtib olunmuş sənədlər və s) konfiaensiallığını qorumaq öhdəliyini öz üzərlərinə götürürlər. Tərəflərin bu qaydaları pozması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. 15. Tərəflərin onlara mediasiya zamanı məlum olan məlumatları məhkəmə və arbitraj (münsiflər məhkəməsi) proseslərində başqa mediasiya zamanı və ya hər hansı digər hallarda açıqlamaq və ya onlara istinad a hüququ yoxdur (həmin m əlumatı verən tərəfin yazılı razılığı olduğu hallar istisna olmaqla) və belə məlumatlarla bağlı Tərəflər şahid qismində iştirak edə bitməzlər. 16. Tərəflər aşağıdakı şərtlər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 16.1. bu məlumatı bilmələri vacib olan rəhbərlərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə auditorlara və vergi məsləhətçilərinə; 16.2. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edilən şəxslərə; 16.3. Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrinin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyatı qurumlara; 16.4. yaxın qohumlara (qarşı tərəfin yazılı icazəsi ilə). 17. Tərəflər arasında digər razılaşma yoxdursa “iş tərəflərin qarşılıqlı razılığı ilə həll edildi” və ya oxşar bir şərh vermək və ya ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcəkdir. 18. Tərəflər bu Sazişlə üzərlərinə götürdükləri öhdəliklərin tam və ya qismən icra edilməməsinə görə məsuliyyətdən o vaxt azad olunurlar ki, bu icra etməmə Sazişin bağlanmasından sonra yaranmış, Tərəflərin iradəsindən asılı olmayan əvvəlcədən görə və təsirinə mane ola bilmədikləri qarşısıalınmaz qüvvənin təsirindən əmələ gəlmiş olsun. Bu cür hallara daşqın, zəlzələ, yanğın, yer sürüşməsi və digər təbii fəalkətlər, epidemiya və pandemiyalar, müharibə və hərbi əməliyyatlar, kütləvi iğtişaşlar Tərəflərin münasibətlərini bilavasitə dəyişdirən qanunvericilikdə dəyişikliklər, dövlət və yerli özünüidarəetmə orqanlarının bu Sazişin icrasının mümkünsüzlüyünə səbəb olan hərəkətləri və ya qəbul etdikləri aktlar aiddir. 19. Sazişin 8-ci bəndində göstərilən səbəblərdən Sazişin icrası mümkün olmadıqa, onun icrası həmin halın mövcud olduğu müddət ərzində dayandırılır. 20. Fors-major hallarının təsirinə məruz qalan Tərəf digər Tərəfi belə halların baş verdiyi gündən 3 təqvim günündən gec olmayaraq yazılı surətdə xəbərdar edilməlidir. 21. Fors-major hallarının baş verməsi barədə xəbərdar etməyən və ya vaxtında xəbərdar etməyən Tərəf Saziş üzrə öhdəliklərini icra edə bilmədikdə fors-major hallarına istinad etmək hüququnu itirir. 22. Fors-major hallarının baş verməsinə istinad etmək hüququnu itirmiş Tərəf tətbiq edilən qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır. 23. Fors-major hallarının mövcudluğu və təsir müddəti səlahiyyətli dövlət orqanları və ya digər səlahiyyətli təşkilatlar tərəfindən verilən sənədlərlə təsdiq olunmalıdır. 24. Saziş tam imzalandığı tarixdən qüvvəyə minir və Tərəflər öhdəliklərini tam icra edənədək qüvvədədir. 25. Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik (rəqəmlə və sözlə) nüsxədə tərtib edilmişdir. Saziş hər birində 1 nüsxə olmaqla mediatorda və Tərəflərdə saqxlanılır. (Tərəflərin tələbi ilə müvafiq orqanlara təqdim etmək üçün əlavə nüsxələrdə hazırlana bilər.) Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 355-26ci maddəsi ilə müəyyən edilmiş mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsindən imtina olunmasıilə bağlı əsaslar müəyyən edilmədiyindən, Bakı 5 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış 29 noyabr 2022-ci il tarixli barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 305.1.17-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 191, 355-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Bakı 5 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış 29 noyabr 2022-ci il tarixli barışıq sazişi təsdiq edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar