Məhkəmə qərarları › İş №e-2(012)-1957/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1957/2023

24.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1957/2023 24.08.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə, Cavabdeh və onun vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cehiz və qızıl-zinət əşyalarının qaytarılması, bu mümkün olmadıqda isə dəyərinin ödənilməsi” tələbinə dair mülki işə Abşeron rayon məhkəməsində açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 ədəd döşək-200 manat, 4 ədəd yastıq-160 manat, 2 ədəd örtük(karaca)-500 manat, 1 ədəd adyal (1 nəfərlik)-30 manat, 7 ədəd yataq dəsti-600 manat, 3 ədəd süfrə-200 manat, 6 ədəd-məhrəba (əl-üz)-60 manat, 2 ədəd-hamam məhrəbası-60 manat, 2 ədəd tutacaq-6 manat, 6 ədəd çay dəsmalı (madame coco)-100 manat, 1 ədəd çaydan-çaynik dəst-90 manat, 3 ədəd saxlama qabı-90 manat, 2 ədəd böyük ləyən sarı-20 manat, 4 ədəd cam-30 manat, 6 qazan 2 dəst qazan dəsti (Karaca)-300 manat, 2 ədəd tava-300 manat, 6 ədəd şirli qazan dəsti-70 manat, 4 ədəd padnos-190 manat, 6 ədəd şirniyyat qabı dəst (emsan)-30 manat, 6 ədəd stəkan (karaca)-50 manat, 6 ədəd fujer-30 manat, 18 ədəd boşqab-180 manat, 2 ədəd ləpə qabı-60 manat, 2 ədəd konfet qabı-100 manat, 3 ədəd meyvə qabı-50 manat, 1 ədəd qaşıq dəsti-100 manat, 1 ədəd qaşıq dəsti-50 manat, 18 ədəd çömçə dəsti-150 manat, 1 ədəd qayçı (madame coco) -24 manat, 5 ədəd bıçaq dəsti-50 manat, 1 ədəd qənd qabı-20 manat, 2 ədəd salat qabı-50 manat, 2 ədəd qazan altı-10 manat, 1 ədəd çörək qabı-40 manat, 1 ədəd güldan-100 manat, 1 ədəd ətçəkən-500 manat, 1 ədəd ütü (bravn)-200 manat, 1 ədəd ütü stolu- 100 manat, 50 ədəd şpilka-20 manat, 1 ədəd şpilka qabı-5 manat, 2 ədəd duz qabı-10 manat, 1 ədəd su dolçası-10 manat, 1 ədəd paltar səbəti-vedrə, pol ağacı-15 manat, 1 ədəd yemək çantası- 20 manat, qış, yay geyimləri, ayakkabılar, aksesuarlar, çantalar, 2 ədəd kurtka, 1 ədəd palto-80 manat, 1 ədəd dəri kurtka, 3 ədəd makyaj dəsti, saç feni-110 manat, 1 ədəd çamadan-150 manat, dəst (7 karat), qolbaq, üzük, sırğa, sep 38.94 qram 750 əyarlı-6500 manat, nişan üzüyü (80 sot brilyant)-4.7 qram 750 əyarlı-1100 manat, tək qaş üzük (anasının hədiyyəsi)- 2.5 qram 585 əyarlı- 230 manat, tək qaş üzük (nənəsinin hədiyyəsi) 3 qram 585 əyarlı-280 manat, bilərzik 4.5 qram 585 əyarlı-380 manat, sırğa 3.8 qram 750 əyarlı-370 manat, sep qolbaq 4.5 qram 750 əyarlı-500 manat, üzük 2.5 qram 750 əyarlı-280 manat məbləğində olan əmlak və ya onların dəyəri olan pulun Cavabdeh İmanverdi oğlundan alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı 16 dekabr 2021-ci il tarixdə Cavabdeh İmanverdi oğlu ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Tərəflərin birgə nikahlarından övladları yoxdur. İddiaçı cavabdehlə ailə qurduğu ilk vaxtlar mehriban yaşasa da, sonradan xasiyyətləri uyğun gəlməmiş, aralarında söz-söhbət yaranmışdır. Abşeron Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli, 2(012)-803/2023 qətnaməsinə əsasən tərəflər arasında bağlanmış nikah ləğv edilmişdir. Qeyd edir ki, iddiaçı hal-hazırda valideynlərinin yanında yaşamaq məcburiyyətində qalmışdır. İddiaçı cavabdehdən əmlaklarını tələb etsə də, cavabdeh əmlakları iddiaçıya qaytarmamışdır. Ona məxsus olan və hazırda cavabdehin qeyri-qanuni sahibliyində qalan cehiz əmlakları 1 ədəd döşək-200 manat, 4 ədəd yastıq-160 manat, 2 ədəd örtük (karaca)-500 manat, 1 ədəd adyal (1 nəfərlik)-30 manat, 7 ədəd yataq dəsti-600 manat, 3 ədəd süfrə-200 manat, 6 ədəd-məhrəba (əl-üz)-60 manat, 2 ədəd-hamam məhrəbası-60 manat, 2 ədəd tutacaq-6 manat, 6 ədəd çay dəsmalı (madame coco)-100 manat, 1 ədəd çaydan-çaynik dəst-90 manat, 3 ədəd saxlama qabı-90 manat, 2 ədəd böyük ləyən sarı-20 manat, 4 ədəd cam-30 manat, 6 qazan 2 dəst qazan dəsti (Karaca)-300 manat, 2 ədəd tava-300 manat, 6 ədəd şirli qazan dəsti-70 manat, 4 ədəd padnos-190 manat, 6 ədəd şirniyyat qabı dəst (emsan)-30 manat, 6 ədəd stəkan(karaca)-50 manat, 6 ədəd fujer-30 manat, 18 ədəd boşqab-180 manat, 2 ədəd ləpə qabı-60 manat, 2 ədəd konfet qabı-100 manat, 3 ədəd meyvə qabı-50 manat, 1 ədəd qaşıq dəsti-100 manat, 1 ədəd qaşıq dəsti-50 manat, 18 ədəd çömçə dəsti-150 manat, 1 ədəd qayçı (madame coco)-24 manat, 5 ədəd bıçaq dəsti-50 manat, 1 ədəd qənd qabı-20 manat, 2 ədəd salat qabı-50 manat, 2 ədəd qazan altı-10 manat, 1 ədəd çörək qabı-40 manat, 1 ədəd güldan-100 manat, 1 ədəd ətçəkən-500 manat, 1 ədəd ütü (bravn)-200 manat, 1 ədəd ütü stolu-100 manat, 50 ədəd şpilka-20 manat, 1 ədəd şpilka qabı-5 manat, 2 ədəd duz qabı-10 manat, 1 ədəd su dolçası-10 manat, 1 ədəd paltar səbəti-vedrə, pol ağacı-15 manat, 1 ədəd yemək çantası-20 manat, qış, yay geyimləri, ayakkabılar, aksesuarlar, çantalar, 2 ədəd kurtka, 1 ədəd palto-80 manat, 1 ədəd dəri kurtka, 3 ədəd makyaj dəsti, saç feni-110 manat, 1 ədəd çamadan-150 manat, dəst (7 karat), qolbaq, üzük, sırğa, sep 38.94 qram 750 əyarlı-6500 manat, nişan üzüyü (80 sot brilyant)-4.7 qram 750 əyarlı-1100 manat, tək qaş üzük (anasının hədiyyəsi)- 2.5 qram 585 əyarlı-230 manat, tək qaş üzük (nənəsinin hədiyyəsi) 3 qram 585 əyarlı-280 manat, bilərzik 4.5 qram 585 əyarlı-380 manat, sırğa 3.8 qram 750 əyarlı-370 manat, sep qolbaq 4.5 qram 750 əyarlı-500 manat, üzük 2.5 qram 750 əyarlı-280 manat məbləğindədir. Hal-hazırda 83 adda cehiz əmlakı, 8 adda qızıl zinət əşyaları cavabdehin qanunsuz istifadəsindədir. Onlar cehiz və qızıl-ziynət əşyalarının verilməsini xahiş edir. Cavabdehə məxsus səs yazısı vardır. Həmin səs yazısında cavabdeh gəl əşyalarını götür deyəndə, cavabdehə deyilir ki, “Bəs, qızıllar?” Cavabdeh isə cavabında qızılların onda olduğunu bildirir. Cavabdeh mediasiya mərhələsində çağırılmış, lakin iştirak etməmişdir. 8 adda qızıl-ziynət əşyaları toyda taxılmışdır və bu şəkillərdə də görsənir. Bura qızın qohumlarının da bağışladığı qızılziynət əşyaları daxildir. İddiaçı mövcud olan bütün əşyaları, yaxud onların dəyərinin ödənilməsini istəyir. Cavabdeh iddiaçını qolundan tutaraq “zibil” kimi aparıb atasının evinin qabağına qoymuşdur. Qızıl-ziynət əşyalarının olmasını foto şəkillər də sübut edir. İddiaçı evi öz xoşu ilə tərk etməmişdir. İddiaçının qızılları götürməyə vaxtı olmamışdır. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmədə izahatında bildirdi ki, o, İddiaçı 16 dekabr 2021-ci il tarixdə rəsmi nikah bağlamaqla ailə qurmuşdur. İddiaçıya boyunbağı, sırğa və üzük dəst şəklində toyda verilmişdir. Lakin həmin dəstdə qolbaq olmamışdır. Həmin qızılların ümumi dəyəri 2500-3000 manat olmuşdur. Nişan üzüyü isə iddiaçıya ayrıca alınmış və dəyəri 700-800 manat olmuşdur. Onda iddiaçının 1 ədəd tək qaş üzüyü vardır (nazik sarı rəngli), lakin o həmin üzüyün iddiaçının anasının ya nənəsinin hədiyyəsi olduğunu bilmir. O, iddia ərizəsində göstərilən bilərziyin isə olub-olmamasını xatırlamır. Həmçinin dəstdən əlavə sırğa da, boyunbağı da olmamışdır. Lakin o, iddiaçıya 8 mart X1 410 manata qolbaq almış, daha sonra evlilikləri müddətində kirayə haqqını ödəyə bilmədiyi üçün həmin qolbağı satmışdır. İddia ərizəsində əlavə olaraq qeyd edilən 280 manatlıq üzüyü də iddiaçıya o almamışdır. İddiaçı 1 ədəd tək qaş nazik sarı rəngli üzükdən başqa nə qədər qızılı varsa, hamısını götürmüşdür. iddia ərizəsinin cehiz əmlakından və sarı nazik üzük hissəsindən başqa rədd olunmasını xahiş edir. Cavabdeh vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında izahatında bildirdi ki, cavabdeh onlarda cehiz əmlaklarının olduğunu bildirir. Amma cavabdeh əmlakların konkret sayını bilmir. İş materiallarında olan diskdəki səs yazısı cavabdehə aid deyildir. İddiaçı tərəf sübut etməlidir ki, səs Cavabdeh aiddir. Əgər səs cavabdehə aiddirsə də, prosessual qanunvericilik pozulmuşdur. Səs yazarkən cavabdeh xəbərdar edilməmişdir və səs yazısının tarixi və hansı şəraitdə yazılması məlum deyildir. Sübutların mötəbərliyi halı pozulmuşdur. İddiaçı tərəf həmçinin qızılların alındığını və hansı olduğunu sübut etməlidir. O, qızıl əşyalarından yalnız nazik sarı üzüyün iddiaçının nənəsinin və ya anasının hədiyyə etdiyi üzüyün cavabdehdə olmasını bildirir. Qarşı tərəfin qızılziynət əşyalarının 9640 manat dəyərində olması barədə rəy təqdim etmişdir. Həmin rəydəki məbləğ şişirilmişdir. İddiaçının əmisioğlu həmin rəyin hazırlanmasında öz qohumluluğunu göstərmişdir. Odur ki, o, iddia ərizəsinin cehiz əmlakından və sarı nazik üzük hissəsindən başqa rədd olunmasını xahiş edir. Məhkəməyə şahid qismində cəlb edilmiş X2 ifadəsində bildirdi ki, o, İddiaçı atasıdır. Belə ki, qolbaq, sırğa, qarnitur, nişan üzüyü, boyunbağı iddiaçıya verilən hədiyyədir. Bundan əlavə iddiaçının anası, xalası da iddiaçıya üzük hədiyyə etmişdir. 2022-ci ilin avqust aylarında tərəflər arasındakı münasibət tam pozulmuş və qarşı tərəf qızını onun evinə gətirmiş və həmin vaxt qızının üzərində hər hansı bir qızıl-zinət əşyası olmamışdır. Onunla Cavabdeh arasında qızıllarla bağlı səs yazısı vardır və həmin yazıda Seymur qızılları məhkəmədə qaytaracağını bildirmişdir. İş materiallarında olan 13 fevral 2023-cü il tarixində X3 (VÖEN **********) tərəfindən tərtib edilmiş qızıl-ziynət əşyalarının qiymətləndirilməsi barədə rəydən görünür ki, müraciət edən şəxs İddiaçı tərəfindən təqdim olunmuş şəkillər əsasında qiymətləndirilmə həyata keçirilmişdir: 1 ədəd qarnitur dəsti ümumi çəkisi-38,94 qr (750 əyar)-7 karat 35 sot brilyant qaşlı-alış qiyməti 6500 manat, 1 ədəd nişan üzüyü 4,7 qr 80 sot brilyant (750 əyar)-1100 manat, 1 ədəd təkqaş üzük ana hədiyyəsi 2,5 qr (585 əyar)-230 manat, 1 ədəd tək qaş üzük nənə hədiyyəsi 3 qr (585 əyar)-280 manat, 1 ədəd bilərzik 4,5 qr (585 əyar)-380 manat və hədiyyə verilən əşyalar qohumlar tərəfindən 1 ədəd sırğa 3,8 qr (750 əyar)-370 manat, 1 ədəd sep-qolbaq 4,5 qr (750 əyar)-500 manat, 1 ədəd üzük 2,5 qr (750 əyar)-280 manat olmaqla, cəmi ziynət əşyalarının dəyəri 9640 manat təşkil edir. Qiymət bugünün bazar qiyməti ilə qiymətləndirilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı atası X2 ilə Cavabdeh arasında qızıllarla bağlı aparılmış diskdə qeydə alınmış Cavabdeh məxsus səs yazısına əsasən, Cavabdeh bildirmişdir ki, əşyalar hamısı onların evindədir, qızılları məhkəmədə təqdim edəcəkdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, araşdırılmış bütün sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iddia tələbinin cehiz əmlaklarla bağlı hissəi Cavabdeh tərəfindən qəbul edilmiş və təflər arasında mübahisələndirilməmişdir. Məhkəmə iclasında mübahisə yalnız iddia ərizəsində göstərilən qızllarla bağlı olmuşdur. Cavabdeh məhkəmədə iddiaçıya boyunbağı, sırğa və üzüyün dəst şəklində toyda verildiyini, həmin dəstdə qolbaq olmadığını, nişan üzüyünün ayrıca alındığını, qızılları iddiaçı gedərkən özü ilə apardığını, onda iddiaçının 1 ədəd tək qaş üzüyünün (nazik sarı rəngli) olduğunu iddiaçıya 8 mart X1 410 manata qolbaq aldığını, daha sonra evlilikləri müddətində kirayə haqqını ödəyə bilmədiyi üçün həmin qolbağı satdığını bildirmiş, lakin iddia ərizəsində göstərilən bütün qızılların iddiaçıya alındığı və hazırda cavabdehə olması iş materiallarında olan iddiaçı tərəfindən məhkəməyə təqim edilmiş fotoşəkillərlə və diskdə qeydə alınmış Cavabdeh məxsus səs yazısı ilə öz təsdiqini tapmışdır. Məhkəmə Cavabdeh vəkili-nümayəndəsi Vəkil səs yazarkən cavabdehin xəbərdar edilməməsi,bunun nəticəsində sübutların mötəbərliyi halının pozulması barədə mövqeyi ilə də razılaşmır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Beləliklə iddiaçı tərəfin istinad etdiyi hallar yuxarıda qeyd edilən mötəbər sübutlarla təstiq olunduğundan, cavabdehin və onun nümayəndəsinin etirazı isə yalnız ziddiyyətli izahatlardan başqa hər hansı bir sübuta istinad olunmadığından məhkəmə hesab edir ki, cavabdehdən iddiaçıya məxsus olan iddia ərizəsində göstərilmiş 53 adda cehiz əmlakı və 8 adda qızıl-zinət əşyaları və ya və onların dəyəri olan pul alınıb iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində qeyd olunur ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ərarvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlk qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.3-cü maddəsinə əsasən, daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 220-216, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1 ədəd döşək-200 manat, 4 ədəd yastıq-160 manat, 2 ədəd örtük(karaca)-500 manat, 1 ədəd adyal (1 nəfərlik)-30 manat, 7 ədəd yataq dəsti-600 manat, 3 ədəd süfrə-200 manat, 6 ədədməhrəba (əl-üz)-60 manat, 2 ədəd-hamam məhrəbası-60 manat, 2 ədəd tutacaq-6 manat, 6 ədəd çay dəsmalı (madame coco)-100 manat, 1 ədəd çaydan-çaynik dəst-90 manat, 3 ədəd saxlama qabı-90 manat, 2 ədəd böyük ləyən sarı-20 manat, 4 ədəd cam-30 manat, 6 qazan 2 dəst qazan dəsti (Karaca)-300 manat, 2 ədəd tava-300 manat, 6 ədəd şirli qazan dəsti-70 manat, 4 ədəd padnos-190 manat, 6 ədəd şirniyyat qabı dəst (emsan)-30 manat, 6 ədəd stəkan (karaca)-50 manat, 6 ədəd fujer-30 manat, 18 ədəd boşqab-180 manat, 2 ədəd ləpə qabı-60 manat, 2 ədəd konfet qabı-100 manat, 3 ədəd meyvə qabı-50 manat, 1 ədəd qaşıq dəsti-100 manat, 1 ədəd qaşıq dəsti-50 manat, 18 ədəd çömçə dəsti-150 manat, 1 ədəd qayçı (madame coco)-24 manat, 5 ədəd bıçaq dəsti-50 manat, 1 ədəd qənd qabı-20 manat, 2 ədəd salat qabı-50 manat, 2 ədəd qazan altı- 10 manat, 1 ədəd çörək qabı-40 manat, 1 ədəd güldan-100 manat, 1 ədəd ətçəkən-500 manat, 1 ədəd ütü (bravn)-200 manat, 1 ədəd ütü stolu-100 manat, 50 ədəd şpilka-20 manat, 1 ədəd şpilka qabı-5 manat, 2 ədəd duz qabı-10 manat, 1 ədəd su dolçası-10 manat, 1 ədəd paltar səbəti-vedrə, pol ağacı-15 manat, 1 ədəd yemək çantası-20 manat, qış, yay geyimləri, ayakkabılar, aksesuarlar, çantalar, 2 ədəd kurtka, 1 ədəd palto-80 manat, 1 ədəd dəri kurtka, 3 ədəd makyaj dəsti, saç feni- 110 manat, 1 ədəd çamadan-150 manat, dəst (7 karat), qolbaq, üzük, sırğa, sep 38.94 qram 750 əyarlı-6500 manat, nişan üzüyü (80 sot brilyant)-4.7 qram 750 əyarlı-1100 manat, tək qaş üzük (anasının hədiyyəsi)- 2.5 qram 585 əyarlı-230 manat, tək qaş üzük (nənəsinin hədiyyəsi) 3 qram 585 əyarlı-280 manat, bilərzik 4.5 qram 585 əyarlı-380 manat, sırğa 3.8 qram 750 əyarlı-370 manat, sep qolbaq 4.5 qram 750 əyarlı-500 manat, üzük 2.5 qram 750 əyarlı-280 manat məbləğində olan əmlak və ya onların dəyəri olan pul alınıb İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar