Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1998/2025 28.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil1, Cavabdeh və onun vəkili-nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbi barədə iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 21755,565 manat məbləğində pulun alınaraq ona verilməsi, mediasiya xərci ilə bağlı ödədiyi 60 manat, iddianın məhkəməyə verilməsi ilə əlaqədar dövlət rüsumu kimi ödədiyi 96 manat olmaqla, ümumilikdə 156 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, cavabdeh X6 İddiaçı sabiq həyat yoldaşıdır. Tərəflər arasında olan nikah qeydi Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(049)-279/2023 saylı qətnaməsinə əsasən pozulmuşdur. Bundan sonra cavabdeh iddiaçıya qarşı “müqavilələrin etibarsızlığı, əmlak bölgüsü və əşya” tələblərinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmiş, həmin işin gedişatı zamanı iddiaçı da cavabdehə qarşı qarşılıqlı iddia ərizəsi ilə müəyyən tələblər irəli sürmüş və məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2(049)-992/2023 saylı qətnaməsinə əsasən ilkin və qarşılıqlı iddialar qismən təmin edilmiş, Azərbaycan Respublikası ƏMDK DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa (qeydiyyat tarixi: xx.xx.2019, qeydiyyat nömrəsi: **********, reyestr nömrəsi: **********69- 10301) əsasən Lənkəran rayonu, Şiləvar kəndində 0,02 ha torpaq sahəsində yerləşən 186,6 kv.m fərdi yaşayış evi ilkin iddia üzrə iddiaçı X6 ilə ilkin iddia üzrə cavabdeh İddiaçı arasında ½ hissə olmaqla bərabər qaydada bölünmüş, "xxxx" ASC ilə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 0358/K nömrəli kredit müqaviləsi üzrə yaranmış 43,511,13 manat öhdəlik xx.xx.2021-ci il tarixli, 0358/İ nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən həmin öhdəliyin təminatı olaraq ipoteka predmeti hesab edilən Lənkəran rayonu, Şiləvar kəndində 0,02 ha torpaq sahəsində yerləşən 186,6 kv.m fərdi yaşayış evi üzərində tərəflərin müəyyən edilmiş ½ hissə paylarına uyğun olaraq hesablanmış və öhdəlik hər bir tərəf üçün 21755,565 manat məbləğində müəyyən edilmiş, xx.xx.2021-ci il tarixli, 0358/K nömrəli kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlinə (Kredit müqaviləsinə əlavə No.1) əsasən kreditin ilkin ödəniş tarixindən, yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək xx.xx.2021-ci il tarixli, 0358/K nömrəli Kredit müqaviləsi üzrə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı tərəfindən ödənilmiş 24841,82 manat məbləğində borcun ½ hissəsi, yəni 12420,91 manat məbləğində pul vəsaiti ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X4 aid edilmiş və həmin məbləğin Günay Ələkbərovadan alınaraq İddiaçı ödənilməsi, xx.xx.2023-cü il tarixdən kredit müqaviləsinin bitdiyi dövrədək, yəni xx.xx.2024-cü il tarixədək xx.xx.2021-ci il tarixli, 0358/K nömrəli kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlinə (Kredit müqaviləsinə əlavə No.1) əsasən xx.xx.2021-ci il tarixli, 0358/K nömrəli Kredit müqaviləsi üzrə hər ay ödənilməli olan borc məbləğinin ½ hissəsi ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X4 aid edilmiş və hər ay həmin məbləğin Günay Ələkbərova tərəfindən İddiaçı ödənilməsi, Azərbaycan Respublikası ƏMDK DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa (qeydiyyat tarixi: xx.xx.2019, qeydiyyat nömrəsi: **********, reyestr nömrəsi: **********14) əsasən Lənkəran rayonunun Nərimanabad qəsəbəsində yerləşən və təyinatı üzrə yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan 0,12 ha torpaq sahəsi qarşılıqlı iddia üzrə İddiaçı ilə qarşılıqlı iddia üzrə cavabdeh X6 arasında ½ hissə olmaqla bərabər qaydada bölünmüş, ilkin və qarşılıqlı iddiaların qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmənin yuxarıda qeyd olunan qətnaməsindən X6 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında baxılmış və həmin məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(106)- 935/2024 saylı qətnaməsinə əsasən apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin 2(049)-992/2023 saylı, 11 iyul 2023-cü il tarixli qətnaməsi qismən, yəni “xx.xx.2021ci il tarixli, 0358/K nömrəli kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlinə (Kredit müqaviləsinə əlavə No.1) əsasən kreditin ilkin ödəniş tarixindən, yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək xx.xx.2021-ci il tarixli, 0358/K nömrəli Kredit müqaviləsi üzrə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı tərəfindən ödənilmiş 24841,82 manat məbləğində borcun ½ hissəsi, yəni 12420,91 manat məbləğində pul vəsaitinin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X1 alınaraq İddiaçı ödənilməsi və xx.xx.2023-cü il tarixdən kredit müqaviləsinin bitdiyi dövrədək, yəni xx.xx.2024-cü il tarixədək xx.xx.2021-ci il tarixli, 0358/K nömrəli kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlinə (Kredit müqaviləsinə əlavə No.1) əsasən xx.xx.2021-ci il tarixli, 0358/K nömrəli Kredit müqaviləsi üzrə hər ay ödənilməli olan borc məbləğinin ½ hissəsinin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X6 tərəfindən İddiaçı ödənilməsi hissəsində ləğv edilmişdir. Bundan sonra iddiaçı sözügedən apellyasiya instansiyası məhkəməsinin adı çəkilən qətnaməsindən kassasiya şikayəti versə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-3168/2024 saylı qərarına əsasən iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-935/2024 nömrəli, 27 may 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Hal-hazırda Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(049)-992/2023 saylı qətnaməsi qanuni qüvvəsini almış və həmin qətnamə üzrə xx.xx.2024-cü il tarixdə icra vərəqəsi də verilmişdir. İddiaçı cavabdeh ilə aralarında olan hazırki mübahisənin məhkəməyəqədər həlli ilə bağlı Lənkəran 1 saylı Mediasiya Təşkilatına müraciət etmiş, mübahisə ilə bağlı cavabdeh ilə aralarında hər hansı formada razılıq əldə olunmadığından xx.xx.2024-cü il tarixdə Lənkəran 1 saylı Mediasiya Təşkilatı tərəfindən iddiaçıya “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” MŞL/MT014/2024-01733 saylı arayış verilmişdir. Artıq tərəflər arasında olan mübahisə məhkəmədənkənar qaydada öz həllini tapmadığından iddiaçı məcbur olub hüquqlarının müdafiəsi üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(049)-992/2023 saylı qətnaməsində əmlaka dair öhdəlik müəyyən olunmuş və əmlaka dair borc pulu kimin ödəməsi də öz təsdiqini tapmış, həmçinin öhdəlik 21755,565 manat məbləğində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi sözügedən məbləğdə pulun kimə verilməsi məsələsini həll etmiş, lakin apellyasiya instansiyası məhkəməsi qətnaməni bu hissədə ləğv etmişdir. Cavabdeh aid hissədə onlar tərəfindən borc ödənişi edilmiş, 43000 manat borc İddiaçı tərəfindən ödənilmişdir. Lakin qarşı tərəf evin bölünməsi ilə bağlı ½ hissəyə düşən məbləği iddiaçıya ödəməmişdir. Əlavə olaraq bildirir ki, tərəflərin birgə nikahından olan övladları anaları olan Cavabdeh ilə qalır və iddiaçının da uşaqlatla ünsiyyəti vardır. Lakin cavabdeh mübahisənin həllinə nail olmaq üçün ona edilən təkliflərə müsbət yanaşmamışdır. Şirvan Apellyasiya Məhkəməsində keçirilmiş məhkəmə prosesində cavabdehin vəkili-nümayəndəsi tərəflərin 2022-ci ilin iyul-avqust aylarından ayrıldığını bildirmişdir. Digər tərəfdən iddiaçı ilkin mediasiya sesiyasında iştirak edilməməsi barədə arayış xx.xx.2022-ci il tarixdə tərtib edilmişdir. Hesab edirlər ki, tərəflər hüquqlarından vicdanla istifadə etməlidirlər. Tərəflər xx.xx.2022-ci ildə faktiki olaraq ayrılmış, həmin vaxt İddiaçı onunla cavabdeh arasında bağlanmış nikahın pozulması barədə mediasiya təklifi göndərmişdir. Cavabdeh qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş məbləğ üzrə könüllü olaraq ödəniş etmir. Bu hal isə əsassız varlanma yaradır. Qarşı tərəfin dedikləri hüquqi hallarla təsdiq olunmamışdır. İddia tələbində qeyd edilən məbləği 2022-ci ilin sentyabr ayından hesablamışdırlar. Qarşı tərəfin vəkili-nümayəndəsi bildirmişdir ki, onlar öz tələblərindən imtina edəcəkləri təqdirdə qarşı tərəf də torpaq sahəsinin 6 sotluq hissəsindən imtina edəcəkdirlər. Lakin təmsil etdiyi şəxs bu təklif ilə razı olmamışdır. Torpaq sahəsinin 6 sotu 2000 manat dəyərindədir. Onlara bələdiyyə tərəfindən sənəd təqdim edilmişdir ki, torpaq sahəsinin sotu 70 manatdır. Təklif edirlər ki, cavabdeh torpaq sahəsinin özünə çatan hissəsindən imtina etsin və evin satılmasına razılıq versin, satılan evin dəyəri yarıya bölünsün və evin satışından əldə edilmiş pul məbləğinin üzərinə 10000 manat əlavə pul verilsin. Birgə nikah dövrdə olan vaxt çıxılmaq şərtilə 2022-ci ilin sentyabr ayından ayrıldıqları dövrə münasibətdə ödənilməli olan pulun verilməsini istəyirlər. Odur ki, qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında vəkili-nümayəndəsi Vəkil1 izahatında qeyd edilənləri təsdiq edərək bildirdi ki, onunla Cavabdeh 2022-ci ilin avqust ayından faktiki ayrılmış və birgə təsərrüfat aparmamışdırlar. O, 2022-ci ilin sentyabr ayında nikahın pozulması tələbi barədə məhkəməyə müraciət etmiş və cavabdeh ilə aralarında bağlanmış nikah 2023-cü ilin fevral ayında pozulmuşdur. O, 2022-ci ilin avqust ayında kredit ödənişi olaraq təqribən 1450 manat ödəmişdir. Həmin ilin noyabr ayında isə 360 manat sabit pul məbləğində aliment təyin olunmuşdur. Cavabdehin vəkili Şirvan Apellyasiya Məhkəməsində keçirilmiş məhkəmə iclasında bildirmişdir ki, onunla cavabdeh 2022-ci ilin may ayından birgə təsərrüfat aparmırlar. Qeyd edir ki, kredit müqaviləsi üzrə onun atası zamin olmuş və o, hər ay kredit borcuna görə ödənişlər etmişdir. O, Lənkəran şəhərində yerləşən evdə yaşamır. Göstərilənlər əsasında o, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, bələdiyyə tərəfindən onlara torpaq sahəsinin bir sotunun 500 manat olması barədə arayış verilmişdir. O, əvvəl həyət yerini güzəştə gedə bilsə də hazırda buna razı deyildir. Onunla iddiaçı arasında olan münasibət bitənə yaxın o, mağazaların satılmasına razı olmuşdur. Kredit borcunu isə onun keçmiş qayınatası ödəmişdir. O, iddiaçının təklifi ilə razı deyildir. Onun himayəsində iki uşaq vardır və iddiaçı uşaqların saxlanılması üçün ona az miqdarda aliment verir. İddiaçının ödədiyi bildirilən pul məbləğini iddiaçı deyil, onun atası ödəmişdir. Belə ki, həmin vaxt iddiaçı 400 manat məbləğində maaş almışdır. İddiaçının atası biznesmendir və kredit borcuna görə pul ödədiyinə görə o, bir mağaza və evi etibarnamə əsasında iddiaçının atasına vermişdir. Qeyd edilənlər əsasında o, iddianın təmin edilməməsini xahiş etdi. Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 etiraz ərizəsində və məhkəmə iclasında izahatında bildirdi ki, iddianı qəbul etmirlər. Belə ki, məlum olduğu kimi tərəflər arasında əmlak bölgüsünə dair bir neçə məhkəmə işi olmuşdur. Hazırki iş üzrə iddiaçı həmin məhkəmə mübahisələrində dəfələrlə şifahi və yazılı qaydada bildirmişdir ki, bu iş üzrə mübahisə predmeti olan pul ödənişi onun atası Həsənağa Ələkbərov tərəfindən digər bağışlanılmış əmlakların əvəzi olaraq ödənilmişdir. Bunu da onunla əsaslandırmışdır ki, onun aylıq maaşı 800 manatdır və onun bu pulu ödəmək qabiliyyəti olmamışdır. İddiaçı bu mövqeyi hər üç instansiya məhkəməsində yazılı formada bəyan etmişdir. Həmin sənədlər işə əlavə edilmiş və məhkəmənin nəzərinə çatdırılmışdır. Belə olan halda, hər iki səbəbdən iddia təmin edilə bilməz. Belə ki, əgər iddiaçının dediyi kimi mübahisə predmeti olan ödənilmiş pul onun atası Həsənağa Ələkbərov tərəfindən digər iki əmlakın ona və onun digər oğluna bağışlanması əvəzi olaraq ödənilmişdirsə, belə olan halda qarşılıqlı münasibətlərdə əsassız varlanma əlaməti ola bilməz. Əgər başqa digər səbəblə pul məbləği atası tərəfindən ödənilmişdirsə, belə olan halda İddiaçı subyektiv hüququ yoxdur və ödənişi edən şəxs tərəfindən pul tələbi əsassız varlanan şəxsdən tələb edilə bilər. Həmçinin iddiaçı tərəfindən əmlakın cavabdehin mülkiyyətində olmasına dair heç bir sənəd təqdim edilməmişdir. Ümumiyyətlə, varlanma halı sübuta yetirilməmişdir. Belə olan halda varlanmadan söhbət gedə bilməz. Hesab edir ki, məhkəmə işi hərtərəfli və tam araşdırmalı və ədalətli qərar qəbul edərək iddia tələbini rədd etməlidir. Bu məsələ ilə bağlı eyni tərəflər arasında eyni predmet barəsində mübahisə olmuş, həmin mübahisə ilə bağlı olan mülki işə birinci instansiya məhkəməsində işə baxılmış, onlar birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən apellyasiya şikayəti vermiş, apellyasiya instansiya məhkəməsi isə sözügedən qətnaməni ləğv etmişdir. Evin ipotekasına görə ödənilməli olan 43000 manatdan 21000 manat pul ödənilmişdir. Evin qiyməti 100000 manat, qeyriyaşayış sahəsinin dəyəri isə 200000 manatdan çoxdur. Onlar Lənkəran Rayon Məhkəməsində uşağın xəstəliyi və aliment ilə bağlı qarşılıqlı iddia vermişdirlər. Dəqiq olan odur ki, alimentin ödənilməsi 2023-cü ilin fevral ayından hesablanmışdır. Tərəflərin uşaqlarından biri xəstələnmiş, oğlunun kəkələmə problemi olmuşdur. Hesab edir ki, tərəflərin birgə təsərrüfat aparmadıqları vaxt 2023-cü ilin fevral ayından hesablanmışdır. İddiaçı adına bir torpaq sahəsi, bir qeyri-yaşayış sahəsi, bir avtomobili, 4 evi və iki obyekti olmuş, obyektlərini başqa şəxsə bağışlanma yolu ilə vermişdir. İddiaçının vəkili-nümayəndəsi isə keçmiş məhkəmə proseslərində bildirmişdir ki, 750 manat maaş alan İddiaçı pul ödəməyə imkanı yoxdur. Pulu iddiaçının atası Həsənağa Ələkbərov ödəmiş, nəticədə İddiaçı əsassız varlanmışdır. O, Lənkəran Rayon Məhkəməsində və mediasiya prosesində iştirak etmişdir. 2022-ci ilin oktyabr ayından etibarən yaranmış mübahisə ilə bağlı işlərə məhkəmədə baxılmışdır. O, mediasiyaya verilmiş sənədin doğruluğunun şübhəli olduğu qənaətindədir. İddiaçı mülkiyyətində Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsində yerləşən ev olmuş, iddiaçı bu evi və ona məxsus digər əmlakları atasının və qardaşının adına rəsmiləşdirmişdir. İddiaçının aldığı maaş 800 manatdır və iddiaçının yerinə evin pulunu onun atası ödəyir. Sözügedən ev tərəflərin birgə təsərrüfatı nəticəsində əldə olunmuşdur. Onlar qarşı tərəfə təklif etmişdirlər ki, 12 sotluq torpaq sahəsini güzəşt edə bilərlər. Məhkəmə proseslərinin birində bu əmlakla bağlı iddiaçı izahatında bildirmişdir ki, o, qeyd edilən məbləğdə pulu ödəməmişdir. Belə olan təqdirdə əsassız varlanma halı yarana bilər. Həmçinin iddiaçı özü borcu ödəmədiyi üçün onun subyektiv hüququ yoxdur. Qeyd edilənlərə əsasən o, iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin 2(049)-279/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsindən görünür ki, ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı ilə X7 arasında 05 oktyabr 2012-ci il tarixdə Lənkəran şəhər İHB-nin Nərimanabad qəsəbəsi ərazi nümayəndəliyində bağlanmış 24 saylı nikah akt qeydinin pozulması, nikah pozulduqdan sonra xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək anası - X3 yanında qalmaları, xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X9 yetkinlik yaşınadək saxlanılması üçün hər ay hər uşaq üçün 180 manat olmaqla, hər ay iki uşağa cəmi 360 manat miqdarında alimentin İddiaçı tutularaq X4 verilməsi, alimentin tutulmasının 11 yanvar 2023-cü il tarixdən hesablanması, qətnamənin alimentin tutulmasına dair hissədə dərhal icra edilməsi və qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)- 111/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, ilkin iddia üzrə cavabdeh X3 nümayəndəsi və vəkili X2 apellyasiya şikayətinin qismən təmin edilməsi, Lənkəran Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 2(049)-279/2023 saylı qətnaməsinin alimentin tutulması və aliment məbləğinin müəyyən edilməsinə dair hissələrdə dəyişdirilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 220 manat olmaqla, hər ay iki uşağa cəmi 440 manat miqdarında alimentin İddiaçı tutularaq X4 verilməsi, hazırkı alimentin tutulmasının başlanğıcının xx.xx.2022-ci il tarixdən hesablanması, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi və qətnamənin qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin 2(049)-992/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsindən görünür ki, ilkin və qarşılıqlı iddialar qismən təmin edilmiş, Azərbaycan Respublikası ƏMDK DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa (qeydiyyat tarixi: xx.xx.2019, qeydiyyat nömrəsi: **********, reyestr nömrəsi: **********69-10301) əsasən Lənkəran rayonu, Şiləvar kəndində 0,02 ha torpaq sahəsində yerləşən 186,6 kv.m fərdi yaşayış evinin ilkin iddia üzrə iddiaçı X6 ilə ilkin iddia üzrə cavabdeh İddiaçı arasında ½ hissə olmaqla bərabər qaydada bölünməsi, "xxxx" ASC ilə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 0358/K nömrəli kredit müqaviləsi üzrə yaranmış 43511,13 manat öhdəliyin xx.xx.2021-ci il tarixli, 0358/İ nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən həmin öhdəliyin təminatı olaraq ipoteka predmeti hesab edilən Lənkəran rayonu, Şiləvar kəndində 0,02 ha torpaq sahəsində yerləşən 186,6 kv.m fərdi yaşayış evi üzərində tərəflərin müəyyən edilmiş ½ hissə paylarına uyğun olaraq hesablanması və öhdəliyin hər bir tərəf üçün 21755,565 manat məbləğində müəyyən edilməsi, xx.xx.2021-ci il tarixli, 0358/K nömrəli kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlinə (Kredit müqaviləsinə əlavə No.1) əsasən kreditin ilkin ödəniş tarixindən, yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək xx.xx.2021-ci il tarixli, 0358/K nömrəli Kredit müqaviləsi üzrə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı tərəfindən ödənilmiş 24841,82 manat məbləğində borcun ½ hissəsi, yəni 12420,91 manat məbləğində pul vəsaitinin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X4 aid edilməsi və həmin məbləğ Günay Ələkbərovadan alınaraq İddiaçı ödənilməsi, xx.xx.2023-cü il tarixdən kredit müqaviləsinin bitdiyi dövrədək, yəni xx.xx.2024-cü il tarixədək xx.xx.2021-ci il tarixli, 0358/K nömrəli kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlinə (Kredit müqaviləsinə əlavə No.1) əsasən xx.xx.2021-ci il tarixli, 0358/K nömrəli Kredit müqaviləsi üzrə hər ay ödənilməli olan borc məbləğinin ½ hissəsinin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X4 aid edilməsi və hər ay həmin məbləğ Günay Ələkbərova tərəfindən İddiaçı ödənilməsi, Azərbaycan Respublikası ƏMDK DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa (qeydiyyat tarixi: xx.xx.2019, qeydiyyat nömrəsi: **********, reyestr nömrəsi: **********14) əsasən Lənkəran rayonunun Nərimanabad qəsəbəsində yerləşən və təyinatı üzrə yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan 0,12 ha torpaq sahəsinin qarşılıqlı iddia üzrə İddiaçı ilə qarşılıqlı iddia üzrə cavabdeh X6 arasında ½ hissə olmaqla bərabər qaydada bölünməsi, ilkin və qarşılıqlı iddiaların qalan hissədə təmin edilməməsi və iş üzrə ödənilmiş dövlət rüsumunun tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)- 935/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Əkbərova (Rzayeva) Günay Məhəmməd qızının vəkili və nümayəndəsi X5 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin 2(049)-992/2023 saylı, 11 iyul 2023-cü il tarixli qətnaməsinin qismən, yəni xx.xx.2021-ci il tarixli, 0358/K nömrəli kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlinə (Kredit müqaviləsinə əlavə No.1) əsasən kreditin ilkin ödəniş tarixindən, yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək xx.xx.2021-ci il tarixli, 0358/K nömrəli Kredit müqaviləsi üzrə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı tərəfindən ödənilmiş 24841,82 manat məbləğində borcun ½ hissəsi, yəni 12420,91 manat məbləğində pul vəsaitinin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X1 alınaraq İddiaçı ödənilməsi və xx.xx.2023-cü il tarixdən kredit müqaviləsinin bitdiyi dövrədək, yəni xx.xx.2024-cü il tarixədək xx.xx.2021-ci il tarixli, 0358/K nömrəli kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlinə (Kredit müqaviləsinə əlavə No.1) əsasən xx.xx.2021-ci il tarixli, 0358/K nömrəli Kredit müqaviləsi üzrə hər ay ödənilməli olan borc məbləğinin ½ hissəsinin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X6 tərəfindən İddiaçı ödənilməsi hissəsində ləğv edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)- 3168/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, cavabdeh (qarşılıqlı iddiaçı) İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-935/2024 nömrəli, 27 may 2024-cü il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan "xxxx" ASC-nin Lənkəran filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 6-2-80/2-38/2024 nömrəli arayışdan görünür ki, İddiaçı bank qarşısında xx.xx.2021-ci il tarixli, 261SFFL211230002 nömrəli kredit müqaviləsi üzrə borcu banka tam qaytarılmış və ona hesablanmış faizlər tam ödənilmişdir. İddiaçı Həsənağa oğlunun həmin kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə bank qarşısında icra edilməmiş hər hansı öhdəliyi mövcud deyildir. İş materiallarında olan "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 6-2-41/2-22068/2025 nömrəli cavab məktubundan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixli, 0358/K saylı kredit müqaviləsi üzrə kredit borcu xx.xx.2024-cü il tarixində tam bağlanmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib iş materiallarını tədqiq edərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh əvvəllər nikah münasibətlərində olmuş, daha sonra tərəflər arasında münasibətlər pisləşmiş və Lənkəran Rayon Məhkəməsinin 2(049)-279/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən onlar arasında bağlanmış nikah pozulmuşdur. Hazırki iş üzrə Cavabdeh İddiaçı qarşı “müqavilələrin etibarsızlığı, əmlakların bölgüsü və əşya” tələblərinə dair iddia ərizəsi ilə, İddiaçı isə Cavabdeh qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Lənkəran Rayon Məhkəməsinin 2(049)- 992/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən ilkin və qarşılıqlı iddialar qismən təmin edilmiş, Azərbaycan Respublikası ƏMDK DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa (qeydiyyat tarixi: xx.xx.2019, qeydiyyat nömrəsi: **********, reyestr nömrəsi: **********69-10301) əsasən Lənkəran rayonu, Şiləvar kəndində 0,02 ha torpaq sahəsində yerləşən 186,6 kv.m fərdi yaşayış evinin ilkin iddia üzrə iddiaçı X6 ilə ilkin iddia üzrə cavabdeh İddiaçı arasında ½ hissə olmaqla bərabər qaydada bölünməsi, "xxxx" ASC ilə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 0358/K nömrəli kredit müqaviləsi üzrə yaranmış 43511,13 manat öhdəliyin xx.xx.2021-ci il tarixli, 0358/İ nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən həmin öhdəliyin təminatı olaraq ipoteka predmeti hesab edilən Lənkəran rayonu, Şiləvar kəndində 0,02 ha torpaq sahəsində yerləşən 186,6 kv.m fərdi yaşayış evi üzərində tərəflərin müəyyən edilmiş ½ hissə paylarına uyğun olaraq hesablanması və öhdəliyin hər bir tərəf üçün 21755,565 manat məbləğində müəyyən edilməsi, xx.xx.2021-ci il tarixli, 0358/K nömrəli kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlinə (Kredit müqaviləsinə əlavə No.1) əsasən kreditin ilkin ödəniş tarixindən, yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək xx.xx.2021-ci il tarixli, 0358/K nömrəli Kredit müqaviləsi üzrə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı tərəfindən ödənilmiş 24841,82 manat məbləğində borcun ½ hissəsi, yəni 12420,91 manat məbləğində pul vəsaitinin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X4 aid edilməsi və həmin məbləğ Günay Ələkbərovadan alınaraq İddiaçı ödənilməsi, xx.xx.2023-cü il tarixdən kredit müqaviləsinin bitdiyi dövrədək, yəni xx.xx.2024-cü il tarixədək xx.xx.2021-ci il tarixli, 0358/K nömrəli kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlinə (Kredit müqaviləsinə əlavə No.1) əsasən xx.xx.2021-ci il tarixli, 0358/K nömrəli Kredit müqaviləsi üzrə hər ay ödənilməli olan borc məbləğinin ½ hissəsinin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X4 aid edilməsi və hər ay həmin məbləğ Günay Ələkbərova tərəfindən İddiaçı ödənilməsi, Azərbaycan Respublikası ƏMDK DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa (qeydiyyat tarixi: xx.xx.2019, qeydiyyat nömrəsi: **********, reyestr nömrəsi: **********14) əsasən Lənkəran rayonunun Nərimanabad qəsəbəsində yerləşən və təyinatı üzrə yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan 0,12 ha torpaq sahəsinin qarşılıqlı iddia üzrə İddiaçı ilə qarşılıqlı iddia üzrə cavabdeh X6 arasında ½ hissə olmaqla bərabər qaydada bölünməsi, ilkin və qarşılıqlı iddiaların qalan hissədə təmin edilməməsi və iş üzrə ödənilmiş dövlət rüsumunun tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. Daha sonra ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Əkbərova (Rzayeva) Günay Məhəmməd qızı (əvəzinə onun vəkili-nümayəndəsi) sözügedən qətnamədən apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)- 935/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən göründüyü kimi ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Əkbərova (Rzayeva) Günay Məhəmməd qızının vəkili və nümayəndəsi X5 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin 2(049)-992/2023 saylı, 11 iyul 2023-cü il tarixli qətnaməsinin qismən, yəni xx.xx.2021-ci il tarixli, 0358/K nömrəli kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlinə (Kredit müqaviləsinə əlavə No.1) əsasən kreditin ilkin ödəniş tarixindən, yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək xx.xx.2021-ci il tarixli, 0358/K nömrəli Kredit müqaviləsi üzrə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı tərəfindən ödənilmiş 24841,82 manat məbləğində borcun ½ hissəsi, yəni 12420,91 manat məbləğində pul vəsaitinin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X1 alınaraq İddiaçı ödənilməsi və xx.xx.2023-cü il tarixdən kredit müqaviləsinin bitdiyi dövrədək, yəni xx.xx.2024-cü il tarixədək xx.xx.2021-ci il tarixli, 0358/K nömrəli kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlinə (Kredit müqaviləsinə əlavə No.1) əsasən xx.xx.2021-ci il tarixli, 0358/K nömrəli Kredit müqaviləsi üzrə hər ay ödənilməli olan borc məbləğinin ½ hissəsinin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X6 tərəfindən İddiaçı ödənilməsi hissəsində ləğv edilməsi qət edilmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-935/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş, lakin Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3168/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə cavabdeh (qarşılıqlı iddiaçı) İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-935/2024 nömrəli, 27 may 2024-cü il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hazırda İddiaçı xx.xx.2021-ci il tarixli, 0358/K saylı kredit müqaviləsi üzrə kredit borcunun onun və cavabdeh X6 tərəfindən ödənilməli olan hissəsini ödəməklə borcu tamamilə bağladığından iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən faktiki olaraq ayrıldıqları 2022-ci ilin sentyabr ayından hesablanmaqla onun əvəzinə ödədiyi 21755,565 manat məbləğində pulun alınaraq ona verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəf cavabdehdən xx.xx.2021-ci il tarixli, 0358/K saylı kredit müqaviləsi üzrə ödənilmiş kredit borcunu 2022-ci ilin sentyabrından hesablanmaqla tələb etdiyini bildirsə də sözügedən kredit müqaviləsi üzrə cavabdehdən tutulmalı olan pul məbləğinin müəyyən edilməsi üçün tərəflərin ümumi öhdəlikləri üzrə ödəməli olduğu ümumi borc məbləğinin 2023-cü ilin mart ayından hesablanması qanuna müvafiqdir, belə ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-935/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xx.xx.2021-ci il tarixli, 0358/K saylı kredit müqaviləsi üzrə 21 fevral 2023-cü il tarixədək olan dövrə qiymət verilmiş və dəlil gətirilən həmin faktlarla bağlı artıq qanuni qüvvəsini almış yekun məhkəmə aktı mövcuddur ki, bu da AR MPM-in 82.3-cü maddəsinin tələbinə görə həmin faktların yenidən mübahisələndirilməsinə və yenidən sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hallar hazırkı məhkəmə üçün məcburi olmaqla yanaşı, həmin qətnamədə müəyyən edilmiş faktlar yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, işə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş hallar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “C.İsmayılzadənin şikayətinə dair” xx.xx.2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 0358/K nömrəli kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlinə (Kredit müqaviləsinə əlavə No.1) əsasən müəyyən edilir ki, 2023-cü ilin mart ayından kredit müqaviləsinin bitmə tarixi olan xx.xx.2024-cü il tarixədək tərəflərin ödəməli olduğu ümumi borc məbləği 19250 manat (1411,11 manat + 1405,55 manat + 1400 manat + 1394,44 manat + 1388,89 manat + 1383,33 manat + 1377,77 manat + 1372,22 manat + 1366,66 manat + 1361,11 manat + 1355,55 manat + 1350 manat + 1344,44 manat + 1338,99 manat = 19250 manat) təşkil edir. Beləliklə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-935/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 0358/K nömrəli kredit müqaviləsi üzrə yaranmış 43511,13 manat öhdəliyin xx.xx.2021-ci il tarixli, 0358/İ nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən öhdəliyin təminatı olaraq ipoteka predmeti hesab edilən Lənkəran rayonu, Şiləvar kəndində 0,02 ha torpaq sahəsində yerləşən 186,6 kv.m fərdi yaşayış evi üzərində tərəflərin müəyyən edilmiş ½ hissə paylarına uyğun olaraq hesablanması qət edildiyindən, məhkəmə hesab edir ki, 2023-cü ilin mart ayından kredit müqaviləsinin bitmə tarixi olan xx.xx.2024-cü il tarixədək tərəflərin kredit müqaviləsi üzrə ödəməli olduğu 19250 manat ümumi borc məbləğinin yarısı, yəni 9625 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin Cavabdeh və vəkili-nümayəndəsi Vəkil2 xx.xx.2021-ci il tarixli, 0358/K saylı kredit müqaviləsi üzrə öhdəliklərin iddiaçının atası tərəfindən icra edilməsi barədə izahatları ilə bağlı qeyd edir ki,həmin xüsusat yalnız formal mülahizələrdən ibarət olduğu üçün məhkəmə həmin izahatlara tənqidi yanaşmışdır. Məhkəmə qeyd edir ki, iddianın qanuni əsasını Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.3-cü və 41.2-ci maddələri təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.3-cü maddəsinə əsasən ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 41.2-ci maddəsinə əsasən ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ərarvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli, 1/2024 nömrəli Qərarının 6.35-ci bəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 37.3-cü maddəsinə əsasən ümumi əmlak bölünərkən ərarvadın ümumi borcları onların paylarına uyğun olaraq müəyyən edilir. Ailə Məcəlləsinin 41.2-ci maddəsinin tələbinə görə ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ərarvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Həmin qərarın 6.36-cı bəndində göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin 2021-ci il 23 iyul tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir. Şəxsi xarakterli öhdəliklərin icrası üçün ərin (arvadın) şəxsi əmlakı kifayət etmədikdə kreditor (kreditorlar) ödəməni ər-arvadın ümumi əmlakında müvafiq tərəfin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verə bilər. Ailə Məcəlləsinin 37.3-cü maddəsinə müvafiq olaraq ər-arvadın bir-birinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar ər-arvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünür. Lakin bu bölgü kreditor (kreditorlar) qarşısında ərarvadın birgə borclu olması halını aradan qaldırmır. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli, 1/2024 nömrəli Qərarının 6.37-ci bəndində qeyd edilmişdir ki, həmçinin nəzərə alınmalıdır ki, ümumi öhdəlikdə payların müəyyən olunması zamanı borclunun əvəz edilməsi həyata keçirilmir. Belə ki, Mülki Məcəllənin 522-ci maddəsinə (öhdəliklərin verilməsi əsasları və qaydası) müvafiq olaraq öhdəlik üçüncü şəxsə yalnız kreditorla (kreditorlar) müqaviləyə əsasən verilə bilər. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu, yalnız kreditorun (kreditorların) icazəsi ilə etibarlı olur. Digər tərəfdən kredit təşkilatları məhz borcalan qismində müraciət etmiş şəxsin şəxsiyyətini, maddi imkanlarını, ödəmə qabiliyyətini nəzərə alaraq, həmin şəxslə kredit hüquq münasibətlərinə daxil olduğundan kreditorun iradəsinə zidd olaraq borclunun dəyişdirilməsi kreditorun (kreditorların) mənafeləri uyğun olmamaqla, onun öz risklərini idarə etmək imkanlarına ciddi təsir edə bilər. Həmin qərarın 6.39-cu bəndində göstərilmişdir ki, ər-arvadın ümumi öhdəliklərinin bölünməsi qaydalarına istinadla kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) kreditor (kreditorlar) qarşısında icra edilməmiş öhdəliyinin arvaddan (ərdən) alınaraq, ona verilməsinin qanuni və müqavilə əsası yoxdur. Lakin kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) nikah münasibətlərinə faktiki xitam verildikdən və ya nikah rəsmi pozulduqdan sonra kredit müqaviləsi üzrə öhdəliklərin qalan hissəsini ayrıca vəsaiti hesabına tam və ya qismən ödədiyi müəyyən edilərsə, məhkəmə ödənilmiş məbləğin ümumi öhdəlikdəki paya uyğun hissəsinin ərdən (arvaddan) tutularaq, qarşı tərəfə ödənilməsi barədə iddianı təmin edə bilər. Tərəflərin ümumi əmlak üzərində payları daha əvvəl müəyyən edilmədiyi halda, işə baxan məhkəmə öhdəliklərdəki payları bərabər bölməli, iş üzrə Ailə Məcəlləsinin 37.2-ci maddəsində sadalanan şərtlər mövcud olduqda isə kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) icra etdiyi öhdəliklər üzrə tərəflərin paylarını qeyri-bərabər bölə bilər. Həmçinin iddia tələbinin 60 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməli, İddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərci Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 96 manat pul vəsaitinin iddianın təmin olmuş hissəsinə münasibətdə hesablanmış 69 manatı cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 9625 manat pul vəsaiti, 60 manat mediasiya xərci və 69 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-1998/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1998/2025
28.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver