Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2062/2025 11.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi ilə, Ərizəçi, Maraqlı şəxs nümayəndəsi X5 iştirakları ilə, Ərizəçi (Maraqlı şəxs) şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs) şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1951-ci ildə doğulmuş X2nun ölüm faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, Ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1951-ci il təvəllüdlü X3 Abşeron rayonu ərazisində ölüm faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, Ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1951-ci il təvəllüdlü X3 xx.xx.2025-ci il tarixdə Abşeron rayonu ərazisində ölüm faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X2 xx.xx.1951-ci il tarixində anadan olmuşdur. Atası X1 rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi, 17 km, M8, m68 massivi ünvanında yaşamışdır. X2 xx.xx.2025-ci il tarixdə qəflətən yaşadığı evdə vəfat etmişdir. Həmin günü Təcili və X8 satnsiyasına xəbərdarlıq etmişlər. Təcili və X8 satnsiyası xx.xx.2025-ci il tarixdə gələrək artıq gec olduğunu və səbəbi məlum olmayan ölüm (həkimə qədər ölüm kişi cinsli meyit) barədə çıxarış vərəqəsi vermişdir. O, X2nun ölüm haqında şəhadətnamə verilməsi üçün yaşadığı Maraqlı şəxsnə ərizə ilə müraciət etmiş, lakin mərhum atasının ölümü haqqında akt qeydi Maraqlı şəxsndə aşkar olunmadığından ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Bundan başqa iddiaçı xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquq şəxs “Abşeron rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsə ərizə ilə X2nun adına öülm haqqında tibbi şəhadətnamı verilməsi ilə bağlı müraciət etmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquq şəxs “Abşeron rayon Mərkəzi Xəstəxanası” X19 müraciətinə cavab olaraq, 06 fevral 2025ci il tarixli məktubundan görünür ki, X3 ölümünün baş vermə səbəbi məlum olmadığından ölüm haqqında şəhadətnamə vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibbi müəssisəsi tərəfindən verildiyini bildirmişdir. Bundan başqa İmişli rayon İcra Hakimiyyəti Başçısının Cəfərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 03 fevral 2025-ci il tarixli 52 nömrəli arayışdan görünür ki, mərhum X6 27 yanvar 2025-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. İmişli rayon Cəfərli kənd qəbirstanlığında dəfn olunmuşdur. Mərhumun üç və yeddi mərasimi Cəfərli kəndində verilmişdir. Beləliklə o, hesab edir ki, xx.xx.1951-ci ildə doğulmuş X2nun ölüm faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən, o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs nümayəndəsi X9 izahatında bildirmişdir ki, onun vətəndaşın ərizəsinin təmin edilməsinə heç bir etirazı yoxdur. Mülki Prosessual Məcəllənin: 62.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən, işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində ifadəsi alınmış X10 ifadəsində bildirmişdir ki, o, ərizəçinin həyat yoldaşıdır. Belə ki, qaynX2 vəfat etməzdən 3 ay əvvəl açıq ürək əməliyyatı olmuşdur. xx.xx.2025-ci il tarixdə səhər saat 7 radələrində qaynatasının halı pisləşmiş və onlar təcili tibbi yardıma zəng etmişlər. Lakin təcili tibbi yardım xidməti gec gəldiyindən onlar qaynatasını xəstəxanaya aparmışlar. Lakin qaynatasının həyatını xilas etmək mümkün olmamış və vəfat etmişdir. Qaynatasının ölümünə səbəb hər hansı xəsarət alması, bədbəxt hadisə deyil, bioloji ölüm hadisəsi olmuşdur. Məhkəmə iclasında şahid qismində ifadəsi alınmış X14 ifadəsində bildirmişdir ki, o, ərizəçinin qaynıdır. Belə ki, X3 vəziyyəti xx.xx.2025-ci il tarixində pisləşmiş və Abşeron Rayon Mərkəzi Xəstəxanasına aparılmışdır. Lakin həkimlərin səyinə baxmayaraq X6 vəfat etmişdir. Ərizəçinin atasının ölümünə səbəb hər hansı xəsarət alması, bədbəxt hadisə deyil, bioloji ölüm hadisəsi olmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını və şahid ifadələrini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 307.2.8. maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -İmişli Rayon Cəfərli Kənd XRC tərəfindən verilmiş XİV-ЖГ 495588 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1991-ci ildə anadan olmuşdur. X2, anası isə X4r. -AA5900874 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1951-ci ildə anadan olmuşdur. -Maraqlı şəxs xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15-375/2025 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının imkan xaricində olduğu bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. -Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X19 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 18-1-20/2-Q-322-42-311/2025 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydasf’-nın təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3. bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. X3 ölümünün baş vermə səbəbi məlum olmadığına görə onun adına “ölüm haqqında tibbi şəhadətnamə" tərəflərindən verilmir. -Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X19 tərəfindən verilmiş TTYŞ Xəstə Müayinə və Müşahidə Formasından çıxarışdan görünür ki, xx.xx.2025-ci il saat 07:21 tarixində X3 heç bir həyat göstəricisinin qeydə alınmadığı müəyyən edilmişdir. -İmişli Rayon İcra Hakimiyyəti Başçısı Cəfərli Kənd İnzibati Ərazi Dairəsi üzrə İcra Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 52 nömrəli arayışdan görünür ki, mərhum X6 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. İmişli Rayon Cəfərli kənd qəbiristanlığında dəfn olunmuşdur. Mərhumun üç və yeddi mərasimi Cəfərli kəndində verilmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Ərizəçi ünvan 2 ünvanında qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, X6 ərizəçinin atası olmuş, sonuncu xx.xx.2025-ci il tarixdə xəstəliyi nəticəsində vəfat etmişdir. X3 vəfat etməsi faktı ərizəçinin izahatı və şahid ifadələri ilə, həmçinin, məhkəməyə təqdim edilmiş sənədlər ilə də təsdiq olunur. Göründüyü kimi, şahidlər məhkəməyə verdiyi ifadəsində X3 xx.xx.2025-ci il tarixdə Abşeron rayonu ərazisində vəfat etməsini təsdiq etmişlər. Hazırda isə müvafiq həkim arayışı olmadığına görə, ərizəçi ölüm haqqında şəhadətnaməni ala bilmir. İşin məhkəmə iclasında tədqiq edilmiş halları, tədqiq olunmuş sənədlər və şahid ifadələri ilə tamamilə sübuta yetirildi ki, həqiqətən də, ərizəçinin X2 xx.xx.2025-ci il tarixdə Abşeron rayonu ərazisində vəfat etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, şahid ifadələrini və təqdim edilmiş sənədləri qiymətləndirərək hesab edir ki, həmin sənədlər və şahid ifadələri işin həqiqi halları ilə uyğunluq təşkil edir, ona görə də sübut kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1951-ci il tarixdə anadan olmuş X3 xx.xx.2025-ci il tarixdə Abşeron rayonu ərazisində vəfat etməsi faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 305-311ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1951-ci il tarixdə anadan olmuş X3 xx.xx.2025-ci il tarixdə Abşeron rayonu ərazisində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən vəfat etmə faktının qeydə alınması və şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-2062/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2062/2025
11.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver