Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2068/2022 12.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1000 ABŞ dolları və 300 manat pulun, həmçinin məhkəməyə iddia qaldırılması üçün ödənilmiş 40 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, 2021-ci ildə Cavabdeh məxsus Sumqayıt şəhəri avtovağzal ərazisində yerləşən evin alınması ilə bağlı aralarında razılığa gəlmişlər. Cavabdeh ona bildirmişdir ki, evin bütün sənədləri qaydasındadır. Evin alqı-satqısı ilə bağlı ilk öncə 1000 ABŞ dolları, sonra isə 300 manat məbləğində beh vermişlər. Həmin behi yazılı şəkildə öz aralarında rəsmiləşdirmişlər. Sonradan cavabdehə məxsus olan evin alqı-satqısını rəsmiləşdirmək üçün notariusa getməyi təklif etdiyi zaman məlum olmuşdur ki, evin ümumiyyətlə sənədi yoxdur. Cavabdehdən verdiyi 1000 ABŞ dollarını və 300 manatı tələb etsə də, cavabdeh həmin pulu ona geri qaytarmaqdan imtina etmişdir. Hazırda cavabdeh həmin pulu könüllü surətdə pulu qaytarmadığına görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, o, İddiaçı ona məxsus olan Sumqayıt şəhəri avtovağzal ərazisində yerləşən ev üçün 1000 ABŞ dolları pul və 300 manat beh almışdır. O, iddiaçıya 3 ay möhlət vermiş və evi almazsa, behin qaytarılmayacığını bildirmişdir. Lakin alqı-satqıya 5 gün qalmış iddiaçı evdən imtina etmişdir. İddiaçıya görə o, real alıcılarını itirmişdir. Bundan əlavə onun evinin bələdiyyə sənədi olmuş, onun tərəfindən başqa bir ev almaq üçün 300 manat beh verilmiş, iddiaçı evi almadığı üçün o da başqa evi ala bilmədiyindən verdiyi 300 manat beh ona qaytarılmamışdır. Odur ki, o, pulun 1000 ABŞ dolları cavabdehə qaytarmağa razıdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixində Cavabdeh tərəfindən yazılmış və imzalanmış qəbzdən görünür ki, o, İddiaçı 1000 (min) ABŞ dolları və 300 (üç yüz) manat beh almışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, işin mübahisə edilməyən hallarından məlum olur ki, xx.xx.2021-ci il tarixində Cavabdeh İddiaçı 1000 ABŞ dolları və 300 manat beh almışdır. Sonradan tərəflər cavabdehə məxsus olan evin alqı-satqısını rəsmiləşdirmək üçün notariusa gedərkən evin sənədinin olmadığı məlum olmuşdur. Lakin cavabdeh aralarında olan yazılı razılıq üzrə öhdəliyini pozmuş və iddiaçı tərəfindən ödənilən pulu qaytarmamışdır. Cavabdehin iddiaçıdan pul alması halı Cavabdeh tərəfindən yazılmış və imzalanmış qəbz ilə öz təsdiqini tapır. Odur ki, Cavabdeh sözügedən yazılı razılıq üzrə öhdəliklərini yerinə yetirmədiyindən, heç bir hüquqi əsas olmadan iddiaçının hesabına əsassız varlandığından, həmçinin cavabdehin qismən etirazı ilə bağlı sübutlar müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, Cavabdeh 1000 ABŞ dolları və 300 manat pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1091.1-ci maddəsinə əssən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 40 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 1000 ABŞ dolları və ya həmin məbləğin ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla pul və 300 manat pul, həmçinin 40 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-2068/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2068/2022
12.08.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver