Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-2070/2024 27.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, Ərizəçi barışıq sazişinin təsdiq olunmasına dair ərizə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi barışıq sazişinin təsdiq olunmasına dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, onunla Maraqlı şəxs Müzəffər qızı arasında Bakı şəhəri 6 saylı Mediasiya təşkilatının mediatoru X1 tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs Müzəffər qızının mülkiyyətində olan və birgə nikah dövründə əldə etdikləri Hyundai Santafe minik markalı, ** FH *** dövlət qeydiyyat nişanlı avtomobil üzərində hər birinin ½ hissədə paylarının müəyyən olunması və həmin paylar üzərində mülkiyyət hüququnun tanınması, habelə onun mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri ev 250 (yeni qaydalarla Abşeron rayonu, Xırdalan şəhəri, R.Behbudov küçəsi 250) mənzil üzərində hər birinin ½ hissədə paylarının müəyyən edilməsi və həmin paylar üzərində hər birinin mülkiyyət hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs Müzəffər qızı ilə arasında barışıq əldə olunduğunu bildirib, ərizənin baxılmamış saxlanılması, ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Maraqlı şəxs Müzəffər qızına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, ərizəçi mülki işin baxılmamış saxlanılmasını xahiş etdiyindən, maraqlı şəxs isə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdehlər işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Ərizəçi barışıq sazişinin təsdiq olunmasına dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-2070/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-2070/2024
27.02.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver