Məhkəmə qərarları › İş №e-2(012)-216/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-216/2024

09.07.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-216/2024 09.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı «X8» ASC-nin vəkili-nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «X8» ASC-nin Cavabdeh qarşı tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılaraq əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «X8» ASC Cavabdeh qarşı tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılaraq əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.06 ha torpaq sahəsi üzərində Cavabdeh tərəfindən inşa olunmuş özbaşına tikintinin sökülməsi və həmin torpaq sahəsinin boşaldılması və dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC hərrac vasitəsi ilə Cavabdeh məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən 0.06 ha torpaq sahəsini almışdır. Bu barədə AR ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmış, ********** qeydiyyat nömrəli çıxarışla iddiaçı "xxxx" KB ASC-nin mülkiyyət hüququ təsdiq edilmişdir. Hazırda "xxxx" KB ASC-ninmülkiyyətində olan torpaq sahəsi üzərində keçmiş mülkiyyətçi Cavabdeh tərəfindən qanunsuz inşa olunmuş özbaşına tikinti mövcuddur və hal-hazırda bankın mülkiyyətində olan torpaq sahəsi üzərində həmin qanunsuz inşa olunmuş tikilinin mövcud olması və cavabdeh tərəfindən həmin torpaq sahəsindən istifadə edilməsi bankın mülkiyyətçi kimi hüquqlarını pozur. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında iddiaçı «X8» ASC-nin vəkili-nümayəndəsi X4 iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verdi və onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, mülki iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,06 ha torpaq sahəsi «X8» ASC-nin mülkiyyətindədir. İşdə olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli icra vərəqəsindən görünür ki, iddia qismən təmin edilmiş, X7, X5 müştərək qaydada "xxxx" KB ASC-nin xeyrinə 08 dekabr 2014-cü il tarixli, 87B8/14-1 Ns-li əlavə kredit müqaviləsinə əsasən ödənilməmiş 61819,95 ABŞ dolları əsas borcu, 8534,59 ABŞ dolları məbləğində faiz borcu, 600 ABŞ dolları cərimə borcu, cəmi 70953,95 ABŞ dolları, 08 dekabr 2014-cü il tarixli, 87B8/14-2 №-li əlavə kredit xətti müqaviləsinə əsasən ödənilməmiş 61.905,60 ABŞ dolları əsas borcu, 9.003,44 ABŞ dolları məbləğində faiz borcu, 600 ABŞ. dolları cərimə borcu, cəmi 71509,04 ABŞ dolları habelə dövlət rüsumu qismində ödənilmiş 30 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi” dənilmiş 90 manat məbləğində pul vəsaiti tutulması, tutmanın Cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş Abşeron rayon, Masazır kəndində xüsusi mülkiyyətdə oian 0,06 ha. torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın kredit tələbi-realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 80.000 manat müəyyən edilməsi, X7 tərəfindən ipoteka ilə yüklü edilmiş Abşeron rayon, Masazır kəndində xüsusi mülkiyyətdə olan 0,06 ha. torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın kredit tələbi realizə edilmiş ilkin dəyərindən ödənilməsi, İpoteka predmetinin ilkin satış qiyməti 38.00.07 manat müəyyən edilməsi, X2 tərəfindən "ipoteka ilə yüklü edilmiş Abşeron, rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsi, döngə 8-da-yerləşən, 16 A saylı fərdi yaşayış evinə və onun yerləşdiyi 0,0225 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlak açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın kredit tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, İpoteka predmetinin ilkin satış qiyməti 72000 manat müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşdə olan İpoteka saxlayana İpoteka Predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə xx.xx.2019-cu il tarixli, 55/10 saylı protokoldan və eyni tarixli müqavilədən görünür ki, ipoteka predmeti olan Cavabdeh məxsus Abşeron rayonu, Masazır kəndində 0,06 ha torpaq sahəsi 51000 manata “X8” ASC tərəfindən alınmışdır. İşdə olan Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 25 aprel 2024-cü il tarixli 3-21-3-32/2-5161/2024 saylı mütəxəssis rəyindən görünür ki, Elektron baza məlumatlarına əsasən **********73 reyestr nömrəli çıxarışla "xxxx" Kommersiya Bankı ASC-nin mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları daxilində cavabdehə məxsus tikililər mövcuddur. Cavabdehin iştirakının təmin edilməməsi səbəbindən müayinə baxışının keçirilməsi mümkün olmamışdır. Müayinə baxışının keçirilməsi üçün cavabdehin iştirakının və müayinə üçün cavabdeh tərəfindən müvafiq şərait yaradılmasının zəruri olduğunu və bu səbəbdən Abşeron rayonu, Masazır kəndində yerləşən 0.06 ha torpaq sahəsində Cavabdeh tərəfindən aparılmış tikintinin hansı ölçüdə aparılması mümkün olmamışdır. Lakin **********73 reyestr nömrəli çıxarışla "xxxx" Kommersiya Bankı ASC-nin sənəd üzrə mülkiyyətində olan torpaq sahəsi sxemdə göstərilmişdir. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 10/3514 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 25.04.24 tarixli 3-21-3-32/2-5161/24 nömrəli mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyənləşdirilmişdir. Elektron baza məlumatlarına əsasən **********73 nömrəli çıxarışla "xxxx" Kommersiya Bankı ASC-nin mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları daxilində cavabdehə məxsus tikililər mövcuddur Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, «X8» ASC hazırda ona məxsus torpaq sahəsindən Cavabdeh tərfindən inşa edilmiş özbaşına tikintinin sökülməsi və həmin torpaq sahəsinin boşaldılmasını xahiş edir. İşdən görünür ki, mübahisəli torpaq sahəsi ilə bağlı «X8» ASC-nin adına xx.xx.2020ci il tarixli reyestrdən çıxarış tərtib edilmişdir. Həmin sənədlər hazırda qüvvədədir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Mülki Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Eyni zamanda, İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Beləliklə, işin hallarına əsasən cavabdehin iddiaçının mülkiyyətinə müdaxiləsi nəticəsində sonuncunun davamlı şəkildə torpaq sahəsi üzərində maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması kimi də baxıla bilər. Eyni zamanda, məhkəmə hesab edir ki, cavabdehin mübahisəli əmlaka dair heç bir hüquqları müvafiq orqanda qeydə alınmadığından onun bu daşınmaz əmlakdan istifadəsi qəbuledilməzdir. Cavabdehin mübahisəli daşınmaz əmlaka müdaxiləsi iş materialları ilə, o cümlədən mütəxəssis və ekspert rəyləri ilə tamamilə təsdiq olunur. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,06 ha torpaq sahəsində qanunsuz inşa edilmiş özbaşına tikinti cavabdehin hesabına sökülməli və torpaq sahəsi boşaldılaraq əvvəlki vəziyyətinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Qeyd edilən məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçı «X8» ASC-yə ödənilməlidr. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. İş üzrə məhkəmə tikinti-texniki ekspertizası üçün tələb edilən 100 manat vəsait Cavabdeh tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2020-ci il tarixli reyestrdən çıxarışa əsasən Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən «X8» ASC-yə məxsus 0,06 ha torpaq sahəsində Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş özbaşına tikinti (fərdi yaşayış evi) onun hesabına sökülsün və həmin torpaq sahəsi boşaldılaraq əvvəlki vəziyyətinə qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq «X8» ASC-yə qaytarılsın. Ekspertiza tədqiqatı üçün tələb olunan 100 manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar