Məhkəmə qərarları › İş №e-2(012)-2282/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-2282/2024

28.06.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-2282/2024 28.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Əliyev Fərid Ələmşah oğlunun katibliyi, Cavabdeh LPO Cavabdeh3 ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, LPO Cavabdeh3 ASC və Abşeron rayon 1 saylı Notariat ofisinə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyesterində qeydə alınmış yüklülüyün ləğv edilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, LPO Cavabdeh3 ASC və Abşeron rayon 1 saylı Notariat ofisinə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyesterində qeydə alınmış yüklülüyün ləğv edilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 ASC ilə Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixli 00/00004/OBK saylı kredit müqaviləsinə əsasən 60000 (altmış) manat və “19” iyun 2015-ci il tarixindən “19” iyun 2019-cu il tarixinədək 48 (qırx səkkiz) ay müddətində bağlanmış 04/0044/OBK saylı kredit müqaviləsinə əsasən 150000 (bir yüz əlli min) ABŞ dolları məbləğində ayrılmış kreditin, kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi X2 və X4 məxsus, ipoteka ilə yüklü edilmiş Abşeron rayonu Mehdiabad qəsəbəsi X7 küçəsi 4 saylı evə dair bağlanmış xx.xx.2014-cü il və xx.xx.2015-ci il tarixli ipotaka müqavilələrinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyesterində olan yüklülüyünün ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə hazırlıq iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o (nümayəndəsi), məhkəmə iclasına gəlməmişdirlər. İddiaçının vəkili-nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək səhətində ciddi problemlər yarandığını, bu günə təyin edilmiş məhkəmə prosesində iştirak edə bilmədiyini, məhkəməyə əlavə sübutlar təqdim edəcəyini, buna görə də məhkəmə iclaısnı təxirə salaraq başqa vaxta keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh LPO Cavabdeh3 ASC-nin nümayəndəsi X3 iddiaçının vəkili-nümayəndəsinin təxir barədə ərizəsinə etiraz edərək iddiaçının nümayəndəsinin bu barədə sübut təqdim etmədiyini, əvvəlki iclasın da iddiaçının ərizəsi ilə təxirə salındığını və həmin iclasda da iddiaçı tərəfindən heç bir sübut təqdim edilmədiyini qeyd edərək iddiaya mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirdi və mülki işin baxılmamış saxlanılmasını xahiş etdi. Digər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Abşeron rayon 1 saylı Notariat ofisi və üçüncü şəxslər Abşeron rayon İcra və Probasiya şöbəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 4 saylı Abşeron Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdirlər. Azərbaycan Respublikası MPM-nın 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır. Həmin Məcəllənin 185.3-cü maddəsinə əsasən əgər işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar ediliblərsə, məhkəmə gəlməməyin səbəblərini üzürlü hesab etdikdə işə baxılmasını təxirə salır. Həmin Məcəllənin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. İşdən görünür ki, iş üzrə 4 hazırlıq iclası təyin edilmiş, iddiaçının vəkili-nümayəndəsi dəfələrlə iclasın təxirə salınması barədə ərizə ilə müraicət etmişdir. Hazırda iddiaçının vəkili-nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək səhətində ciddi problemlər yarandığını bildirsə də, bununla bağlı əsaslı sübutları ərizəyə əlavə etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, işə iştirakı olmadan baxılmasını xahiş etməmiş İddiaçı (və ya vəkili-nümayəndəsi) məhkəmə iclasına gəlmədiyindən, məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi mülki işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nın 259.0.7-cı maddəsinə əsasən, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı birinci çağırışa gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, LPO Cavabdeh3 ASC və Abşeron rayon 1 saylı Notariat ofisinə qarşı mənzilin təhvil verilməsi, vurulmuş maddi və mənəvi zərərin qaytarılması və müqavilənin ləğv edilməsi tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar