Məhkəmə qərarları › İş №e-2(012)-2332/2025

Abşeron Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(012)-2332/2025

31.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2332/2025 31.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçının Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh bağlanmış müqavilələr üzrə 55342 manat əsas, 19658 manat dəbbə pulu borcu, 315 manat dövlət rüsumu olmaqla, cəmi 75318 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İdrak Liseyinin Bakı filialı və Cavabdeh arasında X2, X3 və X4 “Təhsil xidmətlərinin göstərilməsinə dair” müxtəlif tarixlərdə müqavilələr bağlanmışdır. Belə ki, tərəflər arasında X3 təhsil xidmətlərinin göstərilməsinə dair 31 may 2016-cı il, 14 sentyabr 2022-ci il və 14 oktyabr 2023-cü il tarixli müqavilələr bağlanmışdır. X6 və X4 təhsil xidmətlərinin göstərilməsinə dair isə müvafiq olaraq 29 yanvar 2016-cı il və 09 may 2015-ci il tarixli müqavilələr bağlanmışdır. Həmin müqavilələrə əsasən İddiaçı Bakı filialı yuxarıda adları qeyd edilmiş şagirdlərə müqavilədə nəzərdə tutulmuş qaydada yüksək keyfiyyətli təhsil xidmətləri göstərməyi, valideyn isə həmin xidmətlərə görə təhsil haqqı ödəməyi öhdəsinə götürür. Tərəflərndən bütün öhdəliklər vaxtında və qaydasında icra edilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini vaxtında icra etməmiş, hesablanmış dəbbə pulu ilə birlikdə Liseyə 75000 manat broclu qalmışdır. Belə ki, cavabdehin X3 göstərilən xidmətlər üzrə 2021- 22-ci təhsil ili üçün 1567, 2022-23-cü illər üzrə 8000, 2023-24-cü illər üzrə 10.000, 2024-2025-ci illər üzrə isə 10.000 manat borcu mövcuddur. X2 xidmətlərin göstərilməsinə görə borcun həcmi 2018-19-cu təhsil ili üçün 3000 manat, 2019-20-ci illər üçün 6700 manat, 2020-21-ci ilə görə 5308 manat, 2021-22-ci illər üçün isə 1967 manat təşkil edir. Cavabdehin X4 görtərilən xidmətlərə görə mövcud əsas borcu isə 2019-2020-ci il üçün 5250 manat, 2020-21-ci təhsil ili üçün isə 3550 manatdan ibarətdir. X1 əsas təhsil haqqı borcu 55 342 manatdır. Aralarında bağlanan Müqavilələrə əsasən, təhsil haqqının hər gecikdirilən günü üçün borc məbləğinin

02. Faizi həcmində dəbbə pulu hesablanır və valideyn həmin borcu ödəməyi öhdəsinə götürür. Beləliklə Cavabdeh hər üç şagirdə görə ödəməli olduğu dəbbə pulu 19658 manat təşkil edir. Nəticədə hal-hazırda cavabdehin Liseyə ümumilikdə, 75000 manat ümumi borcu yaranmışdır. Cavabdeh tərəfindən borcun ödənilməsinə dair ayrı-ayrı tarixlərdə - 16 iyun 2021- ci il, 30 noyabr 2021-ci il və 14 oktyabr 2023-cü il tarixlərində yazılı zəmanət verilmişdir. Lakin bundan sonra cavabdeh hər hansı ödəniş həyata keçirməmişdir. Borcun ödənilməsinə dair bu günədək tərəfkırindən cavabdehə çoxsaylı xəbərdarlıqlar ünvanlansa da, cavabdeh borcu ödəməkdən qərəzli şəkildə yayınmış, yalan vədlərlə boyun qaçırmışdır. Odur ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verdi və onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi cavabdehin iştirakı olmadan işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsi barədə məhkəməyə ərizə təqdim etdiyindən, Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmışdır. Mülki Prosessual Məcəllənin 238.1-ci maddəsinə görə, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə proses iştirakçısını dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İşdə olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 31 may 2016-cı il, 14 sentyabr 2022-ci il və 14 oktyabr 2023-cü il tarixli müqavilələrin surətindən görünür ki, İddiaçı Bakı filialı şagirdlər X6 və X4 müqavilədə nəzərdə tutulmuş qaydada yüksək keyfiyyətli təhsil xidmətləri göstərməyi, valideyn isə həmin xidmətlərə görə təhsil haqqı ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan Cavabdeh tərəfindən İddiaçınə ünvanlanmış ərizələrdən görünür ki, cavabdeh 2021- 22-ci təhsil ili üçün 1567, 2022-23-cü illər üzrə 8000, 2023-24-cü illər üzrə 10.000, 2024-2025-ci illər üzrə isə 10.000 manat borcu olmuş, X2 xidmətlərin göstərilməsinə görə borcun həcmi 2018-19-cu təhsil ili üçün 3000 manat, 2019-20-ci illər üçün 6700 manat, 2020-21-ci ilə görə 5308 manat, 2021-22-ci illər üçün isə 1967 manat təşkil edir. Həmçinin cavabdehin X4 görtərilən xidmətlərə görə mövcud əsas borcu isə 2019-2020-ci il üçün 5250 manat, 2020-21-ci təhsil ili üçün isə 3550 manatdan ibarətdir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, tərəflər arasında bağlanmış “Təhsil xidmətlərinin göstərilməsinə dair” borc müqaviləsidir, müqaviləyə əsasən cavabdeh X6 və X4 müqavilədə nəzərdə tutulmuş qaydada yüksək keyfiyyətli təhsil xidmətləri göstərməyi, valideyn isə həmin xidmətlərə görə təhsil haqqı ödəməyi öhdəsinə götürmüş, müqavilələrin bağlandığı tarixdə də şagirdlərə müqavilədə nəzərdə tutulmuş qaydada yüksək keyfiyyətli təhsil xidmətləri göstərilmişdir. Lakin cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Tərəflər arasında bağlanmış “Təhsil xidmətlərinin göstərilməsinə dair” müqavilənin: 5.5-ci maddəsinə əsasən, müddətindən və səbəbindən asılı olmayaraq şagirdin iştirak etmədiyi təhsil ayalrının haqqı hər bir halda ödənməlidir 4.1.1-ci maddəsinə əsasən təhsil haqqının ödənilməsi valideynin öhdəliyi qismində müəyyənləşdirilir. 6.3-cü maddəsinə əsasən, valideyn müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə Lisey birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verilə bilər. 3.2.7-ci maddəsinə görə, valideyn tərəfindən təhsil haqqının ödənilməsi müqavilədə nəzərdə tutulan müddətdən artıq gecikdirildikdə təhsil haqqı tam ödənilənədək Lisey şagirdin dərsə buraxılmasını və digər öhdəliklərinin icrasını dayandıra bilər. 7.2-ci maddəsinə əsasən, Valideyn hər gecikdirilən gün üçün gecikdirilən məbləğin 0.5%-i həcmində dəbbə pulu ödəyir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh 55342 manat əsas, 19658 manat dəbbə pulu borcu olmaqla, cəmi 75000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən dövlət rüsumu üçün ödənilmiş 315 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh 55342 manat əsas, 19658 manat dəbbə pulu borcu olmaqla, cəmi 75000 manat və dövlət rüsumu kimi 315 manat pul alınaraq İddiaçınə verilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış Abşeron Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar