Məhkəmə qərarları › İş №e-2(012)-2335/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-2335/2022

19.04.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-2335/2022 19.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Əhmədov Habil Yunis oğlu, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia tələbinin həcminin azaldılmasına dair ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, siyahıda qeyd olunmuş cehiz əşyalarının uşaqların mənafeyi nəzərə alınmaqla cavabdehlə onun arasında bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbinin həcminin azaldılmasına dair ərizəni və ərizəyə əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia tələbinin həcminin azaldılmasına dair ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə cavab vermədiyindən ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin: 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Mülki iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, tərəflər arasında əmlak tələbinə dair məhkəmənin icraatında mülki iş olduğu halda və qanunvericiliyin tələbləri əsasında, iddiaçı iddia tələbinin həcminin artırılması və azaldılmasına dair ərizə ilə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər verməli olduğu halda, hazırki ərizəsini müstəqil ərizə şəklində məhkəməyə təqdim etmiş, bununla da qanunvericiliyin tələblərinə riayət etməmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə qanunvericiliyin tələblərinə istinad edib iddia tələbinin həcminin azaldılmasına dair ərizəni qiymətləndirib belə qənaətə gəlir ki, iddia tələbinin həcminin azaldılmasına dair ərizə və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalı, iddia tələbinin həcminin azaldılmasına dair ərizədə yol verilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçıya əmlak tələbi barəsində mülki iş üzrə iddianın məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət etmək hüquqları izah olunur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 58, 152.1.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia tələbinin həcminin azaldılmasına dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar