Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2537/2024 05.08.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Allazov Elchinə (X5) qarşı qızıl-zinət əşyalarının qaytarılması və ya dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xırdalan şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Allazov Elchinə (X5) qarşı qızıl-zinət əşyalarının qaytarılması və ya dəyərinin ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus 1 dəst ağ qızıldan hazırlanmış və briliant qaşlarla bəzədilmiş, 750 əyyarlı 2600 manat dəyərində (şam ağacına oxşar) komplekt ( sırğa, bilərzik, boyunmağı, klon, üzük); 1 ədəd ağ qızıldan hazırlanmıış 750 əyyarlı, 4.8 qram çəkidə olan 600 manat dəyərində olan nişan üzüyü; 1 ədəd qızıl 585 əyyarlı, 4 qram çəkidə olan 400 manat dəyərində boyunbağı; 1 ədəd qızıl 585 əyyarlı 6 qram çəkidə olan 500 manat dəyərində bilərzik; 1 ədəd 585 əyyarlı, 1.4 qram şəkidə olan 120 manat dəyərində qızıl sırğa; 1 ədəd ağ qızıldan hazırlanmıış 750 əyyarlı, 2.6 qram çəkidə olan 400 manat dəyərində olan alyans; 1 ədəd 60 manat dəyərində muncuqlu qolbaq; 1 ədəd 585 əyyarlı, 1.65 qram çəkidə olan- 140 manat dəyərində qızıl sırğa; 1 ədəd 750 əyyarlı, 1.67 qram çəkidə olan-170 manat dəyərində qızıl sırğanın; tərəflərin birgə nikah dövründə əldə etdikləri dəyəri 800 manat dəyərində “Toshiba” markalı televizorun dəyərinin yarısı olan 400 manat pul vəsaitinin və ödənilmiş 80 manat dövlət rüsumunun, adıçəkilən əşyalardan hər hansı birinin olmaması və ya yararsız hala düşdüyü halda dəyərinin X5 (Cavabdeh) alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər faktiki olaraq xx.xx.2022-ci il tarixdə, rəsmi olaraq 24 may 2022-ci il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində nikaha daxil olaraq ailə qurmuşlar. Tərəflərin birgə nikahından 16 dekabr 2022ci il təvəllüdlü X6 dünyaya gəlmişdir. İddiaçı ailə həyatı qurduqdan sonra cavabdehlə birlikdə yaşamağa başlamış, ilk əvvəl münasibətləri normal olsa da sonradan pozulmuşdur. Tərəflər arasında olan mübahisələr, iddiaçıya edilmiş təzyiqlər nəticəsində o, xx.xx.2023-ci il tarixində ata evinə qayıtmış və həmin vaxtdan etibarən faktiki olaraq ayrıayrı yaşamışlar. xx.xx.2023-cü il tarixində özünə məxsus olan cehiz əşyalarını evindən çıxartmaq istəyərkən ona məxsus olan nikaha daxil olan zaman və nikah dövründə hədiyyə qismində verilmiş qızıl-zinət əşyalarına götürmək istəmiş, lakin cavabdehin anası X1 və cavabdeh Elçin Allazov buna imkan verməmişdir. Həmin fakt iş materialına əlavə edilmiş video götüntü ilə öz təstiqini tapır. Bundan əlavə İddiaçı ilə cavabdeh X5(Cavabdeh) birgə nikah dövründə 800 manat dəyərində “Toshiba” markalı televizorda almışlar ki, cavabdeh həmin televizoru öz mənzilində saxlamışdır. Tərəflər arasında olan nikah münasibətlərinə Abşeron Rayon Məhkəməsinin e-2(012)-1014/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə son qoyularaq İddiaçı ilə Cavabdeh (X5) arasında 24 may 2022-ci il tarixdə 3 saylı Bakı Asan Xidmət Mərkəzinin qeydiyyat şöbəsində 1746 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. Həmçinin, İddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl cavabdehlə aralarında yaranmış mübahisənin qarşılıqlı razılıqla həll edilməsi üçün ilkin mediasiya ilə bağlı 16 saylı Mediasiya Təşkilatına müraciət etmiş və məsələnin mediasiya vaitəsilə həll edilməsinə cəhd göstərmişdir. Lakin mediasiyada qarşılıqlı razılıq əldə olunmamış və ona 29 noyabr 2023-cü il tarixli “ilkin mediasiya sesiyasından sonra prosesi davam etdirilə bilməməsi barədə” arayış təqdim olunmuşdur. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh Allazov Elchin (X5) məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir İştirak etdiyi məhkəmə iclasında İddiaçı bildiridi ki, qızıl-zinət əşyaları cavabdehdədir. O, evdən çıxarkən qızılları aparmış, lakin cehizlərin qaytarılması zamanı qızılları keçmiş qaynanasına qaytarmışdır. Çünki onlar əks təqdirdə cehizləri vermək istəmirdilər. Nişan üzüyünün televizorun dəyəri ilə qarşılaşdırılmasını istəmir. İştirak etdiyi məhkəmə iclasında cavabdeh Allazov Elchin (X5) iddiaya etiraz edərək bildirdi ki, iddia ərizəsində sadalanan qızıl-zinət əşyalarının hamısı hazırda ondadır. İddia tələbində qeyd edilən ilk iki qızıl - 1 dəst ağ qızıldan hazırlanmış və briliant qaşlarla bəzədilmiş, 750 əyyarlı 2600 manat dəyərində (şam ağacına oxşar) komplekt ( sırğa, bilərzik, boyunmağı, klon, üzük); 1 ədəd ağ qızıldan hazırlanmıış 750 əyyarlı, 4.8 qram çəkidə olan 600 manat dəyərində olan nişan üzüyünü qaytarmağa hazırdır. Digərlərini isə qaytarmaq istəmir, çunki hörmətsizlik ediblər. Əslində əvvəl bütün qızılları aparmışdılar, sonradan qaytardılar. Qızılın dəyəri iddia ərizəsində düzgün qeyd edilmişdir. Həmin qızıllar nişan və toy vaxtı və nişanlanmamışdan əvvəl iddiaçıya hədiyyə olaraq alınmışdır. Televizor da, birgə nikah dövründə əldə edilmişdir. Lakin iddiaçı onun anasını təhqir etdiyi üçün o, qızılları qaytarmayacaq. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdırıb, iş üzrə sübutlara qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(012)-1014/2024 saylı qətnaməsinə əsasən, iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh (X5) arasında 24 may 2022-ci il tarixdə 3 saylı Bakı Asan Xidmət Mərkəzinin qeydiyyat şöbəsində 1746 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, 16 dekabr 2022ci il təvəllüdlü X6 anası İddiaçı himayəsində saxlanılması, 16 dekabr 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdehdən (X2) xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay 235 (iki yüz otuz beş) manat məbləğində sabit pul şəklində aliment tutularaq İddiaçı ödənilməsi, 05 dekabr 2023-ci il tarixdən başlayaraq, 16 dekabr 2022-ci il təvəllüdlü X3 3 yaşına çatanadək, yəni 16 dekabr 2023-cü il tarixədək Cavabdehdən (X2) hər ay 120 (yüz iyirmi beş) manat məbləğində sabit pul şəklində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilmiş video diskdən görünür ki, İddiaçı Allazov Elchinə (X5) və onun qohumları tərəfindən müxtəlif vaxtlarda qızıl əşyaları hədiyyə edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-1014/2024 saylı qətnaməsi ilə tərəflər arasında qeydə alınmış nikah pozulmuşdur. İddiaçı cavabdeh və onun qohumları tərəfindən ona verilmiş qızıl-zinət əşyalarının cavabdehdə qaldığını iddia edərək həmin əşyaların cavabdehdən alınaraq ona verilməsi və ya onların dəyərinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında cavabdeh Allazov Elchin (X5) etiraf etdi ki, iddiaçının qeyd etdiyi qızıl-zinət əşyaları hazırda ondadır. Həmçinin birgə nikah dövründə əldə edilmiş televizor da 800 manat alınmışdır. Hər iki tərəf bildirdi ki, tələb edilən 1 dəst ağ qızıldan hazırlanmış və briliant qaşlarla bəzədilmiş, 750 əyyarlı (şam ağacına oxşar) komplekt ( sırğa, bilərzik, boyunmağı, klon, üzük) - 2600 manat; 1 ədəd ağ qızıldan hazırlanmıış 750 əyyarlı, 4.8 qram çəkidə olan olan nişan üzüyü - 600 manat; 1 ədəd qızıl 585 əyyarlı, 4 qram çəkidə olan boyunbağı - 400 manat; 1 ədəd qızıl 585 əyyarlı 6 qram çəkidə olan bilərzik - 500 manat; 1 ədəd 585 əyyarlı, 1.4 qram şəkidə olan qızıl sırğa - 120 manat; 1 ədəd ağ qızıldan hazırlanmıış 750 əyyarlı, 2.6 qram çəkidə olan alyans - 400 manat; 1 ədəd muncuqlu qolbaq -60 manat; 1 ədəd 585 əyyarlı, 1.65 qram çəkidə olan qızıl sırğa - 140 manat; 1 ədəd 750 əyyarlı, 1.67 qram çəkidə olan qızıl sırğa - 170 manat, ümumilikdə 4990 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “12” mart 2024-cü il tarixli Qərarının 3.9-cu bəndinə əsasən ər-arvadın birgə mülkiyyəti prezumpsiyasını aradan qaldıran hallar Ailə Məcəlləsinin 34-cü maddəsində göstərilmişdir. Həmin normaya görə, nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak, eləcə də fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) onların hər birinin ayrıca (fərdi) mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 77.1-ci maddəsinə əsasən həmin halları sübut etmək yükü bunu iddia edən və ya iddiaya etiraz edən tərəfin üzərinə düşür. Həmin Qərarın 5.10-cu bəndinə əsasən, nikaha daxil olanadək və nikah dövründə keçirilən mərasimlərdə (elçilik, nişan, toy və sair) tərəflərdən birinə hədiyyə verilən zinət əşyaları onların ayrıca əmlakı sayılır və Ailə Məcəlləsinin 34.2-ci maddəsində müəyyən edilmiş istisnanın təsir dairəsinə düşmür. Mülki Prosessual Məcəllənin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Allazov Elchindən (X5) 1 dəst ağ qızıldan hazırlanmış və briliant qaşlarla bəzədilmiş, 750 əyyarlı 2600 manat dəyərində (şam ağacına oxşar) komplekt ( sırğa, bilərzik, boyunmağı, klon, üzük); 1 ədəd ağ qızıldan hazırlanmıış 750 əyyarlı, 4.8 qram çəkidə olan 600 manat dəyərində olan nişan üzüyü; 1 ədəd qızıl 585 əyyarlı, 4 qram çəkidə olan 400 manat dəyərində boyunbağı; 1 ədəd qızıl 585 əyyarlı 6 qram çəkidə olan 500 manat dəyərində bilərzik; 1 ədəd 585 əyyarlı, 1.4 qram şəkidə olan 120 manat dəyərində qızıl sırğa; 1 ədəd ağ qızıldan hazırlanmıış 750 əyyarlı, 2.6 qram çəkidə olan 400 manat dəyərində olan alyans; 1 ədəd 60 manat dəyərində muncuqlu qolbaq; 1 ədəd 585 əyyarlı, 1.65 qram çəkidə olan-140 manat dəyərində qızıl sırğa; 1 ədəd 750 əyyarlı, 1.67 qram çəkidə olan-170 manat dəyərində qızıl sırğa, həmin qızl-zinət əşyaları olmadıqda 4990 manat pul, tərəflərin birgə nikah dövründə əldə etdikləri dəyəri 800 manat dəyərində “Toshiba” markalı televizorun dəyərinin yarısı olan 400 manat pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 80 manat dövlət rüsumu Allazov Elchindən (X5) tutularaq İddiaçı qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Allazov Elchindən (X5) 1 dəst ağ qızıldan hazırlanmış və briliant qaşlarla bəzədilmiş, 750 əyyarlı 2600 manat dəyərində (şam ağacına oxşar) komplekt ( sırğa, bilərzik, boyunmağı, klon, üzük); 1 ədəd ağ qızıldan hazırlanmıış 750 əyyarlı, 4.8 qram çəkidə olan 600 manat dəyərində olan nişan üzüyü; 1 ədəd qızıl 585 əyyarlı, 4 qram çəkidə olan 400 manat dəyərində boyunbağı; 1 ədəd qızıl 585 əyyarlı 6 qram çəkidə olan 500 manat dəyərində bilərzik; 1 ədəd 585 əyyarlı, 1.4 qram şəkidə olan 120 manat dəyərində qızıl sırğa; 1 ədəd ağ qızıldan hazırlanmıış 750 əyyarlı, 2.6 qram çəkidə olan 400 manat dəyərində olan alyans; 1 ədəd 60 manat dəyərində muncuqlu qolbaq; 1 ədəd 585 əyyarlı, 1.65 qram çəkidə olan-140 manat dəyərində qızıl sırğa; 1 ədəd 750 əyyarlı, 1.67 qram çəkidə olan-170 manat dəyərində qızıl sırğa, həmin qızl-zinət əşyaları olmadıqda 4990 manat pul, tərəflərin birgə nikah dövründə əldə etdikləri dəyəri 800 manat dəyərində “Toshiba” markalı televizorun dəyərinin yarısı olan 400 manat pul və ödənilmiş 80 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №e-2(012)-2537/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2537/2024
05.08.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver