Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-268/2025 01.12.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Rəhimli Zərnişan Ağarəhim qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın əvəzinin tutulması tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın əvəzinin tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.2ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi nəticəsində iddiaçının mülkiyyətində olan “TOYOTA AVALON” markalı, ** ND *** dövlət nömrə nişanlı minik avtomobilinə dəymiş 6100 məbləğində maddi ziyanın və ödənilmiş 81 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb bununla əsaslandırılmışdır ki, İddiaçı mülkiyyətində olan “TOYOTA AVALON” markalı ** ND *** dövlət nömrə nişanlı minik avtomobilini xx.xx.2024-cü il tarixində Binəqədi-Xırdalan yolunda idarə edən zaman Cavabdeh tərəfindən idarə edilən “VOLKSWAGEN GOLF” markalı, ** MZ *** dövlət nömrəli minik avtomobili ilə toqquşmuşdur. Hadisə ilə bağlı araşdırma aparılmış, cavabdeh barəsində inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərar qəbul edilmişdir. Həmin qərarla cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 80 manat məbləğində cərimə edilmişdir. Cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçıya məxsus avtomobilə 6100 manat məbləğində maddi ziyan dəymiş, bu barədə ziyan aktı tərtib edilmişdir. Ancaq cavabdeh vurduğu ziyanı ödəməkdən yayınır. Eləcə də cavabdeh tərəfindən idarə etdiyi avtomobil icbari qaydada sığorta edilmədiyi üçün dəymiş zərərin sığorta ödənişi almaqla aradan qaldırılması mümkün deyildir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili Nümayəndə iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə dəfələrlə məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəblərdən olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilini dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İşdə olan Binəqədi DYP tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 18:05 radələrində Binəqədi-Xırdalan yolunun ara məhəlləsində Cavabdeh «Volkswaen Golf» minik markalı, ** MZ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolhərəkəti qaydalarını pozmuş və nəticədə «Toyota Avalon» minik markalı, ** ND *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə maddi ziyan vurmuş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 80 manat miqdarında cərimə edilmişdir. İşdə olan dəymiş zərərin hesablanmasına dair xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, 2007-ci buraxılışlı, «Toyota Avalon» minik markalı, ** ND *** dövlət qeydiyyat nişanlı avtomobilə 6100 manat maddi ziyan dəymişdir. İşdə olan "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı «Toyota Avalon» minik markalı, ** ND *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ümumi məbləği həmin tarixə 5875 manat müəyyən edilir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə idarə etdiyi «Volkswaen Golf» avtobus markalı, ** MZ *** dövlət qeydiyyat nişanlı avtomobillə Binəqədi-Xırdalan yolunun ara məhəlləsində yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı İddiaçı məxsus «Toyota Avalon» minik markalı, ** ND *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Binəqədi DYP-nin xx.xx.2024-cü il tarixli qərarı ilə Cavabdeh xx.xx.2024-cü il tarixdə törətmiş olduğu yol-nəqliyyat hadisəsi ilə əlaqədar Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsinə əsasən onun barəsində inzibati tənbeh tədbirləri görülmüşdür. Həmin yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı idarə etdiyi avtomobil əzilmiş, bir sıra detallar sıradan çıxmışdır. "xxxx" ASC-nin X1 X2 tərəfindən dəymiş ziyan qiymətləndirilərək ümumilikdə 6100 manat müəyyən edilmişdir. Hazırda iddiaçı avtomobilinə dəymiş xərcini, yəni 6100 manat pulu cavabdehdən tələb edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İşin məhkəmə iclasında müəyyən edilən hallarından aydın olur ki, tərəflər arasında yaranmış mülki hüquq münasibətlərinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsində nəzərdə tutulmuş yüksək təhlükə mənbəyi tərəfindən vurulmuş zərərin əvəzinin tələb edilməsi təşkil edir. Belə ki, Mülki Məcəllənin qeyd edilən 1108.1-ci maddəsinin tələbinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki şəxs yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur və zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki şəxsin öhdəsinə qoyulur. Məhkəmə iclasında araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı idarə etdiyi avtomobilə vurulmuş zərərin ümumi məbləği 5875 manat təşkil edir. Məhkəmə bu nəticəyə gələrkən sığorta qurumunun tərtib etdiyi xx.xx.2024-cü il tarixli aktı deyil, "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli rəyini daha mötəbər sübut növü kimi qəbul edir. Məhkəmə hesab edir ki, 5875 manat pul delikt törətmiş Cavabdeh tutularaq İddiaçı qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə məhkəmə iclasında tədqiq edilən sübutları araşdırıb, baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş ziyanın əvəzi olaraq tələb edilən 5875 manat pul vəsaitinin cavabdehdən tutulmasını ədalətli hesab edərək, iddianın qismən təmin edilməsi qənaətinə gəlir. Dəymiş ziyanın məbləği mütəxəssis rəyi ilə tamamilə təsdiq olunur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırki iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 81 manat dövlət rüsumunun əvəzi və iş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri kimi ödənilmiş 505 manat pul Cavabdeh alınıb İddiaçı verilməli, iş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri kimi ödənilməmiş 300 manat pul Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 5875 manat, ödənilmiş dövlət rüsumuna görə 81 manat və iş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri kimi ödənilmiş 505 manat pul tutulsun. Mütəxəssis tədqiqatının dəyəri kimi ödənilməmiş 300 manat pul Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-268/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-268/2025
01.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver