Məhkəmə qərarları › İş №e-2(012)-2722/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2722/2023

19.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2722/2023 19.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti Cavabdeh qarşı pul tələbinə dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 150.00 (yüz əlli) manat məbləğində sığorta ödənişinin, 30 (otuz manat) məbləğində dövlət rüsumunun və 0,40 (qırx qəpik) məbləğində xidmət haqqının, cəmi 180.40 (yüz səksən manat, qırx qəpik) məbləğində pul vəsaitinin Cavabdeh tutularaq iddiaçı Şirkətin hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh lazimi qaydada bildiriş göndərilmiş, lakin onun tərəfindən iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, xx.xx.2021-ci il tarixdə, Abşeron rayonu Masazır kəndi ərazisində Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü ilə sığortalanmış “Kia Optima minik” markalı, ** PF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə “Mercedes Benz E220 CDİ minik” markalı , ** KC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. AR DİN Abşeron RPİ DYP-nin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə icbari sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışına və TP ******* saylı inzibati tənbehvermə haqqında qərara əsasən Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müyyən edilmiş və barəsində AR İXM-nin 327.2-ci və 327.6-cı maddəsinə əsasən 100,00(bir yüz) manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. AR DİN Abşeron RPİ DYP tərəfindən “Kia Optima minik” markalı, ** PF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh barəsində tərtib edilmiş müvafiq inzibati tənbehvermə haqqında qərardan məlum olur ki, Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı hadisə yerindən yayınmışdır. “Kia Optima minik” markalı, ** PF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin PDS********** saylı sığorta şəhadətnaməsindən(müqavilə) göründüyü kimi, həmin nəqliyyat vasitəsi “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə Şirkət tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş, xx.xx.2021-ci il tarixli Qüsur aktına əsəsən hadisə nəticəsində “Mercedes Benz E220 CDİ minik” markalı ** KC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 150.00(bir yüz əlli) manat məbləğində müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş, xx.xx.2021-ci il tarixli 3220 saylı sığorta aktına və xx.xx.2021-ci il tarixli, 8183 saylı ödəniş tapşırığına əsasən 150,00(bir yüz əlli) manat məbləğində sığorta ödənişi hadisə nəticəsində zərər dəymiş “Mercedes Benz E220 CDİ minik” markalı ** KC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X1 "xxxx" ASC-dəki hesabına köçürülmüşdür. İddia ərizəsinə əlavə edilmiş, xx.xx.2022-ci il tarixli, 02/271 saylı Pretenziya məktubundan görünür ki, Mülki Məcəllənin 936-cı maddəsinə əsasən şirkət tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 150,00(bir yüz əlli) manat məbləğində ödənilmiş sığorta ödənişi “Kia Optima minik” markalı, ** PF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh geri ödənilməsi tələb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş, yol nəqliyyat hadisəsinin iştirakçısı olmuş “Kia Optima minik” markalı, ** PF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdehn Abşeron RPİ DYPŞ-ya verdiyi izahatda hadisə yerindən yayındığını etiraf etmişdir. Azərbaycan Respublikasının “İcbari Sığortalar Haqqında Qanunun” 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Qeyd edilənlərə əsasən məhkəmə belə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehdən Cavabdeh 150.00 (yüz əlli) manat məbləğində sığorta ödənişi, 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) məbləğində xidmət haqqı, cəmi 180.40 (yüz səksən manat, qırx qəpik) məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 150.00 (yüz əlli) manat məbləğində sığorta ödənişi, 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) məbləğində xidmət haqqı, cəmi 180.40 (yüz səksən manat, qırx qəpik) məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar