Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-289/2024 04.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hаkim Əhmədоv Hаbil Yunis оğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) X1 kаtibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi, açıq hərracdan satılması və əmlakın boşaldılmasına dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit borcunun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi, açıq hərracdan satılması və əmlakın boşaldılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli, 04/127/AİF saylı kredit müqaviləsi üzrə 40480,65 manat əsas, 2601,15 manat faiz olmaqla, cəmi 43081,8 manat borc, 219,25 manat dövlət rüsumu və bildirişin qeydiyyatı ilə bağlı 45 manat pul vəsaitinin tutulması, tutmanın ipoteka predmeti olan cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən 5 mərtəbəli, 1 bloklu binanın 1-ci blokunda, 5-ci mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 67,7 kv.m, yaşayış sahəsi 41,1 kv.m olan 18 saylı mənzilə yönəldilməsi, ilkin satış qiyməti müəyyənləşdirilməklə ipoteka predmetinin açıq hərrac vasitəsilə satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2014-cü il tarixli, 04/127/AİF saylı kredit müqaviləsi üzrə cəmi 43081,8 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 264,25 manat vəsaitin Cəmiyyətə ödənilməsi, mənzilə tutma yönəldildikdə və o, satıldıqda ipoteka qoyanın ən geci 1 ay ərzində həmin mənzildən çıxarılması və mənzilin boşaldılması, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan xx.xx.2014-cü il tarixli, 04/127/AİF saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, borcun qalan hissəsinin Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 15 Avqust 2014-cü il tarixli, 04/127/AİF saylı krediti müqaviləsinə əsasən illik 8 % faiz dərəcəsi olmaqla 300 (üç yüz) ay müddətinə 44250 manat məbləğində kredit verilmişdir. Daha sonra tərəflər arasında 15 Avqust 2014-cü il tarixli, 04/127/AİF saylı Kredit və Alqı-Satqı və İpoteka müqavilələrinə bağlanılmış, xx.xx.2018-ci il tarixli Əlavə Razılaşmalara əsasən xx.xx.2019-cu il tarixindən etibarən kredit üzrə aylıq ödəniş məbləği 3 ay (Yanvar, fevral, mart) müddətinə minimum 50 AZN məbləğinə təyin edilmişdir. 15 Avqust 2014-cü il tarixli, 04/127/AİF saylı krediti müqaviləsinin şərtlərinə görə Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. 15 avqust 2014-cü il tarixli, 04/127/AİF saylı krediti müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan, ünvan 1 ünvanında yerləşən 5 mərtəbəli, 1 bloklu binanın 1-ci blokunda, 5-ci mərtəbəsində 3 otaqlı, ümumi sahəsi 67,7 kvm, o cümlədən yaşayış sahəsi 41,1 kvm olan 18 saylı mənzil "xxxx" ASC-nin qarşısında 15 avqust 2014-cü il tarixli Alqı- Satqı və İpoteka müqaviləsi ilə yüklü edilmiş, notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. 15 avqust 2014-cü il tarixli, 04/127/AİF saylı kredit müqaviləsinin 3.1.4-cü bəndinə əsasən Kreditor Borcalanın əlavə razılığı olmadan bu müqavilə üzrə hüquqlarını üçüncü şəxslərə verə bilər. Buna əsasən qeyd etmək lazımdır ki, borclu Cavabdeh ilə bağlanmış 15 Avqust 2014-cü il tarixli, 04/127/AİF kredit müqaviləsi üzrə verilmiş 44250 manat məbləğində pul Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu tərəfindən maliyyələşdirilmişdir. xx.xx.2014-cü il tarixli NBC-İP 000334 saylı İpoteka Kağızına əsasən, xx.xx.2015-ci il tarixində qeydə alınmış ötürücü yazısına əsasən "xxxx" ASC ipoteka kağızı üzrə öz tələblərini Azərbaycan İpoteka və Kredit Zəmanət Fonduna, xx.xx.2020-ci il tarixində isə Fond həmin ipoteka kağızı üzrə öz tələblərini İddiaçı ASC-yə vermişdir. Bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində DƏDKR Publik Hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə məlumat verilmiş və İddiaçı ASC-nin xeyrinə ipoteka predmetinin əlavə yuklülüyünə dair qeyd aparılmışdır. Maliyyə arayışına əsasən Cavabdeh İddiaçı ASC-yə 15 Avqust 2014-cü il tarixli, 04/127/AİF saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 40480,65 manat, faiz borcuna görə 2601,15 manat, cərimə borcuna görə 0 manat, cəmi 43081,8 manat təşkil edir. 15 avqust 2014-cü il tarixli Alqı-Satqı və İpoteka müqaviləsinin 1.4-cü bəndində ipoteka ilə yüklü edilən və mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən 5 mərtəbəli, 1 bloklu binanın 1-ci blokunda, 5-ci mərtəbəsində 3 otaqlı, ümumi sahəsi 67,7 kvm, o cümlədən yaşayış sahəsi 41,1 kvm olan 18 saylı mənzilin satış qiyməti 59000 manat göstərilsə də, hesab edirlər ki, həmin mənzil müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilməli və ilkin satış qiymətinin müəyyən edilməsi üçün məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilməlidir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə3 xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə əmlakın qiymətləndirilməsi barədə təyin edilmiş ekspertizanın keçirilməsi üçün «X2 Mərkəzi» MMC-yə xidmət haqqı olaraq 500 manat pulun İddiaçı ASC tərəfindən ödənildiyini bildirmiş və qətnamə qəbul edilərkən həmin məbləğdə pulun cavabdehdən tutulması məsələsinin nəzərə alınmasını xahiş etmişdir. İddiaçı ASC xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək mülki işə onların iştirakı olmadan baxılıb iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmiş və izahatında bildirmişdir ki, o, iddiaçı bankdan kredit götürmüş, lakin 8 ay işsiz olduğuna görə ödənişlərdə çətinliklər yaranmışdır. Bankla əlaqə saxlamış və əlavə qrafik açılmasını xahiş etmiş, lakin bank razılaşmamışdır. Bank ondan borcun tam ödənilməsini tələb edir. Bankın ondan tələb etdiyi borcu qəbul edir. İddianın təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iddia ərizəsini, mülki iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Borcverən "xxxx" ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 04/127/AİF saylı kredit müqaviləsindən görünür ki, bank borcalana 300 ay müddətinə, illik 8 faiz ödəmək şərti ilə 44250 manat kredit vermişdir. -Kredit müqaviləsi üzrə ödəniş planından görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixdən xx.xx.2039-cu il tarixə qədər olan dövr ərzində hər ay borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. -İpoteka saxlayan "xxxx" ASC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2014cü il tarixli, 04/127/AİF saylı alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, ipoteka verən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 5 mərtəbəli, 1 bloklu binanın 1-ci blokunda, 5-ci mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 67,7 kv.m, yaşayış sahəsi 41,1 kv.m olan 18 saylı mənzili "xxxx" ASC qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsinin 1.4-cü bəndinə əsasən, mənzilin satış qiyməti 59000 manatdır, mənzilin dəyərinin 14750 manatı alıcı-İpoteka qoyanın özü tərəfindən, 44250 manatı kreditor-İpoteka saxlayan tərəfindən xx.xx.2014-cü il tarixli, 04/127/AİF saylı kredit müqaviləsinə əsasən alıcı-İpoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. -"xxxx" ASC ilə Cavabdeh arasındakı xx.xx.2014-cü il tarixli, 04/127/AİF saylı kredit müqaviləsinə bağlanmış xx.xx.2018-ci il tarixli 01 saylı əlavədən görünür ki, kredit müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixnə hesablanmış 1746.55 manat məbləğində faiz borcu kapitallaşdırılaraq ümumi borc məbləği 43501.37 manat təşkil etmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin son icra müddəti xx.xx.2039-cu il olmaqla, kredit müqaviləsinin ayrılmaz hissəsi olan yeni ödəniş qrafiki tərtib edilmişdir. xx.xx.2019-cu il tarixdən etibarən kredit üzrə aylıq ödəniş məbləği 3 ay müddətinə minimum 50 manat məbləğində təyin edilmişdir. Ödəniş qrafiki üzrə ödənilməmiş faiz və əsas məbləğ üzrə borc 3 ay müddətində hər ay kapitallaşdırılmışdır. Kredit müqaviləsinin digər müddəaları dəyşilməz qalmışdır. -"xxxx" ASC ilə Cavabdeh arasındakı xx.xx.2014-cü il tarixli, 04/127/AİF saylı alqısatqı və ipoteka müqaviləsinə bağlanmış xx.xx.2018-ci il tarixli 01 saylı əlavədən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 04/127/AİF saylı kredit müqaviləsinə xx.xx.2018-ci il tarixli 01 saylı Əlavəyə və bununla bağlı tərtib olunmuş yeni ödəniş qrafikinə uyğun olaraq, alqı-satqı və ipoteka müqaviləsinin 1.6.1-ci yarımbəndi üzrə kreditin məbləği 43501.37 manat, 1.6.4-cü bəndində isə aylıq (annuitet) ödənişin məbləği 50 manat müəyyən olunmuşdur. Alqı-satqı və ipoteka müqaviləsinin digər müddəaları dəyşilməz qalmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli seriya RX, ******* saylı çıxarışdan görünür ki, Cavabdeh adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 61 saylı reyestr kitabının 81 saylı vərəqində qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən 5 mərtəbəli, 1 bloklu binanın 1-ci blokunda, 5-ci mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 67,7 kv.m, yaşayış sahəsi 41,1 kv.m olan 18 saylı mənzil kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üsulu kimi 25 il müddətinə "xxxx" ASC-nin ”Gənclik” filialı qarşısında ipoteka ilə yüklülüyü qeydə alınmışdır. -"xxxx" ASC-nin xx.xx.2014-cü il tarixli ipoteka kağızından görünür ki, Cavabdeh adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmış, ünvan 1 ünvanında yerləşən 5 mərtəbəli, 1 bloklu binanın 1-ci blokunda, 5-ci mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 67,7 kv.m, yaşayış sahəsi 41,1 kv.m olan 18 saylı mənzil kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üsulu kimi 300 ay müddətinə "xxxx" ASC qarşısında ipoteka ilə yüklülüyü qeydə alınmışdır. -xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixli, 04/127/AİF saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə əsas borca görə 40480,65 manat, faiz borcuna görə 2601,15 manat olmaqla, cəmi 43081,8 manat borcu vardır. -İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, bank ipoteka verənə kredit müqaviləsi üzrə borc ödənilmədiyi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna başlanılması barədə xəbərdarlıq etmişdir. -İddiaçı ASC-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 4 saylı Abşeron Ərazi İdarəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, bank ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmiş, bildiriş qeydə alınmaqla 30 manat xidmət haqqı və 15 manat dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin:
88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3. maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. -“X2 Mərkəzi” MMC-nin xx.xx.2024-cü il tarixli, 012-146/2023 saylı arayışından görünür ki, ünvan 1 ünvanında yerləşən 18 saylı mənzilin qiymətləndirmə tarixinə bazar qiyməti: 62800 manat; likvid dəyəri: 55000 manat təşkil edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir: Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, beləşərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən, həmin müqavilə üzrə cavabdehlərin bank qarşısında öhdəliyi yaranmış və onlar bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 04/127/AİF saylı kredit müqaviləsinə əsasən borcalana 300 ay müddətinə, illik faiz dərəcəsi 8% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 44250 manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə ipoteka müqaviləsinə əsasən, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 5 mərtəbəli, 1 bloklu binanın 1ci blokunda, 5-ci mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 67,7 kv.m, yaşayış sahəsi 41,1 kv.m olan 18 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklər icra edilmədiyindən iddiaçı bank kredit müqaviləsi üzrə borcun tutulmasına və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh isə öz növbəsində iddianı qəbul etdiyini bildirmişdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlara əsasən işə əlavə olunmuş arayışdan, həmçinin, işin digər materiallarından görünür ki, kredit borcu barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə Cavabdeh xx.xx.2014-cü il tarixli, 04/127/AİF saylı kredit müqaviləsi üzrə əsas borca görə 40480,65 manat, faiz borcuna görə 2601,15 manat olmaqla, cəmi 43081,8 manat borcu yaranmışdır. Mülki Məcəllənin: 443.1. maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1. və 448.2. maddələrinə əsasən, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı iddiaçı "xxxx" ASC ilə borcalan Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə borcunun yaranması öz təsdiqini tapdığından, məhkəmə Cavabdeh İddiaçı ASC-nin xeyrinə əsas borca görə 40480,65 manat, faiz borcuna görə 2601,15 manat olmaqla, cəmi 43081,8 manat borcun tutulması qənaətinə gəlir. Mülki Məcəllənin: 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. 319.1-ci və 319.6-cı maddələrinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra “İpoteka haqqında Qanun” adlanacaq) 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlara əsasən, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmini üsulu kimi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 5 mərtəbəli, 1 bloklu binanın 1-ci blokunda, 5-ci mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 67,7 kv.m, yaşayış sahəsi 41,1 kv.m olan 18 saylı mənzili iddiaçı qarşısında ipoteka ilə yüklü etmiş və tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin 1.4-cü bəndinə əsasən, mənzilin satış qiyməti 59000 manat olması müəyyən edilmiş, mənzilin dəyərinin 14750 manatı alıcı-İpoteka qoyanın özü tərəfindən, 44250 manatı kreditor-İpoteka saxlayan tərəfindən alıcı-İpoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilmişdir. Bankın ipoteka hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, kredit borcu qaytarılmadığından qanuna və ipoteka müqaviləsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsas yaranmışdır. “İpoteka haqqında Qanun”un 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iddia tələbinin tələbin ipoteka predmetinə yönəldilməsi hissəsində qeyd edir ki, iddia tələbində Cavabdeh məxsus mənzilin ilkin satış qiyməti 59000 manat olması və aradan keçən müddətdə daşınmaz əmlak bazarında kəskin qiymət fərqlərinin olması istisna edilmədiyindən və mübahisəli olduğundan məhkəmə “X2 Mərkəzi” MMC-nin xx.xx.2024-cü il tarixli, 012-146/2023 saylı rəyinə əsasən, ipoteka predmeti olan daşınmaz əmlakın likvid qiymətinin 55000 manat olmaqla açıq hərracda satılması qərarına gəlir. Belə ki, Ali Məhkəmə Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli, 01 saylı qərardadına əsasən, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. “İpoteka haqqında Qanun”un 47.4-cü maddəsinə əsasən, həmin Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Bu baxımdan məhkəmə hesab edir ki, ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına iddiaçıya ödənilməli olan borc məbləği ödənildikdən sonra əldə olunmuş pul vəsaitinin qalan hissəsi Cavabdeh qaytarılmalı, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə isə qalan məbləğ tutulmalıdır. “İpoteka haqqında Qanun”un: 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. İstinad olunan maddənin məzmunundan göründüyü kimi ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri tutmanın həmin yaşayış sahəsinə yönəldilməsi və satışı ilə şərtləndirilir. 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Başqa sözlə qanunun mənasına görə ipoteka qoyulmuş yaşayış sahəsi satıldıqdan sonra bir ay ərzində ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda, həmin şəxslər evdən və ya mənzildən məhkəmə qərarı əsasında məcburi qaydada çıxarıla bilərlər. Mülki Məcəllənin 203.3.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi zamanı əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilir. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 5 mərtəbəli, 1 bloklu binanın 1-ci blokunda, 5-ci mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 67,7 kv.m, yaşayış sahəsi 41,1 kv.m olan 18 saylı mənzili açıq hərraca çıxarılıb satıldıqdan bir ay sonra mənzildən Cavabdeh çıxarılmalı, mənzil boşaldılaraq alıcıya təhvil verilməlidir. Beləliklə, işin faktiki hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Cavabdeh "xxxx" ASC-dən aldığı krediti faizlərlə birlikdə vaxtında və lazımi qaydada qaytarmamış, bununla da, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirməmişdir. Ona görə də iddia təmin edilməli, İddiaçı ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli, 04/127/AİF saylı kredit müqaviləsi üzrə əsas borca görə 40480,65 manat, faiz borcuna görə 2601,15 manat olmaqla, cəmi 43081,8 manat pul vəsaiti tutulmalı, tutma ipoteka qoyulmuş Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 5 mərtəbəli, 1 bloklu binanın 1-ci blokunda, 5-ci mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 67,7 kv.m, yaşayış sahəsi 41,1 kv.m olan 18 saylı mənzilə yönəldilməli, həmin mənzil açıq hərracdan satılmalı, ipoteka predmetinin ilkin satış qiyməti 55000 manat müəyyən edilməli, satışdan əldə olunmuş pul vəsaitindən ümumilikdə 43081,8 manat borc ödənilməli, iddiaçıya tam ödənildikdən sonra qalan məbləğ Cavabdeh qaytarılmalı, mənzilə tutma yönəldikdə və o, satıldıqdan bir ay sonra boşaldılmalı, ödənilmiş 264,25 manat məhkəmə xərclərinin (dövlət rüsumu 219,25 manat, bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı) alınaraq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, iş üzrə qiymətləndirmə ekspertizasının rəyinin alınması üçün İddiaçı ASC tərəfindən “X2 Mərkəzi” MMC-nin hesabına ödənilmiş 500 (beş yüz) manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 119, 216-220, 222.2, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh xx.xx.2014-cü il tarixli, 04/127/AİF saylı kredit müqaviləsi üzrə əsas borca görə 40480,65 (qırx min dörd yüz səksən manat altmış beş qəpik) manat, faiz borcuna görə 2601,15 (iki min altı yüz bir manat on beş qəpik) manat olmaqla, cəmi 43081,8 (qırx üç min səksən bir manat səksən qəpik) manat borc, məhkəmə xərclərinə görə cəmi 264,25 (iki yüz altmış dörd manat iyirmi beş qəpik) manat və iş üzrə qiymətləndirmə ekspertizasının rəyinin alınması üçün ödənilmiş 500 (beş yüz) manat pul vəsaiti İddiaçı ASC-nin xeyrinə tutulsun. Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 5 mərtəbəli, 1 bloklu binanın 1-ci blokunda, 5-ci mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 67,7 kv.m, yaşayış sahəsi 41,1 kv.m olan 18 saylı mənzilə tutma yönəldilsin, həmin mənzilin likvid satış qiyməti 55000 (əlli beş min) manat olmaqla açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsaitdən cəmi 43081,8 (qırx üç min səksən bir manat səksən qəpik) manat pul vəsaiti İddiaçı ASC-nin hesabına keçirilsin, İddiaçı ASC-yə tam ödənildikdən sonra qalan məbləğ Cavabdeh qaytarılsın. ünvan 1 ünvanında yerləşən 5 mərtəbəli, 1 bloklu binanın 1-ci blokunda, 5-ci mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 67,7 kv.m, yaşayış sahəsi 41,1 kv.m olan 18 saylı mənzilə tutma yönəldikdə və o, satıldıqda Cavabdeh mənzili boşaldaraq 1 (bir) ay sonra həmin mənzildən çıxarılsın. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Habil Əhmədov