Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-2901/2025 03.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh1, onun vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Abşeron Rayon 2 saylı Dövlət Notariat Kontoruna qarşı müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi və pul tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Göyçay Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh İddiaçı ilə aralarında notariat qaydasında bağlanmış və Abşeron rayon 2 saylı Notariat ofisində təsdiq edilmiş xx.xx.2023-cü il tarixliAN-1 № ******* saylı 4Ə-100 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdeh İddiaçı 50000 manat alınaraq ona verilməsi, əqdin etibarsız hesab edilməsi ilə 50000 manat pulun cavabdehdən alınıb ona verilməsinin eyni vaxtda icra edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı Cavabdeh1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı ilə aralarında notarial qaydada bağlanmış və Abşeron rayon 2 saylı Notariat ofisində təsdiq edilmiş xx.xx.2023-cü il tarixli AN-1 №-li ******* saylı 4Ə-100 reyestr nömrəli alqı-satqı müqaviləsinin və həmin müqavilənin dəyişdirilməsinə dair xx.xx.2024-cü il tarixli müqavilənin ləğv edilməsi, cavabdeh İddiaçı 50000 manat pulun alınaraq ona verilməsi, əqdin ləğv edilməsi ilə 50000 manat pulun alınaraq ona verilməsinin eyni vaxtda icra edilməsi, eləcə də ödədiyi 240 manat dövlət rüsumunun tutulub onun xeyrinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı cavabdehlər Cavabdeh1 və Abşeron Rayon 2 saylı Dövlət Notariat Kontoruna qarşı müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayon 2 saylı Notariat ofisində Cavabdeh1 ilə onun arasında formal olaraq bağlanmış xx.xx.2023-cü il tarixli AN- 1 № ******* saylı 4Ə-100 reyestr nömrəli alqı-satqı müqaviləsinin və xx.xx.2024-cü il tarixli “müqavilənin dəyişdirilməsinə dair” müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi və pul tələbinə dair iddia ərizəsi xx.xx.2024-cü il tarixdən Göyçay Rayon Məhkəməsinin icraatındadır. Göründüyü kimi hər iki iddianın tərəfləri və predmeüti eynidir. Bu səbəbdən o, hazırki işin Göyçay Rayon Məhkəməsinin icraatında olan 2(046)-108/2025 saylı mülki işə birləşdirilməsinə etiraz etməmişdir. Məhkəmə iclasında İddiaçı öz vəkili və nümayəndəsinin izahatına uyğun izahat vermişdir. Məhkəmə iclasında Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil hazırki mülki işin, Göyçay Rayon Məhkəməsinin icraatında olan 2(046)-108/2025 saylı mülki işə birləşdirilməsinə etiraz etməmişdir. Məhkəmə iclasında Cavabdeh1 öz vəkili və nümayəndəsinin izahatına uyğun izahat vermişdir. İşdən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi və pul tələbinə dair iddia ərizəsi 2(046)-2004/2024 (hazırki iş nömrəsi: 2(046)-108/2025) sayla xx.xx.2024-ci il tarixdə Göyçay Rayon Məhkəməsinin hakimi İbrahim Fəttahovun icraatına daxil olmuşdur. İddiaçı cavabdehlər Cavabdeh1 və Abşeron Rayon 2 saylı Dövlət Notariat Kontoruna qarşı müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi isə 2(012)-2901/2025 sayla xx.xx.2025-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin hakimi Habil Əhmədovun icraatına daxil olmuşdur. Göründüyü kimi iddia tələbləri eyni tərəflərin iştirak etdiyi eyni növlü, eyni xarakterli və bir-biri ilə əlaqəli olan işlərdir ki, məhkəmə hesab edir ki, həmin işlərin bir icraatda birləşdirilməsi işin daha tez, keyfiyyətli baxılmasına imkan verər. Ona görə də hazırkı Abşeron Rayon Məhkəməsinin icraatında olan 2(012)- 2901/2025 saylı iş, Göyçay Rayon Məhkəməsinin icraatında olan 2(046)-108/2025 saylı işdən sonra Abşeron Rayon Məhkəməsinin icraatına daxil edildiyindən həmin mülki iş, ilkin olaraq Göyçay Rayon Məhkəməsinin icraatına daxil olan 2(046)-108/2025 saylı mülki işlə birləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. -43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. -169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Abşeron Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh1 və Abşeron Rayon 2 saylı Dövlət Notariat Kontoruna qarşı müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair 2(012)-2901/2025 saylı mülki iş, Göyçay Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi və pul tələbinə dair 2(046)-108/2025 saylı mülki işlə birləşdirilsin. Mülki işlər bir icraatda birləşdirildiyindən Abşeron Rayon Məhkəməsinin icraatında olan 2(012)-2901/2025 saylı mülki işin icraatına xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-2901/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-2901/2025
03.06.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver