Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2911/2024 20.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Mercedes Benz” markalı, ** KN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 710 manat və yol kənarındakı “Oba Market”-in soyuducusuna dəymiş zərərə görə 1400 manat olmaqla, ümumilikdə 2110 manat və ödənilmiş dövlət rüsumu üçün 41,10 manat məbləğində pulun İddiaçı Sığorta Şirkəti ASCnin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışa əsasən, xx.xx.2018-ci ildə Cavabdeh tərəfindən verilən etibarnaməyə əsasən X5 tərəfindən idarə olunan “Renault Tondar” markalı, ** AV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Mercedes Benz” markalı, ** KN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, qəza törədərək yol kənarındakı əmlaka zərər vermişdir. İş materiallarına əlavə edilmiş 051970 nömrəli və 051386 nömrəli sığorta aktlarından və icbari sığorta bürosundan verilən çıxarışdan (İSB) göründüyü kimi hadisə zamanı X1 idarə etdiyi “Renault Tondar” markalı, ** AV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “AZEVROCAR MMC”-yə məxsus olmuş, Cavabdeh ilə aralarında bağlanmış lizinq müqaviləsinə və etibarnamə əsasında Cavabdeh sahibliyində olmuş və İddiaçı SŞ-da avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalı olmuşdur. İş materiallarına əlavə olunmuş dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatlara əsasən hadisə zamanı “Mercedes Benz” markalı, ** KN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 710 manat və yol kənarındakı “Oba Market”-in soyuducusuna dəymiş zərərə görə 1400 manat məbləğində ziyan dəymişdir. İddiaçı Sığorta Şirkəti ASC dəymiş zərərləri aradan qaldırmış və iş materiallarına əlavə edilmiş 6025 nömrəli ödəniş tapşırığına əsasən “Mercedes Benz” markalı, ** KN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 710 manat və 6591 nömrəli ödəniş tapşırığına əsasən yol kənarındakı “Oba Market”-in soyuducusuna dəymiş zərərə görə 1400 manat olmaqla, ümumilikdə 2110 manat sığorta ödənişi həyata keçirmişdir. xx.xx.2018-ci il tarixdə yol-nəqliyyat hadisəsi Cavabdeh nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmayan X2 idarə etməyə verdiyi üçün baş vermiş, ona qarşı subroqasiya hüququ yaranmışdır. Belə ki, işdəki ******* saylı protokoldan və TP ******* saylı qərardan görünür ki, Heydərov X4 Xətalar Məcəlləsinin 335.1-cü maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb olunmuşdur. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı tamamilə qəbul etdiyini bildirdi. Lakin o, qət ediləcək borcunu bir dəfəyə deyil, hissə-hissə ödəyə biləcəyəni qeyd etdi. Məhkəmə cavabdehi dinləyərək, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İşdə olan xx.xx.2018-ci il tarixli AP ******* saylı “İnzibati xəta haqqında” protokoldan müəyyən edilir ki, xx.xx.2018-ci il tarixdə, saat 17:59 radələrində Abşeron rayonunun Məmmədli kəndində X5 etibarnamə olmadan idarə etdiyi “Renault Tondar” markalı, ** AV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törədərək “Mercedes Benz” markalı, ** KN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və yol kənarındakı “Oba Market”-in soyuducusuna dəyərək, onlara maddi ziyan vurmuşdur. İşdə olan xx.xx.2018-ci il tarixli İXP ******* saylı “İnzibati xəta haqqında” protokoldan görünür ki, Cavabdeh yuxarıda qeyd edilmiş yol-hərəkəti qaydasının pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsi ilə təqsirli bilinmişdir. İşdə olan xx.xx.2018-ci il tarixli sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan müəyyən edilir ki, xx.xx.2018-ci il tarixdə, saat 17:59 radələrində Abşeron rayonunun Məmmədli kəndində X5 etibarnamə olmadan idarə etdiyi “Renault Tondar” markalı, ** AV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törədərək “Mercedes Benz” markalı, ** KN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və yol kənarındakı “Oba Market”-in soyuducusuna dəymiş, onlara maddi ziyan vurmuşdur. İşdə olan xx.xx.2018-ci il tarixli sığorta aktından müəyyən edilir ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 710 manat məbləğində sığorta ödənişinin “Mercedes Benz” markalı, ** KN *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X3 ödənilməsi qərara alınmışdır. İşdə olan xx.xx.2018-ci il tarixli sığorta aktından müəyyən edilir ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 1400 manat məbləğində sığorta ödənişinin soyuducunun sahibi olan “X8” MMC-yə ödənilməsi qərara alınmışdır. İşdə olan nəqliyyat vasitəsinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə xx.xx.2018-ci il tarixli hesabatdan müəyyən edilir ki, “Mercedes Benz” markalı, ** KN *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərcləri 710 manat (detallar-350 manat+usta haqqı 360 manat) olaraq müəyyən edilir. İşdə olan nəqliyyat vasitəsinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə xx.xx.2018-ci il tarixli hesabatdan müəyyən edilir ki, “X8” MMC-yə aid soyuducusunun təmir-bərpa xərcləri 1400 manat (detallar-1000 manat+usta haqqı 400 manat) olaraq müəyyən edilir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən olunur ki, Cavabdeh övladı X5 etibarnamə olmadan idarə etdiyi atasına məxsus “Renault Tondar” markalı, ** AV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2018-ci il tarixdə, saat 17:59 radələrində Abşeron rayonunun Məmmədli kəndində hərəkət edərkən yol-nəqliyyat hadisəsi törədərək “Mercedes Benz” markalı, ** KN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və yol kənarındakı “X8” MMC-yə aid soyuducuya dəyərək, onlara maddi ziyan vurmuşdur. Avtomobilin sahibi Cavabdeh baş vermiş hadisəyə görə müvafiq protokolla İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Cavabdehin övladı tərəfindən törədilən yol-nəqliyyat hadisəsi zamanı zərərçəkmiş şəxslərə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən ümumilikdə 2110 manat məbləğində sığorta ödənişi edilmişdir. Hazırda şirkət cavabdehdən həmin məbləğdə pul tələb edir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən,partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a.istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərəçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə ilə,nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnun yarandığı hallar göstərilmişdir. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən bu qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subraqasiya hüququ yaranır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh sığorta ödənişi üçün 2110 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, ödənilmiş 41,10 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh sığorta ödənişi üçün 2110 manat və ödənilmiş dövlət rüsumuna görə 41,10 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-2911/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2911/2024
20.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver