Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-319/2023 25.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «birgə nikah dövründə əldə olunmuş əmlakın satışından əldə olunmuş pul vəsaitinin bölünməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, OPEL ASTRA H minik markalı, buraxılış ili 2009, tünd boz metallik rəngli, mühərrik:3389850, BAN:W0L0AHL48A2036598, dövlət qeydiyyat nişanı ** CH ***, şəhadətnamə:BD 177160 olan avtomaşın üzərində 1/2 hissədə payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsinə dair ərizə göndərərək, OPEL ASTRA H minik markalı, buraxılış ili 2009, tünd boz metallik rəngli, mühərrik:3389850, BAN:W0L0AHL48A2036598, dövlət qeydiyyat nişanı ** CH ***, şəhadətnamə:BD 177160 olan avtomaşının satışından əldə edilmiş 10000 manatın yarısının ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı 16 iyul 2021-ci il tarixdə Cavabdeh ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Tərəflərin birgə nikahlarından 21 iyun 2022-ci il tarixdə X8 dünyaya gəlmişdir. Abşeron Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahları pozulmuşdur. Tərəflərin nikah dövründə OPEL ASTRA H minik markalı, buraxılış ili 2009, tünd boz metallik rəngli, mühərrik:3389850, BAN:W0L0AHL48A2036598, dövlət qeydiyyat nişanı ** CH ***, şəhadətnamə:BD 177160 olan avtomaşın əldə edilmişdir. Azərbaycan Respublikası DİN-nin 19 oktyabr 2022-ci il tarixli məktubuna əlavə edilmiş alqı-satqı müqaviləsinin surəti ilə müəyyən edilir ki, cavabdeh evdən gedəndən sonra 22 iyul 2022-ci il tarixdə OPEL ASTRA H minik markalı, buraxılış ili 2009, tünd boz metallik rəngli, mühərrik:3389850, BAN:W0L0AHL48A2036598, dövlət qeydiyyat nişanı ** CH ***, şəhadətnamə:BD 177160 olan avtomaşını 10000 manata özgəninkiləşdirmişdir. İddiaçı daha əvvəl 04 may 2022-ci il tarixdə hazırki iş üzrə cavabdehə qarşı nikahın pozulması tələbi ilə Abşeron rayon məhkəməsinə müraciət etmiş, məhkəmə dövründə övladı dünyaya gəldiyi və cavabdehin də barışıq üçün can atdığını görüb ailənin yenidən bərpa etmək üçün ikinci şans vermək qərarına gəlmişdir. Buna görə də, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçı tərəfindən geri götürülmüşdür. Abşeron rayon məhkəməsinin 13 iyul 2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmış, lakin tərəflər barışdıqdan sonra iddiaçının cavabdehlə yenidən aralarında söz-söhbətlər, mübahisələr davam etməyə başlamışdır. Cavabdeh öz hərəkətləri və davranışları ilə bir daha ailə ola bilməyəcəyində iddiaçıda əminlik yaratdığından,iddiaçı nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etməyində haqlı olduğu qənaətinə gəlmişdir. Cavabdeh yaşadığı evdən getdikdən sonra iddiaçıya 21 iyul 2022-ci il tarixdə saat 12.48-də istifadəsində olduğu *** ** ** 00 mobil nömrəsindən aşağıdakı məzmunda sms yazmışdır. “Səni incitdiyimə görə, xətrinə dəydiyimə görə bağışla. Məni bilirsən, əsəbləşirəm, bəzən hisslərimə mane ola bilmirəm, amma sonradan peşman oluram. Ancaq məni də başa düşməyini istəyirəm az da olsa. Mənim də hisslərim var. Mən də insanam. Düzdü bəlkə bu yazdıqlarım bir şey dəyişməyəcək, amma istədim bildirim sənə. İkinizi də çox istəyirəm mən aldığım nəfəsimsiniz. Yenə də bağışla hər şeyə görə, üzr istəyirəm. Əlinin də sünnəti mübarək olsun inşallah.Müsəlman oldu bu gün. İnşallah böyük toyunu görəsən, amin. Bağışlayın, sizə layiq ola bilmədim.” 22 iyul 2022-ci il tarixdə saat 13.16-da “ salam, hər vaxtın xeyir olsun. Necəsən? Əli necədi? Yaxşıdı?” N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 aprel 2021 -ci il tarixli qərarı baxımından da tərəflər arasında olan sms yazışma qanuni yolla əldə edilmiş hesab edilə bilər. Qeyd edilənlərə əsasən o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, baxmayaraq ki, 22 iyul 2022-ci il tarixdə onunla X6 arasında OPEL ASTRA H minik markalı, buraxılış ili 2009, tünd boz metallik rəngli, mühərrik:3389850, BAN:W0L0AHL48A2036598, dövlət qeydiyyat nişanı ** CH ***, şəhadətnamə:BD 177160 olan nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi bağlanmışdır, lakin alqısatqı müqaviləsinin bağlanmasından çox qabaq xx.xx.2022-ci ildə sözügedən maşın başqa şəxsə verilmiş və o, maşına görə 10000 manat məbləğində pul almış, həmin 10000 manat məbləğində puldan Sənubərin xəbəri olmuş və həmin məbləğ iddiaçı ilə birlikdə ailə ehtiyacları üçün xərclənmişdir. O, iddiaçı ilə boşanarkən artıq maşın satılmış, etibarnamənin vaxtının bitməsi dövrü bunu sübut edir. xx.xx.2022-ci il tarixdə, ** CH *** dövlət qeydiyyat nişanlı avtomobul rəsmi qaydada satılarkən ona hər hansı bir məbləğ verilməmişdir.Bundan əlavə OPEL ASTRA H minik markalı, buraxılış ili 2009, tünd boz metallik rəngli, mühərrik:3389850, BAN:W0L0AHL48A2036598, ** CH *** dövlət qeydiyyat nişanlı avtomobilin bankdan götürülmüş kredit əsasında alınmışdır. İş materiallarında olan 2 saylı Notariat Ofisində onunla keçmiş qaynanası arasında bağlanılmış 27 aprel 2022-ci il tarixli borcun etirafı müqaviləsində həmin 12000 manatın onun tərəfindən qaytarılması da öz əksini tapmışdır.Hal-hazırda isə iddiaçının 7 CH 317 dövlət qeydiyyat nişanlı avtomobilə görə ondan yenidən pul tələb etməsi tam əsassızdır.Qeyd edilənlərə əsasən, o, iddianın rədd edilməsini xahiş edir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-4284/2022 saylı, 04 oktyabr 2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında Sumqayıt “ASAN Xidmət” X3 bağlanmış 16 iyul 2021-ci il tarixli, 1584 saylı nikahın pozulması, 17 iyun 2022-ci il təvəllüdlü X5 anası İddiaçı yanında qalması, xx.xx.2022-ci il tarixdən başlayaraq 17 iyun 2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində aliment və 17 iyun 2022-ci il təvəllüdlü X5 3 yaşına çatana qədər saxlanılması üçün əlavə xərc olaraq 100 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 43,16 manat dövlət rüsumunun tutularaq dövlət nəfinə keçirilməsi qət edilmişdir. İş materiallarında olan faktiki istifadəsindəna və məktuba əlavə edilmiş komputer çıxarışına əsasən, OPEL ASTRA H minik markalı, buraxılış ili 2009, tünd boz metallik rəngli, mühərrik:3389850, BAN:W0L0AHL48A2036598, dövlət qeydiyyat nişanı ** CH ***, şəhadətnamə:BD 177160 olan avtomaşın xx.xx.2022-ci il tarixində Cavabdeh adına qeydiyyata alınmışdır. İş materiallarında olan 22 iyul 2022-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh OPEL ASTRA H minik markalı, buraxılış ili 2009, tünd boz metallik rəngli, mühərrik:3389850, BAN:W0L0AHL48A2036598, dövlət qeydiyyat nişanı ** CH ***, şəhadətnamə:BD 177160 olan avtomaşını alıcı X2 10000 manata satmışdır. İş materiallarında olan 2 saylı Notariat Ofisində bağlanılmış 27 aprel 2022-ci il tarixli borcun etirafı müqaviləsindən görünür ki, Cavabdeh Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsini 17000 manat, ** HS *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini 25000 manat qiymətləndirir, cehiz pulu əvəzinə götürülmüş 5000 manat pul və banklardan götürülmüş 12000 manat kredit, ümumilikdə 59000 manat olmaqla X1 borcu olduğunu etiraf etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını hərtərəfli, tam və obeyktiv araşdırıb hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı işin mübahisə edilməyən hallarından müəyyən edilir ki, İddiaçı və Cavabdeh arasında 16 iyul 2021-ci il tarixində rəsmi nikah bağlanmış və birgə nikahda olduqları dövrdə, yəni xx.xx.2022-ci il tarixində OPEL ASTRA H minik markalı, buraxılış ili 2009, tünd boz metallik rəngli, mühərrik:3389850, BAN:W0L0AHL48A2036598, dövlət qeydiyyat nişanı ** CH ***, şəhadətnamə:BD 177160 olan avtomaşın Cavabdeh adına qeydiyyata alınmış və həmin avtomobil 22 iyul 2022-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi əsasında alıcı X2 10000 manata satmışdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-4284/2022 saylı, 04 oktyabr 2022ci il tarixli qətnaməsi ilə tərəflər arasında nikah pozulmuşdur.İddiaçı tərəf tərəflər arasınd olan 21 iyul 2022-ci il tarixli “sms”yazışmalarına istinad edərək OPEL ASTRA H minik markalı, ** CH *** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunan vəsaitin ailə büdcəsinə xəclənmədiyini göstərmişdir.Bununla bağlı cavbdeh etiraz edərək nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin bağlanmasından çox qabaq xx.xx.2022-ci ildə sözügedən maşın başqa şəxsə faktiki olaraq etibarnamə əsasında satdığını, bundan iddiaçının xəbəri olduğunu və həmin məbləğ iddiaçı ilə birlikdə ailə ehtiyacları üçün xərlədiyini bildirmişdir. OPEL ASTRA H minik markalı, ** CH *** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən başqa şəxsə etibarnamə əsasında verməsi iş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2022-ci il tarixli 133790-/222 saylı məktubu ilə təstiqini tapmışdır.Məhkəmə iclasında isə sübutların tədqiqatı zamanı cavabdehin göstərdiyi xüsusatları təkzib edəcək mötəbər sübutlar müəyyən edilməmiş, AR MPM-in 77.1-ci maddəsinin tələbinə görə isə həmin sübutları təqdim etmək vəzifəsini isə iddiaçı tərəfin üzərində olduğu halda,sübutlar məhkəməyə təqdim edilmədiyindən, məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən, bir qayda olaraq, affırmanti, non neganti incumbiti probation (sübut etmək yükü təkzib edənin deyıl, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. qətetdi: İddiaçı Cavabdeh qarşı OPEL ASTRA H minik markalı, buraxılış ili 2009, tünd boz metallik rəngli, mühərrik:3389850, BAN:W0L0AHL48A2036598, dövlət qeydiyyat nişanı ** CH ***, şəhadətnamə:BD 177160 olan avtomaşının satışından əldə edilmiş 10000 manatın yarısının ona ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə Abşeron rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №e-2(012)-319/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-319/2023
25.01.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver