Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3311/2023 25.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh X2 nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh X3 qarşı qızıl-ziynət və cehiz əşyaları tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3 qarşı qızıl-ziynət və cehiz əşyaları tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Shiwaki markalı Smart Televizor (108 ekran), televizor stendi, divan, xalça, pərdələr, qonaq otağı üçün stol və stullar, yataq otağı üçün mebel dəsti, Samsung markalı soyuducu, Samsung markalı paltaryuyan, mətbəx ləvazimatı, dəhliz üçün şkaf, HP markalı Notebook, bir ədəd X8,1 ədəd tək qaşlı nişan üzüyü, 1 ədəd boyunbağı, 1 ədəd üzük, 1 cüt sırğanın Cavabdeh alınaraq ona qaytarılması, həmin əmlaklar mövcud olmadıqda, onların dəyəri olan 9050 manat pul məbləğinin, habelə 111 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 25 dekabr 2022-ci ildə rəsmi nikaha daxil olmuş, nikahları 2 saylı Sumqayıt “ASAN” Xidmət Mərkəzi Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 25 dekabr 2023-cü il tarixdə 552931 nömrə ilə qeydə alınmışdır. Onların ilk vaxtlarda ailə münasibətləri normal olsa da, lakin bir müddət sonra münasibətləri kəskin pisləşdiyi üçün o, məcburiyyət qarşısında qalaraq valideynlərinin evinə qayıtmışdır. Daha sonra isə Cavabdeh nikahın pozulması tələbinə dair Abşeron Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. O, cavabdehin evindən çıxıb gedərkən özü ilə heçnə götürməmişdir. Ona məxsus şəxsi əşyaları, o cümlədən nişan və toy zamanı hədiyyə şəklində aldığı qızıl-ziynət əşyaları cavabdehin evində qalmışdır. Həmin əşyalar:- Shiwaki markalı Smart televizor 108 ekran (500 azn), televizor stendi (300 manat), divan (800 manat), xalça (250 manat), qonaq otağı üçün pərdə (300 manat), qonaq otağı üçün stol və 6 stul (450 manat), yataq otağı üçün pərdə (300 manat), yataq otağı üçün mebel dəsti (şfoner, yataq, termo, yorğandöşək dəsti 1450 manat) Samsung markalı soyuducu (1100 manat), Samsung markalı paltaryuyan (650 manat), mətbəx ləvazimatları (800 manat), 12 ədəd bakal, 1 ədəd çaynik, 1 ədəd çaydan, 2 ədəd qənd qabı, 2 ədəd konfet qabı, 6 ədəd kasa, 1 ədəd çörək qabı, 1 ədəd şəkər tozu qabı, 2 ədəd salat qabı, 2 ədəd limon qabı, 6 ədəd çay stəkanı və nəlbəkisi (xrustal), 6 ədəd mürəbbə qabı, 12 ədəd yemək qaşığı, 12 ədəd çəngəl, 12 ədəd desert çəngəli, 12 ədəd çay qaşığı, 6 ədəd yağ bıçağı, 2 ədəd qazan, 2 ədəd tava, 6 ədəd fincan və nəlbəkisi, 6 ədəd piyalə dəsti, 2 ədəd duz qabı, 1 ədəd aş buludu, 6 ədəd boşqab dəsti (salat və yemək üçün hər bir dəstdə 4 boşqab olmaqla), dəhliz üçün şkaf (250 manat), HP markalı Notebook (800 manat), X8 (100 manat), qızıl-ziynət əşyalarının siyahısı: 150 manat dəyərində 585 əyarlı 1 ədəd tək nişan üzüyü, 250 manat dəyərində 585 əyarlı 1 ədəd boyunbağı, 450 manat dəyərində 585 əyarlı 1 ədəd üzük, 150 manat dəyərində 585 əyarlı 1 cüt sırğadan ibarətdir. Həmin əmlakların cavabdehdən alınıb ona verilməsini istəyir. Bu səbəbdən də, məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək, təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X2 nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini qismən qəbul etdiyini bildirdi. Qeyd etdi ki, iddidaçının iddia ərizəsində qeyd etdiyi cehiz əşyalarından 6 ədəd xrustal stəkan və 300 manat dəyərində pərdədən başqa qalan cehiz əşyaları hazırda evdədir. Həmin əşyaları da iddiaçıya verməyə etiraz etmir. Qızıl-ziynət əşyalarından isə iddiaçıya 1 ədəd üzük, 1 ədəd boyunbağı və 1 cüt sırğa hədiyyə edilmiş, 150 manat dəyərində 1 ədəd nişan üzüyü isə ümumiyyətlə hədiyyə edilməmişdir. Oğlu iddiaçı ilə ailə həyatı qurarkən, oğlunun ikinci evliliyi olduğundan onlara toy və nişan mərasimi keçirilməmişdir. İddiaçıya hədiyyə şəklində alınmş həmin qızıl-ziynət əşyaları da iddiaçının özündə olmuş və atası evinə gedərkən özü ilə aparmışdır. Cavabdeh X4 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia tələbini qismən qəbul edir. Belə ki, həqiqətən də iddiaçı ilə aralarında hər hansı bir mübahisə olmamış, iddiaçını özünün istəyi ilə qonaq kimi valideynlərinin evinə aparmışdır. Həmin vaxt qızıl-ziynət əşyaları da iddiaçının üzərində olmuşdur. Onun ikinci evliliyi olduğu üçün heç bir toy və nişan mərasimləri olmamışdır. İddiaçıya hədiyyə olaraq 280 manat dəyərində 585 əyarlı 1 cüt sırğa, 1 ədəd üzük və 1 ədəd boyunbağı alınmışdır. İddia ərizəsində göstərilmiş 585 əyarlı dəyəri 150 manat olan nişan üzüyü isə ümumiyyətlə olmamışdır. Məhkəməyə təqdim etdiyi şəkillər də, qeyd etdiklərini təsdiq edir. İddiaçıya hədiyyə olunan qızıl-ziynət əşyaları gündəlik taxılan ziynət əşyaları olmuşdur. Həmin əşyalar hər zaman da iddiaçının üzərində olmuşdur. İddiaçı evi hər hansı mübahisə zəmnində tərk etməmişdir. İddiaçıya cəmi 280 manat dəyərində qızıl-ziynət əşyası alınmışdır. Lakin ərizədə qızıl-ziynət əşyalarının dəyəri şişirdilmişdir. İddiaçı valideynlərinin yanında qaldıqdan bir neçə gün sonra ona zəng edərək, onu evə qeydiyyata salmağı tələb etmiş, həmçinin nikahın pozulması ilə məhkəməyə müraciət edəcəyini bildirmişdir. İddiaçının cehiz kimi gətirdiyi əmlaklarını onlara məxsus evdə götürməsinə etiraz etmir. Lakin iddiaçının tələb etdiyi yataq otağı üçün pərdə ümumiyyətlə olmamışdır. Belə ki, onlara məxsus evin yataq otağında pəncərə yoxdur. Həmçinin, iddia ərizəsində cehiz əmlaklarının qiymətləri də şişirdilmişdir. Bu səbəbdən də, iddiaçının iddia tələblərini cehiz əmlakları hissəsində qismən təmin edilməsi, qızıl-ziynət tələbinə dair hissədə isə rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -X5 və Ekspertiza Mərkəzi MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 130 saylı mütəxəssis rəyindən görünür ki, İddiaçı yaşadığı ünvanda olan cehiz əmlaklarının (eletronika və məişət əşyalarının) real bazar qiyməti:- 1 ədə Shiwaki markalı Smart televizor 108 ekran 350 manat, 1 ədəd televizor stendi 100 manat, 1 ədə divan 400 manat, 1 ədəd xalça 80 manat, 1 ədəd qonaq otağı üçün pərdə 150 manat, qonaq otağı üçün 1 ədəd stol və 6 ədəd stul dəsti 200 manat, 1 ədəd yataq otağı üçün pərdə dəsti 150 manat, yataq otağı üçün mebel dəsti (şifoner, yataq, termo, yorğan-döşək dəsti 700 manat, 1 ədəd Samsung markalı soyuducu 550 manat, 1 ədəd Samsung markalı paltaryuyan 350 manat, 12 ədəd bakal dəsti 50 manat, 1 ədəd çaynik 10 manat, 1 ədəd çaydan 20 manat, 2 ədəd qənd qabı 14 manat, 2 ədəd konfet qabı 14 manat, 6 ədəd kasa dəsti 20 manat, 1 ədəd çörək qabı 2 manat, 1 ədəd şəkər tozu qabı 5 manat, 2 ədəd salat qabı 10 manat, 2 ədəd limon qabı 6 manat, 6 ədəd mürəbbə qabı dəsti 20 manat, 12 ədəd yemək qaşığı dəsti 15 manat, 12 ədəd çəngəl dəsti 15 manat, 12 ədəd desert çəngəli dəsti 10 manat, 12 ədəd çay qaşığı dəsti 10 manat, 6 ədəd yağ bıçağı dəsti 10 manat, 2 ədəd qazan 60 manat, 2 ədəd tava 50 manat, 6 ədəd fincan və nəlbəki dəsti 20 manat, 6 ədəd piyalə dəsti 50 manat, 2 ədəd duz qabı 2 manat, 1 ədəd aş buludu 10 manat, 4 ədəd boşqab dəsti (salat və yemək üçün hər bir dəstdə 6 boşqab olmaqla) 100 manat, 1 ədəd dəhliz üçün şkaf 100 manat, 1 ədəd HP markalı Notebook 250 manat, X8 20 manat, cəmi 3923 manat müəyyən edilmişdir. -X5 və Ekspertiza Mərkəzi MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 138 saylı mütəxəssis rəyindən görünür ki, fotoşəkillər üzrə təqdim olunan qızıl-ziynət əşyalarının orta bazar qiyməti 1 ədəd tək nişan üzüyü (585 əyarlı, təqribi çəkisi 2 qram) 150 manat, qarnitur dəsti: 1 ədəd boyunbağı (585 əyarlı, təqribi çəkisi 3-4 qram) 250 manat, 1 ədəd üzük (585 əyarlı, təqribi çəkisi 6-7 qram) 450 manat, 1 cüt sırğa (585 əyarlı, təqribi çəkisi 2 qram) 150 manat müəyyən edilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı cavabdeh X4 ilə 25 dekabr 2022-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. İddiaçı gəlin köçərkən cehiz kimi ona hədiyyə şəklində verilmiş 1 ədəd üzük, 1 ədəd boyunbağı, 1 cüt sırğa və 1 ədəd nişan üzüyü olan qızıl-ziynət əşyalarını gətirmişdir. Tərəflər arasında ailə münasibətləri kəsildiyindən iddiaçı ona hədiyyə şəkilində verilmiş, iddia ərizəsində qeyd edilmiş qızıl-ziynət və cehiz əyalarının cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. Məhkəmə göstərilənlərlə bağlı qeyd edir ki, iddia tələbində göstərilmiş 1 ədəd qızıl üzük, 1 cüt sırğa və 1 ədəd boyunbağı həqiqətən iddiaçıya hədiyyə şəkilində verilərək üzərinə taxılması tərəflərin izahatlarında öz təsdiqini tapır. Belə ki, cavabdehin məhkəməyə ünvanladığı etiraz ərizəsində və cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi ifadəsində də, iddiaçıya 1 ədəd qızıl üzük, 1 cüt sırğa və 1 ədəd boyunbağıdan ibarət qızıl-ziynət əşyalarının hədiyyə şəkilində verilməsi təsdiq edilmişdir. Lakin iddiaçı həmin qızıl-ziynət əşyalarını özü ilə atası evinə aparmadığını desə də, cavabdeh tərəfi qızıl-ziynət əyalarını iddiaçı tərəfindən evdən çıxarkan aparıldığını bildirmişdir. Göründüyü kimi hər iki tərəf qızıl-ziynət əşyalarının evdən aparılıbaparılmamasını təkzib edir. Eyni zamanda iddia tələbində göstərilmiş cehiz əyaları ilə əlaqədar tərəflərin izahatından müəyyən olunur ki, hər iki tərəf iddiaçı tərəfindən cehiz kimi əmlakların gətirilməsini qeyd etmiş olsa da, cavabdeh tərəf izahatında cehiz əşyalarından 300 manat dəyərində yataq otağı üçün pərdə və 6 ədəd xrustal stəkan-nəlbəki dəstinin ümumiyyətlə olmadığını bildirmişdir. Göstərilənlərlə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Göründüyü kimi qanunvericilik iddianın sübut edilməsi vəzifəsini iddiaçının üzərinə qoyur. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, iddia tələbində göstərilmiş qızıl-ziynət əşyaların cavabdehin evində qalmasını sübut etmə vəzifəsi iddiaçının üzərinə düşməsinə baxmayaraq sübut edə bilməmiş, yalnız onlar tərəfindən təqdim edilmiş fotoşəkillər ilə sübut etməyə çalışmış, lakin digər tərəf onu inkar etmişdir. Ona görə də iddianın qızılziynət tələbi hissəsi sübut edilmədiyindən tələb rədd edilməlidir. Məhkəmə, iddia tələbinin cehiz əşyalarının qaytarılmasına dair hissəsi ilə bağlı qeyd edir ki, iddia ərizəsində qeyd olunan əmlaklardan 6 ədəd xrustal stəkan və 300 manat dəyərində yataq otağı üçün pərdədən başqa qalan cehiz əşyalarının hazırda cavabdehin yaşadığı evdə olması və həmin əmlakları cavabdeh tərəf könüllü olaraq iddiaçıya qaytarılmasına razı olmasını etiraf etdiyindən, habelə iddiaçı tərəfindən iddia ərizəsində qeyd olunan əmlaklardan 6 ədəd xrustal stəkan və 300 manat dəyərində yataq otağı üçün pərdəni cavabdehlə evlənərkən cehiz kimi əri evinə aparmasına dair mötəbər sübut təqdim edilmədiyindən, iddia tələbi cavabdeh tərəfin etiraf etdiyi hissədə təmin edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir, yəni ər-arvadın hər birinin əmlakıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2. maddəsində göstərilir ki, nikaha girənədək ər-arvadın hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Beləliklə yuxarıda göstərilənləri ümumiləşdirib və qanununun qeyd edilən tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və cavabdeh X1 iddiaçıya məxsus cehiz əşyaları – 1 ədəd Shiwaki markalı Smart Televizor (108 ekran), 1 ədəd televizor stendi, 1 ədəd divan, 1 ədəd xalça, qonaq otağı üçün pərdə, qonaq otağı üçün 1 ədəd stol və 6 ədəd stul, yataq otağı üçün mebel dəsti, 1 ədəd Samsung markalı soyuducu, 1 ədəd Samsung markalı paltaryuyan, 12 ədəd bakal, 1 ədəd çaynik, 1 ədəd çaydan, 2 ədəd qənd qabı, 2 ədəd konfet qabı, 6 ədəd kasa, 1 ədəd çörək qabı, 1 ədəd şəkər tozu qabı, 2 ədəd salat qabı, 2 ədəd limon qabı, 6 ədəd mürəbbə qabı, 12 ədəd yemək qaşığı, 12 ədəd çəngəl, 12 ədəd desert çəngəli, 12 ədəd çay qaşığı, 6 ədəd yağ bıçağı, 2 ədəd qazan, 2 ədəd tava, 6 ədəd fincan və nəlbəki, 6 ədəd piyalə dəsti, 2 ədəd duz qabı, 1 ədəd aş buludu, 6 ədəd boşqab dəsti (salat və yemək üçün hər bir dəstdə 4 boşqab olmaqla), dəhliz üçün şkaf, HP markalı X6 Disk alınıb İddiaçı qaytarılmalıdır. Eyni zamanda, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 111 (yüz on bir) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbindən görünür ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı məxsus– 1 ədəd Shiwaki markalı Smart Televizor (108 ekran), 1 ədəd televizor stendi, 1 ədəd divan, 1 ədəd xalça, qonaq otağı üçün pərdə, qonaq otağı üçün 1 ədəd stol və 6 ədəd stul, yataq otağı üçün mebel dəsti, 1 ədəd Samsung markalı soyuducu, 1 ədəd Samsung markalı paltaryuyan, 12 ədəd bakal, 1 ədəd çaynik, 1 ədəd çaydan, 2 ədəd qənd qabı, 2 ədəd konfet qabı, 6 ədəd kasa, 1 ədəd çörək qabı, 1 ədəd şəkər tozu qabı, 2 ədəd salat qabı, 2 ədəd limon qabı, 6 ədəd mürəbbə qabı, 12 ədəd yemək qaşığı, 12 ədəd çəngəl, 12 ədəd desert çəngəli, 12 ədəd çay qaşığı, 6 ədəd yağ bıçağı, 2 ədəd qazan, 2 ədəd tava, 6 ədəd fincan və nəlbəki, 6 ədəd piyalə dəsti, 2 ədəd duz qabı, 1 ədəd aş buludu, 6 ədəd boşqab dəsti (salat və yemək üçün hər bir dəstdə 4 boşqab olmaqla), dəhliz üçün şkaf, HP markalı X6 Disk-dən ibarət cehiz əmlakları alınıb İddiaçı qaytarılsın. Cavabdeh 111 (yüz on bir) manat məbləğində dövlət rüsumun alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-3311/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3311/2023
25.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver