Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3427/2023 27.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cehiz əmlakın və qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xırdalan şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yataq dəsti mebeli 7000 manat dəyərində, qonaq otağı mebeli, 1 qorka, 1 bar, 1 televizor stendi, 1 divan, 2 kreslo, 1 yemək stolu, 8 oturacaq stulu 5000 manat dəyərində, ağ rəngdə uşaq beşiyi və şifoneri 750 manat dəyərində, Ağgül-Quba xalçası 1500 manat dəyərində, kiçik ipək xalça 200 manat dəyərində, 2 ədəd tək nəfərlik döşək, 1 taxt döşəyi, 1 uşaq döşəyi, 2 tək nəfərlik yorğan, 1 taxt yorğanı, 1 uşaq yorğanı, 5 ədəd balış 1500 manat dəyərində, 3 ədəd çilçıraq 1200 manat dəyərində, 2 şamdan, 1 güldan, 2 vaza, 1 külqabı, 12 stəkan Tom sex bülluru 1500 manat dəyərində, çəhrayı 2 vaza, 1 güldan bagema 500 manat dəyərində, Neman bülluru 2 vaz, 2 kiçik qəndqabı, 2 qapaqlı qəndqabı 300 manat dəyərində, qaşıq dəsti 200 manat dəyərində, 6 rəngli büllur qab 100 manat dəyərində, servis qabı 500 manat dəyərində, taxt örtüyü 3 ədəd 500 manat dəyərində, 1 ədəd dolça, 6 kiçik bokal 100 manat dəyərində, yataq otağı dəsti 200 manat dəyərində, ətçəkən maşın 350 manat dəyərində, şirəçəkən maşın 300 manat dəyərində, kombaynmikser dəsti 300 manat dəyərində, termostat 60 manat dəyərində, elektrik soba 60 manat dəyərində, mikrodalğalı soba 300 manat dəyərində, qabyuyan maşın 1500 manat dəyərində, çay servisi 900 manat dəyərində, göy rəngli yemək dəsti qabı 300 manat dəyərində, qazan dəsti nikel 250 manat dəyərində, qazan dəsti tökmə qranit 300 manat dəyərində, 2 böyük qazan 100 manat dəyərində, 18 ədəd boşqab – qırmızı - 40 manat dəyərində, 2 mavi və çəhrayı uşaq skuteri 80 manat dəyərində, xurustal lampa 60 manat dəyərində, bıçaq dəsti 70 manat dəyərində, 2 ədəd üzərində uşaqların adı yazılmış qızıl uşaq bilərziyi 220 manat dəyərində, 1 ədəd qızıl sırğa ürək formalı uzun 65 manat dəyərində olmaqla, cəmi 26305 manat dəyərində olan cehiz əşyalarının və qızıl-zinət əşyalarının alınaraq ona verilməsi, 170 manat ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə xx.xx.2018-ci il tarixdə Səadət Sarayı-Bakı Nikah Evində bağlanmış 455 nömrəli akt qeydli nikah pozulmuş və məhkəmə qətnaməsinə əsasən azyaşlı uşaqların onun yanında qalmaları müəyyən edilmişdir. Ona məxsus olan bütün cehiz əşyaları gəlin köçdüyü ünvan 1 ünvanında qalmışdır. Cavabdehdə qalan əşyaları aşağıdakılardan ibarətdir: yataq dəsti mebeli 7000 manat dəyərində, qonaq otağı mebeli, 1 qorka, 1 bar, 1 televizor stendi, 1 divan, 2 kreslo, 1 yemək stolu, 8 oturacaq stulu 5000 manat dəyərində, ağ rəngdə uşaq beşiyi və şifoneri 750 manat dəyərində, Ağgül- Quba xalçası 1500 manat dəyərində, kiçik ipək xalça 200 manat dəyərində, 2 ədəd tək nəfərlik döşək, 1 taxt döşəyi, 1 uşaq döşəyi, 2 tək nəfərlik yorğan, 1 taxt yorğanı, 1 uşaq yorğanı, 5 ədəd balış 1500 manat dəyərində, 3 ədəd çilçıraq 1200 manat dəyərində, 2 şamdan, 1 güldan, 2 vaza, 1 külqabı, 12 stəkan Tom sex bülluru 1500 manat dəyərində, çəhrayı 2 vaza, 1 güldan bagema 500 manat dəyərində, Neman bülluru 2 vaz, 2 kiçik qəndqabı, 2 qapaqlı qəndqabı 300 manat dəyərində, qaşıq dəsti 200 manat dəyərində, 6 rəngli büllur qab 100 manat dəyərində, servis qabı 500 manat dəyərində, taxt örtüyü 3 ədəd 500 manat dəyərində, 1 ədəd dolça, 6 kiçik bokal 100 manat dəyərində, yataq otağı dəsti 200 manat dəyərində, ətçəkən maşın 350 manat dəyərində, şirəçəkən maşın 300 manat dəyərində, kombayn-mikser dəsti 300 manat dəyərində, termostat 60 manat dəyərində, elektrik soba 60 manat dəyərində, mirodalğalı soba 300 manat dəyərində, qabyuyan maşın 1500 manat dəyərində, çay servisi 900 manat dəyərində, göy rəngli yemək dəsti qabı 300 manat dəyərində, qazan dəsti nikel 250 manat dəyərində, qazan dəsti tökmə qranit 300 manat dəyərində, 2 böyük qazan 100 manat dəyərində, 18 ədəd boşqab- qırmızı,- 40 manat dəyərində, 2 mavi və çəhrayı uşaq skuteri 80 manat dəyərində, xurustal lampa 60 manat dəyərində, bıçaq dəsti 70 manat dəyərində, 2 ədəd üzərində uşaqların adı yazılmış qızıl uşaq bilərziyi 220 manat dəyərində, 1 ədəd qızıl sırğa ürək formalı uzun 65 manat dəyərində. Bu əmlakların ümumi dəyəri 26305 manat təşkil edir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh bildirdi ki, tələb edilən bütün əmlaklar ondadır və o, bu əmlakları qaytarmağa hazırdır. Əmlakların qiyməti isə şişirdilmişdir. Əmlaklar qaytarıldığı təqdirdə onların dəyərinin tutulmasına zərurət yoxdur. Məhkəmə tərəfləri dinləyib, işin materiallarını araşdırıb, iş üzrə sübutlara qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin e-2(012)-5563/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci ı tarixdə Səadət Sarayı-Bakı Nikah Evində bağlanmış 455 nömrəli akt qeydli nikah pozulmuş, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X1 anası İddiaçı yanında saxlanılması, Cavabdeh İddiaçı xeyrinə xx.xx.2019-cu il təvəllüdlü X2 və 17.01,2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay hər bir uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin, xx.xx.2021-ci il təvəllüdlü X1 üç yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay 50 manat pul vəsaitinin tutulması qət edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı və cavabdehin rəsmi nikahı xx.xx.2018-ci il tarixdə qeydə alınmış və məhkəmə qətnaməsinə əsasən xx.xx.2022-ci il tarixdə pozulmuşdur. Onların birgə nikahından xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X4 adlı uşaqları olmuşdur. Tərəflər əvvəllər mehriban yaşasalar da, sonradan onların münasibətləri korlanmışdır. Onlar boşandıqdan sonra iddiaçıya məxsus bəzi cehiz əmlak və qızıl-zinət əşyaları cavabdehin yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 13-cü küçə, döngə 2-də yerləşən 68 saylı evdə qalmışdır. Bu səbəbdən iddiaçı hazırda həmin əşyaların cavabdehdən alınaraq ona verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizədə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Mülki Prosessual Məcəllənin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə mübahisə ilə əlaqədar qeyd edir ki, məhkəmə araşdırması zamanı cavabdeh iddiaçının iddia ərizəsində qeyd etdiyi cehiz əmlakın və qızıl-zinət əşyalarının mövcud olmasını, hazırda ona məxsus evdə olmasını və həmin əşyaların iddiaçı tərəfindən götürülməsinə heç bir etirazının olmadığını bildirmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddia ərizəsində göstərilən cehiz əmlak və qızılzinət əşyaları cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Bununla belə, tələb edilən əmlakların qiyməti ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, sübutetmə yükü üzərinə düşən iddiaçı qeyd olunan cehiz əmlakın və qızıl-zinət əşyalarının dəyəri barədə məhkəməyə hər hansı mötəbər sübut (qiymət kağızı, ödəmə qəbzi, hesab-faktura və s.) təqdim edə bilməmişdir. Bu əmlakların naturada mövcudluğu və cavabdehdə olması məhkəmə araşdırması zamanı təsdiqini tapmış hesab edilməklə işin mübahisəsiz halıdır və həmin əmlakların qiymətləndirilməsinə heç bir zərurət yoxdur. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməli, yataq dəsti mebeli, qonaq otağı mebeli, 1 qorka, 1 bar, 1 televizor stendi, 1 divan, 2 kreslo, 1 yemək stolu, 8 oturacaq stulu, ağ rəngdə uşaq beşiyi və şifoneri, Ağgül-Quba xalçası, kiçik ipək xalça, 2 ədəd tək nəfərlik döşək, 1 taxt döşəyi, 1 uşaq döşəyi, 2 tək nəfərlik yorğan, 1 taxt yorğanı, 1 uşaq yorğanı, 5 ədəd balış, 3 ədəd çilçıraq, 2 şamdan, 1 güldan, 2 vaza, 1 külqabı, 12 stəkan Tom sex bülluru, çəhrayı 2 vaza, 1 güldan bagema, Neman bülluru 2 vaz, 2 kiçik qəndqabı, 2 qapaqlı qəndqabı, qaşıq dəsti, 6 rəngli büllur qab, servis qabı, taxt örtüyü 3 ədəd, 1 ədəd dolça, 6 kiçik bokal, yataq otağı dəsti, ətçəkən maşın, şirəçəkən maşın, kombayn-mikser dəsti, termostat, elektrik soba, mirodalğalı soba, qabyuyan maşın, çay servisi, göy rəngli yemək dəsti qabı, qazan dəsti nikel, qazan dəsti tökmə qranit, 2 böyük qazan, 18 ədəd boşqab-qırmızı, 2 mavi və çəhrayı uşaq skuteri, xurustal lampa, bıçaq dəsti, 2 ədəd üzərində uşaqların adı yazılmış qızıl uşaq bilərziyi, 1 ədəd qızıl sırğa (ürək formalı, uzun) Cavabdeh alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 13-cü küçə, döngə 2-də yerləşən 68 saylı evdə qalmış yataq dəsti mebeli, qonaq otağı mebeli, 1 qorka, 1 bar, 1 televizor stendi, 1 divan, 2 kreslo, 1 yemək stolu, 8 oturacaq stulu, ağ rəngdə uşaq beşiyi və şifoneri, Ağgül-Quba xalçası, kiçik ipək xalça, 2 ədəd tək nəfərlik döşək, 1 taxt döşəyi, 1 uşaq döşəyi, 2 tək nəfərlik yorğan, 1 taxt yorğanı, 1 uşaq yorğanı, 5 ədəd balış, 3 ədəd çilçıraq, 2 şamdan, 1 güldan, 2 vaza, 1 külqabı, 12 stəkan Tom sex bülluru, çəhrayı 2 vaza, 1 güldan bagema, Neman bülluru 2 vaz, 2 kiçik qəndqabı, 2 qapaqlı qəndqabı, qaşıq dəsti, 6 rəngli büllur qab, servis qabı, taxt örtüyü 3 ədəd, 1 ədəd dolça, 6 kiçik bokal, yataq otağı dəsti, ətçəkən maşın, şirəçəkən maşın, kombayn-mikser dəsti, termostat, elektrik soba, mikrodalğalı soba, qabyuyan maşın, çay servisi, göy rəngli yemək dəsti qabı, qazan dəsti nikel, qazan dəsti tökmə qranit, 2 böyük qazan, 18 ədəd boşqab - qırmızı, 2 mavi və çəhrayı uşaq skuteri, xurustal lampa, bıçaq dəsti, 2 ədəd üzərində uşaqların adı yazılmış qızıl uşaq bilərziyi, 1 ədəd qızıl sırğa (ürək formalı, uzun) Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi kimi 170 manat pul Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-3427/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3427/2023
27.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver