Məhkəmə qərarları › İş №e-2(012)-3690/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3690/2023

18.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3690/2023 18.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1, Cavabdeh, onun nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona məxsus olan cehiz əşyaları: şfaner, krovatcüt taxt və matrası, 2 ədəd tumboçka, uzun güzgülü şkaf, 2 dənə krovat-tək nəfərlik, 2 tək matras, 1 cüt nəfərlik matras, 1 dənə plastik şkaf, servant- enli və uzun tək, güzgülü kamot, stol və 6 stul, televizor altdığı şkaf, uqlavoy divan, masa balaca(divan masası), asılqan şkafı(ayaqqabı), parça sandıqdan skaf, balaca uşaq krovat, soyuducu(LG), paltaryuyan, maşın(LG), peçka(txofka), stul 2dənə (taxtadan), televizor(LG), tozsoran- 2 dənə, ütü və ütü masası, paltar asılqanı, samovar( tokla çaynikli), tefal(kettil), 5 litrlik tokla kettil, ət çəkən maşın, xəmir açan maşın, pitiminutka, qaz peçi(iran), sok çəkən maşın, mikser, blender, saç feni, saç ütüsü, 24 nəfərlik 3priqmentli iç-içə qab və onun 4 ədəd buludu, 12 nəfərlik 3 piqmentli iç-içe qab və 2 ədəd buludu, 2ədəd salfetka qabı, 4 ədəd duz qabı, 2 ədəd çaynik, 6 çaşkası, 6 nəlbəki, Madonna servis (nabor), Çaynı servis (nabor), Kafeyni servis (nabor), 12 nəfərlik çaynı və nimçəsi (nabor), Xrustallar-1 cüt yekə meyvə qabı, 1 cüt yekə güldan, 1 cüt lötka, 1 cüt meyvə qabı balaca, 1 cüt qənd qabı, 1 cüt konfet qabı, 1 cüt mürəbbə qabı, Çərəz qabları, 6 paçka xrustal stəkan-nəlbəki, 3 paçka xrustal armudu stəkan-nəlbəki, 12 dənə razetka, Nimçə naboru-2 dəst, Sümbül qabları nabor-48/ 2 bulud, Kasalar-24, Maskurlar-24, Prastoy xrustal stəkan və nəlbəki hərəsindən 6 paçka, Salat eliyən qab, əlavə qaşıq, çəngəl, bıçaqlar, baqema rumkalar, baqema güldanlar, çəmədan- qaşıq naboru, çəmədan-bıçaq naboru, çüyünlər-5 dəst şişlər, padnos- nabor, padnos-1 cüt lak, padnos-3 dənə yekə su priboru- 3 cüt qoz çəkən maşın,çaşka naborları-5 qutu, kofe stəkanları, pepsistəkanları-12əd, kola stəkanları- rəngli 18əd, qazanlar, kastrulya naborları, tavalar,aliminium kastrulya və tavalar, çüyün kastrulyalar, tefalni nabor- bənövşəyi, aliminium çaydan, çayniklər 5 dənə, qəfədanlar- 4 dənə, bıçaq dəsti – 24 nəfərlik, əlavə bıçaq dəsti, rumka naborlar-42 ədəd dəst, çaynik üst-üstə, bıçaq dəsti nabor, qutuda işlətmədiyim qab-qacaqlar, XALÇALAR-Ağ, qara, boz xalça – 1 ədəd, Qəhvəyi xalça güllü- 1 ədəd, 2 ədəd balaca,1 dənə kilim, YORĞAN DÖŞƏK- Taxt döşəyi, 2 ədəd döşək- tək nəfərlik, Taxt yorğanı-1, Tək nəfərlik yorğan-2, Balış-8 ədəd, Uzun balış-2, Adyallar- 2 ədəd, 3 ədəd əlavə adyal, Uşaq adyalları- 3 ədəd, Sintefon yorğanlar, Pakrıvallar, Uşaqların və mənim geyimlərim, ayaqqabılarım, Yeni pastellərim-10 ədəd, İstifadə olunmuş 8 ədəd pastel dəsti, 4 ədəd -Uşaq yataq dəstinin, iddia ərizəsi üçün ödənmiş dövlət rüsumunun və 50 manat mediasiya xərcinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh 2013-cı ildə ailə həyatı qurmuşdur. Bu münasibətləri xx.xx.2013-cı il tarixində Abşeron Rayon Qeydiyyat Şöbəsində 909 saylı qeydlə rəsmiləşdirmişlər. 2013-cü il tarixindən 7 ay əvvələdək təsərrüfatı birgə idarə etməklə bir yerdə yaşamışlar. Bir neçə aydır ki, cavabdehin mənəvi işgəncələri səbəbindən faktiki olaraq ayrılmışlar və nikahları formal xarakter daşıyır. Birgə nikahlarından xx.xx.2013-cü il tarixində X6, xx.xx.2015-ci il tarixində X3 anadan olmuşdur. İddiaçı cavabdeh ilə xüsusiyyətlərinin üst-üstə düşməməsi, birgə yaşamaqları qeyrmümkün olması, xüsusiyət fərqliliyi səbəbindən rəsmi olaraq da ayrılmaq qərarına gəlmişdir. Onun nikahın pozulması barədə iddiası artıq məhkəmənin icraatındadır. Cavabdehdən aliment tutulması barədə müvəqqəti qərardad çıxarılandan sonra cavabdeh iddiaçıya qarşı şər böhtanlarını artırmaq və şərəf və ləyaqətimi alçaldan məlumatlar yaymağı artırmaqla yanaşı, qızıl-zinət əşyalarını və cehiz əşyalarını, geyimlərini, şəxsi əşyalarını qaytarmaqdan imtina edir. Bu səbəbdən iddiaçı mediasiyaya da müraciət etmiş, lakin heç bir nəticə əldə etməmişdir. Belə ki, cavabdehin evindən çıxarkən ona məxsus qeyd olunan əşyalar (cehiz, qızıl-zinət və s) cavabdehə məxsus evdə qalmışdır. Ona görə də məcbur qalaraq həmin əşyalarının alınıb ona verilməsinin təmin edilməsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1 iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, icra məmuru iddia ərizəsində göstərilən bütün əşyalar sok çəkən maşın çıxımaq şərti ilə yerində müəyyən etmiş, bu barədə akt tərtib etmişdir. Cavabdeh nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək, iddia ərizəsinin qismən təmin edilməsinə etiraz etmədiyini bildirdi. Eyni zamanda qeyd etdi ki, iddiaçıya məxsus iddia ərizəsində qeyd olunan əmlaklardan yalnız sok çəkən maşın yoxdur ki, bu barədə də icra məmuru akt tərtib edərkən qeyd etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - xx.xx.2023-cü il tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4, Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru vəzifəsi üzrə stajor X5, borclu Cavabdeh, tələbkar İddiaçı, borclunun atası Nümayəndə2 iştirakı ilə tərtib olunmuş aktın surətindən görünür ki. Abşeron rayon Məhkəməsinin 16(012)-248/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası məqsədi ilə borclunun yaşadığı Abşeron rayon, Masazır qəsəbəsi, S.Mehmandarov küçəsində yerləşən evə getmişlər. Baxış keçirilən zaman borclu və ev sakinlərinin razılığı ilə evə daxil olmuşlar. Evdə baxış keçirilən zaman icra sənədində göstərilən əşyalar aşkar edilmiş, əşyaların adları qeyd olunmuşdur. (sok çəkən maşından başqa) Həmin əşyaların özgəninkiləşdirilməsi borclu və digər şəxslərə qadağan edilməklə borclunun atası Nümayəndə2 saxlancına verilmişdir. - Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, AZ-İ № 909610 saylı nikahın haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X7 arasında nikah bağlanmış, arvada Qasımova soyadı verilmişdir. - Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, AZ-İ № 284250 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh, xx.xx.2013-cü ildə İddiaçı doğulmuş X2 atası hesab edilmişdir. - Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, AZ-İİİ № 598325 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2013-cü ildə Abşeron rayon Xırdalan şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh xx.xx.2013-cü ildə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2013-cü ildə X6 adlı övladları doğulmuşdur. Xasiyyətləri uyğun gəlmədiyindən aralarında olan nikahın pozulması ilə bağlı iddiaçı məhkəməyə müraciət etmişdir. Hazırda ayrı yaşayırlar, ailənin bərpası qeyri-mümkündür. İddiaçıya məxsus cehiz əşyaları cavabdehin yaşadığı evdə qaldığından iddiaçı hazırda iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus cehiz əşyalarının cavabdehdən alınaraq ona qaytarılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8, Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru vəzifəsi üzrə stajoru X9, borclu Cavabdeh, tələbkar İddiaçı, borclunun atası Qasımov X1 rayon Məhkəməsinin 16(012)- 248/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası məqsədi ilə cavabdehin yaşadığı Abşeron rayon, Masazır qəsəbəsi, S.Mehmandarov küçəsində yerləşən evə getmiş, iddiaçının iddia ərizəsində qeyd etdiyi əşyalar siyahıya alınaraq akt tərtib olunmuşdur. Həmin aktdan görünür ki, iddiaçının iddia tələbində qeyd etdiyi əmlaklardan sok çəkən yerində müəyyən edilməmişdir. Bunu məhkəmə iclası zamanı cavabdehin nümayəndəsi də izahatında etiraf etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi və cehiz əşyaları olaraq sadaladığı əşyaların ona məxsus olması cavabdehin izahatı ilə öz təsdiqini tapmaqla hazırki mülki işin mübahisəsiz tərəfidir. Mülki Prosessual Məcəllənin: 52.2. maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3. maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 106.3. maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlandırılacaq): 34.1. maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Məhkəmə araşdırması zamanı tərəflərin izahatlarına əsasən, iddiaçıya məxsus olan əşyaların həqiqətən də cavabdehə məxsus olan mənzildə olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından məhkəmə cavabdehin nümayəndəsinin qismən etirafını qanuni və əsaslı sayıb, həmin etirafın qanuna zidd olmadığı və ya başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı qənaətinə gəlir və hesab edir ki, iddia tələbləri əsaslıdır, ona görə də təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 222.1. maddəsinə əsasən, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 nömrəli Qərarının 9.2. bəndinə əsasən, əmlak tələbi barədə iddialar təmin olunduqda gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda həmin əmlakın dəyərinin pulla ödənilməsi də qətnamədə həll olunmalıdır. Mülki Prosessual qanunvericiliyin, eyni zamanda, Plenum Qərarının hüquqi mövqeyinə istinad edərək məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki iş üzrə çıxarılan məhkəmə aktının yekun nəticə hissəsində cavabdehdən alınmalı olan əmlak barəsində zəruri rekvizitlər (adı, miqdarı və sair) dəqiq şəkildə qeyd olunmalıdır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Beləliklə, məhkəmə iddiaçının iddia tələbinə hüquqi qiymət verərək qeyd edir ki, iddiaçının iddia tələbində qeyd olunan cehiz əşyalarına dair akt tərtib olunduğundan, həmin aktda iddia tələbində qeyd olunan əşyalardan “sok çəkən maşın” yerində müəyyən edilmədiyindən, ondan başqa iddia tələbində qeyd olunan əşyanın cehiz əşyası kimi alınması mülki iş materiallarına əlavə olunmuş sənədlərlə öz təsdiqini tapmadığından cehiz əyyaları tələbinin həmin hissəsində tələb təmin edilməməlidir. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh iddiaçının iddia tələbində tələb etdiyi “sok çəkən maşın” istisna olmaqla, qalan bütün əşyalar alınaraq iddiaçıya geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 40 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməli, iddianın mediasiya xərci kimi ödənilmiş 50 manat tutulması hissəsi, həmin məbləğ məhkəmə xərclərinə aid olmadığından təmin olunmamalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh şfaner, krovat-cüt taxt və matrası, 2 ədəd tumboçka, uzun güzgülü şkaf, 2 dənə krovat-tək nəfərlik, 2 tək matras, 1 cüt nəfərlik matras, 1 dənə plastik şkaf, servantenli və uzun tək, güzgülü kamot, stol və 6 stul, televizor altdığı şkaf, uqlavoy divan, masa balaca (divan masası), asılqan şkafı (ayaqqabı), parça sandıqdan skaf, balaca uşaq krovat, soyuducu(LG), paltaryuyan, maşın(LG), peçka (txofka), stul 2dənə (taxtadan), televizor (LG), tozsoran- 2 dənə, ütü və ütü masası, paltar asılqanı, samovar( tokla çaynikli), tefal (kettil), 5 litrlik tokla kettil, ət çəkən maşın, xəmir açan maşın, pitiminutka, qaz peçi (iran), mikser, blender, saç feni, saç ütüsü, 24 nəfərlik 3 priqmentli iç-içə qab və onun 4 ədəd buludu, 12 nəfərlik 3 piqmentli iç-içe qab və 2 ədəd buludu, 2ədəd salfetka qabı, 4 ədəd duz qabı, 2 ədəd çaynik, 6 çaşkası, 6 nəlbəki, Madonna servis (nabor), Çaynı servis (nabor), Kafeyni servis (nabor), 12 nəfərlik çaynı və nimçəsi (nabor), Xrustallar-1 cüt yekə meyvə qabı, 1 cüt yekə güldan, 1 cüt lötka, 1 cüt meyvə qabı balaca, 1 cüt qənd qabı, 1 cüt konfet qabı, 1 cüt mürəbbə qabı, Çərəz qabları, 6 paçka xrustal stəkan-nəlbəki, 3 paçka xrustal armudu stəkan-nəlbəki, 12 dənə razetka, Nimçə naboru-2 dəst, Sümbül qabları nabor-48, 2 bulud, Kasalar-24, Maskurlar-24, Prastoy xrustal stəkan və nəlbəki hərəsindən 6 paçka, Salat eliyən qab, əlavə qaşıq, çəngəl, bıçaqlar, baqema rumkalar, baqema güldanlar, çəmədan- qaşıq naboru, çəmədan-bıçaq naboru, çüyünlər-5 dəst şişlər, padnos- nabor, padnos-1 cüt lak, padnos-3 dənə yekə su priboru- 3 cüt qoz çəkən maşın,çaşka naborları-5 qutu, kofe stəkanları, pepsi stəkanları-12əd, kola stəkanlarırəngli 18 əd, qazanlar, kastrulya naborları, tavalar, aliminium kastrulya və tavalar, çüyün kastrulyalar, tefalni nabor- bənövşəyi, aliminium çaydan, çayniklər 5 dənə, qəfədanlar- 4 dənə, bıçaq dəsti – 24 nəfərlik, əlavə bıçaq dəsti, rumka naborlar-42 ədəd dəst, çaynik üst-üstə, bıçaq dəsti nabor, qutuda işlətmədiyim qab-qacaqlar, XALÇALAR-Ağ, qara, boz xalça – 1 ədəd, Qəhvəyi xalça güllü- 1 ədəd, 2 ədəd balaca,1 dənə kilim, YORĞAN DÖŞƏK- Taxt döşəyi, 2 ədəd döşək- tək nəfərlik, Taxt yorğanı-1, Tək nəfərlik yorğan-2, Balış-8 ədəd, Uzun balış-2, Adyallar- 2 ədəd, 3 ədəd əlavə adyal, Uşaq adyalları- 3 ədəd, Sintefon yorğanlar, Pakrıvallar, Uşaqların və iddiaçının geyimləri, ayaqqabıları, Yeni pastellərim-10 ədəd, İstifadə olunmuş 8 ədəd pastel dəsti, 4 ədəd -Uşaq yataq dəsti alınaraq İddiaçı qaytarılsın. Cavabdeh dövlət rüsumuna görə 40 (qırxi) manat pul vəsaiti alınaraq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar