Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3780/2024 23.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Nümayəndə1, Cavabdeh "xxxx" MMMC-nin nümayəndəsi Nümayəndə3 və "xxxx" MMMC-nin vəkilinümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK və "xxxx" Mənzil Mülkiyyətçilərin Müştərək Cəmiyyətinə qarşı avtodayanacaqların təhvil verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MTK və “Abşeron, Xırdalan-4” Mənzil Mülkiyyətçilərin Müştərək Cəmiyyətinə qarşı avtodayanacaqların təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Abşeronservis-A’’ МTK tərəfindən ünvan 1 ünvanında inşa edilmiş hündürmərtəbəli yaşayış binasının -1 mərtəbəsində (zirzəmi mərtəbəsi) yerləşən və ona məxsus olan 11 ədəd avtodayanacağın (qarajın) plan sxeminin və onların iddiaçıya məxsusluğu barəsində müvafiq sənədlərin (müqavilə və maliyyə arayışı) dublikatının ona təqdim edilməsi vəzifəsinin cavadehlərin üzərinə qoyulması, 11 ədəd avtodayanacağın ona geri təhvil verilməsi vəzifəsinin cavabdeh "xxxx" MMMC-nin üzərinə qoyulması, həmçinin 2024-cü ilin fevral ayından ödənilməmiş qalmış 10 ədəd qarajın icarə haqqı məbləğlərini təşkil edən 2.500 (iki min beş yüz) manat məbləğində pul vəsaitinin cavabdeh "xxxx" MMMC-dən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “Abşeronservis-A’’ МTK üzvlərinin ümumi iclasının 09 avqust 2009-cu il tarixli 06 saylı protokolundan çıxarışında göstərilmişdir ki, “İclasın sədri cənab X2 çıxış edərək bildirdi ki, kooperativ yaşayış binasının zirzəmi hissəsində 48 ədəd maşın dayanacağı nəzərdə tutulub və binanın layihəsi Abşeron Rayon icra Hakimiyyəti Başçısı tərəfindən 610 sayla, xx.xx.2004-cü il tarixdə razılaşdırılıb. Kooperativin sədri çıxışın sonunda həmin dayanacaqların 11 ədədinin dəyərinin İddiaçı tərəfindən tam ödənilməsini nəzərə alaraq payçının istifadəsinə və sahibliyinə təklif etdi. Təklif səsə qoyuldu: lehinə - 36; əlehinə - 0; birtərəf – 0 Qərara alındı: Layihədə ştrixlənmiş 11 ədəd dayanacağın MTK üzvü İddiaçı verilsin.” Bundan sonra adıçəkilən dayanacaqların müvafiq sənədləri “Abşeronservis-A’’ МTK-nın sədrinin imzası və möhürü ilə ona təqdim edilmişdir. Daha sonra o, adıçəkilən qarajların dəyərini ödəməklə, qeyd olunan əmlaklar onun sahibliyinə verilmişdir. İnşa edilmiş hündürmərtəbəli yaşayış binası mülkiyyətçilərin idarəedilməsinə verildiyindən, mülkiyyətçilər tərəfindən "xxxx" MMMC təsis edilmiş və MTK tərəfindən bütün sənədlər MMMC-yə təqdim edilməklə, idarəetmə MMMC-yə keçmişdir. xx.xx.2021-ci il tarixində onunla "xxxx" MMMC-i arasında bağlanmış Müqaviləyə əsasən, ona məxsus olan 10 ədəd qarajın hər biri 50 manat olmaqla ümumilikdə 500 manata, 145,4 kv.m. ibarət olan 1 ədəd 3 otaqlı mənzili 500 manata, 65 kv.m. ibarət olan qeyriyaşayış ofisi 650 manata və 100 kv.m. ibarət olan mağazin kimi istifadə olunan qeyriyaşayış sahəsi 1200 manat olmaqla, ümumilikdə 2850 manat pul vəsatinin hər ayın 3 günü ərzində MMMC tərəfindən yığılaraq ona təhvil verilməsi razılaşdırılmışdır. Müqavilənin müddəti beş il olmaqla xx.xx.2026-cı il tarixinədək müəyyən edilmişdir. Müqavilə bağladığı zaman, ona məxsus olan qarajların sənədlərinin kserosurətləri cavabdehə təqdim edilmiş və qarajların yerlərini hər iki tərəf müəyyən etmişdir. Ona məxsus olan qarajların sənədləri itirildiyindən və bu cavabdehə məlum olduğu vaxtdan, cavabdehin ondan icarəyə götürdüyü qarajların aylıq icarə haqqının ödənilməsi dayandırılmışdır. Belə ki, müqavilə qüvvədə olduğu müddət ərzində tərəfindən 3 otaqlı mənzil satılmış, 2024-cü il yanvar ayından 100 kv.m. ibarət olan mağaza kimi istifadə olunan qeyri-yaşayış sahəsinin 1200 manat icarə haqqı istifadəçi tərəfindən şəxsən özünə, 65 kv.m. ibarət olan qeyri-yaşayış ofisinin 650 manat ona verilməsinə baxmayaraq, 10 ədəd qarajın dəyərini təşkil edən aylıq 500 manat pul vəsaiti 2024-cü ilin fevral ayının 01-dən ona ödənilmir. O, sənədlərini bərpa etmək məqsədilə itirilmə haqqında müvafiq dövlət orqanlarına müraciətlər ünvanlamışdır. Həmin sənədlər tapılmamış və nəticədə ona itirilmə haqqında Bakı şəhər Baş Polis İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli arayış verilmişdir. Bundan sonra o, cavabdehə xx.xx.2024-cü il tarixili ərizə ilə müraciət edərək, qarajların özəlləşdirilməsi məqsədilə müvafiq sənədləri verməyi xahiş etsə də, buna heç bir cavab ala bilməmişdir. Belə ki, “Abşeronservis-A’’ МTK-nın sədri vəfat etdiyindən və MTK yalnız sənəd üzərində qalmaqla, fəaliyyəti dayandırılmış bir müəssisə olduğundan, həmçinin MTK-nın sənədləri "xxxx" MMMC-yə verildiyindən, sənədlərin MTK-dan götürülməsi mümkünsüz olmuşdur. Bundan sonra o, təkrar olaraq xx.xx.2024-cü il tarixli ərizə ilə cavabdehə müraciət etmişdir və həmin ərizəni şəxsən cavabdehə təqdim etmişdir. Cavabdeh tərəf onun ərizəsi üzrə tələblərini təmin etmək əvəzinə, heç bir hüquqi əsası olmayan hallara istinad etməklə, guya uzun müddətdir ki, onun qarajların sənədlərini tələb etdiklərini və o belə sənədləri təqdim etmədiyindən, ona aylıq icarə haqqı məbləğinin fevral ayından verilməsinin dayandırılmasını göstərmişlər. Eyni zamanda cavabdeh "xxxx" MMMC göstərmişdir ki, Cavabdeh1 MTK-dan qalmış mülklər, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin mülkiyyətidir və birgə istifadəsinə məxsusdur. xx.xx.2024-cü il tarixdən həmin mülklərdən yığılan vəsait aktlaşdırılıb və binanın ümumi tələbatlarına xərclənir. Tərəflər arasında xx.xx.2021-ci il tarixində bağlanmış müqaviləyə əsasən, ona məxsus olan 10 ədəd qarajın hər biri 50 manata, ümumilikdə 500 manat olmaqla pul vəsatinin hər ayın 3 günü ərzində MMMC tərəfindən yığılaraq ona təhvil verilməsi razılaşdırılmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 1.2-ci bəndinə göstərilmişdir ki, yığılmış vəsait mülk sahibi İddiaçı təhvil verilir. Müqavilənin 1.3-cü bəndinə əsasən müaqvilənin müddəti 5 ildir:10 may 2021ci il tarixindən 10 may 2026-cı il tarixə kimi. Müqavilənin müddəti başa çatdıqda tərəflərin razılığı əsasənda uzadıla bilər. Göstərilənləri nəzərə alaraq, yazıb cavabdehdən, ona məxsus olan 11 ədəd qarajın plan sxemini və onların ona məxsusluğu barəsində müvafiq sənədlərin ona təqdim edilməsini, həmçinin 2024-cü ilin fevral ayından ödənilməmiş qalmış 10 ədəd qarajın icarə haqqı məbləğlərinin ödnilməsinin təmin edilməsini xahiş etsə də, cavabdeh bunu təmin etməmişdir. Buna görə də iddia təmin edilməlidir. Daha sonra İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1 iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, “Abşeronservis-A’’ МTK tərəfindən ünvan 3 ünvanında inşa edilmiş hündürmərtəbəli yaşayış binasının -1 mərtəbəsində (zirzəmi mərtəbəsi) yerləşən və iddiaçıya məxsus olan, plan sxemdə 10,13,23,24,25,26,28,29,30,31 nömrəsi ilə qeydə alınmış avtodayanacağın (qarajın) və köməkçi sahə kimi göstərilmiş 1(bir) ədəd avtodayanacağın (qarajın) plan sxeminin və onların iddiaçıya məxsusluğu barəsində müvafiq sənədlərin (müqavilə və maliyyə arayışı) dublikatının təqdim edilməsi vəzifəsinin cavadehlərin üzərinə qoyulması, 10,13,23,24,25,26,28,29,30,31 nömrəsi ilə qeydə alınmış avtodayanacağın (qarajın) və köməkçi sahə kimi gösətilmiş bir 1 ədəd avtodayanacağın (qarajın) iddiaçıya geri təhvil verilməsi vəzifəsinin cavabdeh "xxxx" MMMC-nin üzərinə qoyulması, həmçinin 2024-cü ilin fevral ayından 2024-cü ililn iyun ayınadək ödənilməmiş qalmış 10 ədəd qarajın icarə haqqı məbləğlərini təşkil edən 2.500 (iki min beş yüz) manat məbləğində pul vəsaitinin cavabdeh "xxxx" MMMC-dən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, onun ünvan 3 ünvanında inşa edilmiş binada 2 ədəd qeyri yaşayış, 1 mənzil və 11 ədəd də qarajı olub. Qarajlardan başqa digər əmlakların sənədləri ondadır, lakin qarajlara aid müqavilələri itirmişdir. Ona görə də təqdim edə bilmir. Qarajların ona verilməsi ilə bağlı müraciət etmiş, maliyyə arayışlarını və digər sənədlərini komendant ona vermişdir. O, həmin sənədləri özünə məxsus bağ evinə aparmış və 3-4 il bundan əvvəl orda itirmişdir. Qeyri-yaşayış obyektini özəlləşdirmiş və daim ora getmişdir. Həmin əmlaklar şəriki Əlisəfanın həyat yoldaşının adına olmuş və onun razılığı ilə qarajları öz adına keçirmişdir. Lakin mülkiyyət hüququnu təsdiq edən çıxarışları almamışdır. Bundan sonra binaya tez-tez gedib-gələ bilmədiyi üçün MMMC ilə icarə müqaviləsi bağlamışdır. Müqavilənin şərtlərinə əsasən MMMC qeyri-yaşayış obyektinin və qarajların icarə haqlarını hər ay yığıb ona göndərmişdir. MMMC ondan heç vaxt sənəd tələb etməyib. O, icarə haqqını artıracağını bildirərək, qarşı tərəfdən sənədlərini istəmişdir. Cavabdeh tərəf ona sənədlərin olmadığını bildirmişdir. Ona birinci protokoldan çıxarışı, daha sonra isə digər sənədləri vermişlər. Sonda o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun şəkildə izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" MMMC-nin vəkili-nümayəndəsi Vəkil iddia tələbinə etiraz edərək, onun rədd edilməsini xahiş etdi. O, izahatında bildirdi ki, iddia tələbi əsassızdır. İddiaçı sənədlər olmadan iddia irəli sürür ki, qarajlar onundur. Sənədlər olmadan cavabdehdən sənəd götürməyi tələb edir. Sənədlər mövcud deyildir. İddiaçı tərəfindən təqdim edilən sənədi iddiaçı özü belə əsassız hesab edir. Buna baxmayaraq həmin sənədi məhkəməyə təqdim edərək iddia tələbi irəli sürüb. Məhkəmə iclasında cavabdeh "xxxx" MMMC-nin nümayəndəsi Nümayəndə3 iddia tələbinə etiraz edərək bildirdi ki, Əlisəfa müəllim vəfat etməmişdən 1 il əvvəl bildirdi ki, iddiaçı onun etibarından sui-istifadə edib sənədləri öz adına keçirmişdir. Lakin bununla bağlı Əlisəfa müəllimin hüquq mühafizə orqanlarına müraciət edib-etmədiyi barədə məlumatı yoxdur. Ola bilsin ki, sözdə satmışam deyib amma satmayıb. İddiaçı onlara müraciət edərək, bankdan pul almaq üçün müqavilə bağlanmasını təklif etmişdir. Ona görə müqaviləni bağlamışlar. Amma sonradan məlum oldu ki, iddiaçı bunu başqa məqsədlə edirmiş. İddiaçı özü müqaviləni gətirərək, imzalamağını istəmiş, o, da həmin müqaviləni imzalamışdır. Banka təqdim edilməsi ilə bağlı olacağını şifahi olaraq bildirmişdir. Bundan sonra iddiaçıya hər ay ofisə görə 300 manat, qarajlara görə 450 manat kirayə pulu ödəmişdir. Müqavilə formal xarakter daşımırdı. Amma ona banka verəcəyini demişdi. 2022-ci ildə bir qarajda problem çıxdı. Ona görə qarajların planlanmasını həyata keçirmişlər. Payçılara qarajlara dair sənədləri təqdim edilməsi ilə bağlı müraciət edildi. Eyni formada iddiaçıya da müraciət edilmişdir. İddiaçı həmin vaxt bildirdi ki, onun sənədlərini hazırlasınlar. Onlar da, sənədlərin olmadığını bildirmişlər. İddiaçı müxtəlif bəhanələrlə sənədləri gətirəcəyini bildirsə də, bu günədək sənədləri təqdim edə bilməmişdir. Ona görə də fevral ayından etibarən ödənişlər dayandırıldı. 11 qarajdan başqa digər sahələr də var ki, qeyri-müəyyəndir. Sonda o, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizələrini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMMC-nin icraçı direktoru Nümayəndə3 ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, İddiaçı məxsus olan ünvan 4 ünvanda olan icarəyə verilmiş mülklərin: Avtomobil üçün qaraj - 10 ədəd -500 manat, 3 otaqlı mənzil 145,4 kv.m.- 1 ədəd -500 manat, qeyri-yaşayış sahəsi ofis 65 kv.m. -650 manat, qeyri-yaşayış sahəsi magazin 100 kv.m. -1200 manat, ümumilikdə icarə haqqlarını 2850 manat məbləği hər ayın 3 günü ərzində MMMC tərəfindən yığılaraq, mülk sahibi olan İddiaçı təhvil verilməsi razılaşdırılmışdır. Müqavilənin müddəti 5 il - 10 may 2021-ci il tarixindən 10 may 2026-ci il tarixə kimi müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMMC-nin direktoru Nümayəndə3 tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli müraciətdən görünür ki, o, "xxxx" MMMC-nin direktoru Zalıyev Əlisafa vəfat etdikdən sonra bina sakinlərinin səs çoxluğu ilə "xxxx" MMMC-nin direktoru seçilmişdir. xx.xx.2021-ci il tarixdə müraciəti əsasında xidmət müqaviləsi bağlanmış və ona məxsus Ofis binasında icarədə olduğu müddətdə 300 AZN icarə haqqını, binanın zirzəmisindəki 10 ədəd qarajdan yığılan 400 azn vəsaiti onun kart hesabına yollaşmışdlr. Ərizə məktubunda yazılan mənzil və digər obyektin icarə haqlarından xəbəri olmayıb və onların aqibətindən məlumatsızdır. Qarajlarla bağlı sənəd uyğunsuzluqlarına görə İddiaçı dönə-dönə müraciət etməyinə baxmayaraq iddia etdiyi və onların etibarından sui-istifadəyə yönələrək sənədləri müxtəlif bəhanələr gətirərək təqdim etməkdən yayınmışdır. Ümumi insani münasibətləri əsas tutaraq uzun bir zaman ərzində qarajlardan yığılan məbləği İddiaçı bank kartına köçürtmüşdür. Nəticə olaraq mövcud vəziyyət və müraciətləri cavabsız qaldığına görə qarajlardan ödəməni xx.xx.2024-cü il tarixdə dayandırmışlar. Mövcud vəziyyətdə onlara təqdim etdiyi surəti olan sənəd MMMC tərəfindən araşdırılmış və heç bir hüquqi əsasa dayanmadığı, orada olan məlumatların təhrif edildiyi və uyğunsuzluğu təsbit edilmişdir. Onun adına hər-hansı müqavilə, maliyyə arayışı və qarajın dislokasiyasım təşkil edən layihə MMMC-nin arxivində olmadığından ona müraciət etmişlər. Mövcud vəziyyətdə müraciətlərə baxmayaraq hər-hansı ona məxsusluğunu bildirən sənədin və ya maliyyə arayışının tərəfindən təqdim edilməməsi qarajların Əlisafa Zalıyev tərəfindən ona satılmaması həqiqətini üzə çıxarır. Bu əsnada ona ödənən ayliq 400 AZN məbləği bir başa MMMC-nin etibarından sui-istifadədir və geri qaytarılmasını məcbur edir. “Abşeron,Xirdalan-4” МММ Cəmiyyəti, Cavabdeh1MTK-nın varisidir və onun bazasında qurulmuşdur. “Abşeronservis-MTK-dan qalmış mülklər, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin mülkiyyətidir və birgə istifadəsinə məxsusdur. xx.xx.2024-cü il tarixdən həmin mülklərdən yığılan vəsait aktlaşdırılıb və binanın ümumi tələbatlarına xərclənir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ona məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Abbaszadə-10 ünvanında "xxxx" MTK-nın inşa edilmiş binanın zirzəmisində yerləşən 11 ədəd dayanacağın maliyyə arayışı və müqavilənin tapılması barədə Bakı Şəhər Baş Polis İdarəsinin Tapıntılar bürosuna məlumat daxil olmamışdır. İş materiallarında olan İddiaçı tərəfindən "xxxx" MMMC-nin direktoru Nümayəndə3 ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Abşeronservis - A” Mənzil Tikinti Kooperativinin üzvlərinin ümumi iclasının 09 avqust 2009-cu il tarixli qərarı ilə Xırdalan şəhəri, Abbaszadə küçəsi 10 ünvanda inşa edilmiş yaşayış binasının zirzəmi hissəsində 11 ədəd maşın dayanacağı ayrılmışdır. Sözügedən 11 ədəd maşın dayanacağının dəyəri tam olaraq tərəfimdən ödənilmişdir. Bu hal 'Abşeronservis - A” Mənzil Tikinti Kooperativinin üzvlərinin ümumi iclasının 09 avqust 2009-cu il tarixli 06 saylı protokolundan Çıxarışı (surəti əlavə olunur) ilə müəyyən olunur. Lakin buna baxmayaraq hal-hazırda özünə məxsus olan 11 ədəd maşın dayanacağını özəlləşdirmək istəsə də, bununla bağlı sənədləri tapa bilmir. Bununla bağlı tərəfindən polisə də müraciət etsə də, təəssüf olsun ki, sənədləri bu günə kimi tapa bilməmişdir. Xırdalan şəhəri, Abbaszadə küçəsi 10 ünvanda inşa edilmiş yaşayış binasını idarə edən Cəmiyyət olaraq ona məxsus Xırdalan şəhəri, Abbaszadə küçəsi 10 ünvanda inşa edilmiş yaşayış binasının zirzəmisindəki 11 ədəd maşın dayanacağı ilə bağlı sənədləşmə apararaq ona təqdim edilməsini xahiş etmişdir. Bununla bağlı hər-hansı problem yaranarsa bütün məsuliyyəti öz üzərinə götürür. İş materiallarında olan Cavabdeh1MTK üzvlərinin ümumi iclasının 06 saylı Protokolundan xx.xx.2009-cu il tarixli çıxarışdan görünür ki, “İclasın sədri cənab X2 çıxış edərək bildirdi ki, kooperativ yaşayış binasının zirzəmi hissəsində 48 ədəd maşın dayanacağı nəzərdə tutulub və binanın layihəsi Abşeron Rayon icra Hakimiyyəti Başçısı tərəfindən 610 sayla, xx.xx.2004-cü il tarixdə razılaşdırılıb. Kooperativin sədri çıxışın sonunda həmin dayanacaqların 11 ədədinin dəyərinin İddiaçı tərəfindən tam ödənilməsini nəzərə alaraq payçının istifadəsinə və sahibliyinə təklif etdi. Təklif səsə qoyuldu: lehinə - 36; əlehinə - 0; birtərəf – 0 Qərara alındı: Layihədə ştrixlənmiş 11 ədəd dayanacağın MTK üzvü İddiaçı verilsin.” İş materiallarında olan ünvan 11 ünvanı 11 mərtəbəli yaşayış binasının zirzəmisində yerləşən maşın saxlanclarının vətəndaşlar üzrə yerləşim planından (son dəyişikliklərdən sonra tərtibat tarixi: xx.xx.2024) görünür ki, 10,13, 23, 24, 25, 26, 28, 29, 30 və 31 saylı qarajlar "xxxx" MMMC-nin adına qeyd edilmişdir. İşdən görünür ki, "xxxx" MMMC ilə İddiaçı arasında sonuncuya məxsus ünvan 4 ünvanda yerləşən 10 ədəd qarajı 500 manat, 1 ədəd ümumi sahəsi 3 otaqlı 145,4 kv.m. mənzili 500 manat, ümumi sahəsi 65 kv.metr olan qeyri-yaşayış sahəsi 650 manat, ümumi sahəsi 100 kv.metr olan qeyri-yaşayış sahəsi magazin üçün 1200 manat, ümumilikdə icarə haqqlarını 2850 manat məbləği hər ayın 3 günü ərzində MMMC tərəfindən yığılaraq, mülk sahibi olan İddiaçı təhvil verilməsi barədə razılığa gəlmişlər. Bu razılaşma yazılı qaydada olmuş və hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. İşin bu halı mübahisəsizdir. Hazırda iddiaçı “Abşeronservis-A’’ МTK tərəfindən ünvan 3 ünvanında inşa edilmiş hündürmərtəbəli yaşayış binasının -1 mərtəbəsində (zirzəmi mərtəbəsi) yerləşən və iddiaçıya məxsus olan, plan sxemdə 10,13,23,24,25,26,28,29,30,31 nömrəsi ilə qeydə alınmış avtodayanacağın (qarajın) və köməkçi sahə kimi göstərilmiş bir 1 ədəd avtodayanacağın (qarajın) plan sxeminin və onların iddiaçıya məxsusluğu barəsində müvafiq sənədlərin (müqavilə və maliyyə arayışı) dublikatının təqdim edilməsi vəzifəsinin cavadehlərin üzərinə qoyulması, 10,13,23,24,25,26,28,29,30,31 nömrəsi ilə qeydə alınmış avtodayanacağın (qarajın) və köməkçi sahə kimi göstərilmiş 1(bir) ədəd avtodayanacağın (qarajın) iddiaçıya geri təhvil verilməsi vəzifəsinin cavabdeh "xxxx" MMMC-nin üzərinə qoyulması, həmçinin 2024-cü ilin fevral ayından 2024-cü ililn iyun ayınadək ödənilməmiş qalmış 10 ədəd qarajın icarə haqqı məbləğlərini təşkil edən 2.500 (iki min beş yüz) manat məbləğində pul vəsaitinin cavabdeh "xxxx" MMMC-dən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsindən görünür ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X1 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Mülki Məcəllənin 700-cü maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Qeyd edildiyi kimi tərəflərin hər ikisi etiraf edir ki, onlar İddiaçı məxsus ünvan 4 ünvanda inşa edilmiş hündürmərtəbəli yaşayış binasının -1 mərtəbəsində (zirzəmi mərtəbəsi) yerləşən və iddiaçıya məxsus olan, plan sxemdə 10,13,23,24,25,26,28,29,30,31 nömrəsi ilə qeydə alınmış avtodayanacağın (qarajın) hər ay 500 manat olmaqla icarəyə verilməsi barədə razılığa gəlmişlər. Lakin mübahisəli qarajlarla bağlı müqavilələr iddiaçı tərəfindən itirildiyindən, MMMC 2024-cü ilin fevral ayından icarə müqaviləsində nəzərdə tutulmuş məbləği ödəməkdən imtina edərək, mübahisəli müqavilələrin mövcud olmadığını qeyd etmişdir. Mülki Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə hesab edir ki, tərərflər arasında imzalanmış müqaviləyə əsasən 10 ədəd qaraj İddiaçı məxsus olduğundan və həmin qarajlara dair müqavilələr itirildiyindən “Abşeronservis-A’’ МTK tərəfindən ünvan 3 ünvanında inşa edilmiş hündürmərtəbəli yaşayış binasının -1 mərtəbəsində (zirzəmi mərtəbəsi) yerləşən və iddiaçıya məxsus olan, plan sxemdə 10,13,23,24,25,26,28,29,30,31 nömrəsi ilə qeydə alınmış avtodayanacağın (qarajın) plan sxeminin və onların iddiaçıya məxsusluğu barəsində müvafiq sənədlərin (müqavilə və maliyyə arayışı) dublikatının təqdim edilməsi vəzifəsi cavadehlər Cavabdeh1 MTK və "xxxx" MMMC üzərinə qoyulmalıdır. Həmçinin qeyd edilən 10 ədəd qaraj Abşeron Xırdalan-4” MMMC tərfindən İddiaçı təhvil verilməlidir. Bundan başqa işdən görünür ki, icarəçi 2024-cü ilin fevral ayından iyun ayınadək "xxxx" MMMC tərəflər arasında razılaşma əsasında icarəyə götürdüyü bu qarajlar üçün icrarə haqqını ödəməmişdir. Müqavilənin şərtlərinə uyğun olaraq 2500 manat (500 manat x 5 ay ) pul Abşeron Xırdalan-4” MMMC-dən İddiaçı xeyrinə tutulmalı, beləliklə də, iddia qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin: 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. İddia tələbinin köməkçi sahə kimi göstərilmiş bir 1 ədəd avtodayanacağın (qarajın) plan sxeminin və onların iddiaçıya məxsusluğu barəsində müvafiq sənədlərin (müqavilə və maliyyə arayışı) dublikatının təqdim edilməsi vəzifəsinin cavadehlərin üzərinə qoyulması və köməkçi sahə kimi göstərilmiş bir 1 ədəd avtodayanacağın (qarajın) iddiaçıya geri təhvil verilməsi vəzifəsinin cavabdeh "xxxx" MMMC-nin üzərinə qoyulması hissəsində isə məhkəmə qeyd edir ki, həmin köməkçi sahənin iddiaçıya məxsus olmasına dair heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmiş və məhkəmə araşdırması zamanı bu hal öz təsdiqini tapmamışdır. İddiaçının istinad etdiyi Cavabdeh1 MTK üzvlərinin ümumi iclasının 06 saylı Protokolundan xx.xx.2009-cu il tarixli çıxarışda məhz mübahisəli köməkçi sahənin adı qeyd edilməmiş, köməkçi sahənin qeyd edilən 11 ədəd dayanacağa aid edilməsi aşkar edilməmişdir. Həmçinin tərəflər arasındakı müqavilədə də 10 ədəd qaraj nəzərdə tutulmuşdur. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Beləliklə, iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, “Abşeronservis-A’’ МTK tərəfindən ünvan 3 ünvanında inşa edilmiş hündürmərtəbəli yaşayış binasının -1 mərtəbəsində (zirzəmi mərtəbəsi) yerləşən, plan sxemdə 10,13,23,24,25,26,28,29,30,31 nömrəsi ilə qeydə alınmış avtodayanacağın (qarajın) plan sxeminin və onların İddiaçı məxsusluğu barəsində müvafiq sənədlərin (müqavilə və maliyyə arayışı) dublikatının təqdim edilməsi vəzifəsi cavadehlər Cavabdeh1 MTK və "xxxx" MMMC üzərinə qoyulmalı, plan sxemdə 10,13,23,24,25,26,28,29,30,31 nömrəsi ilə qeydə alınmış 10 ədəd avtodayanacağın (qarajın) Abşeron Xırdalan-4” MMMC tərfindən İddiaçı təhvil verilməli, həmin qarajların icarəsi üçün ödənilməyən 2500 manat pul Abşeron Xırdalan-4” MMMC-dən İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməldir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. “Abşeronservis-A’’ МTK tərəfindən ünvan 3 ünvanında inşa edilmiş hündürmərtəbəli yaşayış binasının -1 mərtəbəsində (zirzəmi mərtəbəsi) yerləşən, plan sxemdə 10,13,23,24,25,26,28,29,30,31 nömrəsi ilə qeydə alınmış avtodayanacağın (qarajın) plan sxeminin və onların İddiaçı məxsusluğu barəsində müvafiq sənədlərin (müqavilə və maliyyə arayışı) dublikatının təqdim edilməsi vəzifəsi cavadehlər Cavabdeh1 MTK və "xxxx" MMMC üzərinə qoyulsun. Abşeronservis-A’’ МTК tərəfindən ünvan 3 ünvanında inşa edilmiş hündürmərtəbəli yaşayış binasının -1 mərtəbəsində (zirzəmi mərtəbəsi) yerləşən, plan sxemdə 10,13,23,24,25,26,28,29,30,31 nömrəsi ilə qeydə alınmış 10 ədəd avtodayanacaq (qaraj) Abşeron Xırdalan-4” MMMC tərfindən İddiaçı təhvil verilsin. Abşeron Xırdalan-4” MMMC-dən 5 ay üçün ödənilməmiş icarə haqqı kimi cəmi 2500 manat pul İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №e-2(012)-3780/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3780/2024
23.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver