Məhkəmə qərarları › İş №e-2(012)-387/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-387/2021

24.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-387/2021 24.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi ilə, İddiaçı cavabdeh ««xxxx» MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs: Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı X1) mənzilin mülkiyyətə verilməsi, daşınmaz əmlakın dövlət reyestrində qeydin ləğv edilməsi və yeni qeydin aparılması tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh ««xxxx» MMC-ya qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs: Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı X1) mənzilin mülkiyyətə verilməsi, daşınmaz əmlakın dövlət reyestrində qeydin ləğv edilməsi və yeni qeydin aparılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının vəkili-nümayəndəsi Vəkil oğlu iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0 və 259.0.11-ci maddələrinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə - ərizə baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən iddiaçının vəkili-nümayəndəsi Vəkil oğlunun iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin qaytarılması barədə ərizəsi təmin edilməli, həmin ərizə əsasında iddia ərizəsi baxılmamış saxlanılmalı və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-260, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçının vəkili-nümayəndəsi Vəkil oğlunun iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin qaytarılması barədə ərizəsi təmin edilsin. İddiaçı cavabdeh ««xxxx» MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs: Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı X1) mənzilin mülkiyyətə verilməsi, daşınmaz əmlakın dövlət reyestrində qeydin ləğv edilməsi və yeni qeydin aparılması tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilən sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Abşeron rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar